Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:47

Siyasət

Müxalifətçilər Avropa Şurasının müşahidə missiyasıyla görüşü boykot ediblər

Şriftin ölçüsünü dəyiş - +
Bir qrup müxalif partiyasının təmsilçiləri Avropa Şurasının seçkiqabağı müşahidə missiyasıyla görüşü boykot eləyiblər.

Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, görüş dekabrın 8-i saat 13.00-a təyin olunub, yarım saat sonra isə içəri yalnız hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri dəvət olunub:

«Bizə dedilər ki, əvvəlcə YAP-çılarla görüşəcəklər. Biz gözləyək. Təxminən 40 dəqiqə gözləyəndən sonra müşahidə missiyasıyla görüşdən imtina elədik».

«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə bu davranışın protokol qaydasına zidd olduğunu deyir və bunu avropalı müşahidə missiyasının yerli müxalifətə münasibətinin göstəricisi kimi qiymətləndirir.

Bir neçə gündür Azərbaycanda rəsmi səfərdə olan Avropa Şurasının seçkiqabağı müşahidə missiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisiylə bağlı vəziyyəti öyrənir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Kerim Haradan: Brussel
08.12.2009 19:44
Her halda müxalifetcilerin öyreneceyi cox sey var.Ne yazig ki, hökümetdekiler bu isi yaxsi bilir.Avropalilarla danisa bilmek ücün evvel onlar kimi firildagci olmalisan nece ki, Eliyevler.sonra onlarin öz üslubunda danismalisan,yeni her sifete girmeyi bacarmalisan.

Kimdən: Faiq Haradan: Baki
08.12.2009 17:20
Düz edibler. Avropa Surasinin müsahidecileri göze kül üfürmekle mesguldurlar.

Kimdən: Anonymous
08.12.2009 16:58
Lap yaxshi eleyibler muxalifetchiler. Ozlerine giymet goymagi oyrenmey lazimdir. Men onlarin yerine olsaydim butun xarichi numayiendeleri boykot ederdim. Onsuzda onlarin hamisi yalanchilardir. Aliev rezhime yaltaglananlardir.