Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:47

Verilişlər / Kontekst

Qızıl üstündə yaşayan gədəbəylilər…

Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton da mis ehtiyatı var

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
UZAQ AFRİKA, YAXIN GƏDƏBƏY

Uzaq Afrikanın zəngin qızıl, almaz yataqlarının üstündə yaşayan insanların yoxsul həyat tərzi haqqında çox eşitmişdim. Ancaq Bakının cəmi 470 kilometrliyində yerləşən Gədəbəy rayonuna gələnə qədər belə insanlarla heç vaxt görüşməmişdim. Bir qədər səbr edin, onlarla qiyabi də olsa sizi də tanış edəcəm. Ancaq əvvəlcə dünya bazarına «Ayrım» brendi adı altında çıxarılan Gədəbəy qızılı haqqında bəzi bilgiləri çatdırmaq istəyirəm.

«AYRIM» BRENDİ ADI ALTINDA GƏDƏBƏY QIZILI…

- Artıq Gədəbəy yataqlarından qızıl dünya bazarlarına çıxarılır. Özü də çıxarılan qızıl «Ayrım» brendi adı altında gedir. 2 min unsiya çıxıb, bu ayın sonuna qədər də istehsalın 6 min unsiyaya çatacağı gözlənilir.

Bu məlumatları bizimlə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə bölüşür. Bir unsiya qızıl 31 qramdır. Gədəbəy Qızıl-Mis Emalı Zavodunun açılışı bu il, prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Layihəyə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti (ABMƏŞ) rəhbərlik edir. Qızıl-mis layihəsindən gələn gəlirin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə bu şirkətə çatmalıdır.

Gədəbəy şəhəri
Hələ iki ilə əvvəl «Azərqızıl» Dövlət Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının «R.V.Investment Group Services LLC» şirkəti arasında bağlanan müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinə 6 sahə verilib. Bunların biri Gədəbəydə, biri Ordubadda, biri Tovuzda, üçü isə işğal altında olan ərazilərdədir. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı şirkətin onlar üçün gördüyü işlərdən razılıq edir:

- Bu şirkət Gədəbəydə sosial obyektlərin təmirində də yaxından iştirak edir. Məktəbləri, xəstəxanaları təmir edib. İmkansız ailələrə yardımlar edib.

GƏDƏBƏY DAĞLARINDA 22 TON QIZIL, 192 TON DA GÜMÜŞ VAR

Zavodun açılışında prezident İlham Əliyevə məlumat verilib ki, Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton da mis ehtiyatı var. Bu yataqda əməliyyat məsrəflərinin 88 milyon, əsaslı məsrəflərin isə təqribən 33 milyon dollar olacağı gözlənilir. Bu da istehsal olunacaq qızılın bir qramının təqribən 9 dollara, bir ton filizin isə 12 dollara başa gələcəyi deməkdir. Əgər gümüş və misi nəzərə almasaq Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1100 dollaradır. Başqa sözlə, qızılın bir qıramı təqribən 35-36 dollara düşür. Bir unsiya gümüş 17, bir ton mis isə 6 min 880 dollardır. Gümüş və misi də nəzərə alanda, bu yataqdan əlavə olaraq 360 milyon dollar gəlirin əldə ediləcəyi proqnozlaşdırılır. Həmin yatağın yaxınlığında yerləşən Arıxdam kəndinin sakinlərinin isə bütün bu milyonlar heç yuxularına da girmir:

QIZIL ÜSTÜNDƏ YAŞAYAN ARIXDAMLILAR…

- Oğul, atamın goru haqqı çox adam barmağını sorur. Mən pensiya alıram, dolanıram. Çoxu onun-bunun qapısında işləməklə balalarını saxlayır…

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin Gədəbəy şöbəsi
Arıxdam kəndində təqribən 600-dən çox təsərrüfat var. Kənd sakinlərinin deməsinə görə, ötən il don vurduğundan bu il çoxları heç kartof da əkməyib. Mal-qaranın otlaq sahəsinin çox hissəsi isə qızıl-mis emalı zavodunun ərazisinə verilib:

- Camaatın malının-qoynunun yolunu kəsiblər. Çoxu malın-qoyunun satası oldu. Heç camaata kompensasiya da verilmədi.

Zəngin qızıl, almaz yataqlarının, onların üstündə yaşayan insanlara dərd-bəla gətirmələri haqqında çox eşitmişdim. Ancaq Gədəbəy rayonunun Arıxdam kəndi ilə tanış olana qədər bu barədə heç vaxt dərindən düşünməmişdim. Söz yox, sarı qızılın xeyrini görənlər həmişə olub, indi də var. Ancaq Arıxdam kəndində zavodda işləyən bəzi azsaylı insanları çıxmaqla, çoxu ayaqları altından çıxarılan qızılın onlara xoşbəxtlik gətirmədiyini düşünür:

- Neftin xeyrini görmədiyimiz kimi, bu qızılın da xeyrini görmürük. Bizə ancaq ziyanı var.

SARIYOL ÇAYINDA ZƏHƏRLƏNMƏLƏR…

Qızıl-mis emalı zavodunun yaxınlığından Sarıyol çayı axır. Arıxdam kəndinin camaatı indi bu çaydan qorxmağa başlayıb. Bir neçə gün əvvəl bu çaydan su içən kəndin qoyun sürüsündə kütləvi zəhərlənmə baş verib. 30-a yaxın qoyunu zəhərlənən Arıxdam kəndinin sakini Bakir Abbasov düşünür ki, həmin çaya mədən suları qarışıb:

Ərazidəki çaylardan biri
- 30-a yaxın qoyun idi, onlardan ikisi öldü. Qoyunların ağzından ağ köpük axırdı. Leşə yaxınlaşanda, kislata iyi verirdi. Qalanların iynə-dərmanla sağaltdıq. İkisi hələ də xəstədir, damda yatır. Ya ölələr, ya qalalar…

Bakir Abbasov deyir ki, qoyunlarının zəhərlənməsi ilə bağlı şirkətə də məlumat veriblər. Şirkətdən gəlib ölmüş qoyunların şəkillərini çəkib, cəsədlərindən də nümunələr götürüblər.

Bakir Abbasovun sözlərinə görə, şirkət əməkdaşları bildiriblər ki, əgər zəhərlənmə mədən sularından baş versə, onlara dəymiş ziyanı ödəyəcəklər. Ancaq bununla belə, onlar özləri də ehtiyatı əldən verməyiblər:

- Uşaqlar ölən qoyunların ciyərindən, ödündən, başqa yerlərindən nümunələr götürüb bankada saxlayırlar. Əgər başqa şey desələr biz özümüz də onları yoxlamaya aparacağıq.

Bu kənddə qoyunları zəhərlənib ölən tək Bakir Abbasov deyil. Ancaq xoşbəxtlikdən Arıxdamda zəhərlənmədən insan ölümü qeydə alınmayıb. Hərçənd kənddə danışırlar ki, bir müddət əvvəl qadınlardan biri də həmin çayda yun yuduqdan sonra zəhərlənib.

Sadəcə, vaxtında həkimə çatdırdıqlarından onu həyata qaytarmaq mümkün olub…

Ardı var.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: elvin Haradan: baki-gedebey
27.12.2009 03:05
size bir soz deyim bu zavod oranin tebietini ve gozel havasini 2 ile mehv eleyecek men gedende artiq fesadlarini gorurem bizimkilere pul olsun yeter ne desen ederler essi...............

Kimdən: mona Haradan: baki
26.12.2009 16:25
Hormetli Gedebeyliler.torpaginizda qizil cixdi deye zengin olacaginizi sanmayin.Zengin olsaydi bakililar zengin olmusdu.100 ildir ki bakidan neft cixir.
Cavab

Kimdən: nara Haradan: baki,gedebey
09.01.2010 01:22
gedebeyde ayrim qalmiyib amma qizilin adi da ayrimdi

Kimdən: alex
23.12.2009 13:24
Men internetden bir az bu sirket hagda melumat topladim, BU SIRKETIN ISLERI HECDE YAXSI GETMIR, bu ne cur sirketdir ki, helede dovletden kredit isteyir. 40milyon ilin evelinde aliblar, bu yaxinda daha bir 3 milyon.
ne az ne cox on ile yaxindir ki, Gedebeyde gizil isiyle mesguldular, yegin bu dovre geder azi bir 300 milyon yeyilib, yeni kredit alinib. Cixarilacag mehsulunda migdari belli, hamisin toplam satsan hec bu kreditleri gaytarmaga yetmeyecek, yeni ortada guclu yeyinti var. Bu gune geder cemisi 2 milyon dollarlig gizil satilib.
Eslinde bu goyun zeherlenmeleri zad hamisi bu fonda boyuk subhe dogurur. Cox guman ki, bu sirket ozun ya bankrot elan edib aradan cixacag, ya da ne bilim iscileri sebesiz yerden kuceye atib ozunu bagladacag.
Deputatimiz Nazim mul. o alim Azerbaycanda tekdir, amma dunyada o cur alimlerden vur tut yuz- ya ikiyuzdur. O da onlarin birisi idi, xaricde cox gozel karerasi var idi, bey kimi dolanirdi, amma oz dogma veteni onu meyus etdi. O sizin deputat oldugunuz bolgedendir, siz gerek o cur adamlari sexsen taniyasiz, men ondan icazesiz onun adin size nece verim. Onun mende telefonu vardi, bu yaxinlara geder onunla telfonla danisirdig. amma indi o nomre islemir.

Kimdən: Cosqun Haradan: Gence
22.12.2009 23:39
Camaat qan aglayir, burada da her kelleden bir soz cixir. Hami idealist olub.....

Kimdən: Baqir Haradan: Baki
22.12.2009 21:39
mence de mesele ciddi arasdirilmalidir, Aleks haqlidir. amma men deputatin de fikirlerini beyenirem. Nazim Memmedovun getirdiyi sebeblerde haqlidi

Kimdən: Rauf Haradan: Gedebey
22.12.2009 21:28
Birincisi men sokdayam ki rayonumuzun deputati Nazim muellim hetta internetde bele rayonla bvaqli seyelre reaksiya verii. Obiri deputatlari hec tapmaq olmur. Buna gore tesekkur. Sosail meselelerle baqli problemelr var, ama ay qardaslar her sye birden olmur ki. NAzim muellim rayonda olanda ona bir nece defe problemimi demisem, her defe de imkan qeder komey edib, ona gore bu meselenide hell edeceyine eminem

Kimdən: Mübariz Haradan: Bonn
22.12.2009 18:14
Gäbäbäy daglarindaki 22 ton qizilnan,192 ton gümüshü hakimiyyät indiyä qädär cghixarmamasi möcüzä bir sheydir.
Chixartsalar bunun xalqa nä kari ola bilär?
Yäqin ki bu qizilnan qümüshü chixardib Dubay Sheyxi El Maktumun fantaziläriä xärcdädiyi kimi bizimkilärdä öz fantazilärinä xärcdäyärlär

Kimdən: Eldar Haradan: Rusiya
22.12.2009 15:11
Azərbaycanın sərvətləri olsada yoxsullar ölkəsidir.
Adına Bakı,Bakı deyərlər.
Buruqlarının altında soğan-çörək yeyərlər. Bu misra Azərbaycanı tam əks etdirir. Sonrakı izaha lüzum yoxdur.

Kimdən: Nazim Məmmədov Haradan: Bakı
22.12.2009 13:25
Mən bu məsələni araşdıracam. Gədəbəy Qızıl -Mıs Emalı zavodunun açılışında cənab Prezidentə bizim iştirakımızla Ekologiya Naziri və şirkətin rəhbəri Rza Vəziri məruzə ediblər ki, bu qapalı bir prosessdir və ətraf mühütə heç bir zərəri yoxdur. Əgər belə bir şəraitdə sızma və yaxud istehsal tullantısı olubsa bu işə cavabdeh şəxslərin cəzalandırılmasına çalışacağam. Biz də nümunə götürmüşük və neytral labaratoriyada araşdıracağıq. Şirkətin rəhbəri ilə telefonla danışmışam, amerikadadır bir neçə günə dönəcəyini söyləyib və aydınlaşdıracayıq. Ona görə də araşdırmanın sonunu gözləməyi tövsiyyə edirəm. O ki, qaldı Gədəbəylilərin sosial problemlərinə onların hamısını :yolu da , qazı da , işsizliyi də tərəfimdən ölkə başçısına həmin zavodun açılışı zamanı çatdırılıb. Cənab İ.Əliyevin bütün Azərbaycanın inkişafı ilə və o cümlədən Gədəbəyin də sosial problemləri ilə bağlı kifayət qədər məlumatı var, onları həll etmək istiqamətində böyük işlər görür, gəlin hər birimiz ona dəstək olaq. Sovetlərdən qalan qlobal problemləri yaddan çıxarmayaq.Ən əsası Qarabağı və onun iqtisadi fəsadlarını.
Cavab

Kimdən: Nazim Məmmədov Haradan: Bakı
22.12.2009 19:06
Alex bəy salamlar. Adını, soyadını bilmədiyim alimi necə tapım? Yaxşı olardı siz onu üzə çıxardaydınız. O ki, qaldı "sionidə" hər halda o zəhər barədə hamı kimi, bizim də az-çox məlumatımız var. Bu istehsalatda isə söhbət kimyəvi turşuların köməyi ilə dəyirmandan keçmiş süxurlardan qiymətli metalın ayrılmasından. Ancaq bu halda da belə kimyəvi maddələr ətraf torpağa və suya qarışmamalıdır - bu məsələdə mən sizlərlə razıyam.
Cavab

Kimdən: Sever Erdemir Haradan: Türkiye
05.01.2010 15:45
Nazim müellim, sizi canı-dilden tebrik edirem ve gelecek karyerinizde ve Azerbaycanımızla bağlı layihelerinizde Size müveffeqiyyetler arzulayıram. Yenilikçi ve işini bilen insanlara reğbetim sonsuzdur.
Cavab

Kimdən: alex
22.12.2009 15:21
Hormetli Nazim muellim, sizin o zavodun ne oldugun basa dusmeniz ucun , coxda uzaga getmeyin, sadece o adini cekmediyim alimi tapib danisdirsaniz yeterlidir. O cox gozel bilirdi ki, bunun sonu ne ile neticelenecek, ve var gucuyle bu belanin garsisin almaga calisirdi, calisrdi ki, bu zavodun etraf muhite vuracagi zereri minumuma endirsin. Amma sonunda o Amerkali onu Gedebeyden itirdi.
Hal hazirda Gedebeyde fealiyet gosteren zavodun istifade etdiyi texnologiya , hec de gapali sayilmir. Ne geder gapatsanda o yene uze cixir, ve sianid kimi bir zeherin orada istifade edilmesi yol verilmezdir. Sianid ele bir seydir ki, bir kibrit garasi geder migdari, bir insanin canin 30 saniyeye alir. O cianiden orada min tonlarladir, nezaretide tecurbesiz geyri mutexesislerin elindedir.
Cavab

Kimdən: Daglar oglu Haradan: Baki-Tovuz
09.01.2010 01:48
Tarixan bele olub ki, tabii sarvatlar insanlarin rifahi ucun cox da faydali olmayib. Gizil yataqlarina, neft yataqlarina umud olmaqdansa intellektual potensialimizi guclandirmaliyik. Dunyanin Yaponya kimi tacrubasi var.

Kimdən: samir Haradan: baki-gedebey
22.12.2009 12:01
sozum habiledi...cenab elli,niye ele fikirlewirsen ki,gedebeyliler bakinin ucuz insan quvvelerini tewkil edir? onu bil ki,evveller oldugu kimi,hal-hazirda da azerbaycanin felsefi fikrinin formalawmasi,felsefe elminin inkiwafi mehz gedebeyli alimlerin,professorlarin emeyinin neticesidi...tekce I.Rustemovun,T.Resulovun, eveller de Kocerlinin adini cekmeyim kifayetdi.o ki qaldi,qizil medeni meselesine,dil bilmek meselesine...mence burda boyuk prablem yoxdu.sen o amerikanlilarin dilini bilib,nece iwlemey,ne etmek lazim oldugunu bile bilersen.onlardan oyrenenden sora ozumuz o amerikansiz istehsal eleye bilerik.
Cavab

Kimdən: Anonymous
25.12.2009 17:17
Ay Samir bəy Azərbaycanda oliqarxlar yağ balla yaşayır onda azərbaycanlılar cənnətdə yaşayırlar . Bir iki alim gədəbəy demək deyil. Balaxanıdır ,Sabunçudur Gədəbəy
Səhifə (2)
    Növbəti