Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:05

Cəmiyyət

Məhkəmə kuryozları...

Femida
Şriftin ölçüsünü dəyiş - +
Bu gündən başlayaraq AzadlıqRadiosu "Məhkəmə kuryozları..." adlı yeni rubrika açır. Burada Azərbaycan məhkəmələrində baş verən qeyri-adi hadisələr özünə yer tapacaq. Belə hadisələri toplamaq üçün artıq hüquq müdafiəçilərinə müraciət etmişik. Topladığımız epizodların ilk üçlüyünü dərc edirik. Amma Azərbaycan məhkəmələrində analoqu olmayan insidentlər haqda məlumatlar daxil olmaqdadır. Sizdə də belə məlumatlar varsa, bizə göndərin. Saytımızı izləyin.

ÖLÜNÜN DƏ QIDIĞI GƏLƏR?..

Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun rəhbərliyi ilə keçirilən prosesdə ölü adam şahid qismində ifadə verib. Hüquq Maarifçiliyi Cəmiyyəti bu faktı «Hakimlərin intizam məsuliyyəti» adlı kitabda yayıb. Bundan sonra Hakim Qəzənfər Kərimov adı gedən təşkilatın rəhbəri İntiqam Əliyevi və daha 2 nəfəri məhkəməyə verib.

Lakin Qəzənfər Kərimov ölü adamın guya məhkəmədə ifadə verdiyi barədə məlumatı inkar etmir. Onun davası bu addıma görə hakimə verilən cəza dərəcəsinin kitabda səhv yazılmasıdır. Q.Kərimov deyir ki, Hüquq Maarifçiliyi Cəmiyyəti onun haqqında Məhkəmə Hüquq Şurasının intizam icraatına xitam verilməsini yalan yazıb. Əslində hakimə töhmət veriblər.

VƏKİL PROKUROR ROLUNDA...

2008-ci ildə «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda ittiham edilən Sergey Srekalin 1 il 6 ay həbs cəzası aldı.
Sergey Strekalin
Sergey Strekalin qəsdən bədənə az ağır xəsarət yetirməkdə, həm də narkotik vasitələri satış məqsədi olmadan saxlamaqda təqsirli bilinirdi.

Aqil Xəlil məhkəmədə deyirdi ki, onu Strekalin bıçaqlamayıb, bu şəxsi heç tanımır da. Strekalinin vəkili isə əksini sübut edirdi, deyirdi ki, müştərisi özünü narkotik vasitələr saxlamaqda yox, yalnız Aqil Xəlili bıçaqlamaqda qismən təqsirli bilir...

Fərqli cinsi oriyentasiyalı Sergey Strekalin hərəkətini şəxsi motivlə bağlayırdı. Aqil Xəlilsə bu işi özünə qarşı «şantaj» adlandırır, müttəhimlər kürsüsündə onu «Zeytunluq»da reportaj hazırlayarkən döymüş MTN zabitlərinin oturmalı olduğunu deyirdi.

4 KİŞİNİ DÖYƏN QADINA MÜDDƏTSİZ HƏBS...

Hüquq müdafiəçisi Leyla Yunus tikinti meydançasında dörd kişini döyməkdə təqsirli bilinən Səyyarə Heydərovanın işini xatırladır. İşlə bağlı zərərçəkənləri hələ də məhkəməyə gətirmək mümkün olmayıb.
Səyyarə Heydərova
Ancaq əsas məsələ bunda deyil. 2007-ci il noyabrın 21-də Suraxanı Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva Səyyarə Heydərovanın həbsi barədə qərar çıxarır, təbii ki, imzalayır da. Ancaq istintaq təcridxanasında müəyyən olur ki, hakim Tağıyeva qərarda azadlıqdan məhrumetmənin müddətini göstərməyib. Yəni Səyyarə Heydərova müddətsiz həbs olunub...
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Rabinzon Haradan: Nargin adasindan
22.12.2009 00:16
bu yaxinda aminist fermani cixdi lap yaqwi ama pis terefi oduki Jurnalistlere,Zabitlere,Siyasi Dustdaklara,Kiminse ucbatindan hebsxanaya duwenlere wamil olunmadi.Bes kimelere wamil olundu?ve niye onlara wamil olundu? NARKAMANLARA.onlar bizim gelecekmiz ve fexrimizdi. bunu yazanda Vallah ozum ozumden utandim.

Kimdən: Qerib Haradan: Cinler diyari
05.12.2009 20:46
AY ZAMIQ QARDASH,
DEYIRSEN YANI BIZDE HEC OLMAZSA ON NEDIR, YUZ BELE "SEYYARE"MIZ DE YOXDUR?
ELBETTE KI, VAR, SADECE ONLARA DA SHERAIT YARATMAQ LAZIMDIR KI, UZE CIXSINLAR.
YOXSA QARABAGI COXDAN QAYTARMISDIQ.
AXI BIZ GOZLEME MOVQEYINDE DAYANMAGA DAHA COX MEYILLIYIK!
HALAL OLSUN BELE ISTEDADLI QADINLARIMIZA!
ONLARIN QARSISINDA BAS EYMEMEK EN AZINDAN GUNAH OLARDI...

Kimdən: eldar Haradan: bataqliqdan
05.12.2009 11:39
Məhkəmə kuryozları? Nə məhkəmə? Bataqlıqda nə məhkəmə? Bəlkə demək istəyirsiniz "Bataqliq kuryozları"... Elə isə məhkəmə bataqlığın tam ortasıdır.

Kimdən: Vaqif Haradan: QANUNUN olmadiqi yerden
04.12.2009 00:32
Xahish edirem toxunmayin bu mehkemelerimize neye lazimdi qan axmayan yerden qan chixartmaq bilmek olmaz vaxt geler Hormetli BLOQQERLERIMIZIN gunune dushdure bilerler.Onda Hakim sorusha bilerki icbari vere bilerdim ancaq 2 il verirem.

Kimdən: Naıle Haradan: Bakı
03.12.2009 10:11
Sonra deyirler ki, qadinla kisi nece beraber ola biler? Siz bele qadinlardan danisin , bir qadin dord kisi doyur.

Kimdən: fantamaz Haradan: avropa
03.12.2009 00:26
duzdu bunlari oxuyanda ne qeder anormal olkede yasadigimizi daha yaxsi bilirik ve tessuf hissi kecirdirik.amma sizden xahis edirem ki bele epizodlardan yazasiniz bir az gulek.o qerarlari cixaranlar hakim deyil cobandir sadece pul verib oturublar orda sifaris yerine yetirirler.

Kimdən: Nomad
02.12.2009 16:31
Seyare Xanim , men sizin ve sizin kimi gadinlarin gabaginda bash eyirem.

Kimdən: Zamiq Haradan: Praqa
02.12.2009 00:03
4 KISHINI DÖYÜB MÜDDETSIZ HEBS ALAN SEYYARE HEYDEROVA KIMI BIR 10 NEFER QADINIMIZ OLSA QARABAGI GECEYNEN ALARIQ, HEC ORDU ZAD SAXLAMAQ LAZIM DEYIL.

HALAL OLSUN SENE SEYYARE XANIM! QARSHINDA BASH EYIREM!


SHEKI MEHKEMESINDE HAKIM QEZENFER KERIMOVUN REHMETE GETMIS BIR KESDEN IFADE ALMASINA, MEN BUNDA QERBE HEC NE GÖRMÜREM!

BEYEM SIZ "RUH" KINOSUNA BAXMAMISINIZ? BELKE ELE BIZIM HÖRMETLI HAKIM RUHLARLA DIALOQ QURMAQ QABILIYYETINE MALIKDIR? BELKE EKSTRASLER EKSTRASENSIDI? ELE DEYIL? BILMEDIYINIZ BI SHEY HAQQINDA DANISHMAYIN!

SERGEY STREKALINE GELINCE ISE ONU BASHA DÜSHÜREM BELKE DE ARTIQ YASHLANIB, BAKIDA YASHLILARA HEC HÖRMET YOXDU, HAMI CAVAN ISTEYIR YENI "TEZE ET" , GENC "QUZU ETI"... TEK ÜMIDI QALIB HEBSXANADAKILARIN INSAFINA...

SERGEYE GÖRESEN 1 IL 6 AY KIFAYET EDECEK MI?
ORALAR ONUN XOSHUNA GELSE HEBSXANADAKI MÜDDETI UZADA BILER?...BAX BU HÜQUQ ONA VERILMELIDIR!

Kimdən: dr Haradan: xxx
01.12.2009 23:56
Mən biləni Femidanın gözləri bağlı olmalıdır.
Cavab

Kimdən: qasım Haradan: Baki
28.12.2009 18:14
N'ə atılıb düşürsən ə? Azərbaycanli Femidadır də! Gözləri var. amma görmür !
Cavab

Kimdən: mahmud Haradan: Baki
05.12.2009 17:05
ele heykele diqqetle baxsaq gorerik mesele ne yerdedi, bizim mehkemelerin hemise gozu achiq olub.........ozude ciblerine teref baxiblar