Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:30

Siyasət

Cəmil Ünal: «Azərbaycan bayraq məsələsində böyük xəta yapdı»

x
Şriftin ölçüsünü dəyiş - +
- Türkiyədə bir qrup idarəçinin yapdığı xətadan sonra Azərbaycanda daha böyük xəta yapdılar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyədən gələn və Bakını erməni istilasından qurtaran mehmetciklərin xatirə kompleksinin üzərindəki türk bayrağını endirdilər.

Bunlar Azərbaycanın müstəqilliyi üçün canlarından keçən əsgərlərdir. O, türk əsgərləri Bakını erməni istilasından “Bakıdan qaz gəlsin, duz gəlsin” deyə azad etməmişdilər, o bayraq da ora hansısa buna oxşar səbəblərə görə asılmamışdı.

O bayraq iki qardaşın bir-birinə köməyinin rəmzi idi. Ona görə bayrağın siyasətə alət edilməsi çox yanlış və çirkindir.

Bunu Azadlıq Radiosuna müsahibəsində Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal deyir. (Azərbaycan Kültür Dərnəyi 1949-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin xeyir-duası ilə yaradılıb).

Cəmil Ünal Bursada Türkiyə və Ermənistan arasında futbol qarşılaşmasına Azərbaycan bayrağının keçirilməsinə qadağa qoyulmasını da pisləyir. O düşünür ki, Bursa rəhbərliyi qərarın FİFA-dan gəldiyini desə də, əslində qadağanın arxasında “şəhərin bir qrup idarəçisi” dayanır.

- Türkiyə-Ermənistan matçından əvvəl bizim Kültür Dərnəyinin Bursadakı şöbəsi oradakı 100-ə yaxın QHT ilə bir araya gəlib, matç ilə bağlı hazırlıq yapdılar.

Bursa matçında müsadirə edilən Azərbaycan bayraqları. 14 oktyabr 2009
On minlərlə bayraqla stadiona girməyə hazırlıq gördülər. O vaxta qədər bayraqların stadiona buraxılmayacağı haqda bir təlimat yox idi. Amma son gün yerli hakimiyyət hürkdü.

Çünki Bursa xalqı matça qədər bütün şəhəri Türkiyə və Azərbaycan bayraqlarına bürümüşdü. Bu səbəbdən ordakı idarəçilər türk bayrağının yanında Azərbacan bayrağının stadiona girməsini yasaqladılar.

Bütün türk xalqının yanında bütün Azərbaycan xalqı da buna təpki göstərdi. Yəni burda idarəçilərin etdikləri ilə xalqın elədiklərini ayırmaq lazımdır. Xalqın 95 faizi bizim kimi düşünür. O bayrağa hörmət edir, sevir.

Yapılan bu hərəkəti də lənətləyirlər.

- Türkiyə rəsmiləri deyirlər ki, bayraq qadağasının onlarla bir əlaqəsi yoxdu, bunu FİFA edib. Bu izahata inanırsınızmı?

- Bu əgər FİFA-nın qərarı olsaydı, şəhər valisi 20 gün qabaq elan edərdi ki, FİFA-nın qərarı var, stadiona Azərbaycan bayrağı girməyəcək. Çünki matç günü – günortaya qədər vali deyirdi ki, bütün bayraqlar stadiona keçirilə bilər.

Amma günortadan sonra yüz minlərlə bursalı o bayraqlarla küçələrə çıxınca hürkdülər, sonra da ermənilərin kanalı ilə FİFA-ya müraciət etdirdilər. Və FİFA da bu qərarı qəbul etdi. Bu, birbaşa şəhər idarəçilərinin günahıdır.

Ermənistan və Türkiyə prezidentləri Bursa matçında. 14 oktyabr 2009
İdarəçilər Azərbaycan bayrağını özləri yasaqlaya bilməzdi, çünki bütün xalq ayağa qalxmışdı. Onlar ermənilərə FİFA-ya müraciət etməyi məsləhət gördülər.

O ki qaldı FİFA-ya, keçən il Yerevanda Ermənistanla Türkiyə arasında matç olanda orda heç bir dövlət tərəfindən tanınmayan Dağlıq Qarabağın bayraqları vardı. Niyə FİFA ona müdaxilə etmir?

- Türkiyə-Ermənistan yaxınlaşması haqda nə düşünürsüz? .

- Təbii ki biz hər zaman Türkiyənin öz qonşuları ilə yaxşı münasibətdə olmasını arzu edirik. Amma bu münasibətləri pozan nə Türkiyə, nə Gürcüstan, nə də Azərbaycandır.

Cənubi Qafqazda bu münasibətləri, huzuru pozan tərəf işqalçı Ermənistan dövlətidir. Cənubi Qafqaza sülh gəlməsi arzu edilirsə, Ermənistanın öz düşüncə tərzindən keçməsi lazımdır. O bir tərəfdən Azərbaycan torpaqlarını işğal edib, o biri tərəfdən isə Türkiyənin sərhədlərini tanımır.

- Bəs Türkiyə rəhbərlərinin Qarabağ işğaldan azad olunmadan Ermənistanla barışıq protokolları imzalamasını necə qiymətləndirirsiz?

- Burda prezident, baş nazir, parlament sədri, xarici işlər naziri Azərbaycan torpaqları işğaldan azad edilməyincə sərhədlərin açılmayacağını 70 milyonluq türk xalqına söz verdilər.

Bakıda türk əsgərlərinə abidə
Biz də bunların verdiyi sözün namus sözü olmasına inanırıq. Çünki sözü verən küçədəki adam deyil. Hər halda bunlar verdikləri sözün üstündən qaçıb yalançı durumuna düşməz. Biz onlara inanırıq. Əks halda onlar 70 milyonluq türkü qarşılarında görəcəklər. Amma bir şeyi də deyim.

1994-cü ildən bəri Azərbaycan Qarabağ məsələsinin həlli istiqmətində bir arpa boyu yol getmədi və milləti də uyutdular. Bir kimsə də cürət edib soruşmur ki, bu 15 il ərzində aparılan danışıqlar nə yerdidr, niyə nəticə yoxdu. Danışıqlarda məqsəd nədir? 2-3 rayonu boşaltdırmaq, adını da “işğal bitdi” qoymaq? Görən də desin ki Xaçonun xəncəri var - Qarabağı qurtardıq.

Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət bu. Bu 15 ildə ancaq Azərbaycanda atadan oğula keçən bir sistem qurulmasını gördük.

- Amma Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, heç bir həll variantında Qarabağa müstəqillik verilməsi nəzərdə tutulmur, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək.


- Gözəl. Sarkisyan da deyir ki, biz bunlarla Dağlıq Qarabağ məsələsini danışmırıq, ətraf rayonlardan söhbət gedir. Sarkisyan deyir ki, Dağlıq Qarabağın gələcək statusunu müzakirə etmirik. İndi kimə inanasan? Kim doğru deyir?

- Türkiyə bildirir ki, Ermənistanla yaxınlaşma Dağlıq Qarabağ probleminin həllinə kömək edəcək...

- Əlbəttə ki Türkiyə əlindən gələni edəcək. O torpaq bütün türk dünyasının torpağıdır. Amma bundan qabaq torpaq sahibi də öz torpağına sahib çıxa biıməlidir.
Bakıya səfər edən Türkiyənin xarici işlər naziri Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmdəyarovla birgə Şəhidlər Xiyabanının ziyarət edirlər.

- Sizcə indi baş verənlər Türkiyə və Azərbaycan arasında yaşanan müvəqqəti bir inciklikdir, yoxsa ciddi bir qarşıdurma?

- Bu nə Azərbaycanın, nə də Türkiyənin işinə yarayan bir məsələdir. Bunun Qarabağın gələciyinə də faydası yoxdur. İki qardaş arasında münasibətlərin pozulması ermənilərin və Türkiyə-Azərbaycan dostluğunu istəməyənlərin işinə yarar. Yəni Türkiyənin yapmış olduğu bir xətaya qarşılıq Azərbaycanın da tez-tez qaçıb rusun yanına – Moskvaya getməsi yanlışdı. Çünki son 200 ildə Rusiyanın nə demək olduğunu ən yaxşı bilən Azərbaycan olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Eldar Haradan: Rusiya
25.10.2009 11:38
Bayraq dövlət atributlarından biri sayılır. ermənistanda oyun keçiriləndə tanınmayan və qəbul edilməyən Qarabağın "erməni sayıqlamasına görə dövlət bayrağı" (Hərçənd başsız siyasilər üzündən bu reallaşa bilər) keçirilən oyunda dalğalandı. Amma Qafqazda sabitləyə çalışan nə Türkiyə və Azərbaycan rəsmiləri nədə Avropa (fifa) buna etiraz etmədi. Azərbaycanın dövlət bayrağı Hamının diqqət mərkəzində olan oyunda Vali səviyyəsində qəbul edilən qərarla nəinki yıığışdırıldı hətta təhqir olundu bunu Türkiyə rəsmiləri bilmədi. Bu inandırıcıdırmı? İnandırıcı deyil.
Mən Azərbaycan rəsmilərinin qəbul etdiyi qərarı müdafiə etmirəm, etirazı başqa formada daha təsirli etmək olardı, amma çox təssüf ki, düzgün yol seçilmədi. TÜRK birliyi heç bir formada sarsılmamalıdı və bu mümkün də deyil.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANin Quzeyi Bakı
24.10.2009 21:22
Hörmetli Cemil bey,semimi cavablara göre sağ olun.Qehreman TÜRK eskerinin şerefine ucaldılan bayrağların endirelmesi,efv olunmaz bir xetadır.Azerbaycanı idare edenlerin ekseriyetinin qiblehgahı Moskva olduğuna göre bu işleri yapıblar.Allahın kömekliyile TÜRK düşmenleri istediklerine nail ola bilmeyecekler.

Kimdən: Alim
24.10.2009 21:06
Manja Türkiyeni Erdoğandan aıymak lazım! Bu islamçılar Türkiyəni qarış-qarış satır.

Kimdən: tahire cevap
24.10.2009 19:16
tahir...birak buyuk siyasetci agizlarini..yok enver pasa yok 1920 yok ABS..biz sehitlik diyoruz O KADAR...gerisi senin bilecegin is..istedigini yap..hickimse 2 devlet 1 millet sloganina inanmasin isterse..hatta turkiyeye dusman ol..sana bisey diyen yok..cennete de cehenneme de gidenler hur ,azad iradeleri sonucunda yaptiklari faaliyetlere gore giderler..dusman ulkelerdeki turk sehitligine bile dokunulmadi..O KADAR

Kimdən: tahir Haradan: Baki
24.10.2009 18:42
İlk baxışda sadə görünən bayraq məsələsinin arxasında nə durduğünü yaxşı görən Ünal məgər anlamır ki. Türkiyə protokollara qol atmaqla Azərbaycanı güdaza verir? 20-ci ildə də buna bənzər hadisə olmuşdu. Xəlil paşa 200 külçə qızıla Leninə Bakını təhvil vermişdi.
Sərhədlərin açılması hər şeydən əvvəl Azərbaycan iqtidarının güclə bölgədə saxladığı balansı pozacaq. NATO-nun Qafqaza girməsinə şərait yaradacaq. Belə olduğu halda Rusiya tərəfinin bölgədə qalması üçün bir yolu olacaq – Qarabağ konfliktini müharibəyə çevirmək. Bu Rusiyanın Ermənistanda qalması üçün yeganə yoludur. Qırılan isə. Azərbaycan xalqı olacaq.
Cəmil Ünal iqtidarının və parlamentinin ABŞ-ın əlində oyuncaq olması haqda yüzlərlə misallar gətirə bilərəm. Baxarsınız protokolların müzakirəsində birinci qol çəkən deputatlar elə döşünə döyən. bizə “iki dövlət – bir millət”-deyənlər olacaq.
O ki qaldı Azərbaycan yolunda canından keçən əsgərlərə. Haçandan Türkiyə iqtidarı bu haqda düşünüb? Nə üçün Türkiyədə Azərbaycan uğrunda vuruşan əsgərlərə abidə yoxdur? Azərbaycan respublikasının yaranmasında yaxından iştirak edən və bizim xilaskarımız olan Ənvər paşanı məgər “vətən xaini” adlandırmırdız? Ənvər paşa bütün Şərqin parlaq igidi olduğunu bilə-bilə.
NATO-nın “kanon de şeya”sı olmağınız cəhənnəmə. indi Azərbaycanı da öz halınıza salmaq istəyirsiniz.
Azərbaycan iqtidarı deyəsən ağıllanıb. Heydər Əliyev efforiyası olan “iki dövlət –bir millət” oyunundan qurtarıb. Siyasi reallıqlara düzgün qiymət verməkdədir. Bizi iqtidar məmurları boğaza yığsalar da xalqını bu bəladan qurtarmaq istəyən prezidentə dəstək olmalıyıq.


Cavab

Kimdən: kazim Haradan: nis
01.11.2009 20:17
Tahir, nese men sizin bu cur cosmanizi basa duse bilmirem... Siz meger ozunuz Turkiye xalqinin bizimle bu meselede bele hemrey oldugunu gormursunuz? Xalq neynesin ki, basbilenleri basdansovda hereket edir.

Bir de ki, bu lap usaq hereketine oxsayir ve dovlet temsilcilerine yarasmir: yaxinindan gozlemediyin layiqsiz herekete eyni cur cavab vermek kusgun usaq hereketinden basqa bir seye benzemir.
Bu bir, ikincisi de ki, bayragi stadiona buraxmamaq hara, olub gedenlerin (ozu de ele bele yox, oz Vetenimiz ugrunda sehid olanlarin) xatiresine bu cur hormetsizlik hara... Daha bu ferqi de gormursunuzse, sozum yoxdur.

Kimdən: Səmka Haradan: Bakı
24.10.2009 17:58
Cəmil bəy ulu öndərin yaratdığı bir təşkilata rəhbərlik edirsiz. Yaxşı ki sizin kimi SÖZÜ ÜZƏ DEYƏN diaspor rəhbərləri qalır. Mən ilk dəfə eşidirəm ki, Azəri icmalarından hansısa Azərbaycanda SÜLALƏ rejimi qurulduğunu dilə gətirsin.

Kimdən: Abuzer Haradan: Lankaran
24.10.2009 17:12
Biri deli olanda o biri aqilli olar. Onsuz da sarhad filan acilan deyil, Bosh yere uz-goz olacaqiq.