Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:03

«424 hakimin 300-ü mənə qarşı birləşib»


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
«Bizim Yol»: Avropa Məhkəməsi Azərbaycanda 147 hakimin qanunsuz qərar verdiyini elan edib. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus: «Hakimlərin mənə etiraz etməsi əslində yaxşı haldır».

«Azadlıq»: «Almalı»lar bağlanır

Paytaxtda fəaliyyət göstərən «Almalı» mağazalar şəbəkəsi bir-birinin ardınca bağlanmaqdadır. Səbəb ADA-Ticarətin holddinqlərə, banklara olan borclarıdır.

«Yeni Müsavat»: Ramiz Mehdiyevin tənqidindən sonra AMEA-da nə dəyişib?

Akademiyanın professorları elmdəki problemlərin əsas səbəbi kimi maaşların azlığını göstərirlər. Cavanlar pulsuzluqdan elmi tərk edir, yaşlılar isə lazımi səviyyədə pensiya ala bilmədiyi üçün bu sahədən getmir.

«525-ci qəzet»: «Məqsədimiz internetdə Azərbaycan dilinin tətbiqini genişləndirməkdir»

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qəzetə müsahibəsində belə deyib.

«Şərq»: Redaktorların Şimali Kipr səfəri başlayıb

Türkiyədə olan Azərbaycanın bir sıra aparıcı qəzetlərinin baş redaktorları İstanbulda görüşlərini başa vurublar.

«Bakı xəbər»: Azərbaycanda ödənişli hərbi xidmət tətbiq oluna bilər

Ödəniş edib 40 günlük hərbi hazırlıq keçən şəxslərin hərbi biletində onların hərbi xidmət keçdiyi qeyd olunacaq.

«Yeni Azərbaycan»: «Müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir»

Yeni Azərbaycan Partiyası Xalq yazıçısı Anarın ulu öndər Heydər Əliyevə həsr olunmuş «Unudulmaz görüşlər» kitabının təqdimatının keçirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG