Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:15

Siyasət

Davutoğlu – «Türkiyə Kissinceri?»

Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır
x
Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır
Şriftin ölçüsünü dəyiş - +
«New York Times» hələ 2005-ci ilin sentyabrında yazırdı ki, «əgər Türkiyə qonşularla və milli azlıqlarla siyasətdə yeni yol seçmək istəyirsə, buna ən yaxşı namizəd Əhməd Davutoğludur...»

...Bu yaxınlarda Türkiyədə televiziya verilişlərinin birinə ölkənin 6 keçmiş xarici işlər nazirini dəvət etmişdilər.

Həmin 6 sabiq nazir indiki xarici işlər naziri Əhməd Davutoğlunun fəaliyyətini 10 ballıq sistemdə 8 balla qiymətləndirdi.

Həmin 6 nəfərə hakim Ədalət və Kalkınma partiyasının qatı tənqidçiləri də daxil idi.

Əhməd Davutoğlunu baş nazir Rəcəb Teyyub Ərdoğan may ayında xarici işlər naziri təyin etsə də, son illər Türkiyənin xarici siyasətinin boz kardinalı məhz Baş nazirin müşaviri Davutoğlu hesab olunurdu.

Davuyoğlunu hətta bir vaxtlar Amerikanın xarici siyasətinin arxitektoru, keçmiş Dövlət Katibi Henri Kissincerlə müqayisə edib, ona «Türkiyə Kissinceri» deyirlər.

Maraqlıdır ki, Davutoğlunun özü bu müqayisəni sevmir.

51 yaşlı siyasi elmlər doktoru Davutoğlu AK partiyanın hakimiyyətə gələndən – 2002-ci ildən bəri apardığı xarici siyasətin memarıdır. Bu siyasətin əsasında «qonşularla sıfır problem» və Qərblə ənənəvi yaxşı əlaqələrin davamı durur.

NƏZƏRİYYƏDƏN PRAKTİKAYA

Türkiyənin Ermənistanla imzaladığı protokollar Davutoğlunun bir nazir kimi öz ideyalarını həyata keçirməsi hesab olunur.

O oxşar ideyanı 2008-ci ildə Suriya ilə İsrail arasında da həyata keçirmək istədi, ancaq ondan asılı olmayan səbəblərdən Davutoğlunun vasitəçilik etdiyi danışıqlar nəticə vermədi - Buş hökuməti həmin danışıqları soyuq qarşıladı.

Buş hökuməti Türkiyənin Cənubi Qafqazda fəallaşması ideyasına da dəstək verməmişdi.

«TÜRKİYƏ İNDİ RUSİYANIN, İRANIN TƏRƏFİNDƏDİR» (?!)

Türkiyənin Rusiya və İranla son vaxtlar həddən artıq yaxşı münasibətləri Qərbdə bir sıra suallar doğurur. Özü də bu yaxınlşama o vaxt baş verir ki, Türkiyənin baş naziri Ərdoğan Türkiyənin strateji müttəfiqi İsraili kəskin tənqid edir, Türkiyə İsraili öz hava hüdudlarında NATO təlimlərindən uzaqlaşdırır...

Bütün bunlar Vaşinqtonda və Avropada suallar doğurur ki, Türkiyə öz ənənəvi müttəfiqləri ilə münasibətlərinə yenidənmi baxır?

Amerikanın Enterprise İnstitut adlı təşkilatının təhlilçisi Michael Rubin İsrail-İran münasibətlərini təhlil edəndə yazır ki, «Türkiyə indi İranın tərəfindədir».

Türkiyə cümhuriyyəti 1923-cü ildən – qurulduğu gündən Qərblə münasibətləri möhkəmləndirmək yolunu tutub, eyni vaxtda onun qonşuları ilə yaxşı, ancaq real işbirliyinə çevrilməyən münasibətləri olub.

Davutoğlunun yeni strategiyası odur ki, «qonşularla sıfır problem» münasibətləri «qarşılıqlı maraqlara maksimum söykənən» münasibətlərə çevrilməlidir.

Vaşinqtonla nümunəvi münasibətlər isə qalır, Avropaya gəlincə, Davutoğlu hələ 10 il bundan qabaq yazdığı «Strateji dərinlik» kitabında hesab eləyirdi ki, «Türkiyə Avropa qitəsinin və mədəniyyətinin təbii hissəsidir».

Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır. Ancaq onun qonşularla yaxşı əlaqələr və Türkiyənin regionda getdikcə artan aparıcı rol oynaması ideyaları iqtisadi-siyasi reallıqlara əsaslanır.

Ərdoğan və Davutoğlunun ərəb ölkələri ilə yaxınlaşma siyasəti ərəb ölkələrindən milyardlarla dollar investisiya gətirib. Rusiya ilə yaxınlaşma Türkiyəni Qərblə Şərq arasında güclü enerji dəhlizinə çevirir.

DAVUTOĞLU SİYASƏTİNİN GƏLƏCƏYİ

Qərbdə bəziləri hesab edirlər ki, İran və Suriya kimi ölkələrlə «qarşılıqlı maraqlardan» çıxış eləmək sonda Türkiyədə Qərb dəyərlərinə zərbə vuracaq.
Türkiyənin özündə isə müxalifət hesab eləyir ki, Qərb dəyərlərini aradan qaldırmaq Ərdoğan hökumətinin elə məqsədidir.

Davutoğlu isə Türkiyənin xarici siyasətinin ana xəttinin dəyişməsi fikrini qəbul etmir. O deyir ki, sülhün və kooperasiyanın artdığı region Qərb üçün də, dünya üçün də əhəmiyyətlidir, Türkiyə burda unikal və müstəsna rolunu niyə oynamasın?
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azer Haradan: baki
01.11.2009 22:00
turkiye duzgun siyaset aparir.biz oz kecmismizi dana bilmerik.kecmismiz deyende bezileri gerilik basa dusur.gerbbutun elmi ve medeniyyeti bizden exz edib.qerb beynin dolduranlar bunu gormurler.ay edaletden danisanlar men qerble muttefiq olmaqcin dinimide kecmismide geyimimide deyismeliyem?corc bus islami terorcu radikal bir din kimi reklam etmek ucun yuz milyardlarnan pul xercleyib bunu balaca usaqda bilir.niye gore turkiye surya ve iranla dostluq etmemelidi axi onlar kime hucum edib?niye gore turkiye israil arasi pozulan kimi sesiniz cixir?axi israil esgerleri ermeniler kimi gunde usaq,qadin,qoca oldurur bes buna niye susursuz ey edalet axtranlar?qerbde buna komek edir.qerbi ve onu mudafye edenler dunyanin en edaletsiz insanlaridi.ALLAH sene yardimci olsu turkiye eger turkiye varsa azarbaycanda var turkiye yoxdursa azerbaycanida mehv edecekler.size ugurlar

Kimdən: ali turk
30.10.2009 15:41
Ahmet Davudoğlu Türkiye Cumhuriyetinin en etkili dışişleri bakanıdır.
2002-2009 arasında dış politika alanında ortaya konan ne var ise teorik kısmının tamamı, uygulamasınını bir kısmını icra eden kimsedir. Gül ve Erdoğan bu poltikaların temsil boyutunu bakan ve başbakan olarak yerine getirmişlerdir.
2003 körfez krizi ve tezkerenin reddedilmesinden doğan ABD ile krizin yönetilmesi ve nerede ise hasarsız atlatılması,
2003-2004 kıbrıs görüşmeleri süreci ve Annan planı ile Kıbrıs işgalciliği sıfatının Türkiye üzerinden kaldırılması,
2003-2007 arasında ABD nin Suriye ve Irak üzerinde askeri emellerinin bu ülkelerle ve Rusya ve AB gibi güçlerle doğrudan işbirliği içerisinde olarak uygulanma zemininin ortadan kaldırılması,
2005 sonrasında körfez açılımı yapılarak islam dünyası ve körfez ülkelerinde güvenin artırılması,
İKT genel sekreterliği ve BM Güvenlik konseyi geçici üyeliğinin elde edilmesi,
2006 da hükümeti düşürmeye yönelik olarak amerikancı ergenekoncular tarafından gerçekleştirilen Danıştay saldırısına paralel olarak borsa/döviz krizi ve ekonomik kriz çıkarma girişimlerinin önce seslendirdiğim güvenin aracı kılınarak petrolcü körfez ülkelerinden sağlanan mali destekle safdışı edilmesi,
bu sayede Amerikanın diktesine tabi yarı askeri siyasal iktidarlara (bakınız. 12 Eylülde Türkiyenin Egedeki haklarını elde etmeden Yunanistanın NATOya dönüşünün sağlanması ve 28 şubat sonrasında derinleştirilen İsrail ile işbirliği) yol açılmasının engelenmesi (bu iktidar laikler bakımından AKP li cumhurbaşkanını engelleyecekti, ABD bakımında ise iran saldırısına destek olarak kullanılacaktı),
Bu hamlelerin yetersiz kalması ile 2007 den sonra PKK ya karşı askeri mücadelede ABD'nin Türkiye'ye destek vermek zorunda kalması,
ABD'nin 2003 sonrasında kuzey Irak ve güneydoğuda kurmayı planladığı kendisine tam bağımlı kürt devleti hayallerinden vazgeçmek zorunda kalması,
gibi dış politik olayların odağında Ahmet Davudoğlu vardı.
Dış politika ve diploması uzun soluklu bir oyundur. Atatürk bu oyunu ömrü yettiğince oynamıştır. Lozanın misakı milli bakımından iki problemli noktasından Kusul ve Kerkük meselesinde Şeyh Saidin katkısı ile ingilizlere karşı bu oyunu kaybetmiş, Hatay meselesinde Fransızlara karşı kazanmıştır ama bunun için 14 yıl beklemeyi bilmiştir, cihan harbi çıkmadan halletmeyi de kendine bir borç bilmiştir.
Atatatürk'ü meydanlardaki heykeller olarak hatırlayanlar; gelen 2. dünya savaşına engel olmak, hiç olmazsa sınırlarımızdan uzak tutmak amacı ile onun balkanlarda Anadoluyu işgal eden yunanlılar dahil olmakla barış arayışında olmasını anlayamazlar, aynı şekilde İran Afganistan ve Irakta istikrarı aramasını da anlayamazlar, aynı şekilde arap ülkelerinden gelen bir kısım aydınların başlarına açılan oyunlardan ayılarak Türkiye ile birleşme tekliflerine "birleşmek için önce milli devletleri tesis etmek gerekir, sizler sağlam milli devletler oluşturunuz, gerekirse gelecekte bu yola da gidilebilir" içeriğindeki cevabını da anlayamazlar, filistine yahudi yerleşimini engellemeye çalışan kudüs müftüsü hacı emin el hüseyniye verdiği desteği de anlayamazlar.
Kökten israilci Rubinin şerhi siyasi şerh değil olsa olsa kabbalistik şerhtir.
Türkiye iki kutuplu dünyada komşuları ile gerilen problemlerini onarma politikası gütmektedir. Hiç kimse şüphe etmemelidir ki bu Türkiyenin poltikasıdır, Türkiye için ve Türkiyenin yararına üretilmektedir. İsrailin ve Rubin gibilerinin işine gelmeyebilir, çünki batılı değerler kılıf altında yedeklerinde gördükleri Türkiye, bölge ülkelerini yedeğine almış, eskiden sadece üzüntülerini bildirdiği meselelerde İsrail'e sert çıkmaya başlamıştır.
Batılı değerler meselesinin aslı budur.

Kimdən: Abdulla Haradan: Baki
30.10.2009 09:47
Deyesen bu Erdogan turk milletinin shanli tarixinden behrelenib yeniden yashadacaq.Helelik gedishat ugurlar ved edir.Haqq ve edalet pozulmasa Allah bunu nesib eder

Kimdən: Huner Haradan: Rusya
29.10.2009 20:35
Qerbin deyerlei?
Bu suala cavab axrarsaniz,bu deyerlerin maddi ve menevi baximdan,OSMANLININ talan olundugu dönemde,bizden ogurlanan servetlerin ve bizim menevi kültürümüzden götürdükleridir.
Qerbin demokratiya cagriwlari,timsahin göz yawi tökmesine benzeyir.
Demokratiya adiyla qerb hansi cinayet qalmayib ki,etmesin?
21-ci esrin ideologiyasi ISLAMI EDALET ideologiyasidir.
Yalniz EDALET olan yerde,sülh,xow güzeran ve emin-amanliq ola biler.
Türkiyedeki bu günkü iqtidarin apardigi siyaset,bir-cox baximdan mehz edalet anlayiwinin temelinde uygulanir.
UGURLAR!!!

Kimdən: Mesum Haradan: bu dünya
29.10.2009 18:39
Davutoglu bizi 500 il evvele qaytarir.Tebrik edirem TC nin Iran,Suriya yaxinlasmasini.Kissincer hara Davutoglu hara.Davutoglunun missiyasi qardasi qardasa qovusdurmaq güclü Türkiye yaratmaqdir.Kisincerin hiyleleri bura uygun gelmir