Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Göründüyündən qat-qat bahalı bina

«MSK o boyda binada nə edəcək?»

«MSK o boyda binada nə edəcək?»

25.11.2009
Mərkəzi Seçki Komissiyası (MSK) üçün tikilən yeni inzibati bina demək olar ki, hazırdır. Avropa üslubunda inşa edilmiş yüksək mərtəbəli binanın xaricində tikinti işləri yekunlaşıb. Hazırda binanın daxilində təmir işləri aparılır. İşin icraçıları dekabrın sonunda binanı təhvil verəcəklərini deyirlər.

Binəqədi rayonu ərazisində, 8-ci mikrorayonda inşa edilən bina dövlətə nə az, nə çox düz 30 milyon 605 min manata başa gəlib. Hələ 2007-ci ildə MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə demişdi ki, əməkdaşlarının sayı artdığı üçün prezidentə müraciət ediblər ki, qurum yeni geniş binaya köçürülsün. Yeni inzibati binanın maliyyələşdirilməsinə də elə həmin ildən başlanıb.

MSK ÜÇÜN BU CÜR BAHALI, YÜKSƏK MƏRTƏBƏLİ BİNANIN TİKİLMƏSİ NƏ QƏDƏR VACİB İDİ?

Əksər iqtisadçılar isə artıq göz qabağında olan binaya xərclənən vəsaitin həddən artıq şişirdilməsi fikrindədirlər. Bu barədə az sonra. Bəs ümumiyyətlə, bu qurum üçün belə bahalı yüksək mərtəbəli binanın tikilməsi nə qədər vacib idi?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, neftdən gələn gəlirlər hesabına ölkədə bu cür inzibati binaların, xüsusilə də siyasi proseslərə təsir imkanı olan qurumlar üçün binaların tikintisi bir kampaniya halını alıb. Hətta dövlət büdcəsindən bu məqsədlə ayrılan pullar təhsil, səhiyyə üçün ayrılan vəsaitləri xeyli kölgədə qoyur. O ki qaldı məhz MSK üçün 30 milyondan çox pulun xərclənməsinə, Q.İbadoğlu deyir:

- Bütövlükdə dövlət məmurlarının iş şəraitinin yaxşılaşdırılmasının tərəfdarıyam. Amma MSK özü elə də böyük orqan deyil. Onun işi ilin bütün dövrlərində olmur, adətən seçki dövründə olur. Ona görə də bu qədər vəsaitin səmərəsiz işlənməsinin əleyhinəyəm.

30 MİLYON MANAT, YOXSA 5 MİLYON?

Əksər iqtisadçılar isə artıq göz qabağında olan binaya xərclənən vəsaitin həddən artıq şişirdilməsi fikrindədirlər
30 milyon 605 min manatın nə qədər real rəqəm olmasına gəlincə, Qubad İbadoğlu deyir ki, rəqəmin şişirdildiyini görmək üçün binaya baxmaq kifayətdir. Müqayisə üçün deyək ki, sahəsi və görünüşü MSK-nın yeni binasından çox da geri qalmayan Hesablama Palatasının yeni inzibati binası və onun avadanlıqlarla təminatı təxminən 5 milyon manata başa gəlib:

- Həm mərtəbələrinin sayı, həm də binanın qabariti 30 milyonun şişirdilmiş rəqəm olduğunu demək üçün kifayət qədər əsaslar yaradır. Düzdür, görünən yerin üstündəkilərdir, amma hesab eləmirəm ki, yeraltı tikililəri də çoxdur. Orda tikinti xərcləri ən yaxşı halda 5 milyon ətrafında ola bilər. Yəni, orda dəfələrlə qiymət bahalaşması var. O da nəzərə alınmalıdır ki, bunlar dövlət tikililəridir, torpağa görə ödənişdən də söhbət getmir. Söhbət ancaq tikililərdən gedir və hesab edirəm ki, tikinti xərcləri üçün 30 milyon çoxdur.

«BƏLKƏ ÜMUMİYYƏTLƏ MSK-YA EHTİYAC YOXDUR?!»

Araşdırmaçı jurnalist Alı Rza da hesab edir ki, ölkədə korrupsiyanın yüksəkliyi bu cür rəqəmlərə şübhə ilə yanaşmağa əsas verir. Amma jurnalisti bir məsələ daha çox maraqlandırır – bu boyda binada MSK nə edəcək? Alı Rza:

- İndiyədək olan seçki təcrübəsini, seçkinin nəticələrini nəzərə alsaq, ümumiyyətlə, MSK-ya bəlkə ehtiyac yoxdur?! Bir halda ki, ölkədə seçkinin nəticəsi əvvəlcədən bəlli olur, MSK o boyda binada nə edəcək?

Səslənən ittihamlarla bağlı Mərkəzi Seçki Komissiyasının mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Mətbuata açıqlamasında isə komissiyanın sədri Məzahir Pənahov dairə seçki komissiyaları üçün də yeni binaların tikildiyini deyib və bildirib ki, növbəti mərhələdə məntəqə seçki komissiyalarına binalar tikiləcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: fantamaz Şəhər: avropa
02.12.2009 01:30
mene verseydiler bu 30 milionu men bele binadan 5 denesini tikerdim. bir de ki neye lazimdir ki mezahir penahova bele bina tikmek yox yox men ne deyirem...

Kimdən: kama Şəhər: Bakidan
27.11.2009 04:11
Xeberiniz var ki,meazhir penahov butun icheri sheheri nece illerdir alir,ele mulkler alib,butov,ele hemin-bizim pullarla.
Oglan ishleyir de,dalinda da arxasi var,oguldur da...
neticede goz gabaginda-ona gore dovletimiz de xesislik elemir.
Oz pullaridir,hara isteyir xercleyir-bax bele!
Bize xerclemelidir?Xeyr ola,biz ona ne elemishik,ancag tamaha edirik de-pulsuz showdur,ona gore de biz onlara pul veririk-bilet pulu.
aaaaaaaaaaa-hech dexli var!

Kimdən: emil Şəhər: buralardan
26.11.2009 17:56
əsgərləri palçıq içində şaqat eləyənçün bu dəhşətdir

Kimdən: Arif Şəhər: Türkiye
26.11.2009 13:44
5 rayonu vermiş adama her rayonda heykel ve musey tikilen ölkede bu nedir ki, hamınız teeccüblenirsiniz. Mezahir Penahov kimi ... şahidler az deyil.

Kimdən: Şahin
26.11.2009 10:38
Hər şeyimiz həll olmuşdu, bir qalmışdı saqqal darağımız. Bu saqqalsızlara bu boyda daraq nəyə lazımdır?
Cavab

Kimdən: natiq Şəhər: baki
26.11.2009 12:30
AZƏRBAYCAN QÜDRƏTLİ DÖVLƏTDİ,DÖVLETİN QƏRARLARINI MÜZAKİRƏ ETMEK LAZIM DEYİL.BİR FİKİRLEŞİN SİZ DÖVLET ÜCÜN NE ETMİSİNİZ?VETEN TORPAQ DEYİR HAMI.HANI BİZ AZƏRBAYCANLILARIN FƏALİYYƏTİ?ARTIQ GELECEK NESİLLƏR DÜŞÜNÜR Kİ QARABAĞ ERMENİLƏRİNDİ.BU HAQDA DANIŞIN XALQIN MİLLİ QEYRƏTİNİ AYILTMAGA CALIŞIN.

Kimdən: Müəllim Şəhər: BazarBaycan
26.11.2009 10:20
Sovet dönəmində Azərbaycanda kim Azərbaycan xalqına nə bpyüklükdə yamanlıq etmişdisə, ona o boyda heykəl qoymuşdular: Lenin, Kİrov, Şaumyan, Dzerjinski və sair. Həmin siyasət indi də davam edir. Sadəcə, indi kirovların yerinə milli (bəzən də metis) manqurtlarımızdır...

Kimdən: Rasim Şəhər: buralardan
25.11.2009 22:32
Narahat olmayin, ele bilmeyin ki, yeni binada yeni - yeni "sechkiler" olacaq? Bina teze olsa da...

Kimdən: S.C. Şəhər: Gəncə
25.11.2009 21:02
Belə binaların tikilməsi yalnız və yalnız PUL silmək cibləri şişirtmək üçündür. 25.11.09.

Kimdən: Abdulla Shaiq
25.11.2009 20:57
Idalsizliq bunovresinin merteb hevesinin sahidi oluruq

Kimdən: işsiz
25.11.2009 20:54
Azərbaycanda çox insanlara ve eləcə də orqanlara və binalarına ehtiyac yoxdu. Bunlara aşağıdakıları misal vermek olar:
Milli məclis - cunki qanunlara baxan yoxdu.
nazirler kabineti normal sosial -iqtisadi siyaset proqrami tertib etmir reallashdirmir.
Səhiyyə nazirliyi - insanlara verilen pulsuz demanlari cox baha qiymete satir, Hekimleri dilenci edib, xesteleri ise umudsuz ve elacsiz.
MTN- cunki insanlarin ekseriyyeti ele işverendi, serfelisi işsiz qalan "s...a"lardan istifade etmekdir.
Tehsil nazirliyi - pulsuz kitaplari satirlar, bisavad insanlari mellim kimi işledirler, Oxuyan surunur, pulu olan da mellime soyur.
Siyahini uzatmaq olar ...