Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

«Müşfiq ölə bilər»

«Müşfiqin vəziyyəti getdikcə pisləşir»

«Müşfiqin vəziyyəti getdikcə pisləşir»

03.12.2009
«Müşfiqin vəziyyəti getdikcə pisləşir. Bu gün zəng vurub deyib ki, Ədliyyə Nazirliyi rəsmisi onun haqqında yanlış xəbər yayıb, əslində o, sağalmayıb, istiliyi 38 dərəcədən aşağı düşmür».

Bunu AzadlıqRadiosuna müsahibəsində həbsdəki jurnalist Müşfiq Hüseynovun bacısı Dilbər Qasımova deyir.

«Müşfiq deyir ki, o, öz istiliyini gündə azı 10 dəfə ölçür, istiliyi düşmür. Artıq onda vərəm xəstəliyi ən axırıncı mərhələyə, dərmanlara tabe olmayan mərhələyə keçib. Biz çox narahatıq ki, Müşfiq ölə bilər».

Dilbər Qasımova deyir ki, qardaşına həbsxanada edilən müalicə əksinə, onun vəziyyətini pisləşdirir, buna görə də yenidən diaqnoz qoyulub müalicə yazılmalıdır.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rafael Mehdiyev dekabrın 2-də «Turan» agentliyinə müsahibəsində bildirib ki, Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur.

Müşfiq Hüseynovun iki azyaşlı uşağı var.

O, 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq həbs edilib, beş il müddətinə azadlıqdan məhrum edilib.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Musteqil Şəhər: Baki
03.12.2009 22:27
Allah Mushfiqin canini sag elesin, öz körpe balalarina qovushdursun. Bizim elimizden ne gelir ancaq, dua etmek. Mushfiqin yanindaki polisi görursunuz...

Kimdən: Xayal Şəhər: Baki
03.12.2009 20:13
Verem xesteliyi ile mubarize aparmaq ucun en evvel bir qeder ceki yigmaq,kokelmek lazimdir.

Kimdən: azer Şəhər: baki
03.12.2009 18:12
Allah xesteliyine sefa versin.heyat yoldasini usaqlarini qorusun ozunde sagsalamat ailesine qovusdursun.insanlara bucur zulm etmezler.inanmiram basqa yerde bele sey olar.inanmiram basqa olkelerde olumnen carpisan adamdan pul uman hekimler olar.men agciyer xestelikleri xestexanasinda 2 aya yaxin qalmisam orda insanlar olum dusergesindeki kimi zariya-zaryia olurduler.kimin pulu yox idise demeli olmelidir.qan qusan adami pulu olmadigina gore evne geden gormusem(olumun gozlemeye)ozunu olduren gormusem birce sakitlesdirici iyneni ve ya derman vermerdiler ki xeste agrilardan azda olsa rahat olsun ne ise cox dehsetli idi.arada bir amal vardi PUL YENE PUL YENEDE PUL

Kimdən: Fuad Şəhər: UAE
03.12.2009 17:20
ALLAH o iki ushagina bagishlasin onu.ALLAH shefasini versin.Yaziqdir, heyat yoldashina, ushaqlarina.
Saygilarimizla: