Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Süni mayalanmada qadağa

Sevinc Sevdimalıyeva

Sevinc Sevdimalıyeva

08.12.2009
İndiyə qədər Azərbaycanda da həkimə gedib oğlan, ya da qız sifariş vermək mümkün idi. Süni yolla mayalanma embrionun cinsini əvvəlcədən seçməyə şans yaradırdı. Amma parlamentdə müzakirə olunan «Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında» qanun layihəsi cinsi əvvəlcədən seçməyə qadağa qoyur.

Ailə Planlaşdırma Mərkəzinin süni mayalanma üzrə mütəxəssisi Sevinc Sevdimalıyeva bu qadağa haqqında sualları cavablandırır:

- Belə bir qadağaya nə ehtiyac var idi, axı yəqin ki, süni mayalanmaya müraciət edən adam üçün oğlan, qız fərqi olmur...


- Bu qadağa əvvəlcədən cins seçiminin qarşısını almaq üçündür. Bəli, 99 faiz hallarda uşağın cinsinin ailə üçün fərqi yoxdur. Amma çox imkanlı ailələr var ki, süni mayalanmaya məhz cinsə görə müraciət edirlər. Qeyd edim ki, süni mayalanma çox bahalı prosedurdur. Belə hal isə ölkədə gender balansının pozulmasına gətirib çıxara bilər. Bu həm də Allahın işinə qarışmaqdır.

- Bəs irsi xəstəliklərlə bağlı istisna nədən ibarətdir?

- Bəzi irsi xəstəliklər yalnız kişilərdə, bəziləri yalnız qadınlarda olur. Məsələn, bir ailədə doğulmuş oğlan uşaqları hamısı hemofiliya xəstəsidirsə, bu zaman ailə süni mayalanma yolu ilə qız uşağına sahib ola bilər. Bu istisnanı qanun nəzərə alır.

- Yaxşı bəs bir ailənin yeddi oğlu varsa, amma o, qız övladına sahib olmaq istəyirsə necə? Ona belə seçim etməyə qadağa qoymaq hüququnu pozmaq deyilmi?

- Deyil, qız, ya oğlan seçiminin qoyulması əslində dünyaya gəlməmiş uşağın hüququnu pozmaqdır. Belə ayrı-seçkilik salanlara qarşı təbliğat aparmaq lazımdır, həmin adama başa salmaq lazımdır ki, oğlan, ya da qız övladını seçmək düzgün deyil.

- Dünyada varmı belə qadağalar?

- Əlbəttə, Türkiyədə, bir çox Avropa ölkələrində, o cümlədən, Böyük Britaniyada süni mayalanma zamanı cins seçiminə qadağa var.

- Belə bir ittiham da səslənir ki, Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır və qadağanın qoyulması yeni korrupsiya mənbəyi yarada bilər.


- Həkimləri korrupsiyada günahlandırmaq düzgün deyil. Onlar heç vaxt korrupsiya mənbəyi deyillər.

- Parlamentin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, ölkədə gender balansı pozulub, bu il doğulan uşaqların 60 faizi oğlanlar, 40 faizi qızlardır, qız uşaqlarının abortunun qarşısını almaq üçün təbii yolla yaranan dölün cinsi haqda informasiya yaymağa həkimlərə qadağa qoyulmalıdır. Sizin bu təklifə münasibətiniz necədir?


- Məncə, bu qadağa doğru deyil, təbii yolla mayalanma halları süni mayalanma halları ilə müqayisə olunmaz dərəcədə çoxdur. Qadına demək olmaz ki, sən öz bətnindəki uşağın cinsini öyrənə bilməzsən. Süni mayalanma vaxtı isə hələ ki, bətndə heç nə yoxdur, valideynə əvvəlcədən cins seçimi etmək qadağan olunur.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Babayev, MD Şəhər: NY Medical College
10.12.2009 05:38
Mence geder balansini saxlamag uchun, chox az bir grup insanlara aid olan qunun muzakire etmek yerina, qadinin elektiv abort hakkini 14 hefteye geder azaltmak meksede daha uygun olardi. 12-14 hefteden tez fetal cinsin ultrases goruntuleme yoluyla belirlenmesi, demek olar ki mumkun deyil.

Kimdən: Maks Şəhər: Moskva
09.12.2009 23:37
Sayin Mustafa sen ne konushyorsun NE memleket!Bize para gerekdi PARA.

Kimdən: ivf terefdari Şəhər: Baki
09.12.2009 20:00
Oglan xesteleri ucun, mence, embrionun cinsini secmek huququ abortdan daha humanist hesab edilmelidir. Qerb olkelerinde Iise VF usagin cinsini secmek ucun heyata kecirilen bir prosedur deyil.

Kimdən: prosto.me Şəhər: baki
09.12.2009 16:01
milli mejlisin başqa işi-gücü yoxdur?? olkədə bütün problemlər həll olunub indi isə galib embrionlarin cinsinə qadağa qoymaq. axi "mentalitetin" bu məsələyə nə dəxli var???? əgər elmi nailiyyətlər buna imkan verirsə, niyə gorə mən öz övladımin cinsini seçməkdən məhrum olmaliyam. hələ üstəlik bilməyə-bilməyə İslamıda bura qatirlar!!! bəstirin xix əsr düşüncəsilə yaşamaq.

Kimdən: Ultrafiolet Şəhər: Baku
09.12.2009 14:54
Aileler oglan ushagi xesteliyinden qurtulmalidir. Savadli qizlar taniyiram ki, ailesine 100 oglandan daha guclu dayaq durur. Hetta Mehemmed Peygemberin (s.a.s.) nesli bele qizlarindan davam edibse, bu insanlar nece ozlerini Ondan ustun tuta bilirler? En dehshetlisi ise budur ki, hetta bezi qadinlar bele qiz ovladini oguldan ashagi tutur...

Kimdən: Vahid
09.12.2009 12:15
Hörmətli Giziroğlu, həkimlərin aylıq maaşını eşidəndə gülməyiniz gəlmir?
Cavab

Kimdən: bende Şəhər: kiev
10.12.2009 01:19
hormetli Vahid, hekimlerin mashini yada salanda gulmey yox aqlamaq lazimdi, AMMA bu xestelerin chixilmaz veziyyetinden istifade edib onlari son qepiyinecen soymaq uchun sebeb deyil. Tessufchi bbele alchaq *hechim*-ler choxdur.
Cavab

Kimdən: Giziroğlu Şəhər: Bakı
10.12.2009 01:09
Gəlir, gəlir.Amma Düşünmürəm ki, həkimlər xəstələrin maaşını soruşub sonra "diaqnoz" qoyurlar.
Cavab

Kimdən: mustafa Şəhər: türkiye
09.12.2009 18:24
sayın vahid hekimlerinizin maaşı nekadarki? çokmu az? mesele bizim hekimlerin yani doktorların aylık maaşı 1200-1500 dolar arası değişir ve dereceye göre maaşları değişir sizde nekadar? bilisimbilgisayar1@hotmail.com
Cavab

Kimdən: Naıle Şəhər: Bakı
10.12.2009 00:12
Hekimlerin en yaxsi variantda maasi 100$-dir,.
Cavab

Kimdən: "RESULZADE" Şəhər: YIyesiz, virane Kralliq
09.12.2009 23:03
bizde de o qeder olar yeqin Mustafa qerdesh. Amma sifirlardan birini silsen yaxshi olar yanii 120-150$

Kimdən: Şahin
09.12.2009 11:30
Qız uşaqlarını abort eləmək tendensiyasını mentalitetə bağlamaq məntiqsizlikdir. Azərbaycan tarixində xanım qəhrəmanları ilə fəxr edən ölkədir. Bu mentalitet məsələsi deyil, "gözünədöndüyüm" iqtidarın son illər yaratdığı iqtisadi reallıqların nəticəsidir. Dəhşət də orasıdır ki, azərbaycanlı ailələr artıq öz övladlarına da investisiya gözü ilə baxmağa başlayırlar: oğlan olsa, böyüdüb əsgərliyini yola verəndən sonra işə zada düzəldib evə çörək gətirməsini təmin etmək olar, ancaq "qız yükü duz yükü" deyiblər, böyüt, boya-başa çatdır, sonra da cehizini yığ və ərə ver, getdi, heç bir "iqtisadi səmərə" yoxdur. Hörmətli həmvətəndaşlarım, reallıq budur və bu faciədir. MM işə "arxa"dan baxmaqdansa, ailələrin xoşbəxtliyini təmin etmək üçün stimullaşdırıcı iqtisadi proqramlar düşünsə idi daha yaxşı olardı (diqqət edin: əsas söz "düşünsə idi" ifadəsidir ki, bu da MM reallığında çox nadir tapıntıdır...)

Kimdən: a Şəhər: hovsan
09.12.2009 02:26
sunu mayalanmanin qeti eleyhineyem.bu Allaha qarsi cixmaqdir.bu mesele hemde yalanlarla da ola biler.tesevvur ele ki,arvadi aparirsan basqa bir kisinin yanina ki... bu barede internetde reklamda var.bu ne demekdir bu ne inksafdir.qismetde usaq olmazsa goturub yuz faiz bilinen evlad saxlasinlar.bu hemde basqa terefden insan huquqlarini qorumaqdir.ne qeder ki islamdan uzaqlasacagiq bucur belalar basmizin ustunde olacaq.bizim milletmizin axiri goresen hara gedir.Allahim sen bizi bele serefsizliklerden qoru
Cavab

Kimdən: fergi yoxdur Şəhər: fergi yoxdur
09.12.2009 16:59
Məncə sağlamlığına fikir verən şəxsin bu barədə problemi olmağı mövzu ola bilməz. Çünkü mənim bildiyim qədərincə sonsuzluq və s. cinsi problemlər anadan gəlmə xəstəliklə yaranan problemlər deyil. bunlar sonradan Təbii amillərdən, ekalogiyanın pozulmasından, anti sanitariya şəraitindən və s. digər vəziyyətlərdən irəli gələn şərtlərdir.
Aynur xanım.. Bekarçılıq pis vəziyyətdi.
Cavab

Kimdən: Cahan Şəhər: Baki
09.12.2009 14:32
Son serhden gorunur ki, vetendaslarimizin suni mayalanma haqqinda melumati besitdir. Arzu edirem ki hec ehtiyac da olmasin, Allah hec kesin ovlad arzusun ureyinde qoymasin. Bu metoddan islam olkelerinde de genis istifade olunur, her halda insanlari kutlevi "serefsizlikde" ittiham etmezden once bir qeder arasdrima aparmaq daha duzgun olardi.
Eger embrio erle arvadin huceyrelerinden yaranirsa, onun yerde, goyde ve ya laboratoriyada bas vermesi muhum deyil. Yox eger basqa bir donordan istifade olunursa, bu basqa mesele, onda, mence de, siz haqlisiniz.
O zaman ovlad goturmek daha meqsedeuygundur, cunki her iki halda (donor ve ya ovlad goturmek) hemin usaq bioloji cehetden sene yaddir, basqa birinin genetik kodunu ozunde dasiyir.
Cavab

Kimdən: a Şəhər: baki
12.12.2009 10:43
cahan xanim men bilirem bu iki yolla olur biri er arvadin toxumu ile ikincisi basqa(sinin)larinin toxumu ile.ona gore de men birinci varianti oqederde inamli saymamisam ve ona gorede "bu barede internetde reklamda var" ikinci variant ise basqa(sinin)larinin varantidirki bunu esil kisi ve ya qadin qebul etmez.men butun ovlad hesertinde olanlara Allahdan onlara bereketli ruzi arzulayiram.tesekkurler.

Kimdən: Giziroğlu Şəhər: Bakı
09.12.2009 02:05
- Həkimləri korrupsiyada günahlandırmaq düzgün deyil. Onlar heç vaxt korrupsiya mənbəyi deyillər.
Necə də dahiyanə səslənir.Lap gülməyim gəldi.
Cavab

Kimdən: fergi yoxdur Şəhər: fergi yoxdur
09.12.2009 16:54
Məncə korrupsiyanın mənbəyi onların göstərilməməsi məntiqə uyğundur. Hər şeyin ilk öncə ilkin yəni mənbə səbəbini araşdırmaq lazımdır. Buna görə də ayrı ayrı həkimləri korrupsiyada günahlandırmaq olar, amma onları korrupsiyanın mənbəyi kimi göstərmək olmaz.

Kimdən: Aynur Şəhər: Zurich
09.12.2009 01:31
Milli Meclis heyati ehemiyyetli meseleleri hell etdi indi qalib suni mayalanma. Bilmeyenler bilsin ki, heddinden artiq bahali bir prosedur olan IVF, yeni suni mayalanma yolu ile her defe saglam, genc qadinin hamile qalmaq sansi 25 faizdir. Embrionun yerlesdirilmesinden sonra onun hamilelikle neticelenib neticelenmemesi yene de Allahin elindedir. Odur ki, pul her seyi hell etmir!
Azerbaycanda son iller gender balansinin pozulmasi ise IVF yox, milli metnatlitetin bir hissesi olan "oglan xesteliyine" ducar olanlarin ana betninde cinsi bilinecek derecede formalasmis qiz usaqlarini abort etmesi, yani vehsicesine oldurmesidir. Cinsi savadsizliq, cahillik... Budur sebeb. Azerbaycanin tibbin, xususen de IVF kimi prosedurlarin etik normalarindan behs etmesine hele cox var. Evvelce guzguye baxin, cenab deputatlar!
Cavab

Kimdən: mustafa Şəhər: türkiye
09.12.2009 18:31
azeri meclisi böyle bi konuyla başını ağrıtmasın azerilerin daha önemli meseleleri vardır. önce gelir düzeyini düzeltsin Allah azeri halkına hayırlı evlatlar verir merak etmeyin. önemli olan çocuğun hayırlı olması devletine faydasının olması kız erkek hiç önemi yoktur. azeri meclisi kafasını memleket meseleleriyle ağrıtsa daha iyidir. tahminimce yazdıklarımın yarısını anlamıyorsunuz çünkü bende yazdıklarınızın yarısını anlamıyorum. bilisimbilgisayar1@hotmail.com
Cavab

Kimdən: Azer Şəhər: Amerika
10.12.2009 01:58
sayin mustafa biz sizin yazdiqlarinizin hamsini chox gozel anlayiriq. Sizin bizi anlamamaginiz tebii.

Hormetle,
    Növbəti 
Səhifə (2)