Cümə, Avqust 01, 2014 Bakı vaxtı 02:37

Siyasət

Ramiz Mehdiyevdən humanitar tezislər

Azərbaycan Prezident Admisnistrasiyasının rəhbəri Ramiz MehdiyevAzərbaycan Prezident Admisnistrasiyasının rəhbəri Ramiz Mehdiyev
x
Azərbaycan Prezident Admisnistrasiyasının rəhbəri Ramiz Mehdiyev
Azərbaycan Prezident Admisnistrasiyasının rəhbəri Ramiz Mehdiyev
İDEOLOGİYA YOXSA «...SIZLAŞDIRMA?»

Ramiz Mehdiyev yazır ki, «Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda da ideologiyasızlaşdırma başladı, ancaq yaranmış boşluğu qısa müddətdə müxtəlif növ surroqat ideya və yanlış ideologiyalar doldurdu. Elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlandırılır, «Elmi kommunizm» ifadəsi mexaniki olaraq «politologiya» sözü ilə əvəzlənirdi».

«1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin

MİLLİ ELİTAYA MƏNFİ TƏSİRİ

barədə Ramiz Mehdiyevin fikri belədir ki, «ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edib, onu düzgün yola istiqamətləndirib və nəticədə 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq».

PROBLEMLƏR...

Birincisi, Azərbaycanın hazırda iştirak etdiyi «enerji təhlükəsizliyi» layihələrinə görə beynəlxalq energetika sahəsi üzrə nüfuzlu elmi ekspertlərə böyük ehtiyac var.

İkincisi, transmilli korporasiyaların fəaliyyəti, dünya maliyyə bazarlarının vəziyyəti, beynəlxalq ticarət və xarici investisiya axınlarının istiqamətləndirilməsi kimi sahələrlə ciddi məşğul olmalıdırlar.

«ÖLKƏDƏ BİR-İKİ POLİTOLOQ OLA, YA OLMAYA»

Ramiz Mehdiyevə görə, ölkədə bir-iki həqiqi politoloq ola, ya olmaya. Onların məqalələrində də dünyanın aparıcı informasiya agentliklərinin, Rusiyanın, Türkiyənin, Avropanın analitik mərkəzlərinin mövqeləri səslənir.

«AZƏRBAYCAN MODELİ»

Artıq dünya politoloji tədqiqatlarında «Azərbaycan modeli» haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır...

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş edib. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi prosesi heç də problemsiz deyildir.

ROMAN, HEKAYƏ YAZAN YOXDUR...

Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun?

ELM YOXSA BİZNES?

Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər.

TRAGİKOMİK DİSSERTASİYALAR

Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində hansısa yazıçının «yaradıcılıq yolu»na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim.

FİLOSOFLARIN MÖVQEYİ

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bəzi əməkdaşları istər tarixi perspektiv, istərsə də gerçəklik baxımından Azərbaycan xalqının nailiyyətlərinin qiymətləndirilməsində, yumşaq desək, bir qədər anlaşılmaz mövqe tuturlar.

İQTİSADİ PLAN

Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz...Biz istəyirik ki, iqtisadçılarımız maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsinin əsas prinsiplərini araşdırsınlar, kənd təsərrüfatı və sənaye mallarının istehsalının səmərəliliyini artırma mexanizmlərini müəyyən etsinlər.

İNSAN HÜQUQLARI İNSTİTUTU

AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi dəst-xətti bəlli deyildir. Bu institutda müdafiəyə təqdim olunan işlərdən birini özəl hüquq firmasında çalışan və elmi rəhbəri ukraynalı professor olan bir hüquqşünas yazıb, mövzusunun da Azərbaycanla əlaqəsi yoxdur.

TARİXÇİLƏRƏ TAPŞIRIQ

Tarix İnstitutunda elmi ictimaiyyət tərəfindən birmənalı qəbul olunmayan yeddicildlik «Azərbaycan tarixi» nəşr edildiyi vaxtdan bəri çox az dəyişiklik olmuşdur. Biz Azərbaycan tarixçilərini dilçi, filosof və ədəbiyyatşünaslarla birlikdə bütün müvafiq çoxcildlikləri vahid konsepsiya ətrafında işlənməyə dəvət edirdik. 20-30 il keçsə də, bu çağırışlar öz aktuallığını itirməyibdir.

ƏLDƏN-ƏLƏ GƏZƏN KURS İŞLƏRİ

Bəzi müəllimlər hələ də mühazirələrini otuz il əvvəl yazılmış dərsliklərdən və ya konspektdən oxuyurlar. Kurs işləri və magistr işlərinin «əldən-ələ dövr etməsi» istər müəllimlərə, istərsə də tələbələrə yaxşı məlumdur. Eyni mövzular dəfələrlə təkrar-təkrar işlənir, hətta bəzən bir işin surəti çıxarılaraq yeni iş kimi təqdim edilir.

HÜQUQŞÜNAS AXTARILIR


İctimai və humanitar profilli bütün fakültələrdə, magistraturada tələbə hazırlığının səviyyəsi həddən artıq zəifdir. Əgər Prezident Administrasiyasına işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmiriksə, təkcə bu, hazırlığın hansı səviyyədə olmasından xəbər verir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: cavid Haradan: Baki
29.12.2009 16:29
Ramiz Mehdiyev cənabları Azərbaycanda ciddi ədəbiyyatın olmadığını deyir. Bu həqiqətən belədir. Azərbaycanda çap olunan əsərlərin çoxu yalan və məddahlıqdan başqa bir şey deyil . Həyat həqiqəti yoxdur. Faciəli və ağır keçmişimizi əks etdirən əsərlər işıq üzü görmür. Bu məsələdə Ramiz Mehdiyevlə razılaşmaq olar. Çünki belə ədəbiyyatı Bakıda çap etdirmək mümkün deyil. Ancaq bu o demək deyil ki. Azərbaycanda həqiqi ədəbi proses getmir. Sadəcə olaraq ədəbiyyatımızı ələ keçirmiş - 37-ci ildə şair və ədiblərimizi satan. Sovet quruluşunun sadiq nökərləri olan “saray şairlərinin törəmələri xalqı qəflət yuxusundan ayıltmaq istəyən həqiqi yazarların əsərlərini çapa qoymurlar. Hətta yaxın keçmişimizi yada sala biləcək yazıçı və şairlərimizi dərsliklərdən çıxartdırırlar ki. atalarının ... simalarından xalqımın xəbəri olmasın. Təsəvvür edirsiniz . Mikayıl Müşfiq dərsliklərdən çıxarılıb.
“Keçmişini bilməyənlər kor olurlar!” deyirlər. Bu hərəkətləri ilə xalqı keçmişini bilməməyə sövq edirlər. Keçmişdə isə. Ramiz Mehdiyevin qeyd etdiyi yazarların ataları və babaları heç də məlaikə sifətində olmayıblar. “Kommunist” qəzetində “Öl Cavid. Öl Cavid!” yazırdılar.
İndi onların törətmələrindən hansı ədəbiyyatı gözləyir Ramiz Mehdiyev? Məgər kimin kim olduğunu bilmir?
Bu yaxınlarda proza.ru saytında Гасым Абдул- in «Ясновидец» romanını oxudum. Ramiz Mehdiyevə də onu oxumağı məsləhət görərdim. Azərbaycanda baş verən biabırçılıqların haradan gəldiyini bilmək istəyiriksə belə kitablar Bakıda çapdan çıxmalıdır. Ramiz Mehdiyevin isə belə açıqlama verməsi ondan xəbər verir ki. Azərbaycan elitası onları gözləyən fəlakətləri hiss edib. Haqqın yoluna qayıtmaq istəyir. Ancaq düşdükləri bataqlıq elə dərindir ki. inanmıram ki. buradan təmiz çıxsınlar. Ramiz Mehdiyev də onların içində...

Kimdən: Veten oglu Haradan: Memleketden
29.12.2009 11:15
Men bildiyime gore Ramiz Mehdiyev de BDU nun felsefe fakultesinin mezunudu.Men ve menimle oxuyan felsefe fakultesinin mezunlarindan biri de oz ixtisasi uzre is tapa bilmediler.Heremiz bir derede qaldiq.Bezilerimiz tehsili bitirdikden sonra rayona qoyun otarmaga getdik,bezilerimiz rusyete alvere.Indi siz deyin neticeni.Halbuki dovlet idare etmesinde felsefe fakultesinin mezunlari mukkemel rol oynaya bilerdiler.Nece ki avropada beledir.Bu da FELSEFENIN sonu.

Kimdən: ilqar Haradan: bakı
24.12.2009 07:59
İNSAN ÖZ EYİBLƏRİNİ ÇƏTİN GÖRÜR.RAMİZ MÜHDİYEVƏ DEYƏN YOXDUR Kİ,SƏN BU ELMİ DƏRƏCƏNİ NECƏ VƏ HANSI ELMİ İŞİNLƏ ALMISAN?

Kimdən: Firdovsi Haradan: Baki
23.12.2009 08:53
Ramiz Muellimim fikirlerinin ekseriyyeti realliqi eks etdirir. amma bezi meqamlarinda bilgiler eksikdir "Azerbaycan Modeli" tek bizlerin yaradiqi bir model deyil buna benzer modeller Turkmenistan Ozbekistan daha da ireli gedib demek olar ki butun bunlar dunyada movcud olan modeller icerisinde Nigeriya modeline daha cox benzeyir.

Kimdən: On doqquz Haradan: Bakı
23.12.2009 08:23
Gül vurmaq buna deyərlər..... Ramiz müəllimin sadaladığı bütün problemləri, "tezisləri" ümumiləşdirib, dediyi 4-cü hümanizm tezisini ad kimi qoymaq olar... "AZƏRBAYCAN MODELİ".... İnsan ki əmindir ki onun Allahı yoxdur deməli hər şeyə qadirdir. Lap "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadir olan kimi"....Hamı xalqla məzələnir amma bu formada açıq heç kim etməz...

Kimdən: Vidadi Haradan: Bakı
22.12.2009 09:30
Hörmətli Ramiz müəllim! Sizin "İdeologiya yoxsa "... sızlaşdırma?" başlığı altında dərc olunan və tezislərdən ibarət olan dördüncü məqalənizi də oxudum. Bu məqalədə də, əvvəlki məqaləllərdə olduğu kimi qüsurlar və neqativ hallar prioritet vəziyyət təşkil edir. Heç kimə sirr deyil ki, Azərbaycan cəmiyyətində mövcud olan mənfi tendensiyalar Siz göstərdiyinizdən dəfələrlə çoxdur. Bunları sadalamaqla və yaxud yerini nişan verməklə biz nəyəsə nail ola bilməyəcəyik. Çünki bu problemlərin kökü daha dərinlərə gedir. Yaxşı olardı ki, birlikdə, bu labirintdən çıxmağın yollarını arayıb axtaraq. Əks təqdirdə bu yönümlü mövzu bəhrəsiz sarmaşıq kimi sonsuzluğa qədər uzanacaqdır. Odur ki, belə bir təkliflə çıxış etmək istəyirəm. Təklif ondan ibarətdir ki, Siz, Ramiz müəllimin başçılığı ilə komissiya yaradılsın və konkurs elan olunsun. Konkursun şərtlərinə əsasən Azərbaycan vətəndaşları bu "bəladan" çıxmağın yollarını konsepsiya halında işləyərək komissiyaya təqdim etsinlər. Sözsüz ki, burda stimul, maraqlandırıcı məqamlar yaddan çıxmamalıdır. Əgər lazım gələrsə, bu prosesin təşkili ilə bağlı öz fikirlərimi bölüşməyə hazıram. Əlaqə üçün elektron poçt:p.ivrc@rambler.ru

Kimdən: Rabinzon Kuruziya Haradan: yarmadadan
21.12.2009 23:45
burda bir mahninin sozderi yadima duwur. Sene Yar Senden Yar SHikayetim Var.

Kimdən: fantamaz Haradan: avropa
14.12.2009 02:06
men son vaxtlar bu Ramiz muellimin yazilarini oxuyanda cox teecublenirem. nece de gozel, ramiz mehdiyev deyesen tequdcu olmaq isteyir. a basina donum cix isden, teqaudcu ol. ondan sonra musahide et men sene soz verirem sen cixandan sonra gor sadaladigin problemler en azi 50 faiz oz hellini tapacaq. sadaladigin problemleri ele azerbaycana sen getirmisen de kime sikayet edirsen, bunlar senin eserindir de

Kimdən: Zaur Haradan: sankt-peterburg
11.12.2009 14:37
...necada acinacagli veziyyet yaranib Azerbaycan cemiyyetinde.Ramiz Mehdiyev,Ilham Eliyev ve bashgalarinin fealiyyeti neticesinde olkede acinacagli veziyyet hokum surur.Bu karrupsionerlerin fealiyyeti neticesinde Azerbaycan xalginin genotipi tehluke garshisindadir.Artig bu gun Eliyevler ailesi ve onun etrafina toplanalarin fealiyyeti neticesinde Azerbaycan xalginin genotipine deyen zerbeni Ermenilerin Azerbaycanlilara garshi yurutdukleri genosid siyaseti ile mugayise etmek vaxtidir.Eger bu mugayiseni diggetli apara bilseniz o zaman gorersinizki,Heyder Elirza oglunun yazib goyub getdiyi program esasinda fealiyyet gosteren azeri cinovnikleri xalgin genotipine ne cur sagalmaz yaralar vurublar.bu prosesin neticesi olarag son 17 ilde olkeden uz donderib gedan alim,mutefekkir,pedagoglarin sayi artmagdadir.Ramiz Mehdiyev utanmaz utanmaz deyirki,olkede yazici,alim,muellim ve bashga sahe mutexessisleri catishmir.

Kimdən: Huquqshunas
11.12.2009 03:00
Ramiz muellim, siz deyen savadli huquqshunas menem! Amma men dunya gormush bir insan kimi hech kimin dabanindan opmek fikrinde deyilem! Size huquqshunas yox sizin dediyinizi deyen robot lazimdir! Robtolarin da ichinde savadlis olmur..
Səhifə (4)
    Növbəti