Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:39

Rubrikalar / Təbriz Ekspress

İran azərbaycanlı alimin həbsini izah etmir

Azərbaycanının Xarici İşlər Nazirliyi hələ İrandan rəsmi açıqlama gözləyir
x
Azərbaycanının Xarici İşlər Nazirliyi hələ İrandan rəsmi açıqlama gözləyir
Şriftin ölçüsünü dəyiş - +
Azərbaycanın Xarici İşlər Nazirliyinə hələlik məlum deyil ki, İranda bir ildir ki, həbsdə saxlanılan azərbaycanlı alimin rəsmi ittihamı nədir. Nazirliyin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, Azərbaycan tərəfi bununla bağlı İrana dəfələrlə nota göndərib, amma İran tərəfdən heç bir cavab gəlməyib.

Lazer texnologiyaları üzrə tanınan fizik alimi Rəşid Əliyev 2006-2008-ci illərdə İranda «Sazan Electronics Industry company» şirkətində elmi fəaliyyətlə məşğul olub. Müqavilə müddəti bitəndən sonra o, şirkətdən ikinci dəfə iş təklifi alıb. İşlədiyi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun razılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə Rəşid Əliyev 2008-ci oktyabrın 5-də İrana gedib. Oktyabrın 6-da İrana gedəndən bir gün sonra saxlayıblar. Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir ki, alimi viza rejimini pozmaq ittihamı ilə saxlayıblar.

Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir ki, alimin ailə üzvlərinə də onunla görüşməyə də icazə verilmir.

KONSUL HƏBSDƏKİ ALİMLƏ GÖRÜŞÜB

Elxan Poluxov isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, ittihamın nədən ibarət olması hələ dəqiq deyil, çünki İran tərəfi bu barədə rəsmi notalara cavab vermir: «Azərbaycanın İrandakı konsulu bir neçə dəfə Rəşid Əliyevlə görüşüb. O, saxlanma şəraitindən narazı deyil. Konsul alimlə ailəsi arasında bir neçə dəfə telefon əlaqəsi də yaradıb».

Alimlə konsulun görüşünün nə vaxt keçirilməsinə gəlincə, nazirliyin sözçüsü bu haqda detallı məlumatının olmadığını bildirir.

Elxan Poluxov deyir ki, Azərbaycan tərəfi alimin məhkəməsinin nə vaxta təyin olunduğunu da bilmir: «Hələ ki, biz İran tərəfdən cavab gözləyirik».

İranın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna deyiblər ki, məsələ araşdırılır, bu haqda hələlik mətbuata deyiləcək yeni sözləri yoxdur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: alex
30.10.2009 15:22
Sag ol Aslan, cunki, gorurem senin ureyin yanir. Azerbaycanda alime baxmirlar ona gore ki, bir iki yaltag Inistutlari cixmag serti ile- Elmler Akademiyasinin hec bir inistutunda bugune geder Heyder Eliyevin neinki, bustunu hec sekilin bele asa bilmirler. Mehz bunun neticesidir ki, bu gun ki, igtidar alimleri dilenci kokune salib, amma inaniram ki, bu cox surmeyecek.

Kimdən: Ämirsah Haradan: Baki
30.10.2009 14:48
Xarici isler nazirinin müavini cox geribe cavab verir ki iran täräfi notamiza cavab vermeyib! Bu nä biyabirciligdi? Cänab Elmar Mämmädyarov onda sizden sorusmag isteyirem ki siz orda niye isteyirsiz?Israil dövläti bir äsgärini azad etmäkdän ötrü gördünüz nälär etdilär?Siz ise o cür tanimmis bir Alime yiyä cixa bilmirsiz!Mänim daha size sözüm yoxdu ay iktidar.Deyesen dogurdanda YAP hakimiyyäti istefaya getmälidir!!!!!!!

Kimdən: Xayal Haradan: Baki
30.10.2009 14:46

Men inanmiram ki, alimin saxlanilmasi viza ile elaqedar olsun.Ola biler onun muqavile bagladigi her hansi bir sirket ve.s ozel olub ve hokumetin prinsiplerine zidd islerle mesgul olurmus.Alim saxlanildiqdan sonra onun lazimli bir sexs oldugunu gorub ,lazerle elaqedar bir sahede oz meqsedleri ucun isletmek qerarina gelibler.

Kimdən: Alex
30.10.2009 13:55
Eger Iran Azerbaycan dovletinin notasina vcavab vermirse, onda bu dovlet onunla elageni kesir, sivil dunyada bu beledeir, amma bizim ki, Iran prezidentini tez bazar tebrik gonderir. cunki, ozude bu yolla secilib. O ki, galdi alimin taleyine, cox muemmalidir, ortada nese var, yoxsa hec kes hec kesi tutub saxlaya bilmez. mende alimem her yerde gezib dolasiram, hec gasimin ustunde gara var deyen yoxdur. Aman bizimkiler bilmesin yoxsa sabah menide ilisdirerler, men bunu blogorlere yaziram. neyse , bugun Iranda yasamag bizde yasamagdan cox yaxsidir, alim ucun, fikirlesirem alimimizin veziyeti orada hecde pis deyil. narahat olamga deymez

Kimdən: aslan Haradan: baki
30.10.2009 13:53
xaish edirem dovletimizden sahib cixsinlar dushunen beyinlere onlar bizim geleceyimizdir geleceyimizi mehv etmeyin