Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar

Onları seçki yox, «doğma zibillik» maraqlandırır…

Kürsülü ət dükanın şüşəli qapısına kiçik bir plakat yapışdırılıb.

Kürsülü ət dükanın şüşəli qapısına kiçik bir plakat yapışdırılıb.

21.12.2009
Bir neçə ay əvvəl bu qəsəbəyə obrazlı desək, fəlakət üz verib - Balaxanı qəsəbəsi sakinlərinin dolanışıq yeri olan məşhur «Balaxanı zibilliyi» bağlanıb. İndi zibilliyin yerində zibil emalı zavodu tikəcəklər.

Həmsöhbətim Nadir Məmmədovun 42 yaşı var. Seçki haqqında ümumiyyətlə danışmaq istəmir, mənim üçün fərqi yoxdur deyir, indi özümə iş yeri axtarıram deyir:

- Gedirdik zibilliyə, kapron yığırdıq, alüminium yığırdıq, satıb ailəmizi dolandırırdıq...

- İndi sizi buraxmırlar zibilliyə?

- Yox, qalmışıq naəlac. Bilmirik nə edək. Camaat bekar qalıb, çox adam oğurluğa qurşanıb. Nə seçki, yadımıza düşən odurmu?

Nadir Məmmədov deyir ki, nə ona bildiriş vəsiqəsi gəlib, nə ki o özü maraqlanıb seçki ilə.

«BİZƏ BİLDİRİŞ VƏRƏQƏSİ GƏLMƏYİB»

... Balaxanın kənd meydanına 10-a yaxın kişi toplaşıb, dama, kart, nərd oynayırlar. Sonradan məlum olur ki, zibillik bağlananı meydana yığışanların sayı çoxalıb. Yaxınlaşıb, soruşuruq ki, sabah yox, birisi gün Azərbaycanda vacib bir hadisə olacaq, xəbərləri varmı?

Balaxanın kənd meydanına 10-a yaxın kişi toplaşıb, dama, kart, nərd oynayırlar
- Yox, nə olacaq ki?

- Bizim xəbərimiz yoxdur...

- Prezident seçkisini deyirsən, qızım?!

Yada salırıq ki, dekabrın 23-də Azərbaycanda 3-cü bələdiyyə seçkisidir. Balaxanılılar da öz bələdiyyələrini seçməlidirlər.

- Bildiriş gəlməyib bizə. Kəndin əksər hissəsinə seçkiyə çağırış vərəqəsi gəlməyib.
- Nə görüş keçirən, nə seçkiylə maraqlanan. Heç biz bilmirik ki, namizədlər kimlərdir.

KƏNDDƏ SEÇKİ PLAKATI GÖZƏ DƏYMİR

Balaxanı qəsəbəsinin, sakinlərin öz dili ilə desək, kəndində seçki təşviqat materialı tapmaq üçün küçə-küçə gəzmək lazımdır. Soraqlaşa-soraqlaşa yeganə seçki plakatı tapırıq.
«Kəndin əksər hissəsinə seçkiyə çağırış vərəqəsi gəlməyib»
Kürsülü ət dükanın şüşəli qapısına kiçik bir plakat yapışdırılıb. Sakinlər məsləhət görürlər ki, axtarmayaq, çünki plakat ümumiyyətlə yoxdur.

«ONLARI ARTIQ TƏYİN EDİBLƏR»


Nəhayət, kənd sakinlərindən soruşuruq ki, onların fikrincə, niyə namizədlər görüş keçirmir, təbliğat aparmır, cavab hazırdır

- Çünki onlar təyin olunurlar. Onları maraqlandırmır camaatın fikri, bilirlər ki, yerləri hazırdır.

- Ona görə də bizi maraqlandırmır bu seçki. Bizə yaşamaq üçün iş yeri lazımdır. Zibilliyi bağlayanda heç olmasa, fikirləşəydilər ki, zibillikdə işləyən bu qədər adamın axırı necə olacaq.

- Gəlsin İlham Əliyev görək bir aya yetmiş manatla yaşaya bilərmi?
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Metanet Şəhər: balaxani
22.12.2009 20:32
Qumru, sizinle razi deyilem, balaxani camaatinin azi 50 faizi zibillikde ishleyirdi
Cavab

Kimdən: qumru Şəhər: Balaxanidan
23.12.2009 11:28
Metanet! Siz razi olmaya bilersiniz. Men bir Balaxani sakini kimi oz fikrimi bildirirem.Zibillik ne vaxtdan is yeri olub ki, kendin 50 faizi orada islemis olsun? Yeqin Siz de zibillikde islediyiniz ucun deqiq faizini bilirsiniz.Men ise kend camaatinin cox hissesinin her seher kendden cixaraq ise getdiyinin sahidiyem.Ve sizin Balaxanidan oldugunuza subhem var.Ona gore ki,her bir kend sakini "coreyi zibillikden cixan" sozunu ozune tehqir sayar.Eger orada zibil emal eden zavod olsaydi onda Sizin dedikleriniz real olardi.

Kimdən: qumru Şəhər: Balaxanidan
22.12.2009 10:14
Sizin meqalenizden bele qenaete gelmek olur ki, Balaxani camaatinin hamisi zibillikde eshelenmekle dolanir.Yazarken xahis edirik yaziniza fikir veresiniz.Balaxani zibilliyinde dolanalar balaxani camaati deyil,bashqalaridir.Balaxani camaatina hemin zibilliyin baglanmasi daha serfelidir.Duzu bir Balaxani sakini kimi menim oranin baglanmasindan hec xeberim yox idi.Baglanibsa cox gozel! Balaxani zibillikde eselenenler yox, coxlu ziyali insanlar kendidir. Secki barede ise duz yazmisiniz neinki Balaxanida ,butun respublikada bu beledir.
Cavab

Kimdən: Ziyali
23.12.2009 14:54
Vetendash Qumru, ziyali o kese deyirler ki xestesinden, shegirdinden rushvet almir. Maasha dolanir ve ona hansi pisliki edirlerse eqidesinden donmur. Yoxsa ki, ailesi acindan olur deye rushvet almasina haqq qazandiran adama ziyali demirler.
Cavab

Kimdən: Ziyali
22.12.2009 15:35
Camaati muellim, hekim olana ziyali demirler.
Cavab

Kimdən: qumru Şəhər: Balaxanidan
23.12.2009 11:30
Sizce bes kime ziyali deyirler? Alverle mesgul olub kalan pul qazananlara?
Cavab

Kimdən: Vasif Şəhər: Baku
22.12.2009 21:29
man yuxarida yazilanlarla razi deyilam.is masalasina galdikda hal-hazirda zibillik poliqonunda 200-a yaxin isci islayir onlarin icinda Balaxanlilar va digar rayonlarin vatandaslari var