Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 09:33

Verilişlər / Kontekst

Ramiz Mehdiyev nə istəyir?

Ramiz Mehdiyev
x
Ramiz Mehdiyev
Şriftin ölçüsünü dəyiş - +
«Ramiz Mehdiyevin iddiası xalqın mənəvi lideri kimi qəbul olunmaqdır. O, yalnız yüksək rütbəli məmur kimi qalmaqla kifayətlənmir».
Bunu politoloq Leyla Əliyeva deyir. Onun fikrincə, təsadüfi deyil ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda telekanalların keyfiyyətinin aşağı olması ilə bağlı son iki ayda iki dəfə ictimai çıxış edib:

«Biz Mehdiyevin indiyə qədər olan fəlsəfi məqalələrindən də görmüşük ki, o sanki xalqın mənəviyyatı ilə bağlı konsepsiyanı müəyyənləşdirmək istəyir, odur ki, məncə, Mehdiyevin bu çıxışla məqsədi yalnız telekanalların səviyyəsini yaxşılaşdırmaq deyil».
Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev bu ilin oktyabrında məqalə yazıb telekanalları ucuz şoulara həddindən çox meyl etdiklərinə görə tənqid etmişdi.

Həmin məqalə bir çox hökumət qurumlarında, telekanallarda ciddi müzakirə edilmişdi.

Noyabrın 23-də Ramiz Mehdiyev bir daha bu haqda danışıb, deyib ki, telekanallar tənqiddən bəzi nəticələr çıxarsalar da, gözlənilən səviyyədə dəyişikliklər baş verməyib.

Siyasi təhlilçilər isə ölkənin idarə olunmasında əhəmiyyətli söz sahibi olan Ramiz Mehdiyevin son iki ayda bu haqda ictimaiyyətə açıqlama verməsini təsadüfi saymırlar.

«BƏYANATIN ARXASINDA İQTİSADİ MARAQLAR DA DAYANA BİLƏR»

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, əgər Ramiz Mehdiyevin məqsədi doğrudan da telekanallarda keyfiyyət dəyişikliyinə nail olmaq idisə, onda niyə telekanalların rəhbərlərini yanına çağırıb sözünü demirdi?! Oruclu ehtimal edir ki, bu bəyanatın arxasında iqtisadi maraqlar dayanır:

«Hakimiyyətin ən yuxarı eşalonunda telekanallara sahiblik uğrunda döyüşlər gedir. Bu döyüşlərdə itirənlər belə bəyanatlarla qarşı tərəfə mesajlar ötürürlər».

PƏNAH HÜSEYN DƏ TELEVİZİYA PULLARINDAN DANIŞIR

Müsavat Deputat Qrupunun üzvü, millət vəkili Pənah Hüseyn də inanmır ki, Ramiz Mehdiyevin çıxışının məqsədi yalnız telekanallarda səviyyəni qaldırmaqdır:
«İndiyə qədər telekanallara hökumət gizli yolla vəsait ayırırdı və ondan demək olar ki, qazanc götürmürdü. Son vaxtlar telekanalların reklam gəlirlərinin artması barədə məlumat var və məqsəd bu gəlirləri ələ keçirməkdir. Televiziyanın keyfiyyətinin pis olmasının yaradıcı kollektivin üzərinə yıxılması əlbəttə ki, inandırıcı səslənmir».

«DAHA KEYFİYYƏTLİ TƏBLİĞAT»

Başqa bir politoloq İlqar Məmmədov də hesab edir ki, Ramiz Mehdiyevin çıxışlarının arxasında iqtisadi maraqlar ola bilər. Amma o həm də əlavə edir ki, artıq hakimiyyət ucuz şoularla, keyfiyyətsiz verilişlərlə insanları bezdirdiyini və telekanallardan uzaqlaşdırdığını başa düşür və yerli televiziyalara marağı artırmaq, öz təbliğatını daha yaxşı qurmaq üçün yollar axtarır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: AHMET Haradan: BAKÜ
01.12.2009 16:44
RAMİZ MEHDİYEV AZERBAYCANI BU DURUMA GETİREN YÖNETEN SENSİN ŞİMDİ ÇIKIP ŞOVMU YAPIYOSUN.İLHAM ALİYEV YÖNETEMİYOR 6 YILDIR ÜLKEYİ BÜTÜN SELAHİYETLERİ SANA VERMİŞ ALİYEVDE PARİSTE LONDRADA GEZİYOR.HAYDAR ALİYEV YAŞASAYDI.ACABA SEN YÖNETEBİLİRMİYDİN BU ÜLKEYİ SEN BAKKAL DÜKKANI BİLE YÖNETEMESSİN.MİLADIN DOLDU BU ÜLKENİN BAŞINDAN NE ZAMAN DEFOLACAKSIN.

Kimdən: Anonymous
29.11.2009 01:42
kim kimdir göresen?
Almaniyanin Witlish sheherinde yashayanlar kimdir göresen?
"Azerbaycanli" olmagiyla fexr eden daha nece ... var göresen?
Kim bu suallara cavab vere biler göresen?

Kimdən: Şahvələd Haradan: Naxçıvan
28.11.2009 12:28
Ramiz muellimin televiziyalarla beyanatinin arxasinda sizi emin edirem ki, yaxsi hec ne dayanmir. Bizim yerli televiziyalar onlarin is uslubu movcud hakimiyyetin xisletinin numunesidir. Bu iqtidar olmasaydi yeqin ki mediyamizin keyfiyyeti daha yaxsi olardi. Men de dusunurem ki bu beyanatlar daha cox iqtisadi maraqlar uzerinde qurulur. Dogrudanda beledirse vay bizim halimiza. Birdeki QOZBELI QEBIR DUZELDER Ramiz Mehdiyevden mutereqqi ne ise gozlemek avamliqdir.

Kimdən: KOmutan Haradan: ORALARDAN
25.11.2009 23:56
Ramiz Mehdiyev <<FIRON>> romanindaki bash kahin HERHORA benzeyir onun yanindadikilarda onun ne etmek istediyinden bir shey anlamaz

Kimdən: dj Haradan: baki
25.11.2009 20:54
don corleone

Kimdən: Memmed Haradan: Baki
25.11.2009 20:36
Yegin televiziyalar son zamanlar rusiya propagandasin az aparir ve Ramizin heyata kecirdiyi ideologiya cökmeye baslayib o üzden aciglanib

Kimdən: Eldar Haradan: Rusiya
25.11.2009 19:54
Ramiz müəllim yaşlaşdığından qəlbi yumşalıb. Azərbaycanda yaranan problemlərin başında hamı Mehdiyevin olduğunu düşünür. Mehdiyevdə yaxşı bilir ki, öz imicini ən mənfi halda formalaşdırıb. Bu günkü etirafların heç bir əhəmiyyəti olmasada yaxşı imic də formalaşdırmır. Azərbaycanda demokratiyanı boğanların ən aktivi elə Mehdiyevin özüdür.

Kimdən: Eldar Haradan: Rusiya
25.11.2009 17:39
Ramiz müəllim yaşlaşdığından qəlbi deyəsən yumşalıb. Xalq arasında formalaşan fikrə görə bütün günahların başında Ramiz müəllim durur. Yəqin ki, bu haqda tam məlumatı var. Bu gün reklam xatrinə atılan addımlar şəxsi imicini formalaşdırmaqdan başqa bir şey deyil. Əhəmiyyəti olmayan lozunqlu çıxışlar imic formalaşdırmır.

Kimdən: Lara
25.11.2009 13:29
Mafiya..Mafiya..Mafiya...

Kimdən: Müəlllim Haradan: BazarBaycan
25.11.2009 11:31
Hərhalda bu xalq Ramiz Mehdiyevin ideya və əməllərindən yalnız ziyan görüb. Azərbaycanın bugünkü acınacaqlı durumu Ramiz Mehdiyevin Şah əsəridir. Onun Missiyası budur: bizi bu duruma salmaq! İndi, görəsən, ağlına nə gəlib. Hərhalda bir azdan xoruzun quyruğu görsənəcək. Allah daha pisindən saxlasın.
Səhifə (2)
    Növbəti