Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:45

Siyasət

Nalbandyan Türkiyənin Qarabağda güzəşt çağırışını rədd edir

Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağda yaxın vaxtlarda razılıq olacağına inanmır
x
Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağda yaxın vaxtlarda razılıq olacağına inanmır
Şriftin ölçüsünü dəyiş - +
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağda güzəştə getmək haqda Türkiyənin çağırışlarını rədd edir.

Türkiyə Ermənistanla münasibətlərin normallaşması müqabilində təklif edir ki, Ermənistan da Dağlıq Qarabağda güzəştə getsin. Ermənistan buna qətiyyən razı deyil.

Bunu «Reuters» Ermənistanın xarici işlər naziri Nalbandyanla müsahibə əsasında yazır.

NALBANDYAN «REUTERS»Ə NƏ DEYİB?

Xarici işlər naziri deyib ki, Türkiyə ilə Ermənistanın danışıqları artıq arxada qalıb. Nəticə budur ki, tərəflər tezliklə diplomatik münasibətlər qurmaq və sərhədləri açmaq haqda öhdəlik götürüblər.

Türkiyə liderləri isə deyirlər ki, Türkiyə parlamenti Ermənistanla imzalanmış protokolları təsdiq etməmişdən qabaq Dağlıq Qarabağ probleminin həllində tərəqqi görmək istəyir.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ sülh prosesi arasında əlaqənin olması fikrini rədd edən Nalbandyan deyib:

«Protokolları ratifikasiya etmək istəmiriksə, onları niyə imzalamışıq? Mən düşünürəm ki, beynəlxalq aləm sənədlərin tezliklə ratifikasiya olunacağını və razılaşmalara hörmət qoyulacağını gözləyir. Tərəflərdən biri protokolların təsdiqini yubatsa və ya əngəllər törətsə, neqativ nəticələrə görə bütün məsuliyyət həmin tərəfin üzərinə düşəcək».

«Reuters» yazır ki, regional güc mərkəzinə çevrilməkdə, Avropa Birliyinə üzv olmaqda Ermənistanla sərhədləri açmaq Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Ancaq Türkiyənin dostu Azərbaycan sərhədlərin açılmasına qəzəbli reaksiya verir.

Diplomatlar «Reuters»ə deyirlər ki, bütün bunlara görə Türkiyə Dağlıq Qarabağ sülh prosesində heç olmasa, kiçicik irəliləyiş axtarır.

SİYASİ DİNAMİT


«Reuters» yazır ki, Dağlıq Qarabağla Türkiyə-Ermənistan əlaqələrinin normallaşması arasında əlaqə Ermənistanda siyasi dinamitdir. Onsuz da ermənilərin böyük və nüfuzlu diasporu soyqırımı iddiası tanınmadan Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir.

Nalbandyan «Reuters»ə deyib ki, Dağlıq Qarabağ və Ermənistan-Türkiyə münasibətləri iki müxtəlif prosesdir:

«Bu, təkcə Ermənistanın mövqeyi deyil. Beynəlxalq ictimaiyyət də eyni fikirdədir».

«Danışıqlar qurtarıb» ifadəsini xüsusi vurğulayan Nalbandyan deyib:
«Türkiyə ilə danışıqlar fevralda qurtarıb».

«Reuters» yazır ki, təhlilçilər Türkiyənin öz ratifikasiya şərtində nə qədər möhkəm olması haqda qəti fikirdə deyillər. Ancaq aprel ayında ermənilər iddia etdikləri soyqırımın 95 illiyini keçirəcəklər. O vaxt Amerika prezidenti ənənəvi olaraq bəyanat verir. Aprelə kimi Türkiyə ratifikasiya etməsə, Türkiyəyə təzyiqlər artacaq.

YAXIN VAXTLARDA DAĞLIQ QARABAĞ ÜZRƏ RAZILIQ OLACAĞI CİDDİ SÖHBƏT DEYİL

«Reuters» Nalbandyandan onu da soruşub ki, Minsk Qrupu həmsədrlərinin dediyi kimi, Dağlıq Qarabağ sülh prosesində irəliləyiş varmı?

Nalbandyan yaxın vaxtlarda əhəmiyyətli irəliləyiş olacağı haqda söhbətləri rədd edib:

«Danışıqlarda pozitiv dinamika var. Ancaq bu o demək deyil ki, sabah, bir ay ərzində və ya qısa zamanda biz razılığa gələcəyik. Bu, ciddi deyil».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: sentyabr0356 Haradan: bakı
02.11.2009 02:14
şərh yazmaq imkanı gözəl bir şeydir. Ancaq görünmək və "mənim də fikrim var" xətrinə yazılan şərhlərı oxuyanda avtoritarizmin bəzi xüsusiyyətlərini təqdir etməli olursan. Çünki, düşünmədən, ağzına gələni , heç bir məsuliyyət hiss eləmədən yazanların şərhini oxuyanda başa düşürsən ki, demokratiya anlayışı daha çox avaraların silahına çevrilir. Bu isə dərin təəssüf hissi
P.S. - bekarçılıq söhbətini çayxanada eləsəniz, şərh üçün daha dəyərli fikir söyləyərsiniz.

Kimdən: Vətənpərvər Haradan: Yurdumdan
01.11.2009 10:43
Səərhədlər açilsa belə yenə bəhanə tapilacaq.məgər onlarin mənfur xislətini
tanimirsiniz? Onda kim ;genosid;- deyib milyonlarla yardim alacaq?Özümüzü aldatmayaq.

Kimdən: SUSHADAN Haradan: QARABAQDAN
31.10.2009 20:52
Azerbaycanin yolu Turkiyedir bizim dostumuz qardashimiz her sheyimiz Turkiyedi.Biz yalanci ara vuran bizi hec vaxt istemeyen ruslara sari yox ,bize qardash olan Turkiyeye sanri qetmeliyik.Bu gun ermeni rus bizi istemeyenler Azerbaycan-Turkiye qardashliqini pozmaq isteyir.Ona gore ki Azerbaycan Turkiyeden bir az arali dushen kimi ruslar ermenini bize sanri qaldiracaqlar.Biz birdefeliy basha dushmeliyik ermeni ruslarin elinde kloundu oyuncaqdi.Bizim yolumuz Turkiye muselman olkeleridi.Biz yalanci qerb olkelerine hec vaxt inanmamaliyiq.ALLAH butun muselmanlari qorusun.

Kimdən: ali turk
31.10.2009 19:01
Sarkisyan Karabağ ve Ermenistan- Türkiye ilişkilerinin iki farklı süreç olduğunu, bunun sadece Ermenistanın değil uluslararası kamuoyunun görüşü olduğunu söylüyor.
Doğrudur.
Ama aynı uluslararası kamuoyu Ermenistan'ın Azerbaycan topraklarını işgal etmiş olduğunu hem söylüyor, hem de buna bir son vermesini BM Güvenlik Konseyi kararı ile karara dönüştürmüş durumda.
Ermenistan bunun gereğini yapıyor mu? İşgalden vazgeçiyor mu? Vazgeçmiyor.
Ermenistanı yaptığı işten, toprak işgalinden vazgeçiremeyen uluslararası kamouyunun görüşüne Türkiye neden uymalıdır.
Ermenistanın dayanabildiği baskıya Türkiye dayanamayacak mıdır?
Tabii Türkiyenin protokollerden sonraki beyanlarından rahatsız oldular. Adım attılar ama sonuçlandıramadılar. Makul bir çerçeveye girinceye kadar rahatsızlıkları devam edecek. O çerçeve de Karabağ görüşmelerinde çizilecek.

Kimdən: azer Haradan: baki
31.10.2009 18:20
he dostlar artiq catmisiq.gorun digalar nece rahat-rahat danisirlar beynalxalq teskilatlarin adindan.dogurdan dogruya onlari mudafie edirler.alin buda size demokratik ve edaletli qerb olkeleri.bundanda boyuk edaletsizlik olarmi? yaxs-yaxsi fikirlesin hele ki gec deyil xiristiyan birliyi turkiyemi tekleyib indi turkiyem meydanda tek qalib.Allah sene yardimci olsun menim qelbimde azarbaycanimla eyni olan turkiyem.

Kimdən: Belasuvar Haradan: Qarabaqdan
31.10.2009 17:50
Biz hacan duz danishsaq desek ki QARABAQI ermeniler yox ruslar ishqal edib belke QARABAQDA bir ireleyish olsun.Duz danishmaq lazimdi bu danishiqlar hec ne vermir.Bu gun ki QARABIQIN danishiqlari ermeniye serf eden russiya franciya amerika aparir.Bu olkelerin meqsedi vaxti uzatmaq ve QARABAQI Azerbaycan milletinin yaddashindan silmekdi.Tesufler olsun bizim diplomatiya xarici ishler naziri Elmar Memedyarov ermeniye russiyaya fransaya amerikaya serf eden bir quvvedir.Hami bilir ki QARABAQ sovet ittifaqi daqilan vaxti bash verdi.Ovaxtlar Azerbaycan SNQ-e girmek istemirdi ,ruslar da Xalq cehbesinin vaxtinda rehmetliy Elcibeye deyirdiler SNQ-e girin yoxsa bir rayonuz da elden gedir. Azerbaycanin rayonlari QARABAQ ruslarin komeyi ile ermeni terefden ishqal olundu.Bu gun bizim diplomatyanin ucbatindan butun dunya ermenileri QARABAQ uqrunda azadliq uqrunda doyushen kimi taniyir,amma bizim diplomatiya dunyaya catdira bilmir ki QARABAQ Azerbaycan torpaqlari ermeni terefinden yox ruslar terefindeni ishal olunub.Men bu deqiqe cihish yolun danishiqlarda yox ishxal olunmush torpaqlari Gurcustan kimi butun dunyaya ishqal edilmish torpaqlar kimi elan etmeli .ermeniler le hec bir danishiqlar aparmamaq onsuz da russiya amerika franca muselman Azerbaycan olkesin yox xristian ermenini terefin saxlayacaqlar.Bir de ki bu hakimiyyetin vaxtinda QARABAQ meselesin bizim xeyrimize hell edilmeyine inanmiram.

Kimdən: izzet
31.10.2009 16:51
Turkiye neden boyle bir cagri yapiyor anlamak mumkun degil...Azerbaycanın karabagı almak gibi bir niyeti yokken biz neden kendimizi on cepheye suruyoruz.Baska cıkarlarımızın pesine dusmeliyiz.Cokları derki Karabagı AZeriler savasmadan verdi...Azerbaycanın gaz ortagı Rusya Karabagı kurtarsın...Zaten Ermenistanın patronu Rusyadır..

Kimdən: Q-z Haradan: Baki
31.10.2009 16:33
Heç vaxt ermənilər qarabağı sülh yolu ilə qaytaran deyillər. Silah gücünə işğal edilmiş torpaqların sülh yolu ilə qaytarılmasına bir misal göstərin. Tarixdə belə bir hadisə olmayıb. 31.10.09.
Cavab

Kimdən: ali turk
31.10.2009 17:41
İsrail 1967 savaşında ele geçirdiği Sina yarımadasını Mısır'a barış karşılığında 1979 yılında verdi.
Cavab

Kimdən: Anonymous
05.11.2009 19:22
Sinay yarimadasinin hepsi Misira verilmedi. Bir hissesi Misirde kaldi.

Toprak onu koruyanindir. Hal hazirda karabagh azeri topragi degildir.