Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

MSK bələdiyyə seçkisi öncəsi növbəti iclasını keçirib

MSK hər iki şikayətin araşdırılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edib

MSK hər iki şikayətin araşdırılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edib

20.12.2009
Dekabrın 20-də Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkisi öncəsi növbəti iclasını keçirib. İclasda Komissiyaya daxil olmuş iki şikayətə baxılıb. Şikayətlərdən biri 69 saylı Cəlilabad- Masallı seçki dairəsinin seçiciləri tərəfindən daxil olub. Seçicilər namizədlərdən birinin qanunsuz təşviqat kampaniyası aparması və seçki məntəqəsində çalışan qohumlarından şəxsi maraqları üçün istifadə etməsindən şikayətləniblər.

99 saylı Şəmkir seçki dairəsindən namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının bir qrup üzvü isə bəzi rəqiblərindən şikayətçidirlər. Onlar iddia edirlər ki, 9 nəfərdən ibarət namizədlər qrupu öz təşviqat materiallarında hakim partiyanın namizədlərinin şərəf və ləyaqətlərini alçaldırlar.

MSK hər iki şikayətin araşdırılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-dədir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Cavid Şəhər: BAKI
20.12.2009 19:26
MSK- Merkezi Saxtakarliq Komissiyasi, belediyye adi verilen "seckileri" saxtalasdirmaga hazirlasir. Bu seckilere vetendaslar gelmeyeceyine gore secki qutularina topa bulletenler atilacagi shubhesizdir. Beynelxalq tesklatlar da buna goz yumacagi bilinir. Biz de beynelxalq teskilatlardan edalet gozleyirik. Bu teskilatlar Azerbaycanda kecirilen seckilerin saxtalasdirilmasina goz yumacaq. Lenet olsun bu dunyanin halina..!