Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:32

Bloqlar / Abbas Atilay

Urmiya - modern və qədim şəhər

Urmiya İran Azərbaycanının qərbində yerləşən ən böyük şəhərdir, Qərbi Azərbaycan ostanlığının (3 Azərbaycan ostanlığından biri) baş şəhəridir.

Multimedia

Şriftin ölçüsünü dəyiş - +

2006-cı il əhalinin siyahıya alınmasına əsasən  Urmiya əhalisinin sayı 580 mindən artıqdır. Şəhər əhalisi əsasən Azərbaycan türklərindən təşkil olunsa da burada kürdlər, ermənilər və az sayda assurlar da yaşayır.


Urmiyyənin demoqrafik reallıqlarını elə ilk gün öz təcrübəmdə yaşadım. Urmiyaya gecə saatların yetişmişdim. Qalacaq bir yer axtarırdım və qarşıma çıxan birinci  mehmanxanaya girdim. Sahibi əvvəlcə mənə yer verdi, sonra isə Azərbaycandan olduğumu bilib məndən qalacağım otağın açarını geri aldı.

 

Səfərimin bu acı təəssüratını sonrakı günlər rast gəldiyim əsl Şərq qonaqpərvərliyi darmadağın etdi. Dedilər, fikir vermə, son vaxtlar şəhərdə xəritələr yayırlar, Urmiyyə Kurdistanın paytaxtı kimi göstərilir. Nədənsə bu xəritələri paylayanlar Azərbaycan sözündən bərk qıcıqlanırlar. Mehmanxana sahibi də, çox güman, onlardan idi.

 

Urmiya küçələri təzadlarla doludur: modern binalarla tarixin çirkini divarlarında  saxlayan yarısökük tikililər; sakit, səbrli insanlarla ipə-sapa yatmayan mübarizlər; hər şeyə biganə fərdlərlə, saatlarla qəzet köşkü qarşısında dayanıb qəzet oxuyanlar; qaraya bürünmüş qadınlarla son geyim modasına uymağa çalışanlar...

 

Siyasi aktivliyinə görə Təbrizin yedəyində olsa da Urmiyə hər halda Ərdəbili qabaqlayır. Son prezident seçkisində prezidentliyə namizəd Mir Hüseyn Musəvinin yüksək səs topladığı iddia edilən əsas şəhərlərdən hesab olunur.

 

Seçkilərdən sonrakı etiraz dalğasında da “dinc oturmayan” şəhərlərdən idi. Həmsöhbətlərimiz iğtişaşlar zamanı ən azı 3 nəfərin qətlə yetirildiyini deyirlər.

 

Urmiyada olduğum müddətdə bizə lazım olan hər yeri rahat gördüm və fotoaparatımın yaddaşına köçürdüm, nə polis, nə də digər dövlət görəvliləri mənə mane olmadılar. Halbuki, Urmiyadan əvvəl uğradığım Naxçıvan şəhərində çox əziyyətlər çəkmişdim. Naxçıvandan baxanda Arazın bu tayında “Azadlıq abidəsi” görünürdü.

 

“Araz” demişkən, ünsiyyətdə olduğum bir çoxları siyasi və etiraza səsləyən mahnılar oxuyan yerliləri aşıq Araz Elsəsi soruşurdu. Burada Şimali Azərbaycanla bağlı maraqlar da fərqlənirdi. Kimi Aşıq Zülfiyyənin yaradıcılığı maraqlanır, kimisə İlham Əliyev nəmənə prezidentdi deyə sual edirdi.

 

 

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Qulyabani Haradan: urmiya
11.12.2009 01:10
zənnimcə məqalə daha uzun omalı idi, dəqiq başa düşmək olmur ki məqalənin yazarı urmiya haqda hansı təsəvvürlərə ya baxışlara yiyələnib, təəssüflər olsun ki Azərbaycanda urmiyanı düzgün tanımağa cəhdlər olmayıb...nəsə Urmiya haqda danışılanda insan istər-istəməz birşeylər yazsın istəyir...inanıram ki gələcəkdə urmunun yetişdirdiyi insanlar böyük uğurlar əldə edəcək özəlliklə indiki nəsli...uzaldmaq faydasızdı həm kəşki o yuxardakı fotoşəkilin yanında bir başqa yəni modern adlandırdığınız görüntülərə də yer ayrılardı...

Kimdən: Kebirlinski Haradan: Teatr
26.11.2009 06:37
Hormetli Azadliq ve Cenublu Qardaslarim,

Cenubi Azerbaycan haqqinda daha cox bilmek isteyerdim. Bu reportaj yaxsi idi, amma hem de qisa idi. Buna gore de etrafli bilgi verecek reportajlara ehtiyac var. Tanimaq meqsedi ile.
Qerbliler nedense Cenumbi Azerbaycan haqqinda yazmaq evezine daha cox Kurdler haqqinda yazirlar sistematik bir sekilde. Buna gore de Cenub haqinda bilgi boslugu var. Men teklif ederdim ki, azadliq.orq bu barede bir "faktlar toplusu" duzeltsin, bu foruma yazdiqlari kimi insanlar ora girib Cenub haqqinda faktlari yazsinlar, editorlar da bunlari oxuyub fakt oldugunu tesdiqleyince sayta yerlesdirilsin. Daha sonra bunu genislendirib Cenubi Azerbaycanla bagli mini-ensiklopediya halina da getirmek olar.
Cavab

Kimdən: mustafa Haradan: türkiye
09.12.2009 16:53
talihsiz bi fotoğraf. hiç yayınlamasaydınız daha iyiydi.
Cavab

Kimdən: FAIG Haradan: BAKI
08.12.2009 22:04
QERBLILER DEYENDE XUSUSEN AMERIKANLAR (YENI ELE AZADLIG.ORG MALIYYE DESTEYI EDENLER) NEYNEYIR IRANDAKI AZERILERI VE YAXUD KURDLERI ONLARI BELE XALQLAR ANCAQ HER ANSI BIR DOVLETI GUCDEN SALMAQ U4UN ISTIFADE MARAQLANDIRIR. YOX A ABS ISTEYER KI ,REGIONDA GUCLU BUTOV AZERBAYCAN DOVLETI YARANSIN,BES ONDA REGIONUN NEFTINI QAZINI KIM SOVURUB APARACAQ.

BIR HEQIQET DE VAR I, AZADLIG.ORG DA GOZEL HEQIQI XEBERLER VERILIR,AMMA ABS HE4 DE TATARCA ,BASQIRDCA ,KURDCE ,AVARCA ,AZERICE ,DILLERDE VERLIWLER ,RADIO YAYINLARI APARMAQLA O XALQLARA YAZIGI GELMIR SADECE HEMIN XALQLARDAN ISTIFADE EDIR ,MEN BILIREM KI, AZADLI.ORG MENIM BU WERHIMI YAYIMLAMYACAQ BUNA EMINEM 4UNKI BURDA LAZIM OLMAYAN SOZLER VAR MEN BUNU YAZMAQLA HE4 DE AMERIKAYA QARWI DEYIL HETTA RUSLAI ,FARSLARI DA SEVMIREM, SADECE ONU DEYIREM KI, HE4 KESE INANMAMAQ LAZIMDI .....

Kimdən: Anar Haradan: Odlar Yurdu
18.11.2009 23:20
Hörmätli AZADLIQ:Bas Zäcan va Hämädan ostanlarini unutdunuz???!!!
Azärbaycan BIR olsun,
TURK milletim var olsun!!!

Kimdən: yasar Haradan: urmiye
17.11.2009 17:17
cox sag olun bizim urmiyeden yazdiqiniz ucun. ama meel esef foto larinizda urmiyenin kasib kucelerine yer vermisiniz.

Kimdən: Abbas Haradan: Burdan
17.11.2009 13:18
Cox uzur dilerim Aga Firudin.
Heqiqeten beledir.

Kimdən: Məşədi Fridun Haradan: Maku-Baku
17.11.2009 06:13
Ağa, İrandakı Azərbaycan ostanlarının sayı 3 dəyri, əslən 5-di.
Ostan-e Azərbaycan-e şərği,
Ostan-e Azərbaycan-e ğərbi,
Ostan-e Ərdəbil,
Ostan-e Zəncan və
Ostan-e Həmədan.
***
Qurbanaammm...
Yaşasın!