Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

Təbriz İnqilab Məhkəməsi 10 fəal haqqında həbs qərarı çıxarıb

29.11.2009
Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib.

Sözü gedən fəallar mayın 22-də hökumətin Təbrizin mərkəzində təşkil etdiyi gəzintidə «Ana dilində təhsil» kimi şüarlar səsləndiriblər və «Youtube» portalında İranın keçmiş prezidenti Məhəmməd Hatəminin türklər haqqında zarafatını əks etdirən videonun yayılmasına etirazlarını bildiriblər. Bu səbəbdən İranın hüquq mühafizə orqanları onları may ayında həbs edib.

Məhkəmənin qərarına görə, 19 yaşlı fəal Fərdin Muradpur 6 il həbs cəzası alıb, onu partlayıcı maddələr emal etmə, rejim əleyhinə təbliğat və milli təhlükəsizliyi pozmaqda ittiham ediblər. Onun qardaşı Murtuza Muradpuru isə rejimə qarşı təbliğat və qanunsuz yığıncaqlarda iştirak ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum ediblər.

Fərdin Muradpur saxlanarkən hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində çiyin nahiyəsindən güllə yarası almışdı.

Məhkəmə həmçinin milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərmək ittihamı ilə digər fəal Rəsul Bədəliyə 2 il, daha 4 fəala isə 6 aylıq həbs cəzası verib.

Məhkəmənin qərarı ilə digər 3 nəfər ictimai asayişi pozmaq ittihamı ilə Təbriz Cəza Məhkəməsinə göndərilib.

Məhkəmə iki fəal – Nasir Bədəli və Behzad Sadeqiyan haqqında irəli sürülən ittihamları isə rədd edib.

Bundan öncə isə Təbriz İnqilab Məhkəməsi Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzintidə iştirak etmiş və həbs olunmuş universitet professoru Əlirza Fərşi və onun həyat yoldaşı Sima Didari haqqında da rejim əleyhinə təbliğat ittihamı ilə bir il həbs cəzası kəsib. Hazırda məhkəmə çəkişməsi davam etdiyinə görə professor və onun xanımı girov qarşılığında azadlıqdadırlar.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vətəndaş Şəhər: Bakı
30.11.2009 15:48
Gecənin ən qaranlıq anı sübhə ən yaxın andır deyib atalar. 89-cu ildə kimsə "Sovetlər dağılacaq" desə, inanan olardımı? Budur, mən burada deyirəm: İran dağılacaq. Zülmə söykənən heç bir rejim yaşamayıb. Özü də zülmə nə qədər çox söykənsə, ideal anlayışları nə qədər çox istismar etsə, o qədər tez və gözlənilmədən dağılıb. Amma bir gün qəflətən ortaya çıxacaq Cənub qarşısında çaş qalmamaq üçün onu qəbul etməyə hazırlaşmaq lazımdı.
Cavab

Kimdən: Bahar Şəhər: Baki
03.12.2009 05:46
sabah bir adam Iranin serheddindden "nateres" boylansa,ve Iran hokumeti bunu elan edilmemis muharibe kimi qarsilasa artiq iranda milletcilik sohbeti olmayacaq.Orada yalniz Iran dovleti ve vahid iran milleti olacaq.ve onlara qalib gelmek cox zor.onlarda herbi vetenperverlik terbiyesi ve herbi xidmet cox gucludur.
milletcilik sohbetlerini onlar bos vaxtlarinda edirler.
Cavab

Kimdən: Məhəmməd Şəhər: İranli----Bakida yaşiyan
02.12.2009 17:44
Ai qaqaşlar siz bildiginiz kimin deyil. Biz iranli azərilər iranda hüququmuz siz azərbaycanda yaşayan azərilərdən daha çoxdur. İnanmırsız? Bir yerdəki erməni dünyanın o başından gəlir və azəri köçkünü məhkəməyə verib və onu evindən çıxarır həm də 80,000 dollar mənəvi ziyan alır və gedir, sizcə kimin hüququ taptalanır. Amma İRANda ömür boyu belə şey baş verə bilməz. Siz öz haluvuza bir gün aqlayın.

Kimdən: milli ordu Şəhər: kəndin bir öyü
30.11.2009 12:06
Allah bütün vicdan məhbularının yolunu açsın.........
İnşaallah xalqımız azadlığa çıxar.........
Cavab

Kimdən: Moderator
30.11.2009 14:38
Çağırışlar etməyin!

Kimdən: Azad İskəndərli Şəhər: Şəhər, hüquq müdafiəçisi
29.11.2009 22:32
Mən bir şeyi başa düşə bilmirəm.Niyə görə axı, bu İranda baş verənlərə bizim hökumət reaksiya verməyir?Özüdəki İran guya müsəlman ölkəsidir.İranda yaşayan 500 000 erməninin 5000 məktəbi var, 36 milyon azərbaycan müsəlmanının 1 dənə məktəbi yoxdur.Bu Xomeyni nə hökumət qurdu, bunlar belə haraya gedirlər vallah özləri də bilməyirlər.Hanı ey bu Etibar Məmmədov, İskəndər Həmidov.Danışanda milli-istiqlaldan,milli-demokratiyadan danışırlar nə oldu bəs?Və digərləri...Davut Güloğlu demişkən NƏ OLDU SƏNƏ NƏ OLDU BÖYLƏ.Artıq müxalifət azərbaycanda yoxa çıxıb.Çünki bu adların çəkmədiklərim də hakimiyyət üçün rəqib sayılmır. Hakimiyyət onları o qədər saymır ki, az qalır ki, müxalifətçiləri nazir vəzifəsinə təyin etsin.
Cavab

Kimdən: Məhəmməd Şəhər: İranli----Bakida yaşiyan
25.12.2009 12:01
eeeeh. sizin hökümət öz əhalisinin vəziyyətinə nə gün aqlayir ki ! o heç öz millətinin haqqın ki həmən qarabağ torpaqlari ola ala bilmir. nə bilirsən nə var nə yox.
Cavab

Kimdən: Bahar Şəhər: Baki
03.12.2009 05:35
menim azerbaycan mekteblerinde oxuyan hec kimim yoxdur.tanis-bilisden ele hey esidirem ki,mekteblerde usaqlara ders oyredib eliyen yoxdur.usagini elmli gormek isteyenler de pul xercleyib muellim tuturlar ki,usaqlari bilikli olsun. indi size ve irandakilara sualim var neyinize lazimdir azerbaycan dilinde mekteb.butun fennleri hansi dilde olur olsun mukemmel oyrensinler,azerbaycan dilinde yazi yazib,kitab oxumaga geldikde ise usyanlar edib,hebsxanalara dusunce oturub musteqil oyrensinler.ister arab alifbasi ile,ister latin alifbasi ile.caninda konlunde oxumaq olan vaxtini oxumaga serf eder,YEL DEYIRMANLARI ile mubarizeye yox.
Cavab

Kimdən: Məhəmməd Şəhər: İranli----Bakida yaşiyan
03.12.2009 15:38
Ai canın sağ olsun. mən özüm bu fikrin tərəfdaşıyam. azərbaycan dili öyrənmək istiyən harda və nə vəziyyətdə olsa da öyrənər. bu gün ki gündə azərbaycandaki məllimlər hammısi pul almasalar bir hərif bir kəsə öyrətməzlər və əlbəttə ki onlardan pul tələb olunur ki onlar da məcburən şagirdlərdən alıllar. mən özüm fars dilində təhsil almışam amma azərbaycan dilində çoxli azərbaycanlılardan güclü danışıb və fikirləşirəm.