Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:54

Xüsusi layihələr / Həftənin panaması

Bakıda «avtoş»lar üçün 30 milyonluq meydan

x
Şriftin ölçüsünü dəyiş - +
Bakının Güzdək qəsəbəsində “avtoş”lar üçün ayrıca meydan tikilə bilər.
Bu haqda Lent.az-a Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, polkovnik Novruzəli Orucov məlumat verib: “Mən yüksək sürətlə avtomobil sürənləri “avtoş” adlandırmıram. Bu insanlar sadəcə, avtomobil həvəskarlarıdır. Bəzilərinin valideynləri imkanlı adamlardır. Allah var eləsin. Maşın alıb və maşının sürəti 320-350 km/saatdır. Bəs bu uşaq maşının ləzzətini harada görsün? Küçəyə çıxan kimi tuturlar ki avtoxuliqanlıq edirsən. Bununla da gənclərin avtomobilə həvəsini tamamilə öldürürlər. Niyə bunlara şərait yaratmayaq?”

Orucov deyir ki, artıq layihə və smeta sənədləri hazırdır. Layihənin dəyəri 30 milyon manatadək qiymətləndirilir: “Maliyyə böhranı ilə əlaqədar orada işləri bu il saxlamışıq”.

Bu meydanda avtomobildən başqa bir neçə texniki idman növünün tətbiqi nəzərdə tutulur.

İTİNƏ GÖRƏ ÖZÜNÜ XƏZƏRƏ ATDI

Dekabrın 11-də 26 yaşlı Həsən Vəliyev Bakı sakini bulvarda gəzərkən özünü qəfildən suya atıb. Məlum olub ki, Vəliyevin məqsədi suya hoppanmış itini xilas etmək imiş. Hadisə gecə saat 1-ə 5 dəqiqə işləmiş baş verib. Xəbəri lent.az saytı yayıb.

Oğlan batmaq üzrə imiş, amma xilasedicilər özlərini yetiriblər. İtin taleyi haqda isə xəbərdə bir məlumat verilmir.

EYFEL QÜLLƏSİ SATILIR

Parisdə Fransanın simvolu sayılan “Eyfel” qülləsinin pilləkənlərinin hissələri satışa çıxarılacaq.

Hərraca təqdim olunacaq 40 pilləkənin qiyməti 73 min dollardan 88 min dollara kimi olacaq. Bundan savayı pilləkən hissələrini alacaq şəxs onların sökülməsinə görə də xərc çəkməli olacaq.

Bu haqda Böyük Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.

AYAZ MÜTƏLLİBOVUN ADINDAN SUİ-İSTİFADƏ

Azərbaycanın keçmiş prezidenti, hazırda Rusiyada yaşayan Ayaz Mütəllibovun adına «Facebook» sosial şəbəkəsində səhifə açıblar. Hər halda keçmiş prezident deyir ki, adına açılmış hesab ona aid deyil:

«Bunu mən etməmişəm. Belə şeylərlə gənclər məşğul olur. Belə işlərə mənim nə həvəsim, nə də vaxtım var».

«Facebook»da Ayaz Mütəllibovun adına hesab bir müddət əvvəl açılıb. Səhifədə keçmiş prezidentin fotosu da yerləşdirilib. Artıq onunla 125 nəfər «dost» olub.

AZƏRBAYCANDA PARAŞÜTÇÜLƏR YARIŞI KEÇİRİLƏCƏK

Gələn ilin mayında Azərbaycanda MDB ölkələri paraşütçülərinin yarışı keçiriləcək. Bu barədə APA agentliyi məlumat verir.

Birincilik sabiq prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: KHVTİC Haradan: Bakı
08.01.2010 17:16
Onlar "AVTOŞ " deyillər onlar gələcəyin avtomobilçi idmançılarıdır. Güzdəkdə tək onlar üçün yox texniki idman növünün bir neçə növü üzrə, yeni meydançalar tikiləcəkdir. Bunlardan gənc həvəskar təyyarəçilər üçün aerodrom, aviasiya mərkəzi, paraşütçü hazırlamaq üçün xüsusi meydança, avtomobilləri düzgün və dəqiq idarə etmək üçün avtodrom, motosikletçilər üçün motodrom, uşaqlar kartinq sürmək üçün və yol hərəkət qaydalarını öyrənmək üçün xüsusi meydança, kordodrom, təyyarə, raket modellərini uçurtmaq üçün xüsusi hazırlanmış meydançalar, dalğıclar hazırlamaq üçün su hovuzları nəzərdə tutulmuşdur. Bunların hamısı Azərbaycanımız üçün yenilikdir. Gələcəkdə uşaqlarımızın və gənclərimizin Vətənimizin layiqli, vətənpərvər övladı kimi böyüməsində, neqativ vərdişlərdən uzaq olmaları üçün mühüm rol oynayacaqdır.
Bu istiqamətdə fikir və təkliflərinizi gözləyirik. Diqqətinizə görə sağ olun!

Kimdən: KHVTIC Haradan: BAKI
08.01.2010 12:42
Onlar "AVTOS " deyillər onlar gələcəyin avtomobilçi idmançılarıdır. Güzdəkdə tək onlar üçün yox texniki idman növünün bir neçə növü üzrə, yəni meydançalar tikiləcəkdir. Bunlardan gənc həvəskar təyyarəçilər üçün aerodrom, paraşütçü hazırlamaq üçün xüsusi meydança, avtomobilləri düzgün və dəqiq idarə etmək üçün avtodrom, motosikletçilər üçün motodrom, uşaqlar kartinq sürmək üçün və yol hərəkət qaydalarını öyrənmək üçün xüsusi meydança, kordodrom, təyyarə, raket modellərini uçurtmaq üçün xüsusi hazırlanmış meydançalar, dalğıclar hazırlamaq üçün su hovuzları nəzərdə tutulmuşdur. Bunların hamısı Azərbaycanımız üçün yenilikdir. Gələcəkdə uşaqlarımızın və gənclərimizinavtomobilci idmancilaridir.Guzdakda tak onlar ucun yox texniki idmanin bir neca novu uzra yani havaskar tayyaracilar ucun aerodrom ganc dalqiclar ucun hovuz motodrom avtodrom parasutcular hazirlamaq ucun kompleks kordodrom usaqlar yeniyetmalar ucun tayyara modellarini raket modellarini ucurtmaq ucun xususi duzaldilmis meydancalar nazarda tutulmusdur Bunlarin hamisi yenilikdir. Usaqlarimizın və ganclarimizin gələcəkdə Vətənimizin layiqli, vətənpərvər övladı kimi böyüməsində, neqativ vərdişlərdən uzaq olmaları üçün mühüm rol oynayacaqdır.
Bu istiqamətdə fikir və təkliflərinizi gözləyirik. Diqqətinizə görə sağ olun!
Cavab

Kimdən: KHVTIC Haradan: Baki
08.01.2010 17:18
Mətni çapa verərkən xahiş edirik diqqətli olun.
KHVTİC

Kimdən: kamil Haradan: baki
25.12.2009 22:38
wwooowww... menim basim cxmir bu seherde bu qeder suretli avtomobiller hardadi??? kimin varidisa allah var elesin... onlar onsuzda bu sureti coxdaaannn yoxayiblar... en azindan aeroport yolu deyilen magistral yolda surmek olar... birde ki, bu qeder meblegde vesait ayirirlarsa hec olmasa avtosluq evezine masin idare etmeni oyretseler daha meqsede uygun olar... onsuzda seherde o qeder yol qaydalarini bilmeyen suruculer varki... bu barede diqqetli olsalar daha yaxsi olar... onlara islerinde ugurlar...

Kimdən: Esl Mamed
14.12.2009 11:57
Ha terrrrefe firladiram ki, nese bir shey basha dushum, dushemmedim qaga. Bu Novruzeli Orucovu eshitmishem. Kohne voenkomatshikdi deyesen. O kedddeeeem temiz, vetenperver adamdi ki? Savad da ki, ashib dashir. 30 milyon manata bu gun mudafie, daxili ve serhed qoshunlarinda xidmet eden ve evi olmayanlarin menzil problemlerini hell etmek olar. Cavan kadrlarin hamisi kirayelerde eziyyet cekir.

Kimdən: Esl Mamed
14.12.2009 11:47
Duzelib her yaragin, bir qalib saqqal daragin

Kimdən: Şahin
14.12.2009 09:59
Gör bunlar xalqın cocuqlarını necə də gecə-gündüz düşünürlərmiş, bizim də xəbərimiz yoxdur. Adamdan soruşarlar, ayə, bəs bu sürəti saatda 320 olan avtomobilləri kimin oğulları ya qızları sürür, Qubada həyətyanı sahəsində alma əkib satan kəndçi Əjdər kişini oğlu Qulammı? Xeyr, Qulam hələ də eşşək arabası sürür, heç motorun gücü bir at gücünə də çatmır. Bəs olmazdımı ki, öz "cocuq"larınıza da xalqın büdcəsindən qayğı çəkməyə idiniz? Elə o maşınları sürənlərin hərəsi 10-15 min manat pul atışsa idilər, siz tikəndən də yaxşı meydan tikərdilər, 30 milyonu da Qulama dənəsi 25000manat olan iki eşşəyə almağa sərf edərdiniz? Burda deyiblər, hər şeyimiz var idi, qalıb saqqal darağımız...

Kimdən: Musteqil Haradan: Baki
14.12.2009 04:44
Men bunu bu cur dushunmurem.Sadece 30 milyonu hara xerclenmek
lazimdir bilmirler.Novruzeli Orucov cunku cetinlik ve aclig bimir ne olan sheydir.Onun qarni tox acdan ne xeberi olsun.Azerbaycan xalqinin
servetlerinden özlerine bahali araba almishlar,villa tikmishler hele utanmirlar söyleyirler,Atalari imkanlidir Allah var elesin.Hec olmasa Allahdan qorxun , edaletli danishin.Ne geder bu yaltaqlar,ikiuzluler,hörmetli Azerbaycan prezidenti Ilham Eliyev etrafinda toplashmishlar bunlar xalqi ve dövleti ucuruma aparacaqlar.Bu gun Azerbaycanda zavod,fabrik tikmek evezine, budceden ayrilan Azerbaycan tikinti sahlerine lazimsiz yerlere xerclemek,kefiyetsiz yollar tikmek,elave pullar yazilib yeyilmesi.Bu pullar kimindir,xalqin deyilmi.Indi ise "avtosh"lar ucun meydan tikirler.Azerbaycan xalqinin bu sosial veziyyeti agir olan bir zamanda.

Kimdən: Natiq Haradan: CCCP
14.12.2009 02:08
Mence ideyanin yeri var. En azindan hemin meydan daxilinde mueyyen gayda ganun olar ki, gencler qezaya ugramasinlar. Ama 30 milyonu daha deyerli sheyler uchun xerclemek daha megsede uygun olardi.

Kimdən: Razi Nurullayev Haradan: Bakı
13.12.2009 21:43
Çox vacib layihədir. Avtoşların da hüququ var. Bu həm də əyləncə mərkəzinə çevrilə bilər. Hami onsuz da əylənmək istəyir. Müğənnilərin şit-şit davranışlarına baxınca, gedib avtomobilləri seyr edərlər.

Razi Nurullayev
AXCP sədrinin müavini
Cavab

Kimdən: azer Haradan: baki
14.12.2009 01:36
razi nurullayev.
razi bey sizi salamlayiram.sizin fikirlerinizin daimi izleyicisiyem.ama bunu sizden hec gozlemezdim vacib,ozude cox vacib.gencleri bu cur terbiye etmek olmaz.indi bizim inksafa daha cox ehtiyacimiz var.size ugurlar.
Cavab

Kimdən: unknown Haradan: far away
14.12.2009 10:24
inanmiyin bele mehsur adamlarin adini yazib fikir bildirenlere.. Kimdise bu adamin adinnan istifade edir. Sobete geldikde ise, ne vaxt duz emelli ishe pul ayirirlar ki indide ayirsinlar, sadece uje bunu camaatin uzune utanmadan deyiller.. Oyanag millet..

Kimdən: S.M. Haradan: baki
13.12.2009 21:19
Novruzəli Orucova sual verin : tədris üçün bütün şəraiti olan avtoşkolanı ( yeni avtovağzalın üst tərəfində yerləşirdi) kimə və nə üçün satdı . Məktəbi yerlə-yeksan etdilər. Ordumuza yüksək səviyyəli peşəkar sürücü hazırlayan məktəbi nə məqsədlə məhv etdilər. İndi isə tam şəraiti olmayan arendaya götüülmüş zirzəmidə tədris aparılır.13.12.09.
Səhifə (2)
    Növbəti