Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:23

Xüsusi layihələr / Həftənin panaması

İsa Qəmbər getdiyi teatrın adını nədən açıqlamır?

Başqan deyib ki, bir neçə dəfə bəyəndiyi tamaşaların adını çəkəndən sonra o teatrların rəhbərlərinin hökumətin qara siyahısına düşdüyündən xəbər tutub
x
Başqan deyib ki, bir neçə dəfə bəyəndiyi tamaşaların adını çəkəndən sonra o teatrların rəhbərlərinin hökumətin qara siyahısına düşdüyündən xəbər tutub
Şriftin ölçüsünü dəyiş - +
BAKIDA KOROĞLU HEYKƏLİ

Tez-tez atası Heydər Əliyevin heykəllərinin açılış mərasiminə qatılan Azərbaycan prezidenti İlham Əliyev ötən həftə xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı sərəncam verib. Təkliflərini hazırlamaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir ay vaxt verilib. Prezident sərəncamında yazılıb ki, Koroğlunun abidəsinin ucaldılmasında məqsəd milli-mənəvi dəyərlərin qorunması, gənclərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasıdır.

NEMƏT SİYASƏTƏ QAYIDIR

Azərbaycan siyasi məkanının ən qalmaqallı simalarından Nemət Pənahlı ötən həftə yenidən siyasət aləminə qayıtmağa qərar verdiyini açıqlayıb. Pənahlı deyib ki, güneyli-quzeyli Azərbaycan xalqı öz tapdanan haqlarını qorumaq üçün mübarizəsini gücləndirməlidir. Sovetlər dönəmində Bakıdakı leytenant Şmidt zavodunun fəhləsi kimi milli-azadlıq hərəkatında qoşulan, sonradan Heydər Əliyev hakimiyyəti illərində Prezident Aparatında çalışan, ardınca seçki saxtakarlığına etiraz edərək istefa verən Nemət Pənahlı bir müddət biznesə də baş vurub. Ancaq siyasət aləmindəki ziqzaqlar onun biznes işində də təkrarlanıb. Dediyinə görə, siyasətə qayıtmaq qərarına həm də rəsmi dairələrin biznes qurmasına imkan vermədikləri üçün gəlib. Sitat: «İndi yaşamaq uğrunda mübarizə aparırıq. Şəxsi problemlərimi siyasətə gətirmək istəmirəm. Təbii, geniş maddi imkanlarım yoxdur. Ancaq sovet imperiyasına qarşı mübarizə aparanda da maddi durumum bundan yaxşı deyildi. Əsas odur insanın ürəyi, əqidəsi olsun».

İSA QƏMBƏR GETDİYİ TEATRIN ADINI NƏDƏN AÇIQLAMIR?

Müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər isə ötən həftə Azərbaycan mədəniyyəti və şou-biznesilə bağlı suallara cavab verib. İsa Qəmbərə görə, ölkənin mədəni mühiti şou aləminə nisbətən daha süstdür. Müsavat başqanı son dəfə teatra yaz aylarında getdiyini desə də teatr rəhbərliyinə problem yaratmamaq üçün teatrın adını çəkməyib. Başqan deyib ki, bir neçə dəfə bəyəndiyi tamaşaların adını çəkəndən sonra o teatrların rəhbərlərinin hökumətin qara siyahısına düşdüyündən xəbər tutub. Ona görə də daha getdiyi teatrların adını açıqlamır.

İsa Qəmbər eyni səbəbdən getdiyi məclislərdə hansı sənət adamlarının onunla səmimi görüşdüyünü də deməyib.

«QƏHRƏMAN ANA» OLSUN-OLMASIN?

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi «Qəhrəman ana» adının bərpa olunmasını təklif edir. Komitə sədri Hicran Hüseynova Azərbaycan ailələrində durumun hələlik kritik olmadığını desə də bu məsələnin 1-2 uşaqla kifayətlənən ailələr üçün stimula çevriləcəyini düşündüyünü bildirib. O, «qəhrəmanlıq» statusunun 7 uşaq dünyaya gətirən analara verilməsini təklif edib.

«Qəhrəman ana» statusu SSRİ-də 15 uşaq dünyaya gətirən analara verilib. Bu statusu alan ailələrə hökumət avtomobil, müavinət və başqa imtiyazlar verirdi. Statistikaya görə, Azərbaycanda son illər ailələrdə uşaqların sayı kəskin azalıb. Səbəb kimi ölkədəki çoxsaylı sosial problemlər sadalanır.

YUŞŞENKO PİŞİKDƏN İMTİNA EDİB

Jurnalistlərin ötən həftə Ukrayna prezidenti, pişik həvəskarı Viktor Yuşşenkoya bağışladığı pişik xəstəymiş. Yuşşenko saxladığı 6 pişikdən birini itirəndən sonra jurnalistlər yeni pişiyin ona təsəlli olacağını düşünüblər. Ancaq prezident xəstə pişiyi qalan 5 pişiyin sırasına qatmaqdan imtina edib.

Jurnalistlər pişiyi Kiyev bazarından 140 dollara alıblarmış.

«MARDAN PALAS»DA YENİ İLƏ KİM GEDİR?


Azərbaycanəsilli milyarder Telman İsmayılovun Türkiyənin turizm mərkəzlərindən Antalyada tikdirdiyi məşhur «Mardan Palas» hoteli möhtəşəm Yeni il şənliklərinə hazırlaşır. 2010-cu ili Antalyada Türkiyənin meqastarı Tarkanın konserti ilə qarşılamaq istəyənlər bura toplaşacaqlar. Telman İsmayılov və ailə üzvlərinin də mərasimdə olacağı xəbər verilir. Bir nəfər üçün qiymətlər isə təxminən 2500 dollardır. Azərbaycanın turizm şirkətləri də biletlərin satışı ilə məşğuldur. Şirkətlər «Mardan Palas»da Yeni ili qarşılamaq istəyənlərə aviabiletlər də təklif edir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Tukezban Haradan: Baki
10.12.2009 14:58
Zamiq bey ele hemise tenqid elemek gucunuz muxalifete- İsa beye catir. Eger bu insanin tamasasina getdiyi teatr rehberliyini isden cixarirlarsa -yeni el-qollarini her terefden bagalyirlarrsa TV-lere cxmaga qoymurlarsa neylesin İsa bey bundan artiq

Kimdən: sadiq Haradan: sumqayit
07.12.2009 12:14
1-heykel qoymagin tam eleyhineyem.ora geden pullar yoxsullara getse koroglununda ruhu sad olar.eger o heqiqeten olubsa.
2-nemetin qayitmasi toydan sonra nagara olacaq.ixtilaflar birazda coxalacaq
3-birliymize gore geleceykmize gore vahid fikir ve birlik ortaya qoymayan muxalifetden ve onlarin bascilarindan ne xeyir olacaqki?
4-azeri atalari-analari onsuzda qehramandirlar lap bir usaq boyutseler bele.
5-yazig zeherlenenden sonra gozu-qipiq olub.
5-qarabagi ramil seferovu unudaraq xiristiyanlarin bayramini(ermenilerin de demek olar) kecirmeye gedenlere soz tapa bilmirem

Kimdən: Elşad Məmmədzadə Haradan: Bakı
07.12.2009 11:07
Azərbaycanda söz azadlığının olmadığına şübhə edənlər! Görün - Azərbaycan müxalifətinin lideri öz mövqeyini bildirməyə çəkinir. Əslində özünə görə qorxmur, adını çəkəcəyi qeyrətli şəxslərin çörək pulundan olmasını istəmir sadəcə...

Koroğlu... Bu uydurma qəhrəmana heykəl qoyaraq, Azərbaycanda elə uydurma qəhrəmanlar yetişdirə bilərik. Sabah bizim körpələrimiz "Ata bu kimin heykəlidir?" deyəndə biz nə cavab verəcəyik?! Amma dahi Rəsulzadənin heykəli üçün hələ də yer tapılmayıb...

Kimdən: *Q! neftçi Haradan: q*q*q*q*q*
07.12.2009 11:04

..Özü bilər elə deyilmi?

Kimdən: Zamiq Haradan: Praqa
07.12.2009 03:22
17 ILDIR BIZ ISA QEMBERIN "MÜXALIFET" ROLUNU IFA ETDIYI TAMASALARA BAXIRIQ, BIR DEFE DE ÖZÜ ÖZÜNE TAMASHA ETSIN.

BÜTÜN "MÜXALIFET LIDERLERI"NE ESLINDE 17 ILDIR OYNADIQLARI ROLA GÖRE OSKAR MÜKAFATI VERILMELIDIR...

Cavab

Kimdən: cavid Haradan: terter
07.12.2009 13:02
Teessuf ki, Azerbaycanda muxalifete cemiyet qladiatora baxan kimi baxir.Hami deyir ki, get Aliyev rejimi ile mubarize et,vurush,qalib gel, bizi bu rejimden qurtar, amma biz tamashaci olacaqiq,komek etmeyeceyik,uzaq bashi dirnaqimizi dirnaqimiza surteceyik.Ictimai-siyasi shuur seviyyesinin ashaqi olduqu bir cemiyetde muxalifet lideri meydanda tepeden dirnaqa silahlanmishlarla tekbetek qalmish qladiatora benzeyir

Kimdən: azer Haradan: baki
07.12.2009 01:19
yasamaq yaxsilasarsa artimda olar.onsuzda bizim millet usaq severdi.

Kimdən: İlham Məmmədli Haradan: Sumqayıt
06.12.2009 21:12
Adam inanmaq istərdi ki, erməni işğal altında olan torpaqlarımızı hərbi yolla azad etmək qərarına gəlmiş İlham Əliyev xalq qəhrəmqnı Koroğluya abidəni hərbi rəşadətin,igidliyin təbliği məqsədilə qoymaq qərarına gəlibdir. Vallah,şər deməsən xeyir gəlməz dastanı oxuyanlar bilirlər ki,Koroğlu ermənilərlə deyil soltanlara,paşalara və xotkarlara(yəni özümüzünkülərə) qarşı daha çox vuruşurdu.Babəkdən,Teymurləngdən
başlamaq daha uğurlu olmazdımı?Görəsən qardaş Türkiyə ilə münasibətlərin pisləşməsində maraqlı görsənən hakimiyyət bu abidənin qoyulmasında ikinci məqsədə daha şox xidmət etmir ki...?
Azərbaycan anasına ad yox doğum evlərinə ödəməyə bəs edən para,övladı böyütmək üçün normal şəraiti olan mənzil, Azərbaycanda qazanilan bir parça əppək,xeyli hissəsini acgöz məmurların mənimsədiyi ünvanlı sosial yardım əvəzinə hər doğulan uşağa müəyyən konkret yardımı vermək lazımdır.

lazımdır.

Kimdən: kamal Haradan: Istanbul
06.12.2009 19:44
Ciddi radiodan bele gereksiz movzu gozlemezdim.mene ne dexli var Isa Qember getdiyi teatrin adini niye cekmir.hec sizden gozlemezdim. Size de bir qush.bye bye
Cavab

Kimdən: Azer Haradan: Istanbul
07.12.2009 14:37
Kamal Siz herhalda basa dusmediniz alt mezmunu. Demek istenir ki Isa bey hele de tegib ve basg altindadir ve bu basgi neinki onun ustundedir hetta onun getdiyi Tetar rehberliyi ve onunla semimi oln senetkarlarin ustundedir. Her ne geder xeber mahiyeti olmamamsi ise basga movzudur, kontekstlerde ehemiyytelidir cox vaxt
Cavab

Kimdən: cavid Haradan: terter
07.12.2009 02:42
Isa beyin niye teatrin adini aciqlamamasinin doqurdan da Size hec bir dexli yoxdu.Bu ishin anlayanlara dexli var.

Kimdən: Musteqil Haradan: Baki
06.12.2009 17:38
Koroglu dastani diller ezberi.
Ogul demishem oxusun dastani.
Röya da yazilib, Koroglu dastani
Ogul Tebrize, Ata Xelile heykel ucalsin.
Haci Zeynalabdin Tagiyev yada salinsin.
Abbasqulu Shadlinskiye rehmet oxunsun.

Lenet seytana
Cavab

Kimdən: . Haradan: .
07.12.2009 01:20
Nesimi heykeli de yerine qayitsin