Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:02

Dünya

H1N1- Ölümcül təhlükə yoxsa böyük oyunun adı?

Şriftin ölçüsünü dəyiş - +
Monqolustanda at əti bahalanıb. Camaat donuz əti olan kolbasanı yeməyə qorxur.

Almaniyada son bir həftədə H1N1 virusuna tutulanların sayı 3 min artıb. Əvvəlki həftəlik artım 1800 idi.

Amerikada mübahisə gedir ki, Quantanamo hərbi bazasında saxlanan və terrorda şübhəli bilinən məhbuslara da peyvənd eləmək lazımdır yoxsa yox.

42 ölüm halı qeydə alınan Cənubi Koreyada könüllü olaraq 400 məktəb dərsləri ləğv edib.

Gələn ay Həcc ziyarətinin başlanacağını və 2 milyon zəvvarın gəlişini gözləyən Səudiyyə Ərəbistanı dünən H1N1 virusuna qarşı peyvəndi təsdiq elədi. Bunun adı GlaxoSmitKline vaksinidir.

Əfqanıstanda 3 həftəliyə bütün məktəblər bağlanıb.

Amerikada konqresmenlər qanunvericiliyə təcili dəyişiklik təklif edirlər. Təklifə görə, qanun işverəndən tələb etməlidir ki, işçi xəstə olanda onu işə gəlməyə qoymasın və işçiyə haqqı ödənməklə 5 gün istirahət versin.

PANİKAYA ƏSAS VARMI?

Ukraynadan bir həftədir ki, həyəcanlı xəbərlər gəlir.
Ancaq Dünya Səhiyyə təşkilatı bazar ertəsi bəyanat verdi ki,Ukraynada donuz qripi ilə bağlı vəziyyətin pis olmasının əlamətləri yoxdur.

Ukrayna 80-dən çox adamın donuz qripindən ölməsini bildirir. Ancaq Azadlıq radiosunun Ukrayna xidmətinin direktoru İrena Xalupa hazırda Kiyevdədir:
"Vəziyyəti başa düşmək çox çətindir. Ukraynanın donuz qripi virusunu müəyyən eləyən avadanlığı yoxdur. Ona görə Ukraynada dəqiq bilmirlər ki, donuz qripindən doğrudan da kimsə ölübmü. Ukrayna nümunələri Londona Dünya Səhiyyə Təşkilatına göndərməlidir. Onda bilinəcək ki, ölən varmı."

Belə çıxır ki, donuz qripindən ölüm xəbərləri hələ yoxlanmalıdır.
Ancaq başqa misal bunun əksini göstərir.

Əfqanıstanda 700 adamın donuz qripindən öldüyü bildirilir.
Ölkənin səhiyyə naziri Səid Məhəmməd Əmin Fatəmi deyir: "Bizim H1N1 virusunun diaqnostikasını verən, virusu ayıra bilən hər cür avadanlığımız var. Biz bu avadanlığa görə Amerika hökumətinə minnətdarıq."

Xəstəlik doğrudanmı belə təhlükəlidir? – bu da başqa sualdır.

Almaniya qəzetləri sevincək xəbər verirlər ki, bu ilki Uimbldon tennis turnirinin yarımfinalçısı Tommi Haas «donuz qripi»ndən sağalıb. Tennisçinin özü deyir: «Əziyyətim 3 gün oldu».

Dünyada 5700 adamın adamın «donuz qripi»ndən ölməsi dəqiq təsdiqlənib.

Bununla belə, Dünya Səhiyyə Təşkilatı bildirir ki, «donuz qripi» hələ mutasiya edib ölümcül qripə çevrilməyib. Bu qrip hər il on minlərlə, yüz minlərlə adam öldürən adi mövsümi qripdən təhlükəli deyil. Sağalmaq ehtimalı böyük olaraq qalır.

Ancaq Dünya Səhiyyə Təşkilatı dünən xəbərdarlıq edib ki, «donuz qripi»nin mövsümi qripdən bir neçə fərqi var. «Donuz qripi» uşaqlara və gənclərə yoluxanda onlara adi qripdən daha çox təsir edir.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, peyvəndin heç bir ziyanı yoxdur və hamilə qadınlara mütləq peyvənd olunmalıdır.

Amerikanın Tibb Assosiasiyasının jurnalı isə son araşdırmanın nəticələrini dərc edib. Araşdırmaya görə Kaliforniyada «donuz qripi»nə tutulanların 11 faizi ölüb. 50 yaşdan yuxarı olanlar arasında ölüm faizi 18-20 arasındadır.

Amerikada H1N1 əleyhinə vaksinlərin sayı 30 milyondur. Ancaq tələb olunan say 300 milyondur. Adamlar əlimyandıda vaksin axtarır.

UBS bankının təhlilçisi Nik Modi isə deyir: «H1N1. Böyük oyunun adı belədir».

O deyir ki, H1N1 ətrafında baş verənlər dərman və dezinfeksiya istehsal edən şirkətlərin gəlirlərini dağa qaldırdı.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: dr . QALIB ALIYEV Haradan: Həkimlər Assosiasiyası
04.11.2009 16:55
UBS bankının təhlilçisi Nik Modi kimiləri H1N1. epidemiyasını Böyük oyun və dərman və dezinfeksiya istehsal edən şirkətlərin gəlirlərini sayanların özləri insanları çaşdırmaqla ,dəhşətlı oyun oynayrlar.
Belələri vaxtilə AİDS-SPİD XƏSTƏLİYİNİ də oyun sayırdılar.
Onlara deyəndə ki,bu xəstəliyə yoluxması şübhə altında olan insanın donor qanını özünə köçürdə bilərsinizmi, deyəndə -itirəcəklərini sayırdılar.,,,,,,
QORXUSUZ QORUNUN VƏ BAŞQALARINI DA QORYUN.

Kimdən: Führer Haradan: NSDAP
04.11.2009 16:36
Məncə əgər vaksin çatışmırsa birinci uşaqları peyvənd etmək lazımdır. Gələcək onlarındır.Biz az da olsa yaşamışıq...

P.S. Molla Nəsrəddin demişkən yaşayışımız da bir şey olmayıb...

Kimdən: ZAMIQ Haradan: PRAQA
04.11.2009 15:33
Men bu Dünyada neyinse "ele-bele, tesadüfler" neticesinde bash verdiyine inanmiram.

Iqtisadi ve maliyye böhranlari menim fikrimce süni shekilde yaradilir. En böyük shirketler veziyyetden istifade edib orta ve kicik shirketleri deyer deymezine aldilar. Hec maliyye böhraninin yaxin düshmediyi bezi sahelerde de veziyyetden istifade edib kütlevi shekilde iscileri ishden cixartdilar.

Evveller bele hallar olsaydi hemkarlar teskilatlari, buna etiraz eder, tezyiq göstererdiler amma indi hami susub...Hec arashdiran da yoxdur ki, bu fabrike, bu zavoda iqtisadi ve maliyye böhrani ne qeder tesir edib.

Men öz ish yerimden götürürem, ishimiz kecen ille müqayisede daha da artib ama maashlarimzi artirmirlar ki... "AY BALAM KRIZISDÜ DƏƏ". Hetta shöbeleri ve iscilerin bir qismini texire salirlar (men de daxil)...

Bu qrip meselesi de her il, 2-3 ilden bir ortaya atilan supergüclerin oyunlaridi... Qush qripi.. Donuz qripi.. quduzluq.. et almayin sonra yox et alin ama toyuq eti almayin...gelecekde Baliq qripi de cixacaq...Baliqciliq sahesindeki shirketlere göz dagi vermek ücün..

Bir ara SARS virusu dünyani bürümüshdu... Mence bu bezi biznes saheleri arasinda geden mübarizenin görünmeyen perdearxasidi...Bashi agriyan, eziyyet ceken, ölüb geden sade insanlardi...Qurbanliq qoyun kimi... sade vetendashlar...