Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:25

Siyasət

Naxçıvan Dövlət Universitetində sorğu keçirənləri döyüblər

Şriftin ölçüsünü dəyiş - +
İlqar Nəsibli
Dekabrın 15-i günorta saatlarında Naxçıvan Muxtar Respublikası «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin iki əməkdaşı fiziki təzyiqlə üzləşiblər. Mərkəzin əməkdaşları Norveç səfiriliyi ilə birgə həyata keçirdikləri layihə çərçivəsində sorğu keçirirdilər.

Mərkəzin əməkdaşı İlqar Nəsiblinin dediyinə görə, bu zaman Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri onlara hücum ediblər.

«Universitet rəhbərliyi 50-yə yaxın bədən tərbiyəsi fakültəsinin tələbələri ilə birgə əvvəlcə bizi təhqir etdilər və ordan kənarlaşmağımızı tələb etdilər. Biz ordan kənarlaşandan sonra yaşadığımız binanın qarşısında qəfildən bizə hücum etdilər, yerə yıxaraq təpiklədilər, qabırğalarımız batıb, digər əməkdaşımızın burnunda zədə var».

Naxçıvanda «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin hücuma məruz qalan digər əməkdaşı Vəfadar Eyvazov
İlqar Nəsiblinin dediyinə görə, mərkəzin döyülən əməkdaşları Respublika xəstəxanasına müraciət etsələr də, onları müayinə etməkdən imtina olunub. Xəstəxananın həkimləri bildiriblər ki, zərərçəkənlər gərək polislə birgə gəlsinlər.

Polisin baş verənləri münasibəti ilə bağlı İlqar Nəsiblinin sözlərinə görə, hadisə yerinə gələn polis əməkdaşları onlara şəhər polisinə müraciət etməyi məsləhət görüblər. Şəhər polisində isə döyülənləri Daxili İşlər Nazirliyinə göndəriblər. Burada isə iş vaxtının bitdiyini deyib müraciət edənləri dinləməyiblər.

İlqar Nəsibli həm də AzadlıqRadiosunun müxbiridir. O, Naxçıvanda dəfələrlə hücumlara məruz qalıb, 2007-ci ildə isə həbs olununb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Eldar Haradan: Rusiya
16.12.2009 21:33
Bir kasıb çaşıb digər kasıba bir sillə vurmuş olsa və bundan xəbər tutan"gecə-gündüz təhlükəsizliyimizi təmin edən asayış keşikçiləri" kasıbın son qəpiyini almaqdan ötrü sürükləyib polis idarəsinə aparmışdılar. Amma kor-kor,gör-gör faktı ola-ola göz yumurlar. Bir qanun ki, milli məclisdə qəbul ediləndən sonra kiminsə istəyinə uyğun olaraq dəyişirilirsə onda belə ölkədən nə gözləmək olar, nə deyəsən bu cür idarəçiliyə ki, Allahada, bəndəyə də xoş gəlsin. Fərli müxalifət yox, sözünü açıq deyən ziyalı yox ( kimə lazımdır onların yalandan mövcudluğu) həqiqəti desin düzgünlüyü tələb etsin, qanunların düzgün işləməsini tələb etsin. Elə bil ölkədə manqurtlaşma siyasəti aparılıb. Yəni başına nə oyun açsalar səsini çıxartma dinmə və sakitcə riayət elə.

Kimdən: Şahin
16.12.2009 10:22
Halal olsun İlqar bəyə, gör necə nəfər bədən tərbiyəsi tələbəsini şil-küt eləmisiniz, məhkəmədə başı dik dayana bilərsiniz. Bloqqerlər də sizə baxıb həsəd apararlar ki, biz ikisini güc-bəla ilə döyə bildik...

Kimdən: Ezilmish ziyalidan Haradan: Xanliqdan
16.12.2009 04:12
Bax buna XX ve I esri deyerler ))))))))

Vasif xan delixanaya bash chekirmi goresen?


Kimdən: Rufat Haradan: Baku
16.12.2009 01:24
zulm kuleyi esen denizden intiqam buxati qalxar.

Kimdən: mer Haradan: baki
15.12.2009 19:29
budur Ilham Eliyevin gurdugu dövlet, insanlari kücede döyüb gabirgalarini girirlar. Sonra da deyirler ki, 92-93cü illerde küceye cixa bilmirdik. Budur 92-93cü il tekrar olunur, kücede insanlarin gabirgalarini girirlar, sesini cixarani delixanaya salirlar, hegigeti yazani öldürürler, tuturlar. Bu dehshetdir, dehshet....

Kimdən: Vugar Haradan: Moskva
15.12.2009 17:26
Allaha shukur eleyin sizi de bloqerler kimi sherliyib,turmeye atmayiblar ve ya delixanaya salmayiblar.Naxchivan kralinin sevimli yeri mehz delixanadir!
Cavab

Kimdən: Pronobis Haradan: Napoli
15.12.2009 18:35
Daha buna da shukur edeceyikse, bundan da pis gunumuz olacaqmi? Naxcivani orta esrler diyarina cevirenlere Tanri en boyuk cezani versin.

Kimdən: naxcivanli Haradan: baki
15.12.2009 17:15
BU naxcivandi...Vasif de Xandi...Kimse heyatindan ve diger onemli nemetlerden bezibse naxcivanda at oynada biler.

Kimdən: Q*Z Haradan: Q*Z
15.12.2009 17:14

Bircə bu qalmışdı.....
Cavab

Kimdən: DON_CORLEONE Haradan: Washington DC
16.12.2009 11:38
Heyatda keshme-keshli anlar yashamaq, heyatinda rengarenglik, macera, deyishiklik ve bu kimi sheyler axtaranlar, HER DASHI TARIX OLAN NAXCIVANA uz tuta bilerler, qapilar, "MERHEMET" qapisi daim uzunuze aciqdir :)