Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

İranda 6 azərbaycanlı fəala 91 gün həbs və 30 şallaq cəzası verilib

Təbrizdə Mir Hüseyn Musəvinin tərəfdarlarının etiraz aksiyası, 26 may 2009

Təbrizdə Mir Hüseyn Musəvinin tərəfdarlarının etiraz aksiyası, 26 may 2009

10.12.2009
Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib. Onun sözlərinə görə, fəallara təyin edilmiş cəza iki il müddətinə təxirə salınıb. Əgər onlar iki il ərzində siyasi proseslərə qoşulmasalar, təyin olunmuş cəzanın icrasına xitam veriləcək.

Həkkəkpurun sözlərinə görə, həmin fəallar bu il İranda keçirilən prezident seçkisi ərəfəsində prezidentliyə namizəd Mirhüseyn Musəvi Təbriz stadionuna gələrkən onun tərəfdarı Məhəmməd Hatəminin əleyhinə şüarlar səsləndiriblər.

Səbəbsə Hatəminin yayılmış videogörüntülərində azərbaycanlılarla bağlı təhqiredici zarafat etməsi olub. Azərbaycanlı fəallar şüarlar səsləndirərək Hatəmidən üzr istəməsini tələb ediblər. Əvəzində isə onlar asayişi pozmaqda günahlandırılaraq həbs olunublar.

Həkkəkpur deyir ki, azərbaycanlı fəallar həbsdə saxlanıldıqları 9 gün müddətində işgəncələrə məruz qalıblar:

«Dil haqlarını və milli haqlarını tələb etdiklərinə görə həbs olunmuşdular. Tutularkən 9 gün həbsdə qaldılar və həmin 9 gündə onlara işgəncələr verilmişdi yalnız 10 min dollar girov qarşısında buraxmışdılar».

Həkkəkpur onu da bildirib ki, həmin tədbirdə həbs edilmiş, sonradan girov müqabilində həbsdən azad olunmuş daha 6 azərbaycanlı fəalın da məhkəməsi gözlənilir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Naıle Şəhər: Bakı
30.12.2009 17:46
Diger milletlerin tarixine muraciet edib onlarin tecrubelerinden behrelenmek lazimdir.Mene ele gelir ki, tarix sanslar yetismekdedir.

Kimdən: Mehran Şəhər: Sydney
10.12.2009 21:38
Yuxaridaki şəkildə , plakard daki ünvan budur "Türk dili rəsmi olsun".

Kimdən: Mehran Şəhər: Sydney
10.12.2009 21:35
]İranda Türklər ya xod Azərbaycanləlar oyanirlar. Gənclərin çoxu islamin ifratçı üzünü görüb heç bəyənmirlər. Ama heyif olsun ki millətimizin mübarizə üçün təcrübəsi çox azdir, və İranin diktatorlarida çox zorlu.
Cavab

Kimdən: rehim Şəhər: iran
16.12.2009 03:42
1xurdad hadiselerde men urmiydeydim . univesite orencisidim. bir gezetde azerylere tohin olmushdy. bu ishlerden orda chox olur ama devlete ayid bir gezetde... bu dayanilmazdy. inanin disharyda etirazcilarin ayag sesi ki birlikde yere basirdilar etraf dukkanlarin shushelerini terpetirdy. bizim fars olan telebeler qorxularindan dishary chixa bilmirdiler . farsca danishan neche orecini doyulduni ozum gordum . iltimas edirdiler bizim anamiz ya babamiz turkdi . men ozum sevmedim bu ishi ama millet chox narahat olmushdy. iran gezetini binasinin garshisinda demir barmakliklari bir anda ellerde bukulmesiny gordim sora ichery qirib binayi yandirdilar . hech bir zaman unutmaram