bazar, Oktyabr 26, 2014 Bakı vaxtı 02:47

Cəmiyyət

«Azadlıq» qəzeti Mirzə Sakitlə əməkdaşlığa son verdi

Satirik şair Mirzə SakitSatirik şair Mirzə Sakit
x
Satirik şair Mirzə Sakit
Satirik şair Mirzə Sakit
Satirik şair Mirzə Sakitin «Azadlıq» qəzetiylə əməkdaşlığına son verilib. Bu barədə qəzetin həbsdə olan baş redaktor Qənimət Zahid həyat yoldaşı vasitəsi ilə redaksiyaya məlumat verib. O qeyd edir ki, Mirzə Sakit həbsdən çıxandan sonra qəzetlə onun arasında anlaşılmazlıq yaranıb. Baş redaktor «birmənalı olaraq bu münaqişədə Mirzə Sakiti tamamilə haqsız» sayır.

Onun fikrincə, şairin «Azadlıq» qəzetinə ünvanladığı ittihamlar əsassızdır: «Ötən həftə AzadlıqRadiosunda «Azadlıq» qəzetinə qarşı səsləndirdiyi ittihamlar bir daha onu göstərdi ki, Mirzə Sakit qəzetlə münaqişəsini ictimailəşdirib redaksiyanı öz iddialarına tabe etmək fikrindən daşınmayıb. Problemin əhəmiyyətli hissəsi də bundan ibarətdir ki, o, «Azadlıq» qəzetini özünün əsassız iddiaları ilə barışmağa, özünü qəzetdən və onun kollektivindən yuxarı tutmağa can atır. Bu yolverilməzdir və mümkünsüzdür. «Azadlıq» kimsənin diktəsinin və kimsənin əsassız iddialarının altında duracaq bir qəzet deyil».

Qənimət Zahid «Azadlıq» qəzetinin Mirzə Sakitlə bağlı proyektinin başa çatdığını bildirir və deyir ki, bu ilin noyabrın 1-dən «Azadlıq» qəzeti Mirzə Sakitlə əməkdaşlığa son verir.

Mirzə Sakit AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, «Azadlıq» qəzeti son aylarda onun yazılarını çap etməkdən imtina edir və heç bir əsas gətirmir.

Qəzetin direktoru Azər Əhmədov isə AzadlıqRadiosuna bildirib ki, Mirzə Sakitin yazılarının çap olunmamasına səbəb onun həyatına təhlükə yaratmasıyla bağlıdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Ramil Haradan: Baki
04.11.2009 23:18
Mirzə heç qəmlənmə Azadlıq qəzeti də bu hakimiyyətin həbsxanasında ömür sürməyə məhku edilib. Nə edək diktaturadır. Sən ən yaxşısı internet fəaliyyətinə keç. Mübariz gənclik ordadır.

Kimdən: mer
03.11.2009 09:47
Bu da gardash. Ancag zerbesi agir olur. Gerek Genimet bey bunu özüne reva bilmeyerdi. Söz söhbetle yashamag, ömrünün axirina geder Mirzenin yaninda bashi ashagi gezmekden yaxshiydi.
Cavab

Kimdən: aybur Haradan: baki
09.11.2009 21:37
hech neden xeberiniz yoxdu tak i shto danishmaga da haqqin yoxdu! o qardash ki qardashinin bashinin ashagi salir, hele bir hay kuyde salir?!!!! o hele sukr etsinki

Kimdən: Special Haradan: Spain
03.11.2009 09:04
Mirze,

O biri meqalede sene kimse bir yaxshi teklif verib. Ach ozun uchun bir dene web-sehife ve butun sherlerini orada yayimla! biz de oxuyaq seninle fexr edek! ozun de eziyyet chekme!! yaxshi senet eseri hech zaman itmir. yalniz formasini deyishir!! Senin websehifenden onu bashqa qazetler de goturub chap elesinler! esas odur ki, ruhdan dushmeyesen!! Chunki, sen tek ozunu yox hem de senin perestishkarlarini ruhdan salmish olarsan!

Kimdən: Bahar Haradan: Baki
03.11.2009 00:28
Qenimet Zahid de,Azer Ahmedov da yaxsi insanlardir... hem de cox.Mirze Sakit ise artiq her kes ucun "bas agrisidir".Ve o ozu bununla barismali ve kimseden incimemelidir.son 20 ilde meni 1990 ci ilde Necef bey ise almisdi,bir de arablar 2000 de gercek durumumu bile-bile ise almisdilar.Basqa her bir yerde qapilar uzume bagli olub.buna gore de insan kaderi ile barismali basqalarindan incimemeli,onlari da ucuruma cekmemelidir. Mirze Sakit bey 20 ilden artiqdir ki, men bu yolu gedirem,ugrasmagin hec bir menasi yoxdur,Allah sevdiyi bendelerini ac ve mohtac qoymur.mutleq bir yol acilacaq sizin ucun de.Qenimet ve Azer beylerden incimeyin.onlarin "Azadliq"i hele ki var.amma AZADLIQlari yoxdur.

Kimdən: Azad İskəndərli Haradan: Bakı Şəhəri, Hüquq müdafi
02.11.2009 23:30
Mən Hüquq müdafiəçisiyəm.Mirzə Sakiti çox yaxşı tanıyıram.Münasibətim də çox gözəldir.Həbsxanada da bir yerde olmuşuq.Məni də bu hakimiyyət öz spesifik yöntəmləri ilə həbs etmişdi.Mən mat qalmışam bu işlərə.Qəniməti də çox gözəl tanıyıram.Axı Sakit qəzetin imicinə ləkə gətirən nə edir ki?Sakit şairdir bu qədər.Mənim aldığım məlumata görə Sakit hətta Azərə də söz verib ki, radikal şerlər yazmayacaq.Azər isə onu radikallıqda ittiham edirdi.O məsələ də həll olunmuşdu.İndi nə söhbətlərdir, mən mat qalmışam.Mən həbsdə olmuşam mən bilirəm həbs həyatı nə deməkdir.O boyda depressiyalar yaşayan bir adam, yəni Qənimət heç bir qərarı normal qəbul etmək iqtidarında deyil onu mən bilirəm.Qənimətin də adından istifadə edirlər.Yazıqlar olsun gülü qoyub başqa şeyi iyləyənlərə.Çox üzr istəyirəm millətimdən ifadəmə görə.ABSURD........

Kimdən: Taleh Haradan: Bakı
02.11.2009 21:44
mümkünsə hadisələrə belə isti-isti reaksiya verməyin.ən azından nələr olduğunu biz bilmirik.Arzu xanım,cəbhə haqqındakı fikirləriniz yanlışdır

Kimdən: Rövşən Haradan: Bakıdan
02.11.2009 21:16
Görünür Qənimət bu qərarı anlaqsız vəziyyətdə verib. Türmədə olan özü idarə olunur, onun hansısa təşkilatı, qəzeti içəridən idarə etməsi gülüncdür. Rəhmətlik Elçibəy də bir vaxtlar ölkəni və təşkilatı Kələkidən idarə edirdi. Sonda ölkə də, təşkilat da əldən getdi. Heyif ki, Qəniməti də belə qeyri-ciddi duruma gətirdilər. Təəssüf!
Cavab

Kimdən: aynur
09.11.2009 21:39
gulunc olan sen deyendi!! onun hersheyden coxda yaxsi xeberi var!!!
Cavab

Kimdən: Adsız Haradan: Yurdsuz
03.11.2009 01:05
Rövçən,Qənimət bəy bir daha, 2003-cü ildə olduğu kimi,qətiyyətini və müstəqilliyini ğöstərdi.
Ə.Elçibəyin ölkəni və təşkilatı Kələkidən idarə etməsinə kinayə edənlər Klivlentdən "idarə" edənin qarçisinda içi sən qarışıqq diz çökdülər.Bir az ağıllı
olmaq lazımdir.

Kimdən: Qadir Haradan: RATI
02.11.2009 19:02
Emin Huseynliden qorxduqunuzu bilmirdim...
Bele olmasaydi Mirze qovqasinin esil sebebini yazmaqdan cekinmezdiz...
Size hormetle,

Kimdən: Anonymous
02.11.2009 18:53
Mirze Sakit hec ruhdan dusmek lazim deyil. Esq olsun sizi!

Kimdən: Arzu
02.11.2009 18:20
Sizin CEHBE dediyiniz partiya budur? Siz hec oz icinizde ki, konfilikti hell ede bilmirsiniz, hakimiyyete gelseniz ne edeceksini?
Cavab

Kimdən: Anar
03.11.2009 09:45
Arzu xanim,
Cəbhə partiyası YAP kimi ailə, klan partiyası deyil. Burada münasibətlər o qədər səmimi və möhkəmdir ki, qardaş qardaşa yeri gələndə yerini göstərir.
Səhifə (3)
    Növbəti 

Oxuyan gərək...