Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Doğanoğlu müxalifətlə görüşməməyini belə izah edir

11.12.2009
Həftənin əvvəli Azərbaycanda əksər müxalifət partiyaları Avropa Şurasının rəsmisi ilə görüşü boykot etdilər.

Avropa Şurasının Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək nümayəndə heyətinin sədri Qaye Doğanoğlu dekabrın 7-dən -9-a kimi Azərbaycanda səfərdə oldu. Məqsəd bələdiyyə seçkilərindən əvvəl vəziyyəti öyrənmək idi. Amma əsas müxalifət partiyaları Doğanoğlunu boykot etdiyindən o, Bakını yalnız bir tərəflə görüşərək tərk etdi.

Müxalifəti narazı salan bu idi ki, Doğanoğlu əvvəlcə hakim partiya ilə görüşüb, bu isə protokola ziddir. Üstəlik, müxalifəti yarım saata yaxın qapı arxasında gözlətməyə məcbur edib.

Qaye Doğanoğlu Bakı səfərinin nəticələri haqda AzadlıqRadiosuna müsahibə verib.

- Qaye xanım, müxalifət Sizi boykot etdi. Nə deyə bilərsiz bu haqda?

- Mən müxalifətlə görüşəcəyəm, dekabrın 20-də yenidən gələcəyəm Bakıya.

- Bəs bu dəfə niyə müxalifətdən əvvəl hakim partiya ilə görüşdünüz? Müxalifət deyir ki, bu, protokola ziddir.

- Görüşləri mən yox, Avropa Şurasının Bakı ofisi təyin edir. Sadəcə, hakim partiya ilə görüşümüz bir qədər uzun çəkdi, müxalifət də gözləməyib getdi.

- Azərbaycandan ümumi təəssüratınız nədir? Ölkədəki seçkiönü vəziyyət azad və ədalətli seçki keçirməyə imkan verəcəkmi Sizcə?


- Biz Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası ilə görüşlər keçirdik. Seçki hazırlıqları son dərəcə uğurlu gedir.

- Amma Sizin mənsub olduğunuz Avropa Şurası Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycanda bələdiyyələrlə bağlı xeyli problemlərin olduğunu demişdi. Hətta bildirmişdi ki, problemlər həll olunmasa, Azərbaycanın nümayəndə heyəti Konqresdən çıxarıla bilər...

- Seçki ilə bağlı problemlərin olduğunu seçki günü biləcəyik. Hələlik biz ilkin vəziyyəti araşdırmışıq.

- Müxalifət deyir ki, ciddi problemləri var, onları rayonlarda görüşlər keçirməyə imkan vermədilər...


- Seçkidə namizədlərin çoxu hakim partiyadandır. Mənə dedilər ki, bəzi yerlərdə müxalifətdən ümumiyyətlə namizəd yoxdur. Bu isə hər bir kəsin öz seçimidir.

- Belə çıxır ki, Sizin fikrinizcə, Azərbaycanda seçkiönü vəziyyətlə bağlı heç bir problem yoxdur?


- Xeyr, mən ciddi bir problem görmədim.

- Hətta Yeni Azərbaycan Partiyasının üzvlərindən belə bir iddia səslənib ki, bələdiyyə yerləri satılıb, odur ki, namizədlər təşviqata da ehtiyac görmürlər.

- Mən belə bir məlumat eşitməmişəm.

- Siz Türkiyədənsiniz, öz ölkənizdə bələdiyyə seçkisinə 10 gün qalmış vəziyyət bu cür olur?


- Hər bir ölkənin öz seçki sistemi var. Bizdə seçki çox səs-küylü keçir, amma məsələn, İsveçdə bunun əksinədir.

- AzadlıqRadiosu.az saytında Sizin əvvəlki müsahibələrinizə gələn şərhlərdə oxucular Sizin obyektivliyinizi şübhə altına alır, Sizi hakimiyyətə meylli kimi səciyyələndirirlər...

- Bu, mümkün deyil. Mən Avropa Şurasını təmsil edirəm və Azərbaycan hakimiyyəti ilə yaxınlıq müzakirə mövzusu ola bilməz.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (3)
Kimdən: firdovsi Şəhər: Baki
23.12.2009 09:37
ela fikirim var nece olur Azerbaycan ecnevi fubolculari millilewdire bilir bes siyyasetci niye olmasin he?
yeqin bawa duwduz ne kecir ureyimden:
UZUMU BUTUN YAPci QARDAWLARA TUTUB DEYIREM dostlar gelin xanim Doganoglunu YAPlawdiraq YAPa transfer edek nece fikirdi?

Kimdən: TT Şəhər: Avropa
14.12.2009 20:24
Ish kimin gelib-getmesinde deyil. Bu xanimi belke de aliblar, belke de 15 kilo ikra veribler. Amma buna hech bir ehtiyac duyulmurdu mence. En esas problem ozumuzdedir.

Xahish edirem bir bunu oxyun:
"Ümumilikdə seçki məntəqələrində şərait səslərin hesablanması vaxtı kəskin şəkildə pisləşmişdir. Beynəlxalq müşahidəçilər müşahidə etdikləri sayılma proseslərindən 43 faizini pis yaxud çox pis
kimi qiymətləndirmişlər və elan olunan nəticələrə inamın çox az olması barəsində məlumat vermişlər."
Sizce bu cumleler hardan goturulub? ATET-in 2005 il sechki mushahidesine dair hazirladigi hesabatdan? Hemin hesabat ne zaman achiglanib? Noybarin 7-de. Sechiklerin seheri gunu. Bundan artig ne demelidirler ki????? Bele beyanat verdikden sonra biz hech bir shey etmirikse, olkede hechne bash vermirse, ciliz Kongresin numayendesine ikra-pul ve ya YAP-in shereflu uzvu adininin verilmesinde hech bir luzum gormurem....

Kimdən: alex
14.12.2009 18:18
gayeden once avropadan bir suru numayende gelib, seckilerde namizedlerin seciminde ciddi problemler var deye izahat verdiler ve getdiler, arxadan da bunu gonderdiler ki, get hesabi gapat, cun ki, onlar ingilisce bilmirler, sizi ise uz be uz anlayacaglar. seckiden sonra bu is yene bele olacag, onda stavka uje bes gat artacag. kul basimiza , ay millet, gorun kimler bize yol gosterir.

Kimdən: Anonymous
14.12.2009 03:07
Eshi, bir nece kilo ikra veribler bu qadina.
Pulle bu dünyada demek olar ki, her sheyi almaq olar.
Tem boli Avropa Shurasinin üzvlerini.

Kimdən: Menden Şəhər: -
12.12.2009 19:51
gelin telesmeyek gorek sechkiden sonra ne deyecek. belke dogrudan da obyektiv oldu

Kimdən: Fuad Şəhər: UAE (Abu Dhabi)
12.12.2009 15:18
Bunada bir qush.Yeqin bununda maddi problemleri varmish.Eyer Doganogluda bizim sechkilerde ciddi bir problem gormurse, onda onuda YAP-in fexri uzvu saymaq olar.
P.S.Ele familiyasindan gorunur ki, bu duz adama oxshamir.Ozu "qiz ushagi" amma soyadinda "oglu" yazdirib.
Saygilarimizla:

Kimdən: Zaur Şəhər: sankt-peterburg
12.12.2009 14:58
...Xanim Gayenin Azerbaycanda belediyye seckilerinin kecirilme sheraitine munasibeti bundan artig ola bilmezdi.bash veran ganun pozuntularindan onun xeberi olmamasi inandirici deyil.Bu cur cixishlar resmi numayendeler terefinden Azerbaycana garshi birinci defe deyilki edilir.o ki galdi onun Turk milliyetli olub Azerbaycandaki proseslere garshi soyug munasibet gostermeyeceyi umudune bu ucuz fikirdir.buna hem onun shexsiyyeti yol vermez hemde ona tapshiriln missiya buna imkan vermez.

Kimdən: izzet
12.12.2009 12:57
Ben Turkiyede belediye seckilerinde muhalefet partilerinden biri adına muşahit olmusam butun sayim benim onumden gecti tek tek oylara baktim.Bunun icin hicbir ucret pul almamisam..Hileli secimi onlemenin en iyi yolu musahitleri artirmak bu sayede olabilecek butun secim hilelerinin onune gecmektir.Bu nedenle her Azeri vatandasi daha fazla sorumluluk almali, "ben ulkem icin ne yapabilirim" diye dusunmelidir.
Cavab

Kimdən: Eloglu Şəhər: Avropa
13.12.2009 17:03
Izzet bey, Siz Azerbaycan realliqlarindan chox-chox uzaqsiniz. Sechkilerde neyinki tarafsiz, hich adaylarin kendi mushahidecilerini duzgun qaydada ishtirak etmeye qoymurlar. Sesler sayilan zaman menteqelerden dishariya chixarirlar. Azerbaycanda adil bir sechkiye artiq hech kimde umid qalmayib. Avropa Shurasi, ve konkret olaraq bu xanim kimi numayendelerinde, bu veziyyetin yaranmasinda boyuk qatqilari olub... Ne ise... Allah kahr etsin bu petrolu
Cavab

Kimdən: izzet
14.12.2009 00:24
Boyle secim mi olur yahu?Hic secim yapma daha iyi!!!!Anlasilmistir..Anladim..İsiniz benim dusundugumden de zor o zaman..

Kimdən: Freedom Şəhər: Baki
12.12.2009 12:46
buda oz haqqini alandan sonra neyine lazimdirki burda veziyyet necedi,esas oz cibim dolu olsun,men inanmiram ki siyasetde insafli insan tapila,coxunda en birinci oz maraglaridir(burda bir tek rehmetlik Elcibeyi cixiram,cunku o ideologiya insani idi,Turanci idi).odur ki millet bizim halimiza ozumuzden basga hec kim yanmayacag.ancag oz telebimiz ve irademizle ayaga galxarig,yoxsa biz bu degige ayaglar altinda galarag ezilirik,hem haqqlarimiz tapdalanir,hem tebii servetlerimiz talanir,hemde gelecek nesillerimize cirkin ve edaletsiz bir cemiyyet otureceyik.bunu kimi numayendelerde gelir oz haqqlarini alir,deyirki her sey eladi,cibi dolu gayidir omurunun axirina kimi kef elemeye.

Kimdən: Men
12.12.2009 07:44
Ambudsman Elmira Suleymanovaya oxshayir ;)
    Növbəti 
Səhifə (3)