Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Bloqlar / Abbas Atilay

Səfəvilərin yadigarı – Ərdəbil

Şeyx Səfi türbəsi

Şeyx Səfi türbəsi

19.12.2009
Bir orta əsrlər yadigarıdır bu şəhər. Avtomobillər, internet-kafelər, adamların əlində mobil telefonlar olmasaydı, siz özünüzü rahatlıqla Səfəvilər zamanında hiss edərdiniz. Təbiiliyini, aristokratlığını qoruyub saxlamış şəhərdir Ərdəbil.

İranın şimal-qərbində yerləşən «Ərdəbil ostanlığı»nın paytaxt şəhəridir. 1996-cı il əhalinin siyahıya alınmasına inansaq əhalisi 340 mindən artıqdır və demək olar ki, əhalisi tamamilə yerli azərbaycanlıdır.

Prezident olmamışdan əvvəl M.Əhmədinejatın valisi olduğu bu şəhər Təbrizdən və Urmiyadan müəyyən qədər mühafizəkarlığı ilə fərqlənir. Bunu Ərdəbil küçələrində də müşahidə etmək olar. Hətta insanların geyim tərzində.

Və düşüncə tərzində. Mən dini görüşlərimi Təbriz və ya Urmiyada daha rahat müsahiblərimə ifadə edə bilirdim, nəinki burda.

Şiə təriqətinin öndərlərindən Şeyx Səfi və Səfəvilərin dini siyasəti bu şəhərdə çox hiss edilir.

İran Azərbaycanının digər şəhərlərində olduğu kimi, Ərdəbil sakinləri də çox mehribandır bizlərə. Bir qayda olaraq bu şəhərdə Bakıdan gəldiyimi kim eşidirdisə, ətrafındakı insanlara da məni tanış edirdi və onlar da hədsiz hörmət göstərirdilər.

«Hörmət» demişkən, ünsiyyətdə olduğum insanlardan biri bir az kinayəli, amma səmimi olaraq bir hadisəni danışdı:

Şəxsi maşınları ilə Bakıya gəliblər. Hər addımbaşı Yol Polisi əməkdaşları onların maşınlarını saxlayırmış. Bir dəfəsində isə Yol Polisi əməkdaşı sürücünün bütün sənədlərini yoxladıqdan sonra sənədləri geri vermək istəməyib. Sürücü səbəbini soruşduqda polis əməkdaşı «hörmət etməlisən» deyib. Sürücü isə maşından enərək «sevgilər-sayğılar» deyərək polisi qucaqlamaq istəyib. Hadisəni təəccüblə izləyən ikinci polis şəhadət barmağını baş barmağına sürtə-sürtə «sən də başa düş də, «hörmət elə!» deyə izah edərək onlara kifayət qədər hörmət, qonaqpərvərlik göstərib.

Buna bənzər bir neçə hadisə olub. Nəticəsi isə belə olub ki, o adamlar bir daha Bakını görmək istəmirlər. Mənim isə onlarla deyəcək heç bir sözüm yox idi.

Belə «xoş» xatirələri siz başqa şəhərlərdə də eşidə bilərsiniz. Təəssüf ki, bir İran azərbaycanlısı mənim kimi səfərdən qucaq dolusu xoş xatirələrlə qayıda bilmir.

Ərdəbil ilə sərhəd İran Biləsuvarı şəhərinin arası təqribən 3 saatlıq yoldur. Taksilərdən gediş-gəliş üçün istifadə edə bilərsiniz. Gediş haqqı sadəcə 4 manatdır.

Bu şəhəri görməyinə dəyər, ən azı Şeyx Səfi türbəsinə və şəhərin hər bir yerindən görünən Savalan dağına görə.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (3)
Kimdən: rac Şəhər: baki
16.01.2010 03:08
iran hemishe azerbaycanin uzune gulur ama arxada ermenilere komeklik edir.iran hec vaxt bize qardas ola bilmez.ozlerini muselman hesab edirler ama muselmanlara komek etmirler.ermenilere qaz verir ve erzaq gonderir ama faydasi yoxdu ne vaxtsa iran azerilerin gucunu gorecek azerbaycan birdir ama ikiye bolunubdu guney ve simal.biz yene bir olacayiq.

Kimdən: Azer Şəhər: AzerbayCAN
08.01.2010 20:39
Salam aleykum! Millat siz burda guney azerbaycan turkleri ile daniwmirsiniz. Onlarin hamisinin yazdigini gozdan ke4irin gorarsiniz ki yazdiqlari hamisi Iranin dovlet siyaseti dir. Oz Eteelat kewfiyyatlaridir. Azerbaycanli turk ola Iranda yawamagi seva. Turkmenchay muqavilesini unuda...burda daniwan butun guneylilar turk yox farsdirlar.oyradiblar turkce vessalam.axi niya mubahisa edirsiz. Iran ise Islam dunyasinin uz qarasidir.bunu anlamaq bela zormu yeni?!Tabriz da 70 il erzinda 4 defe inqilab olub. onda delidirlar da millati yigilib ayrilmaq istiyir irandan. hamisi FARSDIR BUNLAR !!

Kimdən: Naıle Şəhər: Bakı
07.01.2010 00:31
Uzr isteyirem asagida 'zorakiliga qarsi" evezine ' zorakiliq ugrunda " gedib.

Kimdən: Afat Şəhər: Ukrayna
07.01.2010 00:11
Solmaz xanim! Nə gədər ki İranda sizin kimi düşünənlər çoxlug təşkil edir, jənub azərbayjanlilarina nijat yoxdur. Azadligin nejə ğözəl nemət oldugunu dərk etmək üçün ən azi azad düşünmək və azad yaşamag lazimdir.Azərbayjanin azadligi ugrunda gurban ğetmiş Səttarxan, Xiyabani, Pişəvəri, Rəsulzadə kimi oğullarin ruhunu təhgir etməyin. Onlarin giymətini sənin təmsil etdiyin İran hökuməti yox, tarix verib və verəjək. Vaxt ğələjək Azərbayjan tarixi kitablarinda Azəri balalari onlarin gəhrəmanligi hagginda oxuyub onlarla fəxr edəjəklər.
Unudulmaz Şəhriyarin adini xatirladirsan. "Heydərbabaya salam "şerində o mərhum belə deyib: Yaxşiligi əlimizdən aliblar, yaxşi bizi yaman günə saliblar.
Müasir Azərbayjan dövlətinin 20 yaşi var. Gurulmagda olan dövlətin səhv buraxmasi labüddür. İnaniram ki, Sovet dövlətindən miras galmiş rüşvətxorlug gisa zaman fasiləsində aradan ğötürüləjək. Amma İranin imperiya ambisiyasi çətin ki öz-özünə keçib ğedə.
Yazirsan, İranin rəhbəri azərbayjanlidir. Nə fayda? O da ondan əvvəlkilər kimi saray xadimidir, millətinə yox, dövlətinə gullug edir. Azərbayjan prezidenti İranda rəsmi səfərdə olanda aralarinda tərjüməçi oturmuşdu.Yəni dogma dildə danişmag bu gədər gəbahətdir, ayibdir? Bax,nə gədər ki, iki gardaş arasinda üçünjü adam olajag (fərgi yoxdur-tərjüməçi ya geyrisi), Araz çayi ğöz dagi olarag galajag. Axirda onu da deyim ki, Garabag müharibəsi dayanandan sonra ermənilərin prezidenti levon-ter petrosyan gayidib dedi ki, İran dövlətinin köməyi olmasaydi biz galib ğələ bilməzdik. Belə-belə işlər...

Kimdən: Naıle Şəhər: Bakı
06.01.2010 20:13
Solmaz xanim siz irani ne qeder azeri dovleti kimi qeleme verseniz de bunu ozunuzden basqa hec kim qebul etmeyecek . Dunyada bir dene azeri dovleti var o da musteqil Azerbaycan respublikasidir, sadece taleyin hokmu ile Azerbaycanin guneyi bizden ayri dusub ne qeder mubarizeler olub ve olacaq da Guney Azerbaycanin musteqilliyi ve Vahid Azerbaycanin ugrunda. Yeqin sizin zovqunuze oxsayir irandaki edamlar ve edam agaclari. Sizin ureyiniz nece qebul edir ki, genc , cavan oglan ve qizlari dar agacina aparirlar, ozu de boyuk hevesle televiziyalarda reklam adirler. Bir soz deyen kimi siz tez Quzeydeki veziyyetleri bize numune gosterirsiniz, esline qalsa zorakiliq zorakiliqdir onun basqa adi yoxdur ve her yerde qeti sekilde redd edilmelidir ve bunun ugrunda mubarize aparilmalidir, onu da qeyd edim ki, Quzeyde sukurler olsun ki, olum hokmu yoxdur.Hokumetin gizli ve ya aciq sekilde etdiyi zorakiliq ugrunda bacardigimiz qeder hele ki, mubarize apaririq ve bizim isteyimiz elan etdiyimiz Respublika sozun esl menasinda Respublika olsun bunun ucun de mubarize lazimdir.

Kimdən: Solmaz Şəhər: Ardabil - IRAN
06.01.2010 01:20
Salam hamiya. Burda Iran baresinde hagigata uygul olmuyan yazilar gedir. Guya 35 milyon azerinin yashadigi Iranda azerileri sixillar. Onda gerek bu milletin bashina dash tokule agar 35 milyonu kimse sixsa. Halbuki Iranin doulat bashinda oturan azeridi! Va guya Iranda azeri dili gadagandi. Bu yalandi ve bizde Ardabil televizyon va radyosu ve hamchenin Tabriz va Orumiya va Zancan va Tehranin bir kanali ele azeri dilindedi. Ustelik Omide Zancan, Sahand kimi qazetler, Varlig ve Yol kimi jurnallar var azeri dilinde. Dilimizi oyrenmek de azaddi ve kim istese azeri turkcesiyle kurslara gedib oyrana biler. Iranda azeriler oz veziyyatlarinden razi olmasaydilar 35 milyon az deyil ve siz deyan kimi men Solmazlar azlig olsaydig ve narazilar chox onda gerekdi milyonlar xiyabanlara axishib etiraz elasinlar halbuki Iranda chox etiraz mitingleri olur siyasi meselelere gore amma bunlarin biri de milliyatchi adlanan yalanchi ve xaricden pul alib xiyanet eliyanlara aid deyil. Hani chohraganilarin terefdarlari? Men niya internete girim, ay yazanlar? Man ki ele Irandayam, hadiselerin ichindayam, hami azeri olduguna gora tutulanlar? Kim indiyacan bir qazet achib qoymayiblar ve tutublar? Bir ad deyin. 30 ildi Cavad Heyat Varlig jurnali buraxir. Dukanlar doludi azeri kitablariyla. Her yanda Shahriyara heykeller va shakillari ve her yanda turki kitablari. Siz ne danishirsiz? Men Ardabildaki veziyati kuchadan meydannan yox internetden oxuyum? Demali ki internet yalan yazir ve siz teshrif buyurun Irana ozunuz shahidi olun. Achin bizim Sabalan kanalin azeri dilinde baxib kef edin. Azeri mahnilarina qulax asin kef edin. Ardabilde her yanda azeri mahnilaridi ve hetta Tehran televizyonu da azeri mahnilari verir. Mahvareyle baxin da, niye bash sindirax? Ozunuz hotbirdde baxin meselen sahar kanalina. Amma iranmusic filan bunlar axi Iran kanali deyil. Siz baxirsiz amrikadan olan farsi kanala. Onun Iranla ne rebti? Iranda millet oz kanallarimiza baxir ve azericedi onlar. Bir Iranli desin - Sabalan ve Sahand ve Orumiyanin Azarbaijan adlanan kanallari azeri turkcesiyle pexsh olunmur? Siz yalana inanib dushman olubsuz Iranla. Bundan ne fayda? Deyirsiz Turkiye. Orda 3 milyon azeri var - 1 maktablari var? Amma onu hech kim demir! Bir televizyon ya radio kanallari var? Sizinki qerezdi vallah. Iran Garabag cengi zamani o geder komek eladi Azerbayjana va necha shahidimiz oldi orda amma indi bize deyirsiz guya biz komek elamadig hech ve hetta ermeniye komak eladik. Yalan dillar qurusun! Insafiz olsun axi. Iran barede heqigati bilasiz deyiban man sizi Irana davat eliram galin gorun sonra yazin!

Kimdən: Afat Şəhər: Ukrayna
03.01.2010 03:18
Ərdəbilə1991-ji ildə ğetmişəm,Şeyx Səfi türbəsini ziyarət etmişəm.Dərin təəssürat oyadib məndə o ğözəl tikili.Şah İsmayil Xətainin,Şeyx Səfinin məzar daşlarini öpmüşəm.Elə hesab edirəm ki Şimali Azərbayjandan ora müntəzəm turist marşrutlari təşkil olunmalidir.Və hər bir azərbayjanlinin mənəvi borju olmalidir o məbədi ziyarət etmək.Məndə İranda yaşayan gardaşlarimizin hər vəjhlə İrani büllur,Şimali Azərbayjani nakəs ğöstərmək istəməsi təəssüf doğurur.Jənublu gardaşlarimizin yazdiglarindan elə başa düşmək olar ki,orda hər şey öz gaydasindadir.Təəssüf ki belə deyil.Mən o vaxt Jənublu dostumun maşininda Biləsuvardan Ərdəbilə ğedəndə polis postuna çatanda dostum Azərbayjan mahnilarina gulag asdigimiz magnitofonu söndürdü.Niyə belə etdiyini soruşanda dedi ki,sərbazin ajiğina ğedər(sərbaz fars idi).Budurmu sizin ölkədə azadlig?Yoxsa demək istəyirsiniz sizdə rüşvətxorlug yoxdur?Məhkəmələrdə tutulanlarin gohumlari yiğişib pul verəndən sonra işə xitam vermirlər?Mən Biləsuvardan Ərdəbilə kimi çox adamlarla ünsiyyətdə olmuşam və ordaki problemlərə yaxindan bələd olmuşam.İndi də səmimiyyətlə ordaki gardaşlarimi xatirlayiram.Garabağ müharibəsindəki vəziyyəti bizə irad tutmayin."Arxali köpək gurd basar"ifadəsini eşitmisinizmi?Ermənilərə o vaxt(elə indi də) dayilig edənlər çox idi.O jümlədən sizin təmsil etdiyiniz İran hökuməti.Düşmən çirağina nöyüt tökən,dildə bir jür, əməldə başga jür hərəkət edənlər indi min bir vasitə ilə özlərinə bəraət gazandirirlar.500minlik erməni əhli İranda bütün hüguglardan istifadə edir-gəzet buraxdirir,öz dillərində məktəb açdirir,kilsə tikdirir.Bəs 35milyonlug Azərbayjan xalgi bu hüguglardan niyə istifadə etmir?Başini bir balaja galdiran oğlanlari zindana atdiran,min bir əzaba düçar edən sənin humanist İran dövlətin deyilmi?Dükanlarin üstündən Azərbayjana aid adlari sildirən,millətə öz adini unutduran fars məmurlari deyilmi?"Sapi özümüzdən olan baltalar"ifadəsini xatirla:o bizim millətə aiddir.Həmişə paytaxtda nümayəndəsi olub,anjag onümayəndə millətə yox,dövlətə gullug edib.Çox əfsus...
Cavab

Kimdən: Solmaz Şəhər: Ardabil - IRAN
04.01.2010 01:38
Siz na danishirsiz? Ardabilde va Tabrizda hatta Tehranda televizyon ve radolar azeri musiqisi verir butun guni. Xiyabanda, parkda her yanda ele azeri mahnilari, teraneleri. Konsertler bizlerde feget azeri mahnilari konserti olur. Siz deyirsiz serbaz qoymur? Siz mahvare ile tutub SABALAN ve SAHAND TVlerine yaxud Tehranin SAHAR TVsine baxin ve shahid olun bizim Iranda azeri mahnilari chox chox verilir ve bunun eksini deyen Irannan tam xebersizler ola biler. Bizde rushvet yoxdi! Polis ise birinden 1 tumen pul alsa gozun chixarallar. Shirket ve dukan adlarI - SEN-ICH, AYTEK, AYDIN, QAYNAR XEZER, HEYDER BABA va saira va Tabrizde haminin tanidigi EL GOLI. Hamisi ela turki adlardi. Siz nece yalan tebligatlara inanib deysiz guya biz ermenilere komek elimishik buhaldaki bizim igidler Qarabagda can qoyub va burda qardashlarimiz da yazib - Iran muharibe zamaninda Azerbaycana herbi komek eleyib. Siz niye buna nankor oleysiz? Hem de gardashim siz Irani pislemekle ele bil teskinlik tapeysiz ozuze. Pisleyin, Allaha xatir. Ureyizi boshaldin. Bunnan olkeniz duzelecek? Oz fikrizde olun gardash, Ukraynda oturub Qarabagdan danishmeyin. Gelin memleketizi ermenilerden nicat verin. Allah sizin memleketize komek olsun. Man chox taacub eliyem veziyetize!
Cavab

Kimdən: Naıle Şəhər: Bakı
04.01.2010 22:34
Solmaz xanim ola biler ki, iranin indiki durumu sizi qane edir, sovetler vaxti insanlar var idi ki, o rejimden ayrilmaq istemirdiler. Milletin haqlari bir- iki neferin isteyi ile olculmur. Bes niye Guney Azerbaycanda canlarini qurban veren ogullr, qizlar varki, Guney Azerbaycanin istiqlali ugrunda, iranin mustemlekesinden cixmaq ucun calisirlar, bes buna ne deyirsiniz? Tek-tek sizin kimilerin isteyii butun milletin isteyi demek deyil, irani durdugumuz yerde pislemek neyimize lazimdir? Biz faktlara esaslanib danisiriq, eger sizin faktlardan, yeni sebeblerden xeberiniz yoxdursa, acin internete baxin iran ne qeder azeri ogul ve qizlarinin basina neler getirir.Siz deyirsiniz ki, irani azeriler idare edir, o bir ideologiyadir, sizin kimilerinin basini aldatmaq ucun fikirlesibler.
Cavab

Kimdən: Afat Şəhər: Ukrayna
04.01.2010 19:37
Solmaz bajim!Mən öz ğözlərimə inanim,yoxsa sən yazdiglarina?Niyə sizə ijazə vermirlər ana dilində dərs almağa,niyə Azərbayjan dilində bir dənə gəzet yoxdur,niyə bu gədər Azəri oglunu zindanlarda çürüdürlər,niyə dükanin üstündən "Çənlibel"adini sildirirlər?Suallar çoxdur,amma bunlara düzgün javab versən kifayətdir.Bəli,mən Ukraynada yaşayiram.Tez-tez İranin"PMS",İranMuzik kanallarina baxiram.Fikirləşirəm bəlkə Azərbayjan mahnisi eşidəm.Fars,türk,ərəb,amerikan və c.mahnilari verirlər,azərbayjan yox.İran hökuməti orda yaşayan 35milyonlug azəri millətini nəzərə alsaydi,ermənilərlə bütün əlagələri kəsərdi.Fələstinə ğörə İsraillə düşmən olan İran həm müsəlmançiliga,həm də İranin az gala yarisini təşkil edən azərbayjanlilara ğörə bunu etməliydi.İnanin,bir erməni Tehranda yaxşi vəzifə tutsa,o,öz dövlətindən gabag erməni milləti hagginda fikirləşəjək.Amma bizimkilər üzü Şah Abbasdan bu yana müxtəlif yüksək vəzifə tuta-tuta millətinin milli mənliyini ayaglar altina atiblar.Garabag müharibəsi Azərbayjanin təkjə ermənilərlə yox,həm də onun himayədarlari ilə müharibəsi idi.O himayədarlar ki,biri silah-sursat,goşun verdi,başga biri neft-gaz verdi,o biriləri siyasi havadarlig etdi.Bizi Türkiyədən başga heç kim müdafiə etmədi.Əslində Azərbayjan ermənilərlə yox,rus goşunlari ilə vuruşmali oldular.Nə isə...Deyiləsi söz çoxdur.Bir də sən yazdigin dükan adlarinin təkjə Azərbayjana aid olmasi şübhə dogurur.

Kimdən: Rashid Ganjavi Şəhər: Ganja
29.12.2009 15:39
Əziz çat iştirakçıları!
Gəlin qarşılıqlı ittihamlardan əl çəkək və bir birimizin problemlerimizi gözə soxmayaq. İranında Azərbaycanında özünə görə problemləri var. Rüşvət bizdə ümumi bəladır amma İranlılar da çalışsın rüşvət verməsin, rüşvət verdikdə polis maşının nömrəsini versinlər öz konsulluqlarına görsünlər bir də onları saxlayırlar ya yox. Yox sadəlövlük edib ona buna pul payladınsa danışma onda. Biz də Gürcüstana prezident Şevarnadzenin vaxtında gedəndə yolda polis dilənirdi. Amma bu o fərdin və onun nazirinin günahıdır Gürcü xalqının qələti deyil. Azərbaycanda çoxlu Avropalı var onların heç biri rüşvət vermir, deyir ki, gedib səfirliyə şikayət edəcəm. Bir də ki, çalışaq xalqlarımızın ərazi bütövlüklərinə hörmət edək. Müəllif bu qədər gözəl sözlər yazıb şəhər haqqda bizdə çirkin şərhlər verib onun haqqını tapdalamayaq. Müəllifin iran şəhərləri haqqda növbəti yazılarını məmnuniyyətlə gözləyirəm. Şərq tarixi həvəskarı olaraq çox dəyər verirəm sizə

Kimdən: Vətandaş Şəhər: Urəkdən
28.12.2009 19:00
İranın dövlət əqidəsi yalan danışmağa icazə verir və bunu dinlə icazəli olduğunu deməyə çalışır (təqiyyə), sıyğa kimi əxlaqsızlığa icazə verir, bütün sünnüləri kafir görür, Azərbaycana İslam nurunu gətirən Rəsulullahın səhabələrini lənətləyir. İslam millətinə ən böyük zərbəni, parçalanmağı farslar vurdular.. İrandan Azərbaycana qardaş çixmaz! Sözlə qardaş olmur, əməllə olur! İranında əməllər göz qarşısındadır. İstər indiki zamanımızda istərsədə elə səfəvi dövlətin vaxtında. İndi bizə yeridilir ki səfəvi dövləti Azərbaycan üçün çalışıb... Səfəviliyin dövlət əqidəsi kimi qəbul etdiyi və Azərbaycanda yaydığı yalançı-şiə əqidəsidə elə ona xidmət edirdi ki sünnü olan türk dünyasından əqidə olaraq ayrılmaq və buda heç vaxt Azərbaycanın mənafeyinə uyğun olmayıb. İranı Azərbaycanla birləşdirmək maraqlandırmır! Yalnız o maraqlandırır ki, öz yalançı əqidəsini burada yaysın.

İranlı sizə qardaş deyirsə əvvəlcə soruşün görün təqiyyə etmir ki...

Allah müsəlmanları dində sabit etsin və fitnəkarlardan qorusun. Amin!
Cavab

Kimdən: Nata Şəhər: Baki
31.12.2009 15:32
Kitan oxuyun bey! Tariximizi oyrenin. Shieliyi Azerbaycanda farslar yox, farslar arasinda AZERBAYCANLILAR yayib! Sefeviler azerbaycanlidi ve Iranda ilk shie dovletini mohteshem bir dovlet kimi o resmi elan edib! Biz ele shieyik de, niye fars durub indi bizi shie elesin ki? Biz esrlerdir bu yolu tutmushuq, Imam Huseynimize 2 ay yas saxlayib toy etmirik, ashura gunu milyonlarla azerbaycanli mescide gedir. Siz bunu istemeseniz de bu beledi! Hesablashmaq mecburiyyetindesiniz!
Cavab

Kimdən: Qasimdan Vetendasha Şəhər: Iran
30.12.2009 04:05
Ey Irana ve ahli-beyt yolu shieliye nifret hissi ile yashayan gardashim! Senin Iran ve shielik haqqinda biliklerin yanlishdi. Teqiyye - olum tehlukesi qarshisinda imani gizledib, dil ile ozunu olumden qurtarmag uchun qurtulush yoludi. Bu Quran ayesi ve peygamber sunnesidi! Sahabelerin nechasi olum tehlukesinde imanlarini gizledib - teqiyye edib. Bu yalan ile chox ferqli bir sheydi. Islam ve shielik yalani haram sayir, amma Islam dushmeni qarshisinda olumle uz-uze qaldiqda olumden qurtarmaq yolu teqiyyeni halal! Bunu inkar eden Quran ayesin inkar edir. Sigeye geldikde, mene bir unvan ver gorum, Iranda kim bu ishle meshguldi? Men ise sene bir kitab unvanlar verim, oz memleketinin veziyyetine bax gor, yolun harasindasiz! Sevefiye geldikde, o azeri olub ve azerilerin (senden ferqli) mutleq ekseriyyetinin eqidesi shei Islamidi. Sefevi Iranda farslari shieliye getirib. Sunni alimlerinin ise mutleq ekseriyyeti fars olub - Buxari (eslen xorasan farsi), Muslim (Nishapur farsi), Rebbani, Imam Gazali, Ebu Davud Sicistani, Ibn Mace ve daha yuzler! Salman Farsi de fars olub - sehabe ve sen ozun sehabeni soyursen farslari soyerken. Bu oz ishindi - Qiyamet guni Allaha cavabini ozun vereceksen. Men ise ozumuze aid meseleye toxunuram - Iran dunyada Islam birliyine gore en chox chalishan, milyonlar xercleyen bir dovletdi. Burda sunni shie qardashligi var - sunnilerin azad mescidleri, medreseleri, televizyon kanallari, qazetleri ve sair. Ustelik sunni felestinlilere xatir Iran Israili bir nomreli dushmeni elan edib ve buna gore Amerika ile dushmen olub. Felestinde sunni HAMASa yardim edir ki, sunni felestinli qardashlarimiz mehv olmasinlar. Amma senin kimin adamlar fitne salib shie ile sunninin arasin vurur. Sene gore teessuf edirem. Biz iranlilar Islam birliyinin terefdariyiq ve muselmanlarin hammisini muselman kimin qabul edirik - sunni olsun, shie olsun. Amma ozumuz shieyik ve bu da biz iranlilarin, azerilerin ekseriyyetinin sechimidi. SEn insanlarin dini hisslerine ehtiramla yanash! Buna adet ele ki, la ilahe illellah va muhammadun rasulullah deyen adamlara QARDASH deye bilesen!

Kimdən: azer Şəhər: baki
27.12.2009 15:16
iran rejimi ordaki azerileri farslasdirib eqidesine kimi deyisib. men hec vaxt onlara inanmiram ve olene kimide inanmayacagam. qerb dunyanin hec bir yerinde islam devleti qura bilmedi, buna hemin devletler ve insanlari getmedi, ama iranda qura bildiler.qarabag muharibesinde turkiyeden, efqanistandan, pakistandan, erblerden, cecenler ve s.vurusmaga geldi, ama iki addimligimizdaki "qan qardaslarimiz" komeye gelmedi. felestinden zulume meruz qalan muhacirler ereb olkelerine gedir onlara guclu hormet edirler. siz qacqinlarimiza hec bir yardim etmediz. iraqda isgalcilara kurdlernen rafiziler komek etdi. qarabag muharibesinde ermenilere komek etdiz.cox yazmaq olar.iran serler ve yalancilar olkesidir.men azarbaycanim ucun sizden qorxuram.qerb nese yeni oyun qurmaq isteyir ona gorede sizden istifade edir. ona gore ki,abbas safavi indiki xumus yigan, heremxanalar saxlayanlarin yerine agiz suyu axida-axida kecmek isteyenler var. turkculuk,dil ne bilim ne bunlar sohbetdi maraqli olsun deye.
    Növbəti 
Səhifə (3)