Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Gəncənin 60 faiz əhalisinin suyu kəsilə bilər

Gəncədə ümumən 54 min su istifadəçisi var

Gəncədə ümumən 54 min su istifadəçisi var

07.12.2009
Gəncə şəhər Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Mamed Hüseynovun sözlərinə görə, son 3 aydır ki, şəhər əhalisinin istifadə etdiyi suya görə ödədiyi məbləğ istifadə olunan suyun 40 faizindən çoxunu təşkil etmir:

«Ötən ay əhalinin cəmi 43,7 faizi ödəniş edib. Bildirişlər payladıq, amma bu da nəticə vermədi. Hissə-hissə ərazilərin suyun kəsirik, yenə ödəmirlər. Son qərar kimi polislə birgə yaşayış evlərinə gedəcəyik, əgər ödənişin faizi artmasa, əhaliyə verilən su dayandırılacaq və həmin abonentlər məhkəməyə veriləcəklər».

Əhali suyun pulunu ödəmədiyindən Gəncə Su-Kanal Törəmə Cəmiyyəti «Gəncəelektrikşəbəkə»yə olan 14 milyon manat borcunu ödəyə bilmir.

Ötən ilin yanvarında «Gəncəelektrikşəbəkə»yə olan borcunu ödəmədiyinə görə, iki böyük – «Çıragivzor» və «Metallurq» su anbarlarına və 15-dən çox artezianlara verilən enerjini dayandırmışdı.

Gəncədə ümumən 54 min su istifadəçisi var.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Musteqil Şəhər: Baki
07.12.2009 18:31
Hörmetli:Mamed Huseyinov cok yuxaridan danishir.Eger xalqin pulu yoktur,ishlemir hardan bu pulu getrib ödesinler.Gundelik ailesini gucle dolandiran et uzune hesret galan,gununu sogan cörekle kecirden hansi aile bu gun su ,elektrik,qaz pulunu getrib versin.Azerbaycanda ele memurlarimiz var xaricden yuksek qiymete ev heyvanlari alib getirirlr,öz villalarinda saxlayirlar,heyvanlarin,isti yeri,elektriki,suyu her bir sheyle temin olunublar.Bunlarin villalarinda ne geder su,qaz,elektrik istifade olunur.Bunlardan hec pul yigan yoktur.Azerbaycanda kimn bir balaca vezifesi var özunu qocu hesab ederek,kasib tebeqenin ustune cumurlar.Ayib deyilmi,xalqin suyunu,qazini,elektrikini qishin bu soyuq aylarinda kesmek. Vezifelerinden suyi istifade ederek , xalqa eziyyet verirler bunu bilerkden xalqi dövletimize qarshi qaldirmak isteyirler.Mamed Huseyinovun ve bashga memurlarimizin evine,villalarini yoxlasalar shahid ola bilerler ne geder saxta ganunsuz qaz,ishig,elektrik var.Bu
geder xalqa zulm etmek olmaz,Allahi unutmayin.Evlerde körpe ushaqlarqoca Ata-Analar var hec olmasa bunlarin huquqlarini nezere alib milletin suyunu,ishigini,qazini bu qishin gunu kesmeyin.

Kimdən: alex
07.12.2009 18:16
bu yay bizim mehelede elcede butun Baki etrafi kendlerde suya saygac goyuldu, dovlet hesabina. Deyecekler demagogdur, su pulu yigan hamiya xeberdarlig etdi ki, yeralti paralel xett cekin, onun hesabi mene catacag, uste gel saygac, ne yazib devlete odeyin. hami bunu etdi, menden basga, indi gonsular mene ters baxir ki, birden bizi satar. neyse demeyim budur ki, bu diyar duzelmeyib duzelmeyecekde, ne geder ki, orada seytanlar yuva salib.