Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:32

Bloqlar / Hüseynbala Səlimov

Bələdiyyə seçkisi kimdən asılıdır?

Prezident İlham Əliyev 18 mart referendumunda səs verir
Şriftin ölçüsünü dəyiş - +
Bu il Azərbaycanda daha bir seçki keçiriləcək. İndi söhbət yerli özünüidarə orqanlarına – bələdiyyələrə seçkidən keçir. Ümumi seçki praktikası fonunda bələdiyyələrə seçkinin hansısa mənada əlahiddə mahiyyət kəsb etdiyini, bu seçkilərdə əlahiddə nəticələr əldə edəcəyini güman etmək yersizdir. Hər şey statik qadağaların çərçivəsində baş verir və bu dəfə də belə olacaq.

BƏLƏDİYYƏLƏR AZƏRBAYCAN GERÇƏKLİYİNDƏ


Bəlkə də hansısa başqa siyasi rejimdə aşağı səviyyəli seçkilərdə «vintlərin» boşalmasını güman etmək olardı. Amma indiki siyasi rejim bunu fərz etməyə imkan vermir. Ona görə də məsələni iki hissəyə bölmək olar. İndiki şəraitdə bələdiyyələr və onlara keçirilən seçkilər.

Ötən müddət ərzində bələdiyyələr bir struktur kimi populyarlaşa bilmədi. Hələ də onlara sadəcə Avropa Şurasının tələbi ilə yaradılmış təsisat kimi baxırlar. Bunun səbəbi onda deyil ki, bütün digər strukturlar kimi bələdiyyə orqanlarına da seçkilər saxtalaşdırılır. Məsələ təkcə bunda deyil. Problem ondadır ki, ölkədə Konstitusiyaya iki dəfə dəyişiklik edilsə də bələdiyyələr yada düşmədi, heç kim bu orqanların səlahiyyətlərini genişləndirmək haqda fikirləşmədi. Halbuki əvvəllər belə güman edilirdi ki, tədricən yerlərdəki icra hakimiyyətlərinin səlahiyyəti azaldılacaq və bu funksiyalar bələdiyyələrə veriləcək. Ancaq belə olmadı. İndi gülünc vəziyyət yaranıb. Hamı Bakı icra hakimiyyətinin başçısını «mer» adlandırır, amma unudulur ki, sonuncu seçkili institutdur, Azərbaycanda isə belə institut hələ formalaşmayıb.

Bələdiyyələrə gəldikdə isə hamı onlara torpaq alveri ilə məşğul olan bir orqan kimi baxır. Xalq üçün bu orqan izafi vergi aparatıdır. Vergi isə nəinki bütün Azərbaycanda, hətta dünyada bir o qədər də xoşagələn fenomen deyil.

Mövcud statusuna görə bələdiyyələr yerli icra orqanlarının hüquqsuz əlavələridir. Prezident administrasiyası Milli Məclisi öz əlavəsinə çevirdiyi kimi yerli icra orqanları da bələdiyyələri öz əlavəsinə çevirib. Təsadüfi deyil bələdiyyə seçkilərinin taleyi yerli icra orqanları səviyyəsində həll edilir.

Böyük strukturlar bu məsələ ilə demək olar ki, məşğul olmur, sadəcə lazımi direktivləri formalaşdırırlar.

Bütün bunların fonunda bələdiyyə seçkiləri necə görünür?

XALQ ÖZÜNÜ İDARƏ ETMƏK İSTƏYİRMİ?

Sözsüz ki, istəyir. Amma təkcə istək azdır. Hətta mövcud reallıqlar fonunda belə bu istək azalmır. Əgər yerli özünüidarəetmə hərəkatı genişlənsəydi, bu, bələdiyyələrin funksiyalarının çoxalmasına səbəb ola bilərdi. Amma ölkədə elə bir vəziyyət yaranıb ki, heç bir ideya, hətta yerli özünüidarəetmə ideyası da kütləviləşə bilmir. Ölkə prezident administrasiyasının başçısının böyük həcmli məqalələri ilə idarə olunur! Belə halda hər hansı demokratik dalğa haqqında düşünmək olarmı?..

İndiki seçkiyə gəldikdə isə cəmiyyətin reaksiyasını iki hissəyə bölmək olar: passiv və aktiv. Passiv iştirak seçkidə səs verəcək adamların ovqatının şərti işarəsidir. Aktiv iştirak isə hansısa bələdiyyə strukturuna seçilmək istəyən adamlara aiddir. Aktiv iştirakçılar sarıdan nə qədər təəccüblü olsa da problem yoxdur. Artıq 20700 nəfərdən çox adam müvafiq seçki orqanlarına müraciət edib. Bu ədəd hələ artmaqda davam edir. İlk baxışda çox böyük ədəddir. Amma nə faydası var ki? Onsuz da bələdiyyələrə seçiləcək adamlar yerli icra orqanları tərəfindən əvvəlcədən müəyyən edilir, adamlara isə sadəcə özünü sınamaq qalır. Elə bu səbəbdən aktiv iştirakçıların çoxluğu passiv iştirakçıları fəallaşdıra, seçkiyə dinamik məzmun verməyə imkan vermir.

NİYƏ SAAKAŞVİLİ EFFEKTİ YARANMIR?

Məlum olduğu kimi Gürcüstan prezidenti Mixail Saakaşvili böyük siyasətə gələndə bələdiyyə başçısı idi. Azərbaycanda niyə belə effekt təkrarlanmır?

Burada da zahirən hər şey qaydasındadır. Formal olaraq artıq 20-yə yaxın partiya seçkidə iştirak etmək üçün müvafiq təsisatlara müraciət edib. Amma bunların hamısı bir başçısından və siyahısından başqa heç nəyi olmayan xırda partiyalardır. Əsas müxalifət partiyaları hələ gözləmə mövqeyindədirlər. Seçkiyə blok şəklində getmək alınmadı. Fərdi qaydada iştirak haqqında da hələ bir soraq yoxdur.

Bir detalı da qeyd etmək lazımdır ki, müxalifətdə özündən razılıq sindromu var. Sanki bu liderlər ancaq prezident olmaq üçün siyasi fəaliyyətə başlayıblar. Digər strukturlara seçkilər onları maraqlandırmır. Amma bu yanlış siyasətdir. Həqiqi demokrat imkan daxilində bütün fürsətlərdən istifadə etməlidir ki, cəmiyyətdə bir tərpəniş yaransın. Aqil insanlar demişkən: demokrat olmaq üçün qul olmamağı arzulamaq azdır, gərək ağa olmamağı da arzulayasan...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: xazar Haradan: Baki
05.11.2009 18:14
Ey ehali siz neden danisirsiniz/ men de ele bilirdim seçkiler artiq qurtarıb. Çünki Merdekanda Belediyye sedri yerinde oturub və artıq üzvləri teyin etmeye başlayıb.)))))

Kimdən: rovshen Haradan: baki
05.11.2009 17:25
Qardashlar belediyye hamiya lazimdi xalqa elelxusus amma indiki belediyye yox.
Belediyeye kimin pulu varsa (beledeyiden asili olaraq qiymet deyishir 1000manardan 100000 manat kimi deyishir) o sechilir ve ayrilan pullarda eyni aqibetdedir

Kimdən: Xayal Haradan: Baki
01.11.2009 11:18

Satiraci M.Zadornov demisken ,memurlardan pulu ancaq cerrahlar ,ozu de anesteziyanin altinda ala biler.
Belediyye fondu yaradilsa bele,o vesaitlerin tam xalqin rifahinin yaxsilasdirilmasina serf edileceyi gun hele cox uzaqdadir.

Kimdən: İlham Məmmədli Haradan: Sumqayıt
29.10.2009 20:54
Hesab edirəm ki,H Səlimov mövcud olmayan "fürsətdən"DANIŞIR,Müxalifət liderlərini qınamaq bu baxımdan ədalətli deyil.Qazanılan təcrübəni və qısa müddətli olsa da xalqla ünsiyyət imkanını nəzərə almasaq,mövcud şərtlər altında hər hansı bir seçkidə iştirak siyasi "Don Kexot"luqdan başqa bir şey deyil.
Seçki məntəqələrində baş verən eybəcərlikləri (qanunsuzluq -o söz deyil) görəndə hər dəfə düşünürsən ki,yetər, bu sonuncu dəfədir,Özünə az çox hörmət edən hər kəs bu"mənzərənin" təkrar şahidi olmağa razı olmaz.Bu səbəbdən də seçkidə iştiraka qərar verən müxalifət rəhbərliyini necə adlandırmaq lazımdır bilmirəm, amma,bu qərarla razılaşaraq MnSK-ya müşahidəçi (bildiyiniz kimi başqa təmsilçilik imkanı yoxdur) kimi gedənləri əsil FƏDAKAR adlandırardım.

Kimdən: men Haradan: Baki
29.10.2009 17:09
Xalqa belediyye lazim deyil !!!

Kimdən: Q! Haradan: Q*
29.10.2009 16:47


Mən təkcə özümə inanıram.....
Cavab

Kimdən: Q! Haradan: Q*
30.10.2009 12:10


Mən igid qızam......

Kimdən: Eldar Haradan: Rusiya
29.10.2009 15:38
Ümumiyyətlə Azərbaycanda əhalinin 90-%nin Bələdiyyənin səlahiyyət və vəzifələrindən məlumatı yoxdur. Bu mənada əhali bələdiyyədən tam öz vəzifəsini icra etməsini tələb etmir və seçkiyə inanmadığı üçün seçkidə də iştirak etmir. Belə olan halda hakimiyyət seçki qutusundan istədiyi nəticəni çıxarır. Müxalifətinin də əhalini təlimatlandırmaq istiqamətində fəaliyyəti çox zəifdir. Bələdiyyə sədri rüşvətlə seçildiyi heç kəsə sirr deyil. Rüşvətlə seçilən sədr isə fəaliyyətə başladığı andan verdiyi pulun geri qayitma mənbələrini və əlavə qazanc yollarını axtarmaqla məşğul olduğundan əsas vəzifə borcu yadından çıxır. Eh BURASI AZƏRBAYCANDIR.