Şənbə, Aprel 19, 2014 Bakı vaxtı 06:49

Verilişlər / Kontekst

Pensiya yaşı artırılır

Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır
Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
- Camaatın çoxu heç 63 yaşına çatmır. 50 yaşına çatırsan, heç yerdə iş tapmırsan. Neyləməlidir, acından ölməlidir? Düzgün deyil, əksinə, bir az azaltmalıdırlar ki, camaat da yaşaya, dolana bilsin.

Uzun illər sürücü işləyən Ramiz Axundovun bir neçə aydan sonra 60 yaşı tamam olacaq. Səbirsizliklə son iki ili də gözləyirdi ki, pensiya yaşı çatsın, o da hökumətdən pul alıb gününü keçirsin. Amma Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təklifləri Milli Məclisdən keçsə, onda Ramiz dayı iki yox, üç il gözləməli olacaq:

- Sonra da deyirlər ki, adamlar uzun müddət yaşamır. Mən bununla razı deyiləm. Gedib uşaqların kölgəsində yaşamalısan. Mən istəmirəm bunu.

Milli Məclisdə pensiya yaşının artırılmasıyla bağlı müzakirəsi gözlənən təklif təkcə Ramiz Axundovun yox, bir çoxlarının narazılığına səbəb olub. Amma narazıların arqumentləri barədə bir azdan sonra.

«ORTA ÖMÜR HƏDDİ ARTDIĞI ÜÇÜN PENSİYADA QALMA DÖVRÜ DƏ ARTIR»

DSMF-nın aparat rəhbəri Əjdər Cəbiyev deyir ki, Azərbaycanda orta ömür yaşı artıb. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində də pensiya yaşı artırılır:

- Azərbaycanda pensiyada qalma dövrü orta hesabla 16 il götürülür. Amma orta ömür həddi artdığı üçün pensiyada qalma dövrü də artır.
Dövlət Sosial Müdafiə Fondu
Ona görə də təklif vermişik ki, qadınlarda 57 yaş 60-a, kişilərdə isə 62 yaş 63-ə çatdırılsın. Dünya ölkələrində pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada həm qadınlar, həm də kişilər üçün 67 yaşdır.

Fondun açıqlamasına görə, son dörd ildə pensiyada olma dövrü qadınlar üçün 18, kişilər üçünsə 12 il olub. Pensiyanın məbləği hesablanan zaman isə fərdi uçotda yığılan vəsaitlər qanuna müvafiq 12 ilə, yəni 144 aya bölünür. Ona görə də DSMF hesab eləyir ki, ölkədə insanların ömrü uzandıqca, onların pensiya alma dövrü 12 il civarından çıxır. 12 il həddini saxlamaq üçün də pensiya yaşı artırılmalıdır.

«BU, HÖKUMƏTİN SOSİAL ÖHDƏLİKLƏRİNDƏN İMTİNA CƏHDİDİR»

Bəzi iqtisadçılar isə Fondun adamların orta yaş həddinin uzanmasıyla bağlı arqumentlərini əsassız sayırlar. Məsələn, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, ölkədə orta ömür həddiylə bağlı götürülən rəqəmlər reallığı əks etdirmir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi isə öz saytında Azərbaycanda orta yaş həddini 66 göstərib.

Azər Mehtiyev deyir ki, hökumət pensiya islahatları aparmaq və Avropa standartlarına yaxınlaşmaq istəyirsə, kifayət qədər həll olunası problem var. Onun fikrincə, pensiya yaşının qaldırılması hökumətin sosial öhdəlikləri yerinə yetirmək imkanlarının azalmasıyla bağlıdır:

- Bunu hökumətin özünün sosial öhdəliklərindən imtina etmək cəhdi kimi qiymətləndirmək olar.
Nazim Məmmədov
Qarşıdakı illərdə pensiya yaşına çatan insanların hamısını pensiya ilə təmin edə bilməmə təhlükəsinə hesablanmış addım da saymaq olar.

NAZİM MƏMMƏDOV: «PENSİYADA QALMA VAXTI ARTIRILMALIDIR»

Millət vəkili Nazim Məmmədov da hesab eləyir ki, pensiya yaşının artımı vaxtından qabaq verilmiş təklifdir. Onun fikrincə, müharibə yaşayan və hələ də onun nəticələrindən xilas olmayan bir ölkənin əhalisinin çox yaşamaqla bağlı problemi var:

- İnsanın vaxtı olmalıdır ki, qocalığını da yaşasın, nəvələriylə ömrünü keçirsin. Ona görə də mən təklif edərdim ki, pensiyada qalma vaxtı əksinə artırılsın - 12 yox, 15 il olsun.

Ancaq bu, verilən təklifə bir millət vəkilinin münasibətidir. Çoxluğun mövqeyi isə müzakirələr zamanı üzə çıxacaq…
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Farhad Haradan: Baki
01.11.2009 22:28
Na gozlayirdiz bu tabii haldir Azerbaycanda orta ömür həddi 72 yaşdır çox gözəl. Mən sizə deyim nə var ki burda 55 yaşı keçən olacaq ki hələdə pensiya alsin amma bu vəziyyətdə çox gözəl effekt meydana çıxa bilər buda Qorkinin Ölulər hekayəsinə bənzəyəcək. Pensiyaya çatan yox amma qeydiyyata düşənlər peyda olacaq və lazımi vəsait lazimi ciblərə "Pensiyaçılara" çatacaq. Hər şey çox sadə və gülməlidir. Və birdə orta ayliq əmək haqqi nə vaxtdan 300 manat olub mən heç bilmirdim.

Kimdən: Xayal Haradan: Baki
23.10.2009 10:19

Menim fikrimce pensiyaya cixma qadin ve kisiler ucun 57 ve 63 yas arasinda konullu olsa yaxsi olar.Bu yas hedleri arasinda yasi pensiyaya catan her bir sexs istediyi vaxt pensiyaya cixa bilsin.Cunki ele sexsler var ki,yasi pensiyaya catib ,amma islemek isteyir.Bezileri ise artiq yorulub ve ya saglamliqlari lazimi veziyyetde deyil.

Kimdən: Azer Haradan: Gelecek
23.10.2009 02:47
Mence pensiyani bir defelik legv etseler daha yaxshi olar.Bele simvolik meblegin olmasindan olmamagi yaxshidir.Eger yash heddi de nezere alinsa bu pensiya hec kese lazim olmayacaq.S.Muslumov ,H.Recebli kimileri de tek pensiyaya mohtac qalsaydilar ,verdikleri bu qerarlarin zehmetkesh insanlar ucun ne demek oldugunu daha yaxshi anlayardilar.S.Muslumovun budceden pul qopartmaq plani deyesen pensiyacilarin bashinda partladi.

Kimdən: eldar Haradan: bataqliq
22.10.2009 23:09
Cenab Hadı Recebli! Sizin amacınız ne? İnsanları üsyana mı çağırırsınız? İnsanları xaosa mı sürüklemek isteyirsiniz? Əgər insanları hazırkı anti-insani rejime qarşı qaldırmaq isteyirsinizse, sehve yol verirsiniz. Çünki artıq bu milletin iradəsini çoxdan zorlamış, müqavimetini qırmış ve onu bataqlığa batırmısınız. İndi isə sizlerin özünüzün işleri düz getmir deyəsən. Gecdir! Bataqlığa batmaq növbəsi Sizlərindir. Milləti batanın dövleti də batar. Ve ya batırılar.

Kimdən: azer Haradan: baki
22.10.2009 20:48
her seyin qiymeti oldugu kimi emellerinde qiymeti var.basmiza gelen belalarin hamsi elimizle qazandiqlarimizdi.atalarmizin dediyi baliq basdan iylener misalin tutub durmusuq ozmuz-ozmuzde hec vaxt eyib axtarmiriq.bir gun biri menden sorusdu(qohumumdu) niye gore men "12sirvan"pensiya aliram yasdan boyuk olduguna gore uzur istedim dedim bu bizim qiymetimizdi(qazandigimizdi)sora men sual verdim neye gore jirnovski bizi qoyun adlandirib oda mende bir-birimize baxa qaldiq

Kimdən: Fəxri Əfəndi Haradan: Bakı
22.10.2009 14:17
Dövlətin qiyməti, onun hələ işləyə bilməyənlərlə daha işləyə bilməyənlərə münasibəti ilə ölçülür. Əgər pensiya fonduna pul yığa bilmirlərsə, zəhmət çəkib "konvert maaşı"nı, ikinci maaş cədvəllərini rəsmiləşdirsinlər.

Kimdən: alex
22.10.2009 12:05
Cox maraglidir, goresen bu gun Azerbaycanda pensiya almayan ne geder adam galib. mene ele gelir ki, cox deyil, inanin onlarinda imkani olsa pul verib bu gun pensiyaya cixarlar, sadece olarag imkansizligdan cixa bilmirler.
O ki, galdi pensiya yasina bu gun ki, Azerbaycan realiginda 45 yasina catmis butun insanlar temenasiz pensiyaya cixmalidirlar, cun ki, onlar ceken belani hec bir millet cekmedi. eyni zamanda saglamligi imkan verirse diger yerlerde de isleye bilerler. O ki, galdi Avropada ki, insanlarin yas hedine, bu tamamen basga seydir. Burada 65 yasli profesor 40yasinda oglandan secmek olmur, yeni o geder gumrah galib, bunlari hele bir 20ilde tutub isletsen hecne olmaz.
Pensiya yasi unsanlarin saglamligi ile olculur, sadece yasi ile deyil. Varmi bizde bele saglam insanlr , xeyir. Onlar hec dogru duzgun tibbi yardim bele ala bilmirler. Neyse deputatlarmizada meslehetim budur ki, pensiya ganunuda ciddi islahatlar aparsinlar, eger buna gucleri catirsa.

Kimdən: Samir Haradan: Baki
22.10.2009 11:39
Digerleri kimi cox edaletsiz qerardir .

Kimdən: insan Haradan: Baki
22.10.2009 09:57
Yenede devlet orqanlari oz xeyirleri ucun qanun qabul etdilar, bir qanunu da qabul etsinlar ki Azerbaycanda ishe goturulme yashi 18-25 -dek yox, 25-62 -ye qeder mecburi olsun. hara baxirsen 18-30 yashinden yuxari ishciye hec kim qabul etmir, bunun de neticesi odur ki devlet oz ahalinin 30-63 yasha qeder olan xalgini kucelere atir, onun ucunde xalqin ekseriyyati heyetini tez deyishir, oda kimin xeyrinedir, xalq yaxshi bilir. Buda bizim novbeti analoqu olmayan inkishafimiz.

Kimdən: Heqiqet Haradan: Baki
22.10.2009 09:51
Baki Istilik Elektrik Merkezinin ishchilerinin muracietini olduqu kimi bashbilenlerin nezerine chatdirmaq isteyirem: " Ayda 100 manat maash aliriq, yaxin 6-8 ayda pensiya yashinin chatmasini gozleyirdik ki, ishden chixaq, indi chixsaq ondan da mehrum ola bilerik, veziyyetimiz daha da aqirlashar. Rehberlik de defelerle pensiya yashimizla maraqlanib ki, ishden chixarib yerimize bashqasini getirsin. Pensiya yashinin artirilmasini eshidib chox narahat olmushuq. Bizim veziyyetimizi basha dushen bir iqtidar yetkilisi yoxmu ki, sozumuzu yuxarilara chatdirsin"
Bele, eziz bashbilenler, bashiniz ayilanda 100 manat umuduna qalanlari da fikirleshin...elbette, durumlarini basha dushseniz
Səhifə (2)
    Növbəti