Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:24

Verilişlər / 14-24

«Gənclərin bilik səviyyəsi kəskin şəkildə aşağı düşüb»

Seymur Teymurov və Emin Yasinov

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Azərbaycanda intellektual oyunlara maraq eyfariya səviyyəsindədir. Bu fikir AzadlıqRadiosunun «14-24» proqramında «Xəzər» İntellektual Klubunun rəhbəri Seymur Teymurov və intellektual oyunçulardan Emin Yasinovun müzakirəsində səsləndi.

«Xəzər» İntellektual Klubu 9 ildir fəaliyyət göstərir. Klubun rəhbəri deyir ki, gənclər ilk mərhələdə kluba adi maraqdan ötrü gəlirlər. Ancaq sonra təbii seçmə baş verir: heç də hamı sonadək qalıb bu oyunlarda iştirak edə bilmir. O bunu gənclərin bilik səviyyəsilə əlaqələndirir:

«Biz hiss edirik ki, son illər bizə qoşulan insanlar əvvəlki illərdəki gənclərdən qat-qat zəifdir. Bu illər ərzində ildən-ilə təhsil səviyyəsi, gənclərin bilik səviyyəsi kəskin şəkildə aşağı düşüb və bu tendensiya davam etməkdədir. Biz hələ müsbət heç nə görmürük. Bakı Dövlət Universitetinin çox nüfuzlu bir fakültəsində keçirilən yarışda 36 sualdan cəmi 17-18 düzgün cavab alırıqsa, eyni suallara biz Bakı məktəblilərinin yarışında komandalar 20-28 xal arasında nəticə göstərir. Eyni suallara Dillər Universitetində düzgün cavab 15-dir».

Seymur Teymurov intellektual oyunlarda gənclərin göstərdiyi nəticələri Azərbaycan təhsilinin göstəricilərindən biri hesab edir:

«Bu, böyük bir siqnaldır. Bu, təhsilimizin böyük bir problemidir ki, Sovet dövrünün insanları azalıb. Öz yaşıdlarımızla danışırdıq ki, biz başqa dəyərlərlə böyümüşük. Baxmayaraq ki, 28-30 yaş arasındayıq, özümüzü bir az qoca hiss etdik. Biz kibermüharibələrlə müşayiət olunan multiplikasiya filmlərinə baxmırdıq, bizim öz ideallarımız var idi, öz sevimli nağıllarımız var idi. İndi çox az rast gəlinir ki, hər hansı yeniyetmə, gənc kitab oxusun. Bu, qloballaşmanın bir təsiridir biz, özü də çox mənfi təsiridir».

Emin Yasinov: «Mən yeni nəslin nümayəndəsiyəm, amma böyüklərdən eşidirik ki, əvvəllər avtobusda gedərkən adamların əlində bir qəzet olurdu, bir kitab olurdu. Mütaliəsiz keçinmirdilər. Mütaliə sahəsində bir tənzimlənməyə, siyasətə çox böyük ehtiyac var».

İNTELLEKTUAL OYUNLAR GƏNCLƏRDƏ HANSI VƏRDİŞLƏR FORMALAŞDIRIR?

İNTELLEKTUAL YARIŞLARA NECƏ QATILA BİLƏRSİNİZ?

«14-24»-ü bütünlüklə dinləsəniz, bu sualların cavabını tapacaqsınız...
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fantamaz Haradan: avropa
20.11.2009 14:26
men de gencem biliyim hec de asagi deyil.parlamentin butun deputatlari ve ilham eliyev onun maliye naziri iqtisadi inksaf naziri de daxil olmaqla,hamisina ders kecerem.

Kimdən: Aynur Haradan: Baki
12.11.2009 14:58
Menim qohumum bu il texnikuma girib - qiyabiye. 1 hefte oktyabr ayinda derse gedib, sonra bunlara deyirbler ki, qish imtahanlarindan kechmek isteyen getirib pulunu versin (her imtahana 10 AZN), pulu olmayanlar da gedib ozleri calishib oxusunlar. Men basha dushmurem ora tehsil merkezidir, yoxsa vergiler nazirliyi !!!!

Kimdən: Murik Haradan: 8 km
31.10.2009 18:16
cox tessufler olsun,amma bu hegigetdir
insanlara eylence yox,tehsil ve saglamlig lazimdir

Kimdən: Molla Nesreddin Haradan: Mingechevir
27.10.2009 20:56
Salam menim muselman baci ve qardashlarim. O vaxti mekteb illerimin sonlari hansi fakulteni sechmek, hansi ixtisasa yiyelenmek haqqinda mohkem gotur qoy eledim ve qerara geldim ki hansi sahede kadr azligi varsa o ixtisasi sechim. El qerez yeni yaranmish ve hem de chox prestijli sayilan gomruk sahesini sechdim. Hemin ilde qebul oldum. Tanish olun olkenin ilk "gomruk experti" fakultesinin 23 mezunundan biri men sizin Molla Eminiz:) Univer illerimin ele ilk aylarindan basha dushdum ki ne orgensem ozum orgenecem. Muellimlerim hansi yeni yaranmish strukturun mecellesinden xeberdar idiler ki? Indiki 3 manat stipendiya ile Zar zor, eziyyet, minnet, sunnet, rushvet univeri umidle bitirdik ki bes bizden yoxdur! Ne oxudugumuz illerde ne sonra bizi gozu goren olmadi. 1 sorushan olmadi ki a balam siz burda ne edirsiniz? Axi siz bizim gomruk strukturunun ilk expertlerisiniz!:) Esgeri xidmetden donenden sonra da avara qaldik ortalikda. Biz mezun olandan sonra gomruk mecellesine neche defe deyishiklikler olub 1 Allah bilir. Yeni o vaxt oxudugumuzdan da indi istifade olunub olunmadigi sual altindadir! Indi men security servicde ishlemekle yanashi komp temiri ile de meshgul oluram, dostum Araz kursunda "abi", digeri firmada expeditor (siqaret paylayir), biri shofer, o biri toylarda fotoqraf, digeri mashin alverile, bashqa biznesle meshgul olanimiz da var. Bele de kimin eli neye chatdi. . . He 1 de yadimdayken:) Biz 23 nefer daxil oldugumuz fakulteni 145 neferden artiq telebe ile bitirdik:) Baglanan ozel univerlerden kimin "cibi" chatdisa ozunu verdi bize ki bu fakulte en yaxshisidir! Guya ki biz oz biliyimizle girmishdik deye bizi el ustunde gezdirirdiler:) Bu boyda hekayeninin meqsedi yeni ki oxumushlar bizik. Meshedi Ibad demisheken "men Tarixinadir kitabini yarisinacan oxumusham bu gedishatdan bash chixara bilmirem, bu bisavadlar neylesinler ve ya neyliyecekler?" Allah ozu bize komek olsun. . . . Amin! ( telden yazdim, qr. sehvlere gore sorry:)

Kimdən: sabir Haradan: gordan
27.10.2009 13:23
bu olkede her wey tersi messebdir; savad ele intellekt deyil; tehsil'de savad deyil; genclerin bu gune dusmesi gismen globallawmadan, boyuk hissesi ise dovlet sistemin menevi deyerleri 0-ra endirmesidir ve [alqin buna biganeliyidir

Kimdən: Tura Haradan: Bakı
27.10.2009 01:13
Salam.Oxuduğum Bakı Dövlət Universitetində təhsil səviyyəsi acınacaqlıdır. Xüsəsən də qiyabi şöbədə. Tələbələr oxumur amma rüşvət verib oxuyanlardan yaxşı qiymət alırlar. mənimlə razı olmayan qurumlar gəlib yoxlaya bilərlər(Tarix-qiyabi). Şıkayət ediləsi qurum yoxdur. Universitetin özündən-özünə şikayəy etmək isə mənasızdır. Dekanımızı demək olar ki, 2-3 il öncə tədbirdə görmüşük. Biz nə etməliyik??? Təhsilimiz hara gedir? Sadəcə savadsız diplomlularımızın sayı artır.

Kimdən: Azad Haradan: Baki
26.10.2009 22:51
Salam,men telebeyem ve onu deye bilerem ki,tehsil aldigim ali mektebde savadli usaqlar kifayet qeder var.Azer.da savadli gncler 8 milyona nisbetde hec de az deyil.

Kimdən: Qafqazli
26.10.2009 16:08
Hele bu harasidir? 1 ci siniflerin proqramlarina baxanda adami lap vahime basir. 5 ci sinifler ucun olan movzulari ve fennleri 1 ciler ucun kecirler. Axi bu birinciler hele elifbanin ve reqemleri oyrenmelidirler. Nazirimiz bunu tesdiq edir, lakin gulmelisi odurki, Nazirimiz soz verirki, 2011 -ci ilde yeni 1ciler ucun yeni daha sade kitablar ve proqram hazirlanacaq, Hormetli nazir bes 2011 ci ile qeder 1 ci sinife geden sagirdlerin geleceyi nece olacaq? Yeni bir savadsizlar ordusu.????????????
Cavab

Kimdən: Aynur Haradan: Baki
12.11.2009 14:56
Ashagi sinif shagirdlerine verilen yeni kitablarda "tiq-tiq xanim" nagilinda tiq-tiq xanim ozune dost axtarmaq evezine, er axtarir:)))

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANin Quzeyi Bakı
26.10.2009 14:19
Seymur Teymurov,Azerbaycanda doğurdanda tehsilin seviyesi berbat haldadır.Siz günahı qloballaşmada görürsüz.Men ise tehsil sisteminde.Müellimler qayıba göre rüşvet alırlarsa,qloballaşmanın bura ne dexli