Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:41

Cəmiyyət

Dezinfeksiya işləri bölgələrdəki məktəblərdə də aparılacaq

Şriftin ölçüsünü dəyiş - +
Bu gün Bakı, Gəncə və Sumqayıtda 6 günlük orta ümumtəhsil məktəblərində qrip və kəskin respirator xəstəliklərin yayılması əleyhinə birdəfəlik dezinfeksiya işləri aparılıb.

Bu barədə AzadlıqRadiosuna Gigiyena və Epidemiologiya mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib.

Onun sözlərinə görə, dezinfeksiya işlərində bromosept və xlor tərkibli digər dezinfeksiyaedici preparatlardan istifadə olunur. Vaqif Abdullayev deyir ki, bu vasitələr güclü preparatlar olduğu üçün uzun müddət öz təsirini saxlaya biləcək.

Vaqif Abdullayev deyir ki, dezinfeksiya işlərinin məktəbəqədər müəssisələrdə və digər idarələrdə, eləcə də bölgələrdə olan məktəblərdə də aparılması planlaşdırılır.

Dünən isə Bakı, Gəncə və Sumqayıtda tədrisi 5 günlük olan məktəblərdə dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya tədbirlərinin nəticəsi noyabrın 3-də məlum olacaq.

Orta məktəblərdə dezinfeksiya işləri Təhsil və Səhiyyə nazirlikləri, Gigiyena və Epidemiologiya mərkəzinin sərəncamı ilə aparılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Doktor Qalib Əliyev Haradan: Həkimlər assosiasiyas
01.11.2009 21:00
Azərbaycan Həkimlər Assosiasiyası (AHA)olaraq H1N1 virusunun( "donuz qripinin" ) yayılmasının qarısının alinması işində Səhiyyə Nazirliyinə uğurlar arzulayırlq.
Əhalinin diqqətinə çatdırırıq ki,bütün qriplər,o cümlədən H1N1virusu əsas etibarı ilə hava-damcı yolu ilə yayılır.Ona ğörədə fərdi və ictimaii təhlükəsizlik qaydalarına hər kəs tərəfindən riayət olunması əksepidemik tədbirlərin əsasını təşkil edir.Bunlar təmasların minumuma endirilməsi ( öpüşlü görüşlərdən imtna etmək,tünlüklərdən qaçmaq),ictimaii yerlərdə,nəqliyyatda qoruyucu maskalardan istifadə,əllərin tez-tez yuyulması,otaq havasının dəyişdirilməsi kimi sadə tədbirlərdir.
Nəzərə alınmalıdır ki,hazırda adi qrip və respirator infeksiyaların mövsumudur.Ona ğörə də,qrip əlamətlərini vahiməsiz qəbul etməklə yanaşı vaxtında həkimə müraciət etmək vacibdir.(poliklinikaya getmədən )Qrip əlamətləri olanların ailə üzvləri ilə təmaslardan qaçması yaxinlarını qoruyar.
Ətraflı məlumatlar assosiasiyanın www.ahaqht.org saytnda yerlləşdirələcək
ALLAH HƏR BİRİNİZİ QORUSUN .
Doktor Qalib Əliyev AHA-nın prezidenti