Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:09

Dünya

«Azərbaycan daha artıq qeyri-sabitliklə üzləşə bilər»

Rusiya iqtisadiyyatının nisbətən bərpası Moskvanın Avrasiyadakı mövqeyini canlandırıb
Şriftin ölçüsünü dəyiş - +
«ZORAKILIQ DAHA BÖYÜK MÜNAQİŞƏYƏ KEÇMƏYƏ İMKAN AXTARIR»

- Avrasiya regionu parçalanmaqda davam edir. Nə Rusiya, nə də Qərb bunun qarşısını ala bilir. Regionda qeyri-sabitliyin artmasının sübutu - 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi, Şimali Qafqazda terror hücumlarının yenidən baş qaldırması, Qərb qüvvələrinin Əfqanıstanda vəziyyəti sabitləşdirmək səylərinin iflasa uğraması, Mərkəzi Asiya rəhbərlərinin yerli klanları və narkotik ticarətçilərini cilovlaya bilməməsi, Ukrayna və Moldovada qanuni yolla seçilmiş hakimiyyətlərin iflic olmasıdır.

ABŞ-ın San-Fransisko Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Andrey Sıqankov belə deyir.

O hesab edir ki, zorakılıq yavaş-yavaş yayılır, daha böyük münaqişəyə keçməyə imkan axtarır. Trans-regional nəqliyyat marşrutları - Rusiyanın Ukrayna, Gürcüstan və Türkmənistanla münaqişəsinə görə tezliklə bağlana bilər.

Professor deyir ki, etiraf etmək lazımdır ki, Qərbin soyuq müharibədən sonra Avrasiyada sabitlik və təhlükəsizlik yaratmaq cəhdləri iflasa uğrayıb.

BJEZİNSKİNİN MƏSLƏHƏTİ


A.Sıqankov xatırladır ki, 90-cı illərin ortalarında amerikalı politoloq Zbiqnev Bjezinski məsləhət görmüşdü ki, ABŞ regionda yeni yaranmış dövlətlər üçün Rusiyanı əvəzləyən və müdafiə edən siyasət aparsın. Bir qədər tərəddüd edəndən sonra Birləşmiş Ştatlar və digər Qərb ölkələri bu məsləhəti həyata keçirdilər.

Buna baxmayaraq, Avrasiya sabitlik əldə etməyib və parçalanmaqda davam edir.

A.Sıqankov deyir ki, Vaşinqton və Brüsseldə bürokratlar anlamayıblar ki, onların regionda vəziyyəti sabitləşdirmək üçün resursu, istəyi və təcrübəsi çatışmır.

Professor əlavə edir ki, digər tərəfdən, Rusiya da Avrasiyada baş verənlərə öz töhfəsini verib. Sovet İttifaqının süqutu və sonradan Rusiyanın regiondan geri çəkilməsi bölgənin qeyri-sabitliyinə yol açıb.

«RUSİYANIN ROLUNU TANIMAQ LAZIMDIR»


Boris Yeltsindən sonrakı onillikdə Rusiya iqtisadiyyatının nisbətən bərpası Moskvanın Avrasiyadakı mövqeyini canlandırıb. Amma Rusiya regionda sülh və sabitliyə nail olmaq üçün ciddi cəhdlər göstərə bilməyib.

A.Sıqankov onu da deyir ki, Avrasiyanın dağılmasının qarşısını almaqda, regionun sabitliyinin qorunmasında Rusiyanın rolunu tanımaq lazımdır. Əgər bu ritorik deyil, təcrübədə də həyata keçirilərsə, bütün məsələlər aydınlaşa bilər. Enerji ehtiyatları daha etibarlı ola, Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr geniş legitimlik əldə edə, eyni zamanda dondurulmuş münaqişələrin isə daha yaxşı həll imkanları yarana bilər.

«AZƏRBAYCAN DAHA ARTIQ QEYRİ-SABİTLİKLƏ ÜZLƏŞƏ BİLƏR»

Professor hesab edir ki, Rusiyanın son addımları onun Qərbin müttəfiqi və mühüm güc dövləti kimi tanınmamasına cavabdır. Onun fikrincə, əgər Rusiya özünü Avrasiyada Qərb siyasətini əngəlləməyə həsr etsə, regionda qüvvələrin daha çox zəifləyəcəyini müşahidə etmək olar.

Gürcüstan kimi Ukrayna və Moldovanın da bütövlüyü pozula, Mərkəzi Asiya ilə Azərbaycan isə daha artıq qeyri-sabitliklə üzləşə bilər. Onun fikrincə, bu halda Rusiya da itki verəcək, təkmilləşmə prosesi isə sıradan çıxacaq. Qısası, region tanımaz şəklə düşə bilər .

«NEO-İMPERİALİST XULİQAN»


Digər mühüm amil isə enerji təhlükəsizliyidir. Professor Andrey Sıqankov deyir ki, Qərb və region ölkələri Rusiyaya ənənəvi Yaxın Şərq enerji mənbələrinə etibarlı alternativ kimi baxmalıdır. Öz qonşularının siyasətini pozmaq istəyən «neo-imperialist xuliqan» kimi yox.

Professorun fikrincə, bu, Qərb və postsovet ölkələri üçün daha yaxşıdır. Rusiyadan yan keçmək xatirinə «Nabucco» kəmərinə əlavə milyardlarla dollar investisiya yatırmaq cəhdləri pul və zamanın havaya sovrulması ola bilər. Bütün tərəflər üçün daha vacib ideya isə odur ki, Avrasiya ölkələri enerji təhlükəsizliyinin qəbul edilən qayda və prinsiplərini inkişaf etdirsinlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: İBRAHİM Haradan: Əslən Göyçədən
30.10.2009 15:20
Dərhal deyim ki, "Azadlıq" rus əskərlərinin o bədbin şəklinin yerinə elə Andrey Siqankovun öz şəklini də yerləşdirə bilərdi və bu zaman mövzunun mahiyyəti olduğu kimi qalacaqdı. Andrey Siqankov, dünya siyasəti və beynəlxalq məsələlər üzrə kifayət qədər dəyərli mütəxəssis olan Pavel Siqankovun oğludur. Ola bilsin ixtisaslaşdığı sahəyə dair atasından bir-iki - nə isə dadıb. Buna baxmayaraq bütövlükdə, yuxarıda qeyd edilənlərlə bağlı onunla razı deyiləm. Andrey Siqankov M. Lomonosov adına MDU-də namizədlik müdafiə etməsinə rəğmən, sonradan ABŞ-da yaşamasına və orada yenidən doktorluq müdafiəsi etməsinə baxmayaraq, Rusiyanın bəlli xarici siyasətindən savayı heç nə yeni bir şey söyləməyib. Onun dedikləri şablon PR-dır. Dünya düzümünün dərindən təhlilini aparmayıb. O, daha çox “Amerikanın səsi”-də ekspert kimi şıxış edir. Yüzminlərlə “sdandart” rusiyalı mütəxəssis kimi, Andrey Siqankov da ölkəsinin əsl problemlərini açıqlamır. Onun səsləndirdiyi fikirlər arasındakı əlaqələr tez-tez qırılır, ziddiyyətli mövqelər mövcuddur və bir müddətdən sonra biri-digərini təkzib edir. Onun-bunun “bostanına daş atdığına”, yaxşı olardı ki, Rusiyanı çökdürən daxili problemləri sadalayaydı və o problemlərin həlli yolları barədə fikir söyləyəydi. Andrey Siqankovun sözlərinə görə, amerikalıların 1/3-ü hələ də Rusiya haqqındakı təsəvvürləri “soyuq müharibə” dövründə olduğu kimidir və rus xalqı dedikdə “kommunizm; KQB; soyuq hava və mütəşəkkil cinayətkarlıq” kimi anlayışları xatırlayırlar.
Sual olunur: Andrey Siqankov, bəs bu düşüncəni dəyişmək üçün nələri etmək lazım deyil?

Kimdən: Aslan
30.10.2009 11:45
nese inandirici seslenmedi.

Kimdən: Millet Haradan: Narodxana
30.10.2009 09:50
Mene deniz verin ! .....

Kimdən: tahir Haradan: baki
30.10.2009 09:30
Azərbaycan daha artıq qeyri-sabitliklə üzləşə bilər»-deyən professor Andrey Sıqankovun. Nəyin əsasında bu fukrə gəlməsi maraq doğurur. Əvvəla ona görə ki. belə fikrə gəlməsinin müəyyən səbəbi olmalıdır. ikincisi ölkədaxili idarəçilikdə və müxalifət –iqtidar arasında gərginlik özünü göstərməlidir. Əfsuslar olsun ki. qeyd etdiyimiz şərtlərin heç biri yoxdur. Keçək şərtlərə: dünya iqtisadi böhranı Azərbaycanda özünü ancaq geniş vüsət almış tikinti sənayesində göstərsə də. başqa sahələrin - əsasən neftdən gələn gəlirlərin azalması. xalqın rifah halının yüksəlməsi ilə əlaqəsi olmadığından. Cəmiyyətdə qarşıdurma yaratmadı. Məlum məsələdir ki. neft gəlirləri və büdcəyə axan başqa gəlirlər ancaq yol və körpü tikintisinə. Xalqın istifadə edə bilmədiyi idman komplekslərinə. (çünki regionlarda gənclər qalmayıb. Attestat alan ya Bakıya. ya da Rusiyaya qaçır) xərclənir. İş yerlərinin olmaması və onların həqiqətən yaradılmamağı cəmiyyətə təsir verici qüvvə olan fəhlə sinfi formalaşmamış. ali məktəblərə qəbul korrupsiya və rüşvətə məruz qaldığından tələbə etirazlarını görmək qeyri-mümkün olmuşdur. Çünki ali məktəblərə qəbul olanların çox hissəsi. bura pul gücünə və yuxarıdakı “ daydayları” hesabına girənlərdir.
Bəs müxalifət? Aydındır ki. Azərbaycan cəmiyyəti bu problemləri ortaya çıxaran və həllini göstərən bu və ya digər siyasi qüvvənin arxasınca getməyə hazırdır. Çünki bu saat cəmiyyətdə bir adam tapılmaz ki. öz narazılığını bildirməsin. Əfsuslar olsun ki. belə bir müxalif qüvvə yoxdur. Müxalifət partiyaları bir-biri ilə mübarizədən başqa cəmiyyətə çıxış yolu göstərə bilmirlər. xalqın çəkiyi çətinlikləri. harınlaşmış İqtidar məmurların özbaşınalığının qabağını alan siyasi aksiyalar keçirmirlər. Dərin düşünəndə belə çıxır ki. iqtidarla – müxalifət arasında sülh sazişi vardır ki. bu da onların bir-birinə qarşı passiv mövqedədirlər..
Bütün bunlar Andrey Sıqankovun dediyi fikirləri alt-üst edir. Çünki Azərbaycan cəmiyyətində xalq qələbəyə aparan real qüvvə yoxdur ...

Kimdən: BOZQURD Haradan: TURAN
29.10.2009 23:43

Biz cox hadisələri görəcəyik, cox təəssüflər olsun ki bu iqtidardakılar
onları görməyəcək.

Kimdən: ZORGE Haradan: Riqa
29.10.2009 21:44
Tesufler olsun ki Azerbaycan hakimiyeti milletin sevmeyen bir hakimiyetdi.Bu gun hami bilir ki neftin qazin puluna Bakida ozlerine Sadam Huseyn kimi saraylar tiken coxhdu,amma milletine dinine hormet edenler azdi.Bu gun Azerbaycan hakimiyeti veteni yox onun nefti-qazi maraqlandirir.Kim bilir belke Qarabaqda neft qaz cixsaydi bu gun ki hakimiyyet belke de Qarabaqi coxdan almishdi.Amma tesufler olsun ki bu gunki hakimiyyet Londonda Parijde Berlinde ozlerine saraylar almaqla mesquldu.Yeqin ki onlar ozlerine xaricde yer etmekle , ALLAH gorsetmesin vetenin dar gununde qacacaqlar xaricde ki saraylarina.Hami bilir ki prezidentin bacisi Sevil Aliyeva Bakida yox Londonda yashayir eyer o Bakini Azerbaycani sevseydi elevetende qalardi .Bu gun Azerbaycan her vaxr her zaman ruslarin texribati ile rastlasha biler.Yeqin ki ruslar ikinci defe de ermeni kartindan istifade edeceyler ve bu variantda da Gurcustan kimi Yujnaya Osetiya varianti olacaq.Tesuffler olsun Azerbaycan ordusu kohne sovet ittifaqindan qalmish herbi-texnikalarla silahlanib ve yene de tesufler olsun Azerbaycanin ordusuna komey hec nedir .Yegin ki biz tezlikle bu hakimiyetin ic uzunu goreceyik.