Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

«1992-ci ildə doğulanlar…»

Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili

Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili

23.10.2009

AzadlıqRadiosunun İşdən sonra proqramında iqtidar və müxalifət deputatı arasındakı müzakirənin ən maraqlı məqamları

Oktyabrın 23-də AzadlıqRadiosunun İşdən sonra proqramında Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ölkənin xarici siyasətini və ictimai siyasi durumu müzakirə ediblər.
Bu il niyə ümumi test balı belə aşağı oldu?

İş burasındadır ki, bu il qəbul olunanlar 1992-ci ildə doğulan uşaqlardır. 1992-ci il -  müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur....


XARİCİ SİYASƏT BARƏDƏ

İqbal Ağazadə hesab edir ki, Azərbaycanın xarici siyasəti iflasa uğrayıb, çünki "Azərbaycan kimi ölkəyə balanslı siyasət yaraşmaz". Aydın Mirzəzadə isə düşünür ki, çoxvektorlu siyasət ən düzgün yoldur və Azərbaycan hansısa seçimi etməkdə tələsməməlidir.

Aydın Mirzəzadə

 

 

onu da dedi ki, Türkiyənin protokolları imzalamaqla Azərbaycanı Rusiyanın təsir dairəsinə doğru itələdiyi barədə həmkarı Zahid Orucun fikirlərini bölüşmür.

İqbal Ağazadə isə belə hesab edir ki, Türkiyə ilə münasibətlər iflasa uğramış xarici siyasətin bir təzahürüdür. Onun fikrincə, Türkiyə-Ermənistan protokolları TBMM-də apreldən gec olmayaraq ratifikasiya olunacaq.

Aydın Mirzəzadə bu proqnozla razılaşmır:
- İstərdim ki, İqbal Ağazadə Azərbaycanın xarici siyasətinin iflasa uğradığını söylədiyinə görə məndən üzr istəsin, Türkiyə parlamenti protokolları ratifikasiya etməsə...


KİM NƏ EDİR?

Aydın Mirzəzadə:

- Biz dediyimizi edirik, bir iqtidar kimi – baxın nə qədər ölkələr var ki, hökumətləri vədlərini yerinə yetmir. İqtidar dediyini edir. Təbii ki, müxalifət yol çəkməməlidir. Amma onlar da təklif verməlidir. Amma biz o təklifləri görmürük. Gördüyümüz nədir, Ümid partiyası ilə Müsavat partiyası hansısa yerlər üstündə dava saldılar. AXCP ilə hansısa başqa partiya qəzet səhifələrində güclü polemikaya girdilər. Lalə Şövkət partiyaları birliyə dəvət etdi. Bağışlayın, məgər müxalifət liderlərinin vəzifəsi bir biri ilə söz polemikasına girmək, digərinin isə onları barışığa dəvət etməkdir? Hanı sizin proqramlarınız, hanı sizin təklifləriniz. Azərbaycan parlamentində 20-yə qədər müxalifət deputatı var. Hamısına hörmətlə yanaşıram. 2010-cu il üçün alternativ büdcə layihəsini ortaya qoysunlar. Görmürük biz bunu. Bu baxımdan demək istəyirəm ki, müxalifətin bu gün dedikləri populizmdir.

Ümid Partiyasının sədri İqbal Ağazadə
İqbal Ağazadə:


- Hörmətli Aydın müəllim deyir, biz yol çəkirik. Yolun bir kilometrinin 22 milyona başa gətirirlər. Teatrın təmirinə 40 milyon manat xərcləyirlər. 40 milyona dörd teatr tikmək olar. Filarmoniyanın bərpasına 27 milyon manat xərclənir. Qubada tarix diyarşünaslıq muzeyinin təmirinə 5.5 milyon manat. Ölçüsünə görə Azərbaycan xəritəsinə düşməyən Şəkidə Şin çayının üzərində körpü tikintisinə 3.3 milyon manat xərcləyirsiniz. Saldınız və ilk seldəcə su apardı.
Azərbaycan büdcəsini cibinizdən qoymursunuz. Xalqın pulunu xərcləyirsiniz və biz tələb edirik ki, doğru dürüst xərcləyəsiniz.

Aydın Mirzəzadə:
 
- Bir mühəndis kimi deyə bilərəm ki, dedikləriniz yanlışdır.... 8 zolaqlı yolun çəkilişi zamanı yolun genişləndirilməsi üçün onun ətrafındakı obyektlərin torpaq sahələrinin pulu ödənilir. Bu qiymətlər ona görə artır


TƏHSİL BARƏDƏ

İqbal Ağazadə:

- Baxın, 1300 məktəb tikmisiniz. Təhsildə rəqabətin sonu budurmu ki bu il testdə keçid balını aşağı salmalı oldunuz?

Aydın Mirzəzadə:

- Həqiqətən də 1200-ə yaxın məktəb tikilib. Amma təhsil elə bir sahədir ki, burada nəticə birdən birə bilinmir. Onilliklər lazım olur. Bu il niyə ümumi test balı belə aşağı oldu. İş burasındadır ki, bu il qəbul olunanlar 1992-ci ildə doğulan uşaqlardır. 1992-ci il - müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur.... Mən təhqir etmədim, mənim qardaşım oğlu da həmin dövrdə doğulub.

Yaxşısı budur, söhbəti tam dinləyin.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (6)
Kimdən: Arzu Nəcəfova Şəhər: Bakı şəhəri
13.11.2009 12:06
Cənab Mirzəzadə,1992-ci ildə doğulanların əqli inkişafı haqda deyil,bu il qəbulda təqdim edilmiş sualların tərtib edilməsinə cavabdeh şəxslərin əqli inkişafı haqqında fikr yürütmək daha məqsədəuyğun olardı.Diqqətinizi bir məqama yönləndirmək istəyirəm ki,həmin şəxslərin əksəriyyəti 1940-1947-ci ildə anadan olublar.Bu zaman Sizin dediklərinizlə tam razıyam.

Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
13.11.2009 05:15
Artiq yeni bir nesl eryiwmek uzredir.92-de dogulanlar,artiq musteqil heyata qedem basib.Demeli Qaradag problemi bu neslin ciyinlerine duwdu.Aciq kartla oynayan Aydin bey ve helelik ortulu kartla{helelik ona gore deyirem ki,Etibar Memmedovda bir vaxtlar ortulu oynayirdi,sonradan "maskasi" cirildi} oynamaq isteyen Iqbal beye demek isteyirem ki,cabahki nesil hamimizin goruna soyecek.Ancaq sizleri hem lenetlendirecekler,hem de qebirlerinizde rahat yatmaga qoymayacaqlar.He bir de demek isteyirem ki,92-de Wuwa,Xocali,Lacin iwgal olunub.Ondan 17 il kecdi artiq.

Kimdən: Musteqil Şəhər: Baki
10.11.2009 03:41
Baxin bu yazilara ezizlerim gör kimler bu sözleri ishletmish.
1.Metropolitenin reisi cenabTagi Ehmedov buyurun.
"Hec kimden xahish etmirem,metroya minsin"
2 Millet vekili cenab Aydin Mirzezade buyurun.
" 1992-ci ilde dogulanlar anormal dogulmush"Cunku menim qardashim ogluda hemin ilde dogulmush.
3.Millet vekili cenab Iqbal Agazade buyurun.
"Siz allah 1992-ci ilde dogulanlari vezife bashina getirmeyin.Bizi biabr ederler.
4.Azerbaycan tehsil naziri cenab Misir Merdenov buyurun.
"Azerbaycan telebelerin bashini xaricde deyishirler"
Ezizlerim kimin basha ehtiyaci varsa , gedib xaricde deyishe biler.
Ezizlerim 1992-ci ilde dogulan ushaglardan ehtiyatli olun.
Ehtiyatli olun,1992-ci ilde dogulanlara vezife vermeyin.
Xahish etmirem, metroya minesiniz.Kimin pulu varsa buyursun metro ona qurbandir. Cog sag olun .

Kimdən: Anonymous
10.11.2009 01:50
1992-ci ilde dogulanlar mence normaldi.xahis olunur tehqir elemeyin.

Kimdən: On doqquz Şəhər: Bakı
09.11.2009 18:29
Fantamasın dediyi doğrudur amma Azadlıq radiosu YAP-çılar arasında diskriminasiya edir. Xeyir ola Siz Əhəd Əbiyevi və ya Səyavuş Novruzovu redaksiyaya dəvət etmirsiniz, xalqın onlara böyük ehtiyacı var, bir vaxtlar ümummilli əmimiz ANS Mirşahin bəyə "qəbirstanlıq meymunu" demişdi və bu bizim dilçi alimlər, ədiblərimizdə böyük rezonans doğurmuşdu, ki ədəbi dilimiş bu söz birləşməsi ilə şiddətli dərəcədə zənginləşib. Xalqın belə aforizmlərə elmi texniki tərəqqinin son nailiyyətlərinə əsaslanan deyimlərə ehtiyacı var.
Cavab

Kimdən: fantamaz Şəhər: avropa
14.11.2009 05:30
hormetli 19 sende qusu gozunnen vurursanaaaaa.sene bir sualim var bu on doqquz nedire.gormursen umummilli(bu sozden zehlem gedir dee)emimizin sayesinde dilimiz zenginlesib ona bir mektub yaz ad tapa bilmirsense sene de bir ad qoysun(zarafat)

Kimdən: fantamaz Şəhər: avropa
09.11.2009 01:58
menim yapda yegane hormet etdiyim aydin mirzezadedir. aydin muellim sizin bu elmi kesfinize oskar mukafati dusur.bu yapcilar gerek aktyor olardi cox serrast sekilde yalan danismagi bacarirlar. men sizin tevelludunuzu bilmirem amma uzunuzde gorunur ki teqriben ssri-nin marsa ilk defe ucdugu dovre tesaduf edirsiniz.hemin dovurde de hami sevinib bayram edib onda sizin mentiqinizle yanassaq siz ikinci eynsteyn olmalisiniz ki? bes ne oldu? aydin muellim size yarasmaz bele sozler qoy onlari fezail agamali seyavus novruzov desin

Kimdən: AyNur Adilsoy Şəhər: Baki
08.11.2009 23:33
C. Darvin, azaciq yanildiniz, Karib bohrani olanda Aydin muellim tam 5 yashinda idi, 1957 ci il 2 iyul, bunun uchun Karib bohranina deyil, 1956 ci ilin texminen oktyabr ayinda bash verenlere nezer salmaliyiq. Oktyabr 1956- Sovet ordusu Macaristanda inqilabi qan icinde bogdu. Yeni, Aydin muellimin mamasi Karib bohranin heyecanini deyil, Azadliq mucadilesinin silah gucune susdurulmasinin shokunu yashayib. Sizce tesiri olub???

Kimdən: Delixanadan Şəhər: Baki
08.11.2009 01:02
Demeli Azerbaycanin tehsil naziri Misir Merdenov öz cixishinda söylemish ki, Azerbaycan telebelerinin bashini xaricde deyishirler. Aydin Mirzezade ise 1992-ci ilde dogulanlari anormal hesab edir.Iqbal Agazade ise Aydin Mirzezadeni mudafie ederek 1992-ci ilde dogulanlari hakimiyyete getirmeyin bizi biabir ederler.Bu nece olur ki siz millet vekili olub bizi biabir ede bilersiniz,agziniza ne gelir xalqin övladlarini annormal cixardirsiniz..Menim oglum 1992 -ci ilde dogulub ,cok normal bilikli,qiymetleri tam ela,tarixi gözel bilmesi,gelecek haqqinda siyasi mulahizeler söylemesi bizi heyran edir.Bu il ise ali mektebe qebul olunub.Bu nece ola biler.

Kimdən: Nərgiz Şəhər: Körpülü şəhər
05.11.2009 11:43
Dəyirman dənini üyüdüb-gedir,
Çax-çaxı başımı dəngəsər edir,
Görəsən, bu başın günahı nədir?
Bu Dünya yenə də öz işindədir.

Şerin müəllifi M.Abdullayevadır.

Kimdən: Nailä Şəhər: Almaniya
05.11.2009 06:24
Aglima yaxsi bir fikir gäldi.Coxdandi häkim bacilarima"mamamdan mugayat olun"demäkdän basga bir mäslähät werämmirdim.Indi aglima gäldi ki,onlar bir baslarini sindirsinlar,bu möwzu üzärindä.Tarixi wärägläsinlär,
görkämli döwlät xadimlärinin nä waxt ana bätninä düsdükläri Zaman,wä mühiti tädgig eläsinlär.Bu cox gäräkli tädgigat isi ola bilär.Biz dä bilärik ki,gäläcäkdä näslimizdä necä bir usag dogulacagini gärarlasdirag...Bir dä düsünüräm ki,Böyük wätän müharibäsindän sonra dogulan usaglarin taleyiylä maraglanim gäräk.
    Növbəti 
Səhifə (6)