Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Təhsil qanunu dəyişdirilsin!

«Müəllimlərin kommunal, mənzil, tibbi xidmət güzəştləri olmalı idi»

«Müəllimlərin kommunal, mənzil, tibbi xidmət güzəştləri olmalı idi»

26.10.2009
Milli Məclis «Təhsil haqqında» yeni qanunu az qala 15 illik müzakirələrdən sonra qəbul edib, amma bəzi yerli qeyri-hökumət təşkilatlarının ekspertləri qanundan narazıdırlar və sənəddə xeyli boşluqlar tapıblar.

«AZƏRBAYCAN MÜƏLLİMİ XƏSTƏDİR»

Bakı Təhsil Məlumat Mərkəzi Fondu yerli ekspertlərlə bir yerdə təhsil qanununu analiz edib, layihənin eksperti Etibar Əliyevə görə, bu qanunda ən ciddi problemlərdən biri də budur ki, müəllimlərin sosial müdafiəsini nəzərə almayıblar, halbuki, həftədə 12 saat dərs deyən 20 illik Azərbaycan müəlliminin aylıq maaşı heç 150 manata çatmır, 143 manatdır. Türkiyədə müəllimlərin əməkhaqqı bundan 17 dəfə çoxdur:

«Müəllimlərin kommunal, mənzil, tibbi xidmət güzəştləri olmalı idi.

Bu gün Azərbaycan müəllimlərinin böyük əksəriyyəti ya hipertoniya, ya da şəkər xəstəsidir, bu da onları həyat səviyyəsinin pis olması ilə bağlıdır».

AZƏRBAYCANDA ALİM OLMAQ ÇƏTİNDİR...


Etibar Əliyev
Ekspertlər deputatlara məsləhət görürlər ki, «elmlər doktoru» elmi dərəcəsinin verilməsində iki pilləli sistemi aradan qaldırsınlar, deyirlər ki, əksər ölkələrdə «doktor» olmaq istəyənlər namizədlikdən sonra bir dəfə elmi iş müdafiə edirlər, Azərbaycanda iki dəfə.

AZƏRBAYCAN UNİVERSİTETLƏRİ NECƏ TƏHSİL VERİR, YOXLAYAN VARMI?


Dünyanın 100 ən nüfuzlu universitetinin arasında Azərbaycan universitetlərinin adı niyə yoxdur? «Təhsil haqqında» qanunu analiz edən ekspertlər deyirlər ki, beynəlxalq reytinq bir tərəfə, heç yerli səviyyədə maraqlanan yoxdur ki, universitetlər necə təhsil verir. Ona görə də ekspertlər təklif edirlər ki, qanunda təhsilin qiymətləndirilməsi üçün müstəqil qurumlar yaransın. Beynəlxalq səviyyədə qiymətləndirmə üçün isə universitetlər beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlıq edib, akkreditasiyadan keçməlidirlər.

Mütəxəssislərə görə, bu məsələ qanunda öhdəlik kimi qoyulmalıdır ki, rektorlar buna barmaqarası yanaşmasınlar.

Vurğun Əyyub
Bakı Təhsil Məlumat Mərkəzi Fondunun bu layihəsinin koordinatoru Vurğun Əyyub deyir ki, təhlili parlamentə göndərəcəklər və ümid edirlər ki, qanun dəyişəcək.

PARLAMENTİN TƏHSİL KOMİTƏSİ NƏ DEYİR?


Amma ekspertlər onu da əlavə edirlər ki, parlament indiyə kimi təhsil sahəsində işləyən ictimai təşkilatların bir təklifini belə qəbul etməyib.

Parlamentin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev isə deyir ki, onlar ictimai təşkilatların fikrini həmişə nəzərə alıblar.

İradlara gəlincə, Hacıyev deyir ki, müəllimlərin sosial müdafiəsi qanunda nəzərdə tutulub, beynəlxalq reytinqin müəyyənləşməsi isə universitetlərin daxili işidir. Deputat deyir ki, bunu məcburi etməyə ehtiyac yoxdur, yerli akkreditasiyaya gəlincə isə:

«Ali təhsil haqqında qanunda ayrıca göstəriləcək ki, bu ictimai nəzarət mexanizm necə təşkil olunacaq və necə fəaliyyət göstərəcək. İndiki təhsil qanunu ancaq çərçivə qanunudur».

Şəmsəddin Hacıyev deyir ki, bütün hallarda qanuna yerli qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərdən keçirəcəklər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Shams Şəhər: dunyadan
27.10.2009 18:45
5 yasimdan "Saudi schools in Moscow"da arab dilinde tehsil aliram.oxudugum mektebi bitirdiyimde ali tehsilimi Bakida davam etdirmek isteyirem.bilmek isterdim ki,men hansi qaydalarla imtahah vermeliyem? Azerbaycan dersliklerinden ders oxumadigima gore azerbaycanlilarla birlikde testle imtahan vere bilmerem,xaricilerle birlikde imtahan verib ali mektebe daxil olmagima ise esitdiyime gore azerbaycan vetendasi olduguma gore icaze yoxdur.tehsilimi artiq xarici dovletde davam etdirmek istemirem,Men Azerbaycanda nece ali tehsil ala bilerem?
Cavab

Kimdən: "RESULZADE" Şəhər: Yiyesiz, virane Kralliq
29.10.2009 00:46
Qardash mence hami menim fikrime destek verecek sen en yaxshisi ele yashadighin xarici yerde tehsil al, inan ki bu gun imkan verseler deseler ki kim isteyir xaricde tehsil almaq ekser oxuyan biliyine guvene telebeler he cavabi verer. Yene de ozun bir daha fikirlesh
Cavab

Kimdən: kazim Şəhər: nis
28.10.2009 23:59
Ozunuze yaziginiz gelsin...
Cavab

Kimdən: Gelme
28.10.2009 02:10
Amandı, nece edirsense et buralara gelme. İndiden sene xeberdar etdik.

Kimdən: Nadir Şəhər: Bakı
27.10.2009 18:30
On beş il camaatın başının altına yastıq qoydular ki, darıxmayın mükəmməl bir təhsil qanunu qəbul edəcəyik. İndi də deyirlər, qəbul etdiyimiz çərçivə sənədidir, orta və ali təhsil haqqında ayrıca qanunlar qəbul olunacaq. Maraqlıdır, onda bu çərçivə zəhrimar bizim nəyimizə lazımdır? Əgər bir çərçivəyə ki, naziri salmaq olmur, onun olmaması daha yaxşı deyilmi?..

Kimdən: Out_of_Space Şəhər: Baki
27.10.2009 13:50
Tehsile bu qeder pul ayrilir, amma ki, tehsil sistemimiz 0-dir

Kimdən: Yetimlər ittifaqı Şəhər: London
27.10.2009 10:32
Sizə elə boş-boş danışmaq qalır.Mənim bu millətə yazığım gəlir.

Kimdən: Savadsiz Şəhər: Azerbaycan
27.10.2009 01:12
Azerbaycanin inkishafi tehsil qanununun mukemmelliyinden asilidir, bu aksiomadir. Muellimlerin maashi en azi 1000 manat olmalidir.
Ancaq bu zaman hami muellim olmaga chalishacaq (bundan qorxmayin ay MEMURLAR, bele olan halda muellimler arasinda guclu reqabet olacaq yekunda Xalq qazanacaq).
Butun mektebleri muellim adina layiq olmayan alverchilerden ve savadsizlardan temizlemek lazimdir. Bunun bir yolu var tehsil kanali TV achilmalidir (hemin kanala esl mutexessisler celb edilmelidir, yuksek maashla). Butun muellimler mutexessisler terefinden canli yayimda imtahan edilmelidir (her gun 1 mektebin muellimleri). Hemchinin universitetleri bitiren mezunlar da canli yayimda mutexessislerin imtahanindan kechmelidir, sonra onlara diplom verilmelidir. Eger 1-ci defe imtahan vere bilmese her 6 aydan bir ona yeniden imtahan vermek shansi verilmelidir (bu yolla Universitetlerin tehsil verme qabiliyyetini Xalq gorecek). Yazdigim kimi hamisi canli yayimda olmalidir. Yoxsa hamimiz bilirik ki, rushvet ve ya tanishliq hesabina mektebler savadsiz muellimlerle doludur ve yene de dolacaq. Bunun qarshisini almaq qeyri mumkundur. Qeyd etdiyim kimi, bunun ancaq 1 yol var muellimlerin hamisi canli yayimda xalqin qarshisinda imtahan vermelidir. Deyeceksiz bu mentiqsizdir, onlarin diplomu var. Men de raziyam, eger heqiqeten de o diploma layiqdirse ozunu xalqin qarshisinda subut etsin. Heqiqi bilikli muellim hech bir imtahandan qorxmaz.

NETICE. Tehsil TV achilmali, butun muellimler orada canli yayimda Xalqin gozunun qarshisinda imtahan vermeli, sonra mektebe buraxilmalidir.

Belke hansinizsa daha mutereqqi teklif vere biler. Buyurun fikrinizi yazin. Nece etmek olar ki, Azerbaycanda tehsilin seviyyesi yukselsin?

PS. Qanuna ne yazirsan yaz icra olunmursa o qanun deyil!
Cavab

Kimdən: Savadsıza cavab
27.10.2009 02:12
Ay Savadsiz ne savadsız-savadsız sözler yazırsan? Yox bir, prezident de oturub diplom imtahanlarına baxacaq, tehsil TV olsun. Camaatın işi-gücü qurtarıb imtahanı izleyecekler. Bu televiziyanın pulunu da sonra bizim cibimizden tutacaqlar.
Cavab

Kimdən: Savadsiz-2 Şəhər: Azerbaycan
29.10.2009 05:10
Savadsiza cavab yazan beli men savadsizam. Sen agilli ol bir mutereqqi teklif ver ki, tehsil sisteminde rushvete son qoyulsun ve inkishaf olsun.

Yazdigina bax ,,Camaatın işi-gücü qurtarıb imtahanı izleyecekler,,

1-ci camahatin adindan danishma!

2-ci belke camahat yenilik isteyir? onlari bosh eylenceli TV-ler bezdirib?

3-cu yazdigimi diqqetle oxu men yazmishdim ki, hemin TV-lere mutexessisler (yaltaqlar, girdirme alimler, muellimler yox ha!) celb olunsun.

4-cu cibindeki pulu tehsile xerclemek istemirsense bu Senin nece de ,,agilli,, insan oldugunu gosterir!

5-ci bir azca fikirlesh, chetindirse 1-ce gece yatma elmle meshqul ol.

PS. Ele teklif ver ki, qonshun, qardashin, emin, dayin, dostun Sene deyende ki, menim ushagima bir ,,3,, qiymeti yaz. Sen ona deye bilesen ki, rusvay olaram. Bax men deyen TV olsa onda onlarin hech biri Sene bu alchaldici teklifi (xahishi, belke de pullu hormeti) etmez!
Buyur yene de iradini bildir!

Kimdən: kengerli
27.10.2009 00:58
nezerinize catdirmaq isteyirem ki,biz Osmanli esareti alinda olanda hec bele zlumde olmamishiq beleki Zehni emekle meshqul olanlardan vergi tutulmazdi indi bezi imtiyazlar o yana dursun ......Rasim qardash menimbashim qarnima calaq olunubsa men nece yuksek kefiyyetden danisha bilerem.eger sovet dovrunde muellime yemiyen icmeyen bir ilahi kimi baxirdilarsa indi muellimi dolanishiq ucbatindan her yerde gormek olur bazardan tutmush ..................... qeder

Kimdən: Natiq Şəhər: Baki
26.10.2009 22:55
Təhsil haqqinda qəbul edilmiş qanun əslində "sovet tullantıları" ndan savayı bir şey deyildir....Bu qanunda əksini tapmayan hələ çox qanunlar olmalıydı..Amma nə təəssüf ki. bunlar olmadı...nə bilim deuirlər biz "sürətlə" inkişaf edirik 15 il civarında qəbul olunan qanunun özü ilə problemdən başqa bir şey bizə bəxş etmədi..İndi yenə deyəcəklər ki, biz nəyi qəbul ediriksə xalq bunula razılaşmaq istəmir....Məgər xalqın dediyi ilə oturub duran var ki??
Susqun ziyalılar bir də ki qanunu pozan qanunlar....

Kimdən: Rasim Şəhər: ticaret merkezi
26.10.2009 20:54
Yene de muzakireler muellimlerin maashindan gedir, tehsil ve tehsildeki "nedorobotkalar" qaldi bir kenarda. olsun, onlarin da maashi yaxshi olsun, polislerin de, amma kinoda deyilen kimi "... AY ANA , MILLETIME QURBAN OLUM, AMMA SIZ DE BIR MILLET OLUN DA, NE OLAR? Maash ne olmaqindan asili olmayaraq tehsil yuksek seviyyede olmalidir! Neinki tehsil her bir sahe. Bele cixir 41-45 muharibesinde tehsil 0- veziyyetde olmaliydi. Vurqun muellim size boyuk hormetim var, amma bu TEHSILI vanishle mohkem yumaq, temizlemek lazimdir!