çərşənbə, Sentyabr 24, 2014 Bakı vaxtı 09:25

Verilişlər / Kontekst

Nazir Ziya Məmmədov, oğlu Anar Məmmədov və ZQAN Holdinq

Nəqliyyat naziri Ziya MəmmədovNəqliyyat naziri Ziya Məmmədov
x
Nəqliyyat naziri Ziya Məmmədov
Nəqliyyat naziri Ziya Məmmədov
Azərbaycanda qohumbazlıq (yaxud tayfabazlıq) kimi tanınan fenomenə həm də nepotizm deyirlər. Bu məfhum adını latınca «bacıoğlu» sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.

BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Misal üçün 2004-cü ildə Norveç Qızıl Xaç Komitəsinin rəhbəri xəstəxana təmirinin sifarişini qardaşlarının rəhbərlik etdiyi şirkətə verdiyi üçün beş il yarım müddətinə həbsə məhkum olunub.

AZƏRBAYCANDA İSƏ...

«ZQAN Holdinq» ölkədə ən məşhur şirkətlərdən biridir. Bəziləri bu şirkəti «əl-Cəzirə» telekanalının Azərbaycanda korrupsiyaya həsr olunmuş verilişindən xatırlayırlar. Orada şirkətin adındakı hərflərin nəqliyyat nazirinin ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olduğu deyilirdi. Süjetdə Nəqliyyat Nazirliyinin sifarişi ilə avtovağzal tikintisinə xərclənən böyük pullardan da söz açılırdı. O avtovağzala ki, onu da elə ZQAN tikib.

O zaman nə adıçəkilən telekanal, nə də digər media nümayəndələri ZQAN-la nəqliyyat naziri arasındakı bağları təsdiq edəcək sübutlar ortaya qoya bilməmişdi.

AzadlıqRadiosunun şirkətin təsisçiləri haqqında sorğusuna Vergilər Nazirliyindən heç bir cavab gəlməmişdi.

Amma indi şirkət özünü ictimaiyyətə əməlli başlı təqdim etməyə başlayıb.

Elə şirkətin prezidentinin Anar Z. Məmmədov - Ziya Məmmədovun oğlu olduğunun təsdiqini də yeni web-səhifədə gördük.

A-DAN Z-DƏK

ZQAN.az saytında «ZQAN Holdinq»in prezidenti Anar Z.Məmmədov səhifənin ziyarətçilərinə yazır ki, «biz «ZQAN Holdinq»də yerli və beynəlxalq səviyyədə işgüzar işbirliyi, strateji tərəfdaşlıq və kommersiya baxımından cəlbedici sərmayə layihələrində hüdudsuz işgüzar imkanlardan fəal istifadə etməyə çalışırıq. Korporativ sosial məsuliyyət, ətraf mühitin qorunması, Korporativ Məsuliyyətin İdarə edilməsi və regional biznes bilikləri ilə birgə bu meyar bizim aydın rəqabət üstünlüyümüzü təmin edir».

Ekspertlərsə deyir ki, holdinqin uğurları həm də Azərbaycan reallıqlarıyla bağlıdır. Bu reallıq da odur ki Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.

Nəqliyyat Nazirliyi bu holdinqlə hansı layihələr həyata keçirib? Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ancaq Bakı Avtovağzal Kompleksi layihəsini xatırlaya bildi. Əlavə etdi ki, bu işdə Anar Məmmədovun Ziya Məmmədovun oğlu olmasında təəccüblü bir şey yoxdur:

«Avtovağzalla bağlı bir layihə olub. Qalan layihələrlə bağlı məlumatım yoxdur. Mətbuat xidmətinin rəhbəri olaraq şirkətlər arasında fərq qoymuram. ZQAN da bir şirkətdir, o, çox səmərəli təkliflər verir. O təklif də keçib, əməkdaşlıq olub. Burda nə ayıb şey var ki? Hər hansı bir insanın oğlu bir şirkət sahibi ola bilər. Bu şirkətin də iştirak etməsi təbii bir şeydir. Təəccüblənəsi bir şey yoxdur. Dünyanın bütün ölkələrində belə bir şey var. Hansı şirkət texniki şərtləri yerinə yetirirsə, o şirkətlə əməkdaşlıq olunur».

KORRUPSİYA – BUNUN BAŞQA ADI YOXDUR

İqtisadçı Zöhrab İsmayılsa deyir ki, bu məsələdə təəccüblənməli çox şey var:

«Əgər bu avtovağzal Nəqliyyat Nazirliyinin sifarişiylə tikilibsə və burda nazirin oğlunun rəhbərlik etdiyi şirkət tikinti işlərini həyata keçiribsə, bu, başdan-ayağa korrupsiyadır. Bu şirkət Ziya Məmmədovun ailəsinə məxsusdur. Onların burda birbaşa iştirak etməsi korrupsiyadır, bunun başqa adı yoxdur».

«ZQAN Holdinq»in tabeçiliyində olan «ZQAN Construction»ın direktor köməkçisi Kamran Niftəliyevsə Avtovağzal Kompleksinin tikintisindən başqa Ucar Avtovağzalının da bərpa olunduğunu dedi. Bu və başqa tikinti layihələrinin neçəyə başa gəlməsi haqqında bir neçə saat sonra məlumat verəcəyini bildirsə də, sonradan onunla əlaqə saxlaya bilmədik.

ZQAN.az saytında şirkətin büdcə pulları ilə həyata keçirdiyi layihələrin dəyəri barədə bir kəlmə də yoxdur. Ümumiyyətlə, bu səhifədə rəqəmlərə demək olar ki, rast gəlmək mümkün deyil.

Elə Nəqliyyat Nazirliyi də layihələrin smeta və yekun dəyəri, tenderdə iştirak edən başqa şirkətlərin adları və təklifləri barədə məlumatları indiyədək açıqlamayıb.

NEPOTİZMƏ GÖRƏ CƏZA

Bütün bunları oxuduqdan sonra Norveç Qırmızı Xaç Komitəsi sədrinin başına gələnlər barədə düşünürsünüzsə, yanılırsınız. Çünki qanunvericilikdə məsələ elə də birmənalı qiymətləndirilmir. 

«Transparensy Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyeva AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib ki, bu sahədə qanunda boşluqlar var. Misal üçün, onun sözlərinə görə, «Korrupsiya ilə mübarizə haqqında» qanunda qohumların birgə işləməməsi ilə bağlı müddəa var, amma dövlət məmuru ilə özəl sektorda işləyən qohumu arasındakı işbirliyi nəzərdən qaçıb.

Konstitusiya Araşdırmaları Fondunun direktoru Əliməmməd Nuriyev isə deyir ki, digər qanunları nəzərdən keçirəndə müvafiq müddəanı tapmaq mümkündür:

«Dövlət satınalmaları haqqında» qanuna görə, əgər maraqlar toqquşması baş verərsə, həmin şəxslərin tenderdə iştirakına yol verilmir. Həmin tenderi Nəqliyyat Nazirliyi elan edirsə və bu tenderin qalibi nazirin oğludursa, burda vəzifədən sui-istifadə var. Bunun başqa adı yoxdur. Azərbaycan Cinayət Məcəlləsinin 309-cu maddəsində vəzifədən sui-istifadəyə görə cəza nəzərdə tutur. Hətta buna qədər də vəzifədən azad etmə və bu kimi başqa üsullarla cəzalandırıla bilər. Həmin maddə üzrə sanksiyalar arasında yüngül cəzalar da var, amma xüsusi ağırlaşdırıcı hallarda 8 hətta 12 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur».

Di gəl ki, bundan ötrü maraqların toqquşmasının həqiqətən də «sui-istifadə» olduğunu sübuta yetirmək lazımdır. 

 Ə.Nuriyev deyir ki, «Maraqların toqquşması haqqında» qanun layihəsi hazırlanıb və onun qəbulundan sonra qanundakı boşluqların bir qismi aradan qalxacaq.

Milli Məclisin İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin müdir müavini Səyyad Kərimovun sözlərinə görə, həmin qanun layihəsi Avropa Şurası ekspertləri tərəfindən də bəyənilib, amma onun nə zaman qəbul ediləcəyi bəlli deyil. Kərimovun sözlərinə görə, həmin qanun layihəsində maraqların toqquşması hallarının cinayət məsuliyyətini ehtiva etməsi ilə bağlı müddəalar nəzərdə tutulmur.

BANK, TİKİNTİ, TELEKOM...

Bu vaxta qədər nəqliyyat nazirinin ailəsinin geniş biznes imkanları haqqında ancaq danışılırdı. «ZQAN Holdinq»in saytında isə həmin biznes strukturları adbaad göstərilir. Saytın sektorlar bölməsində maliyyə müəssisələrindən «Bank of Azerbaijan ASC», «Qarant Sığorta», inşaat bölümündə «ZQAN Construction», «AZBENTONİT», «Goranboy Gips», Göyçay Çınqıl Zavodu, telekom bölməsində «TransEuroCom», mehmanxanalar sırasında «Delfin» və «Meridian», Daşınmaz Əmlak və Əmlakın İdarə Edilməsi bölməsində «Royal Estate» göstərilir. Bu müəssisələr barəsində ayrı-ayrılıqda məlumat verilir.

Şirkətin təsisçiləri barədə hələ də rəsmən təsdiqlənmiş məlumat yoxdur.

Təsisçilər, indiyədək qazanılan tenderlər, başlanğıc kapitalı – bu məlumatları sıradan bir şirkət öz kommersiya sirri hesab edə bilər. Amma ekspertlər büdcə pulları hesabına maliyyələşən layihələrdə kommersiya sirlərinin mümkünlüyünü inkar edirlər. Ekspertlər onu da deyirlər ki, hesabatlı cəmiyyətlərdə nazirlər ailə üzvləri ilə bağlı olan biznes qurumları barədə tam hesabat verməyi özünə şərəf bilir. Əlbəttə, əgər nəyisə gizlətmək üçün bir səbəb yoxdursa.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (5)
    Növbəti 
Kimdən: sanuber Haradan: baki
03.01.2010 16:33
Mence bele getse Ziyanida Ferhad Aliyev ve Heyder babayevin aqibeti gozleyir.Azerbaycanda yalniz 3 holding qalacaq sona Pasha holding Gilan Holding Krokurs holding

Kimdən: W
26.12.2009 13:46
Ziyaın oğlu Anar, atası hələ dəmiryol müdiri olanda Avropa otelındə prezident otağını kirayələyib orada dincəlirdi. Siz burda özünüzü yormayın. Mənasızdır. Bir soruşan yoxdur ki Ziyanın oğlunun Anarın mühavizəçisi işdən çıxan kimi evinin qabağında ağzında güllələndi, niyə tapılmadı. Hansı ki həmin evin qabağında olis sahə müvəkkilinin otağı var idi. Vurulan mühavizəçi qanı axa axa günün günorta çağı küçədə özü taksiyə minib həkimə getmək istəsə də buna müvəffəq olmadı. Zya müəllimin hansı sirri açılmışdı görəsən?

Kimdən: SVA Haradan: Baku city
25.12.2009 17:07
Siz ele bilirsiniz ki, sizin mulayim sherhlerine ve forumda yazilanlara kimse munasibet bildirecek? Yox! Bura Azwrbaycandir! Unudmayin ki, ne Qarabag ne de diger sivil cebhelerde aparilan mubarizeler bu milletin xeyrine deyil! Oyan Azeri xalqi!

Kimdən: Hekim Haradan: Baki
23.12.2009 01:24
Ziya Memmedov kimi 99% dovlet memuru senin, menim, onun pulunu yeyib varlanir, budceye getmeli pullar onlarin eylencelerine gedir. Menim kimi Tibb Universitini bitirmish hekimler de ayda 40-50 man "emek haggi" alir

Kimdən: Edalet Haradan: Korrupsiyalar
22.12.2009 18:29
Nece yani oz isimisle mesgul olaq - bu ancaq tenbel tip insanlarin sozudur. Heyat ugrunda mubarize etmek lazimdir. Istenilen edaletsizliye etiraz etmek lazimdir. Hami bir olsa hec kim olkemiz de, yasayis terzimiz de cox yukseler.

Kimdən: Rasim Haradan: Bakidan
21.12.2009 12:34
Basha dushmedim bes niye Kamaleddinden danishilmir? Men sizdan xahish ediram Kamaleddinin da ish fealiyyetlerinden soz achasiniz.
Cavab

Kimdən: Azad İskəndərli, Haradan: Şəhər, Hüquq müdafiəçisi
22.12.2009 14:28
Salam millət.Mən iki aydır Ziya Məmmədovu mühakimə etdiyinizin şahidi oluram.Bəlkə keçək o birilərinə, necə məsləhətdir?O birilərində daha maraqlı mövzular var.TƏŞƏKKÜRLƏR.

Kimdən: AZEIK Haradan: BAKI
20.12.2009 21:35
VALLAH BU " BARIT BOCKA"LARI NE VAXTSA PIS PARTLAYACAQ....

Kimdən: Anonymous
18.12.2009 12:23
Orxan senin ne danisdigindan hec ozunun de xeberin yoxdu. Bir iki yol cekmekden qanunsuzluga, korrupsiyaya beraet qazandirmaq olar mi? Qaldi ki, bu yollar her gun dagilir ve yeniden temir edilir (her kes tenge gelib).Hec bir dovlet qurumu yoxdur ki bu yol cekilislerini yoxlasin ve tutub bunun yaxasindan desin ki bu ne biabirciliqdi, milletin pulunu niye goye savurursuz? Mence bu 1-2 yola xerclenen pulla bundan 10 qat cox yol cekmek olardi. Yaxsi olar ki haqqi yaz...

Qanunvericiliye geldikde ise, bunun kimi dovlet memurlaridi da bu qanunlari cixardan. Hec isteyerler ki oz ciblerine giren pullarin qarsisini hansisa qanunla alsinlar. Buna yalnizca muxalifet nail ola biler o muxalifet de teessufler ki bizde yoxdu...

Kimdən: Insanlar Haradan: Baki
16.12.2009 14:29
senin gozlerinde tor var deyesen, deyirler sozu at yiyesi goturecek

Kimdən: Adi adam Haradan: Baki
15.12.2009 21:32
Salam, ey menim xalqim, men yalniz bir shey deye bilerem, Inshallah, xalqdan ogurlanan bu pullar, allahin gozel bir gununde bu harinlamish hakimiyyet numayendelerinin ozlerinin olmasada ezizlerinin balalarinin gozunden gile gile gelecek, eh kul bunlarin bashina, ele bil gorlarina aparacaqlar yigdiqlarin, Hormetli Azadliq radiosu, size biyuk hormetimiz var, ama deyesen sizde bu harinlayib xalqa divan tutanlarla sheriksiz haaaa, yoxsa onsuzda eseb ve gerginlikden bagri catlayan bu milletin ureyin partlatmardiz bele yazilarla , axi biz bunlarin hamisini bilirik, sizin bu yazini oxuyuya oxuya az qala ureyim dayanmishdi, PAXILLIQDAN YOX, HAQSIZLIQDAN, .................................
Cavab

Kimdən: bb
18.12.2009 12:19
raziyam, ekser vetendaslar senin kecirdiyini kecirir,hiss edir...
Səhifə (5)
    Növbəti