Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Kasıb ölkələr varlı ölkələrə qarşı

Kopenhagendə iqlim dəyişikliyinə həsr olunmuş sərgi, 7 dekabr 2009

Kopenhagendə iqlim dəyişikliyinə həsr olunmuş sərgi, 7 dekabr 2009

09.12.2009
Afrikadan olan nümayəndə heyəti sammitin keçirildiyi zala oxuya-oxuya giriblər.

Onlar iqlim dəyişikliyi ilə bağlı Kopenhagendə keçirilən beynəlxalq sammitdə qəbul edilməsi gözlənilən sənədə bu cür etiraz bildiriblər.

Bu sənəd 2012-ci ildə müddəti başa çatan Kioto protokolunu əvəz etməlidir.

«BƏSDİR BİZƏ TƏZYİQ ETDİZ!»


Tək Afrika yox, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti sənədi «ədalətsiz» adlandırırlar, deyirlər ki, bu razılaşma imzalansa, inkişaf etmiş ölkələr havaya iqlim dəyişikliyinə səbəb olan daha çox zərərli qaz atacaqlar.

«Christian Aid» təşkilatının nümayəndəsi kamerunlu Augustine Njambshi «Reuters» televiziyasına müsahibəsində deyib:

«İnkişaf etmiş ölkələr danışıqlarda öhdəliklərə əməl etmək istəmirlər. Biz demirik ki, nümayəndələrimiz sammiti boykot edib getmək istəyir. Amma lütfən, Afrika çox istidir deyə, bizə təzyiq etməyin, məcbur etməyin ki, sammitdən gedək. Bəsdir adamlar bizdən sui-istifadə etdilər».

Afrikadan olan nümayəndə heyəti sammitin keçirildiyi zala oxuya-oxuya giriblər
İnkişaf etməkdə olan ölkələrin narazı qaldığı sənədin son versiyasını artıq Kopenhagendəki sammit iştirakçılarına paylayıblar, amma mahiyyətini hələ ki, tam açıqlamırlar.

«DANİMARKA TƏRƏFKEŞLİK EDİR»


Britaniyanın «The Guardian» qəzeti yazır ki, sənədi hazırlayanlar əsasən Böyük Britaniya, Amerika, bir də Danimarkadır, ehtimal ki, elə bu sənəd də qəbul olunacaq.

«Action Aid» təşkilatının iqlim dəyişikliyi üzrə müşaviri Harjeet Singh AzadlıqRadiosunun xəbər xidmətinə bu haqda danışır:

«Danimarka rəhbərliyi gərək tamamilə balanslı olsun, özünü tədbir təşkilatçısı kimi aparsın, inkişaf etmiş ölkələrin tərəfində olmasın. Məncə, Danimarka sammitə öz sənədini təqdim etməklə özünə olan inamı təhlükə altında qoyurlar. Proses qətiyyən ədalətli deyil».

Danimarka rəsmiləri isə deyirlər ki, sənəddə gizli heç nə yoxdur, onu imkan daxilində hamıya paylayıblar.

«The Guardian»ın yazdığına görə, sənəd imzalansa, ölkələrə qlobal istiləşməylə mübarizə üçün vəsait ayıran «yaşıl fond» Qərbin mövqeyini dəstəkləyən
Kopenhagen samitində Azərbaycan nümayəndə heyəti, 8 dekabr 2009
Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təsiri altına keçəcək, bu istiqamətdə BMT–nin qurumu ilə danışıqlar zəifləyəcək.

EKSPERT YENİ SƏNƏDİ «ZƏİF» HESAB EDİR


«Action Aid» təşkilatının iqlim dəyişikliyi üzrə müşaviri Harjeet Singh isə deyir ki, bu hal inkişaf etməkdə olan ölkələrin xeyrinə deyil: «Bizim istədiyimiz odur ki, fonda BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə sazişi rəhbərlik etsin».

«Oxfam» Beynəlxalq Humanitar Təşkilatının iqlim dəyişikliyi üzrə nümayəndəsi Antonio Hill deyir ki, bu sənəd dünyada qaz emissiyasının həcmi ilə müqayisədə çox zəifdir. Onun fikrincə, bu sənəd vasitəsilə zərərli qazları alimlərin tələb etdiyi həcmdə (40 faiz) azaltmaq mümkün olmayacaq.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Mübariz Şəhər: Bonn
09.12.2009 23:15
Bashda ABSH olmaqla inkshaf etmish bövlätlär vä s ozon täbäkäsinin dälindiyini vä bunun tämiri üchün 2 trilyard dollar maliyyä lazim oldugunu deyirlär.
Almanyanin nüfusu 82 milyon oldugu halda almanyada böyük vä kichik vasitälär 40 milyon täshgil edir.
ABSH Chin vä Qärb'in inkshaf etmish bir chox dövlätlärindä väziyyät Almanyadan daha färqli deyil.
Indi bunlar 2 trilyad maliyyäyi bütün dünyadan toplamaga chalishirlar.
Iqlim dəyişikliyinə səbəb olan dövlätlärin hamisi göz qabagindadir.
Raket ucurdan bunlar, dünyanin täbäkäsini pis hala qoyan bunlar indidä bizä maliyyä verin deyirlär.
Äräb cografiyasina baxsaniz dogru-dürüst birdänä nä fabrika var nä dä zavod. Afrika qitäsidä onun kimi.
Gäläk bizim vätänmizä havayi zähärläyän fabrikami? Hech fabrika var ki havayida nä isä zähärläsin.
Inkshaf etmish dövlätlär soyuduculari näzärdä tuturlarsa.
Bu gün dünyada istifadä edilän soyuducularin choxsu inkshaf etmish dövlätlärin istesalatidir.
Zähmät chäksdinlär fabrikalardan bunun üchün här ay vergi alsinlar.
Azärbaycan dövlätidä pullari bunlara deyil, bunlara veräcäyi väsaiti vätänmizin yashilashdirma ishinä ayirsin bizimdä hava tämizdiyinä belä xeyrimiz olar.