Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 07:59

Verilişlər / Kontekst

Müxalifətin icazəsiz toplaşdığı yeganə yer...

«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.
x
«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycanda bura yeganə yerdir ki, biz hakimiyyətin fəaliyyətini maneəsiz tənqid edə, siyasi baxışlarımızı ifadə edə bilirik. Ölkədə müxalifətin kütləvi toplantılarına imkan verilmədiyindən bura üzvlərimizlə ünsiyyət üçün əsas vasitələrdən biridir».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı «Facebook» sosial şəbəkəsi haqqında danışır. Şəbəkədə Gənclər Komitəsinin mindən çox üzvü var. Əbülfəz Qurbanlı deyir ki, partiyanın ofisi yoxdur, amma «Facebook» son vaxtlar üzvlər üçün qərargaha çevrilib:

«Komitənin qapalı qrupu var. Biz çox vaxt toplantılarımızı online keçiririk, müzakirələrimizi aparırıq».

İSA QƏMBƏRƏ «YAŞIL İŞIQ»

«Facebook»un «online chat» – söhbət bölməsində «Müsavat» partiyasının başqanı İsa Qəmbərin adının qarşısında çox vaxt yaşıl işıq yanır. Bu o deməkdir ki, İsa Qəmbər səhifədədir. Bir neçə aydır ki, «Facebook»a gələn partiya başqanı deyir ki, bu şəbəkə onunçün yeni ünsiyyət, paylaşma imkanları açır: «Mən bu üsulu başqa siyasətçilərə də məsləhət görərdim».

«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.

Hakimiyyət şəhərin mərkəzində kütləvi aksiyalara qadağa qoyub, deyir ki, sakinlərin narahatlığı pozulur.

Zeynal Məmmədli
İngilisdilli mənbələr «sosial media» anlayışına belə tərif verirlər - Sosial media cəmiyyətin internet vasitəsilə ünsiyyətinə, informasiya mübadiləsinə xidmət edən, məhdudiyyətsiz, çatımlı vasitədir.

«ORADA İFADƏ AZADLIĞI VAR»

Media eksperti Zeynal Məmmədli deyir ki, Azərbaycan kimi ifadə azadlığı problemi olan ölkələrdə sosial medianın rolunun artması normaldır:

«Post-totalitar ölkələr üçün sosial şəbəkələrin rolu danılmazdır, belə şəbəkələr özünüifadə imkanı yaradır. Bu da o deməkdir ki, informasiya qapalı qalmayacaq, hakimiyyət nə qədər məhdudiyyət qoysa da müzakirələr aparılacaq».

«FACEBOOK»UN İLK AZƏRBAYCANLI SAKİNLƏRİ

İndi Azərbaycanda ən populyar sosial şəbəkə demək olar ki, «Facebook» dur. Bütün dünya üzrə 300 milyona yaxın istifadəçisi olan şəbəkədə Azərbaycandan nə qədər adam olduğunu demək çətindir. Hələ ki, «Facebook» özü AzadlıqRadiosunun bu haqda sorğusuna cavab verməyib. Bəzi mənbələrə görə, şəbəkədə 50 min azərbaycanlı var. Fransada yaşayan azərbaycanlı jurnalist, AN şəbəkəsinin həmtəsisçisi Elnur Məcidli deyir ki, o, «Facebook»dakı ilk azərbaycanlılardan olub:

«2005-ci ildə «Facebook»da Azərbaycandan cəmi bir neçə istifadəçi var idi, indi artım sürətlə gedir»
«2005-ci ildə «Facebook»da Azərbaycandan cəmi bir neçə istifadəçi var idi, indi artım sürətlə gedir».

«ONU «FACEBOOK»A GÖRƏ HƏBS ETDİLƏR»

Elnur Məcidlinin həmkarı - AN şəbəkəsinin başqa bir həmtəsisçisi bloqqer Emin Milli indi xuliqanlıq ittihamı ilə həbsdədir. Elnur Məcidli hesab edir ki, Emin Millinin həbsinin səbəblərindən biri də «Facebook»da hakimiyyəti tənqid edən materiallar olub:

«Bu, səbəblərdən biri ola bilər. Eminin «Facebook»da aktivliyi yüksək idi. O həm də ingilis dilində məlumatları yerləşdirirdi. Bu Azərbaycanda bir çox adamların xoşuna gəlməyə bilərdi».
Hakimiyyət isə Emin Millinin ictimai aktivliyinə görə həbs olunması versiyasını rədd edir.

SİYASİ MÜHACİRƏT

Tanınmış publisist Məmməd Süleymanov hesab edir ki, Azərbaycanda siyasi azadlıqlar pozulduğu üçün sosial şəbəkələr sanki alternativ rolu oynayır, siyasətçilər internetə mühacirət edirlər.

Amma Məmməd Süleymanov hesab edir ki, özünü virtualda ifadə etmək müvəqqəti xarakter daşıyır, bu, ancaq birinci mərhələ ola bilər.
Məmməd Süleymanov
Problemin həlli ancaq real həyatda mümkündür.

İNTERNET PREZİDENTİ

ABŞ-ın İndiana Universitetinin Jurnalistika fakültəsinin tələbəsi, hazırda sosial media üzrə elmi araşdırma üzərində işləyən Şəhla Sultanova deyir ki, ABŞ-da da sosial media getdikcə populyarlaşır, amma bu aktivləşməni Azərbaycanla müqayisə etmək olmaz:

«Azərbaycandan fərqli olaraq Amerikada sosial media siyasi məsələlərin müzakirəsi ilə yüklənməyib və qətiyyən reallıqda boşluğu doldurmağa yönəlməyib. Onlar sosial mediaya Azərbaycandakı kimi azadlıq axtarmaq üçün gəlmirlər. Sadəcə olaraq, bu, amerikalılar üçün ünsiyyət və müzakirələr üçün əlavə imkandır».

Şəhla Sultanova deyir ki, ABŞ-da siyasətçilər öz təbliğatlarını qurmaq üçün sosial mediadan istifadə edirlər:

Şəhla Sultanova
«Amerika tarixində üç prezident öz seçki kampaniyası metodları ilə yadda qalıb. Ruzvelt insanlara öz mesajını çatdırmaq üçün radiodan istifadə edib, Kennedi televiziyadan istifadəsinə görə məşhurdur. Obamanı isə «internet prezidenti» adlandırırlar. Obamanın sosial mediadan istifadəsi onun uğurunda mühüm rol oynadı».

Amma Azərbaycanda sosial şəbəkələr hamı üçün çatımlı deyil. Rabitə Nazirliyinin məlumatına görə, ölkədə 3,5 milyon İnternet istifadəçisi var, müstəqil ekspertlər bu rəqəmin iki dəfə az olduğunu deyirlər. Ümumiyyətlə isə rəsmi rəqəmə görə Azərbaycanda istifadəçilərin 90 faizə qədəri internetə «dial up» vasitəsilə qoşula bilir ki, bu da istifadə imkanlarını xeyli zəiflədir. Başqa bir problem isə İnternetin qiyməti ilə bağlıdır, Azərbaycanda İnternet Avropa ölkələri ilə müqayisədə bir neçə dəfə bahadır və keyfiyyəti aşağıdır. 
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: ehli Haradan: baki
19.12.2009 01:38
men bu yaxinlarda Facebookda 20 il görmediyim bir tanishimi tapdim. Cox sevindim, nostalji hissler kecirdim. Deyerdim ki, uzun illerdir internetden istifade edirem, ancag bu geder sevinmemishdim. Ancag evveller bir coxlari kimi men de müzakirelerde ishtirak edirdim. Sonra gördüm ki, bu virtual müzakireler insanlari yaxinlashdirmir, müzakireler neticesiz galir, insanlar bir-birileriyle dil tapa bilmirler ve sonda da naraziliglar coxalir. Cünki biri müzakire zamani caxir icir ve ya bashga alkagol ve yaxud da anaonim gelir, bele yerde müzakire dönür olur bosh-bogazlig. Tebii ki canli müzakireler daha yaxshidir. Musavat PartiyasiNIN, Isa beyin gerargahi varm ancag orada ayda ilde bir defe müzakire ola ya olmaya. Hec hevesleri de yoxdur, oturub gözleyirler ki, millet ayaga galxib bunlari hakimiyyete görecek...Nece deyerler, ölme esheyim ölme, yaz geler yonca cixar...

Kimdən: Rufat Haradan: baki
14.12.2009 00:22
Musavat gekecek zulm bitecek!!!!

Kimdən: Rufat Haradan: baku
14.12.2009 00:21
odnoklassnikde musavat gencler teskilatinin qrupu var

Kimdən: Fuad Haradan: UAE (Abu Dhabi)
13.12.2009 13:59
Odnoklassnikden de istifade etmek lazimdir:-))

Kimdən: 100% azerbaycanli Haradan: baki
12.12.2009 11:13
Isa qemberin isi-gucu yoxdu,getsin qezetini cixartsin.corek pulunu qazansin,bagislayin yadimdan cixdi onsuz da onun soros kimi,abd kimi dayaqlari var ordan corek pulu yox eee her 2 oglunu xaricde oxudacaq qeder pul gelir.elbet bir gun gelecek onu da dayaqsiz qoyacaqlar.devden boyuk fil varsa filden de boyuk ALLAH var.
sozumun cani isa mellim get sen partiyani idare et .swen facebookluq birisi deyilsen....tanimadigin insanlaarla munasibet qurma,axi biz azerbaycanlilar sen yaddi
Cavab

Kimdən: Rufat Haradan: Baki
13.12.2009 00:28
Isa gamabrin oglu 646 balla baki dovlet unverstetine qebul olub. Heyder eliyevin oqlu hoteller uduzub, yeyib icib.
Cavab

Kimdən: Rufat Haradan: baki
13.12.2009 00:25
92 ci ilde doyuslerin pik vaxtinda Isa Gambar Fizulide gedib sengerde dayanada senin kimiler karavatin altinda gizlenirdi. adini da azerbaycanli qoymusan. sen de azerbaycanli adindan basqa hansi keyfiyet desen tapmaq olar

Kimdən: Наg Haradan: Йаxындан
11.12.2009 22:28
Даxилен гул инсанлара арамызада йер йоxду .Йашасын АДР.

Kimdən: Selam Haradan: Yeni Kürdüstan
11.12.2009 16:26
Cox göleyerik sənin hakimiyyətin qoy varlansın nazirlərin holdinqlər açsın birdən rus fars hücum eder, uca şərəfini iki paralıq edər ha )))))))))))))
Gözdəyək güclənərik. Bəli güclənərik 15 ildi güclənirik. Bir rayonda qaytara bilmirik məncə 150 il lazımdı dediyin səviyyəyə çatmaq üçün.
Təbii ki, rus ve fars da ki, yerinde durub bizi gözləməyəcək. O ki, qaldı İsrailə sən əzizim heç vaxt İsrailə tay ola bilməyəcəksən.
Millət öz Aadlığı, bütövlüyü və gələcəyi üçün həmişə şəhid vermişdir.
Azərbaycanın imkanı var ki, inkişaf elesin ne olsun ki, qoy ac göz məmurlar biraz ca da varlansın. Bizlər, biz kölələr gözləyərik. 15 ildi gözləri yollarda qalanlar var. Bu gözləmə yolunda siyasi kursu davam etdirmək üçün varislər lazım olacaq. Atandan oğula, nəvəyə vəs və ilaxır.

Kimdən: Wehid Azeri Turku Haradan: Sefeviler dovlet
11.12.2009 14:01
Eziz dostlarim menim yazdiqlarimi siz diqqetle oxuyub analiz etseydiniz menim fkirlerimede duzgun cavab vererdiniz.men hec de demokratiyani pislemirem.o demokratiyani beyenmirem ki bawqalarinin eli ile getirilib bizim ideologiyamiza yeridilsin.sozsuz ki men bizim iqtidari butovlukde beyenmirem,ama siyaset cehetden Ilham Eliyevin siyasi dozumluluyunu beyenirem,ama onu da anlayiram ki demokratik qerar vermek hele ki Ilham eliyevin siyasi calarliliginda hiss olunmur.ona gore hiss olunmurki bu gun biz demokratik bir toplum kimi formalawmaq ucun hele tam hazir deyilik.cunki ozumuzu tecavuzkar qonwularimizdan qorumaq ucun o qeder guclu orduya sahib deyilik.Biz avropanin gobeyinde yawasaydiq,onlarin demokratiya anlayiwi sozsuz ki bizde de formalawardi ama biz 2 diktator dovletin ve regional guclerin ortasinda meskunlawmiwiq.eger biz bu gun fransada ki kimi her bir partiyanin uzvu bir agizdan her hansi bir layiheye alternativ variant teklif etse onda bu olke cox qutblu bir olke olacaq ve ozunu muxalif adlandiran quvveler heresi gedib bir dovletin yada xususi xidmet orqanlarinin qucaqlarinda oturacaqlar.Men yene de sozumun ustunde duraraq oz fikrimi tekrarliyiram,bu bolgede telem telesik tek hakimiyyetlilikden demokratiyaya kecmek dogru deyil.Gurcustan modeli buna bariz numune di xalq evvel muxalifeti destekliyib hakimiyyeti devirdi daha sonra daha da guclu bir muxalif quvve yarandi hansi ki bu muxalif quvve hakim elitani taxtan endirdi oz yeni liderlerini taxta qalxizdi ama o da zeif dovletin yen demokkratik lideri oldugu ucun hakimiyyetini bu cografiyada duzgun idare ede bilmedi,rusyani saymadi ve ehalisini qirgina verdi,o ehalini ki onu secib hakimiyyete getirmiwdi.bax men bunu demek isteyirem.onun ucun en azindan bizden defelerle hem erazi hem ehali cehetden az olan Israil qeder guclenek ondan sora sozumuzu qorxmadan hem wimala,hem deki cenuba rahatliqla deye bilerik,cunki bileceyik ki guclu ordumuz ve iqtisadiyyatimiz var.birde ki men indiki nazirlere ekseriyyetine nifretle yanawiram,ele demek olar ki hamisina ama vaxt verek dovletimiz yeni yeni guclenir prezidentimiz hamisinin axirina cixacaq,onlar hamisi temiz azeri turk ovladlari ile deyiwenden sora tam gucumuzle bizde demokratik cumhuriyyet olacayiq.Allah Turku qorusun.Sengerlerde goruwek.(inwallah demokratik toplum olmaq ucun prezidentimiz kamandasini tam wekilde deyiwer,yeni genc nesil ile guclu dovlet qurar ve demokratiyani ele hemin gencler yeni bizler berpa ederik hansi ki Mehemmed Emin Resulzadenin arzusunda oldugu eyilmez,qudretli,suveren ve demokrtik cumhuriyyet)
Cavab

Kimdən: ISMAYIL Haradan: SARICALI
13.12.2009 02:35
Yazilarinizdaki tezadlar bilirsiniz hardan qaynaqlanir?Secdiyiniz ad-Wehid Azeri turku-ve mekan-Sefeviler devleti-paradoksdu .Sefeviler ancaq tuklerle vurushdu ,muharibe etdi.Ismayil Iran shahi idi,ozu turk olsa da,dushmeni Turkiye,Osmanli idi...

Kimdən: Perviz Heshimli Haradan: Baki
11.12.2009 13:51
Teesuf ki, hakimiyyet facebooka da mudaxile etmek imkanina mailkdir..Menim Facebookda Parvzi Hashimli adi ile olan accountuma mudaxile edildi, parolumu deyishibler. Adimdan basqalarina tehqirler yazirlar.. Men son vaxtlar facebookda hakimiyyeti sert tenqdi edirdim....Bu sirf siyasi meseledir..

Kimdən: Ehtiyatli olaq Haradan: Facebook da elden geder
11.12.2009 11:47
Hamiya salam! Yazini oxuyandan sonra sevindim ki, ne yaxshi bu facebook var. Amma sonra narahat oldum. Vallah bu hakimiyyetden her shey gozlemek olar. Bir de gordunuz sabah ele qerar ve ya ne ise ircad elediler ki, bu facebooka da qadaga qoyuldu.
Səhifə (3)
    Növbəti