Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

«Əgər bu qərarı məhkəmə veribsə, demək, buna əsas var »


Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, millət vəkili Əli Əhmədov gənc bloqqerlərin həbsi ilə bağlı Səbail Rayon Məhkəməsinin çıxartdığı qərarı şərh edərkən bildirib.

«Gəlin məhkəmənin qərarının qanuniliyinə inanaq. Çünki məhkəmə Mili Məclisin qəbul etdiyi qanunlar əsasında işləyir. Məhkəmənin bu qərarına yalnız sonrakı instansiyalar münasibət bildirə bilər…»

«Bu qərar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmurmu» sualına isə icra katibi sualla cavab verib:

«Bəs beynəlxalq strukturlar, beynəlxalq təşkilatlar Azərbaycanın hüquqlarının qorunması işində niyə öz imiclərini qorumaq barədə düşünmürlər?...»

Məhkəmə Emin Millini 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edib.

Bloqqerlər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG