Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 06:02

Siyasət

«Azərbaycan Amerikanın dostu deyil»

«Azərbaycan demokratiya idealından uzaqdır»
Şriftin ölçüsünü dəyiş - +
«Mən S.Rob Sobhaninin «Qədim «İpək yolu»nda yeni imkan» başlıqlı yazısından məyus olmuşam».

Bunu «Vaşinqton Taymz» qəzetinə məktubunda London İqtisadiyyat Məktəbindən Aslan Amani yazıb. Məktubda deyilir ki, cənab Sobhaninin Yaxın Şərqdə model kimi təqdim etdiyi Azərbaycan demokratiya idealından uzaqdır:

«O qədər uzaqdır ki, Birləşmiş Ştatlarda hansısa siyasi hakimiyyətin Sobhaninin təkliflərinə ciddi yanaşacağı ehtimalı son dərəcə azdır».

Məktubda daha sonra oxuyuruq:

«Fakt odur ki, Azərbaycan dünyada ən çox korrupsiyalaşmış ölkələrdən biri olaraq qalır. «Transparency International» təşkilatına əsasən, Azərbaycanda Liviya, Suriya və Pakistan kimi müsəlman dövlətlərinin hamısından daha çox korrupsiya var».

Aslan Amani yazır ki, Azərbaycan iqtisadiyyatı oliqarxların ciddi nəzarəti altındadır. Oliqarxlar əksər hallarda əsasən dövlət rəsmilərinin ailə üzvləridir. Hətta cənab Sobhaninin yazısında iltifatla qeyd olunan «Paşabank»a da Azərbaycan prezidentinin yaxın qohumları nəzarət edir. Düzdür, iri və daha yaxşı əlaqəli şirkətlər Azərbaycanın avtoritar siyasi iqtisadiyyatında irəliləyə bilər. Ancaq kiçik və orta Amerika şirkətlərinin uğur qazanacağı ehtimalı azdır».

Aslan Amani əlavə edir ki, Azərbaycan Amerikanın dostu deyil. Dostu olsaydı, ABŞ Konqresinin maliyyələşdirdiyi radionun milli tezlikdən yayımına qadağa qoymazdı. Ötən ilə qədər AzadlıqRadiosunun Azərbaycan xidməti ölkədə ən mühüm azad və ədalətli məlumat mənbəyi idi. 20 il əvvələ qədər radio ABŞ-ın milli maraqlarına xidmət edib, Sovet İttifaqında azadlıq arzusunu yox olmağa qoymurdu.

Məktubda deyilir ki, Amerikanın dostu jurnalistləri öldürmür, ya da həbs etmir:

«Cənab Sobhaninin məqaləsində Azərbaycan hökumətinin iki böyük qəzetin baş redaktorunu həbsdə saxladığı qeyd olunmur. Bu yaxınlarda ABŞ-da təhsil almış bloqqer Emin Milli də siyasi məhbuslar siyahısına əlavə edilib... Azərbaycan yüksək təhlükəli neo-avtoritarizmin nümunəsidir. Hansı ki, beynəlxalq aləmin gözündə hörmətli görünmək üçün milyonlarla dollarını lobbiçilik fəaliyyətinə sərf edir. Mən ümid edirəm ki, prezident Obama nəinki Azərbaycan prezidenti İlham Əliyevi Ağ Evə dəvət etməyəcək, həm də Dövlət Departamentinə göstəriş verəcək ki, insan haqlarına hörmət etməsi üçün ona təzyiq etsin».

Müəllif yazır ki, Amerika vətəndaşlarının azadlıqları hesabına varlanan ailələrə yox, fərdi azadlıqlar uğrunda mübarizə aparanlara dəstək verməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Xetai Haradan: Azerbaycan
31.12.2009 01:52
Amerika umumiyetle oz cibini ozune dost sayir..Amerikanin dunya siyaseti ondan ibaretdir ki muselman dovletlerindeki enerj yataqlarini ele kecirib istediyi kimi istifade etsin. olarin heyata kecirmek istediyleri ideyalar helelik bash tutur niye ?.
--Iraqin ishqali yataqlari ele kecmesi
--Efkanistanin ishqali , qizil ,gumush ,filiz yataqlari.ve qonshuluda olan dovletlerle ABS herbi bazalarindan teziq edilmesi...
qarshidaki merhelede *
--Iran dovletinin devrilmesi ve ya ishqali, Neft ve qaz
--Azerbaycana Qarabaqi qaytarilmasina evez olaraq ABS dovletin uzun muddetli enerji sektorunun sahibine cevrilmesi...
Turkmenistan dovletinin de bu plana dushmesine hec bir shuphe qalmir...bu muselman dovletininde boyuk neft qaz yataqlarina malik olmasi ABS-in gozunden yayina bilmez..
eger xerite uzerinde fikir versek bu aciq ve aydin ABS-in mekirli siyasetini ortada cixarir..
ne AMERIKA ne deki deyerdim AVROPA bireliyi AZERBAYCANIN dostu ola BILMEZ. mehs bu sebeblerdende biri olaraq TURKIYE Avropa birliyine qebul olunmur....

Kimdən: vətəndaş Haradan: bakı
21.12.2009 21:32
ATƏT-Minsk qrupunun komissiya üzvləri ancaq könüllərinə kabab yemək düşəndə BAKI-ya gəlirlər. Gəlib yeyb içib, konvertlərini(cib xərcliklərini alib gedirlər.

Kimdən: ehli Haradan: baki
21.12.2009 19:56
Mence bu dost hagginda deyilenler hamisi cefengiyatdir. Ne Azerbaycan Amerikanin, ne de Amerika Azerbaycanin dostudur. Amerika Azerbaycana bir xammal menbeyi kimi baxir. Ölkemizdeki demokratiya yüksek seviyyede olsa bele, yene de hec ne deyishmeyecek. Yankiler hemishe isterler ki, Azerbaycanda bu geder rezil hakimiyyet olsun ki, istediklerini etsinler. Sobhani deyir, Azerbaycan zhurnalistleri tutduguna, demokratiyani bogduguna göre Amerikanin dostu deyil. Mence bu ucuz demogogiyadir. Jurnalistleri tutmag, demokratiyani bogmag ücün bu hakimiyyete sheraiti Amerika, ve Avropa birliyi yaradib. Onlar isteseler birce aya jurnalistleri de buraxdirarlar, demokratiyani da irelilederler. GHTlerle bagli meseleni kecire bilmedi hakimiyyet, niye? Cünki GHTler Amerikadanin AZerbaycandaki geyri-resmi strukturlaridir, onun siyasetini ve maraglarini heyata kecirirler. Pulu ele bele vermirler ki ghtlere. YAP ise bunun garshisini almaga galxanda gulagini burdular, o saat da yerinde oturdu. Bes niye jurnalistleri azad etmir, cünki buna göre onun gulagini burmurlar. Onu da Lukashenko kimi Gerbe buraxmasalar bütün varidati elinden cixa biler. Ona göre de derine gede bilmir. Baxin, Lukashenkonun özünün xaricde pulu yoxdur, ancag shirketiin var, hemin shirketin de bank hesabini dondurublar. Eyni addimi Ilham beyimize garshi da ata bilerler, ancag atmirlar. Cünki o amerikalilara istediyini verir, o üzden de xetrine deymirler....

Kimdən: Səxavət Haradan: Bakı
21.12.2009 14:26
Ay Azərbaycan xalqı siz yalnız bir halda xoşbəxt və firavan yaşaya bilərsiz ki,hakimiyyətin formalaşmaqında yaxından iştirak edəsiniz
Qaldı ki,hansısa Dövlətin bizimlə necə münasibət qurmasına çox rica edirəm bir az anlayışlı olaq .bizim Hakimiyyət öz maraqlarına (şəxsi)görə amerikanın maliyələşdirdiyi radiostansiyanın fəaliyyətni məhdudlaşdırır,məs ona görə ki,hakimiyyətin siyasətinin abyektiv işiqlandırmaqla məşqul olan bir radio bu hakimiyyətə lazım deyil.qorxu olan yerdə inkişaf gözləməyin Bir araşdırın görün Ermənistanda Amerikanın maliyələşdirdiyi radio necə fəaliyyət görsədir.Bizim Qarabaq problemini həlli yolunu Amerikadan ,Rusiyadan Fransadan umanlara demək istəyirəm ki,bu münaqişənin Sülh yoluyla həllinin yaılnız bir yolu var buda bizim olkəmizdə dayanmadan sürətlə DEMAKRATİYANIN bə
rqərar olmasına yönəlik addımlar atmalıyıq Fərq etmnəz bu kimin hakimiyyətə gəlməsi ilə nəticələnsin İstər hakimiyyətə İLHAM ƏLİYEV Yenidən gəlsin və ya Yapın digər namizədi hakimiyyətə gəlsin Və ya İSA QƏMBƏR gəlsin sadəcə seçilən insan bilsin ki,onu xalq seçib xalqda dəyişə bilər. o halda biz xalq olaraq özümüz özümüzün problemlərini həll edə bilərik.O halda bütün adlarını çəkdiyim və çəkmədiyim dövlətlər bizimlə dostluq edəcəylər YAŞASIN DEMAKRATİK FİRAVAN AZƏRBAYCAN!

Kimdən: kiman @ box /az Haradan: bakı
20.12.2009 21:37
Milyonlala Azərbaycanlı ,gürcü,çeçen, inquş,İraqılı,əfqanlı,bosnyalı və sair bu xalqların səriştəsiz syasi rəhbərlərinin günahı ucbatından bu xalqlar kürsü arxasına qumar oynayn Putinin,Obamanı xırda puluna çevrimişlər. Bu tökülən qan gölündə onlar evladlarını ayaqlarının altına alacaqlar ki boğulmasınlar

Kimdən: AZERBAYCANLI Haradan: AZERBAYCANDAN
20.12.2009 20:38
HER BIR OLKE OZ SHEXSI MARAQLARINI DUSHUNUR INDIKI HALDA AMERIKA BIZIM PREZIDENTIN APARDIQI SIYASETI BEYENMIR ONA GOREDE BIZIM DEMOKRATIYA MESELESINI ATIB ORTAYA.
Cavab

Kimdən: vətəndaş Haradan: BAKİ
22.12.2009 10:40
Hər bir şəxs kimi ATƏT-in Minsk qrupunun komissiya üzvlərinin də şəxsi tələbatlari var. Onlarda daimi iş yerləri olmasini istəyirlər. Qarabağ problemi həllini tapsa, ATƏT-in Minsk qrupunun komissiya üzvləri öz missiyalarıni yerinə yetirdiklərinə görə, iş yerlərini itirəcəklər,. Beləliklə Yüksək əmək haqqş, Ezamiyyələr, Gəzintilər , Qonaqliqlar , içi dolu konvertlər və s. əldən çıxacaq. Buna görə də onlar Qarabağ problemi nin həllinə maraqlı deyillər. Bundan əlavə onlarin arxasında duran dövlətlərdə bu işdə maraqli deyillər.
Cavab

Kimdən: mona Haradan: baki
21.12.2009 03:31
Biz de Amerikanin demokratiyasini beyenmirik.
Cavab

Kimdən: Demi
21.12.2009 11:26
Senin gerek ozunun demokratiyan olsun ki, Amerikani beyenmeyesen.

Kimdən: mona Haradan: baki
20.12.2009 20:19
HER KES BILSIN.NE AMERIKA NE RUSIYA NE DE FRANSA BIZIM MUTTEFIQIMIZ DEYIL.AMERIKA ERMENISTANA RESMI OLARAQ BU IL DE 8 MLN DOLLAR VESAIT AYIRDI.RUSIYA TORPAQLARIMIZI ISGAL ETDI.FRANSADA ERMENISTANIN BOYUK QARDASI.BIZ TEKLENMISIK.

Kimdən: MM
20.12.2009 13:58
Aşağıdakı fikirlərlə bağlı

Qara dənizin sahilində başqa bir dövlət də var - Rusiya. Onun da Azərbaycanla sərhədi var. Yəni, heç bir ölkə tranzit kimi əvəzedilməz deyil. Və ya "mərdi qova-qova namərd etmək" məsələsi.

Bir də yaxşı ki, qəbul ediriniz ki, demokratiya lazım olanda ABŞ üçün arxa plana keçə bilir. Buna diqqətlə baxmaq lazımdır. Deməli demokratiya əsas deyil. Azərbaycan xalqı üçün ABŞ ilə əsas problem axı demokratiya ilə bağlı deyil. Əsas problem Azərbaycanın təhlükəsizliynə zidd addım atmasıdır. ABŞ-ın DQ-a birbaşa yardım ayırmasının Azərbaycan və ya Ermənistandakı demokratiyaya nə aidiyyatı var? Yəni, demək istəyirlər ki, Serj Sarkisyan birdən birə dönüb Mahatma Qandi oldu? S. Sarkisyan serb olsaydı indi çoxdan Haaqanın türmələrində çürüyürdü...

Hər hansı ölkədə demokratiya ilə bağlı problem varsa onda onun təhlükəsizliyinə zərbə vurmaq lazımdır? Yadınızdadırsa, bir neçə ay öncə Çində hökumət yüzlərlərlə dinc uyğuru öldürdü, heç kimin cınqırı da çıxmadı.

Yetim Kidel Kastro heç kimin torpağını işğal etməyib, amma 50 ildir Kuba blokadadadır. Ermənistanın törətdirklərini yaxşı bilirsiniz, amma ABŞ dəridən qabıqdan çıxır ki, "21-ci əsrdə blokada yolverilməzdir".

Yaxşı olardı ki, ABŞ bizim təhlükəsizliyimiz ilə bağlı prinsipial mövqe tutsun. Qoşun göndərib Ermənistanı dağıtması lazım deyil. Heç olmasa Ermənistanı öz adı ilə çağırsın, bu ölkənin rəhbərliyində olanların Xocalıda etdiklərini qəfildən yadına salsın (necə ki, Karacıçin yadına saldı) , Ermənistana aşağı faizli kredit və qrantlar ayıranda iki dəfə fikirləşsin, Türkiyəni təzyiq altına salmasın ki, sərhədini aç, Obama-Klinton iki gündən bir zəng edib Sarkisyana ürək-dirək verməsin ki, "arxayın ol, türkləri sındıracağıq", əvəsində desin ki, "Serjik müəllim, çox xahiş edirəm, sən allah, bəlkə BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirəsən?"

Onda ABŞ-ən bizdə demokratiya ilə bağlı dedikləri inandıcı səslənər. Bizim xalq da deyər ki, bərəkallah, baxın demokratiya carçısı olan ölkə necə də ədalətli olurmuş. Gəlin biz də demokratik olaq. (Yeri gəlmişkən, rəhmətliklər Aliya İzzetbekoviçin və Franya Tucmanın demokratiyadan o qədər də anladıqları yox idi, amma ABŞ onları yaman dəstəkləyirdi...)

Ölkələrarası münasibətlərdə "dost" anlayışı ilə bağlı, məhz Qərbli U. Çörçilin məşhur ifadəsini (əbədi dost vs. əbədi maraq) yadınıza salmaq istəyirəm. Çalışıb Azərbaycanın, öz xalqımızın maraqlarını da anlamaq lazımdır, - demokratiyalı ya demokratiyasız.

Mən inanıram ki, ABŞ-ın Azərbaycanın təhlükəsizliyində ədalətli mövqe tutması ABŞ-ın da milli maraqlarına uyğundur, demokratiyaya da müsbət təsir göstərər. İştirakçıları çağırıram ki, buna xidmət edən ideyalar, arqumentlər gətirin. Təkcə demokratiya sahəsində problemlərimizi qabartmaqla (bu da lazımdır) maraqlı müzakirə olmaz. Söhbət Azərbaycan-ABŞ münasibətlərindən getdiyi üçün gərək milli maraqlar (həm ABŞ, həm də Azərbaycanın) anlayışına da bir az diqqət yetirək.

Və nəhayət ABŞ xalqının vergi pulları ilə maliyyələşdirilən Azadlıq radiosuna təşəkkür edirəm ki, alternativ fikirlərə imkan yaradır. Bu, həmin vergi pullarını ödəyən, çoxusunun (50 milyon nəfər) heç tibbi sığortası belə olmayan yazıq Amerikalılar üçün də əhəmiyyətlidir.
Cavab

Kimdən: CAVID Haradan: TERTER
22.12.2009 02:13
Milli maraqlar anlayishi deyende Azerbaycanin antidemokratik olmasi milli maragimizdirmi?Amerika-Azerbaycan munasibetlerinde problemin demokratiya olmadigi melum meseledi.Amma ,indiki halda Azerbaycanin tehlukesizliyi meselesinde Amerikanin edaletli movqe (nisbeten)tutmasi ucun hec olmazsa demokratik islahatlarin aparilmasi (imitasiyasi yox)meger ziyan getirer?Amerika Qarabagi alib bize veresi deyil,nece ki,Abxaziyani,Osetiyani dostu demokratik Gurcustana vere bilmir.Amma ,birmenali olaraq bu meselede Gurcustanin yanindadi.SHevardnadze doneminde Amerika israrli deyildi.Gurcustan demokratiya yolundadi,sebeb hem de budur,Gurcustanin apardigi siyasetdedir.Teessuf ki, siyasetde edalet prinsipine az,maraq prinsipine daha cox onem verilir.Ishgala biz meruz qalmishiq,haqqa,edalete gore dunya bizim yanimizda olmalidi.Realliqda ise bele deyil.Tesiredici quvvenin,burda Amerikanin,yanimiza yaxinlashmasi (cetin ki,yanimizda olsun)ucun Azerbaycan hakimiyetinin apardigi daxili siyaset ve burdan dogan xarici siyaset milletin, devletin maraqi deyil,yalniz hakimiyetdekilerin iqtidarda qalmasi ucundu.Bizim sesimizin eshidilmesi ucun tekce ishgala meruz qaldigimizi demek yetmir,eshitmirler.Neft de komek etmedi,lobbicilere verilen rushvet de.Hercend bu rushvet Qarabag ucun verilmir,Amerika ile dostluq imitasiyasi yaratmaq meqsedi dashiyir.Daxildeki siyaseti deyishmek lazimdi.Amerikanin xetrine yox,oz maragimiza,oz xetrimize...
Cavab

Kimdən: oxucu
20.12.2009 22:43
yazanda 2, 3 cumle yaz ki, biz de oxuyaq..bu boyda sheyi oxmaga axot var. guya menali bir shey yazmisan?
Cavab

Kimdən: Ilham Haradan: Aberdeen
21.12.2009 14:55
Siz oxumursuzsa o demak deyil menasizdir. Chox menali yazidir.
Cavab

Kimdən: Elchin Haradan: Terter
21.12.2009 05:51
Oxumamisansa ne bilirsen menasizdir?

Moderatorun diqqetine - bu "oxucu"nun yazdigi forumun qaydalarina uygundur?

Kimdən: Abdullah Haradan: Baki
20.12.2009 11:49
Bilirsiz necedi?(bu menim shexsi fikrimdi) Indi hansisa bir olke diger olkede demokrtaiyani temin etmek isteyirse,ve yaxud onda olan demokratiyanin berbadligina aciyirsa bu hech de inandirici deyil.Burda sadece shexsi maraqlar oz plana chixir,vessalam!Amerika chox gozel bilir ki,Azerbaycanda veziyyet necedi,belke de lap derine getsek bu veziyyeti belke de onun ozu yaradib.Amerikaya gelinca ise onlar hansi demokratiyadan danishirlar,ve demokratiya nedi onu bilirler?
Cavab

Kimdən: tenqidchi
20.12.2009 22:45
Senin suallarin bu temanin movzusu deyil! amerikanin demokratiya ideyalogiyasini analiz etmekdense sen get azerbaijanain dunya incitimayyetine itegrasiyasi barede dushun! Gor Azerbaijan hokumeti seni beynaxalq alemde nece temsil edir?
Cavab

Kimdən: Abdullah Haradan: Baki
21.12.2009 02:47
Siz hansi dunyaya inteqrassiyadan danishirsiz?Hansi ki,olkelerinin demek olar ki,95%-i Amerikanin tesiri altinda yashayir?Ve yaxud da illerdir azerbaycanlilari,felestinlileri,afganlari,iraqlilari oz dede-baba yurdlarinda qiran duwmenlere goz yuman dunyadan?shexsen mene ele dunyaya inteqrasiya lazim deyil!!!

Kimdən: Ilham Haradan: Aberdeen
20.12.2009 06:35
Aslan ela o Amerikanin ve Britanyanin finacial daireleri 1993 ilde Azerbaijanda chevrilish edanda bu demakratiya ve soz azadliginin taleyi hagda hech dushunmurdular, amma indi demakratyaya bela onam verirlar? Irakda ve Afganistanda etdiklari azginliglar, dunyanin xeritasini sade insanlarin min illarla yashadigi yerlardan govulmasi, alanchi "Bohran" adi altinda milyonlarla insanin emanetini ellarindan alan banklar ve saire... bunlardimi Amerikanin dunyaya ved etdiyi demokratiya... Yoxsa Morgen, Rockfeller ve saire dunyani idare etmak arzusunda olan financial dairelerin her dafa Amerikanin administrasyasina getirilan figurlarinin demokratyadan danishmaga ixtiyarlari chatir? Obama Bushun etdiklarini ort basdir etdirmak uchun dovlat bashina getirilib, sadeje Amerikada demokratiya oyunu/teatri chox gozal oynanilir...
Cavab

Kimdən: demokrat
20.12.2009 22:47
her nece olsa da, butun bu oyunlarin neticesinde, amerikada benzinin qiymeti 50 centdir ve orta maash 2000$. yeni butun bu oyunlarin neticesinde amerika ehalisi yaxshi yashayir! Azerbaijanda bash veren oyunlar ise, xalqin bashindadir, yeni oyun oynalinir, xalq ac galir, memurlar shishir...
Cavab

Kimdən: Ilham Haradan: Aberdeen
21.12.2009 15:07
Amerikada benzinin 50cent olmasinin sebebi demakratya deyil, onun sebabi Vetnam, Koreya, Kuba, Cili, Afrikanin aj galan olkalari, Irak, Kolumbiya, Nikaragua, Afganistan ve bir chox bashgalari. Ager bir Azerbaijanli kimi bu siyahida Azerbaijanida gormak fikriniz varsa onda 'Azgin', dunyani idare etmak istayan, demokrat perdasi arxasinda gizlanan Amerikanin financial dairelerina yol achin. Onlar Azerbaijanin rushvetxorlarindanda gorxuludu, ferg ondadir ki, bizim rushvetxorlarla pulun gujuna yol tapmag olur, amma bunlar oz siralarinda her insani gormak istamir ve onlarla dil tapmag geyri mumkundu. En yaxshisi indidan onlari yaxin buraxmamag. Amma esil Demokratin teoryasina emal etsak, 1991-1992 illardaki kimi, onda Azerbaijan parchalanajag.
Səhifə (2)
    Növbəti