Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Mehdiabad məscidi niyə bağlanıb?

Mehdiabad qəsəbəsindəki məscid

Mehdiabad qəsəbəsindəki məscid

20.10.2009
Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki yeganə məscid artıq 4 gündür ki, ibadətə gələnlərin üzünə qapalıdır. Məscidin qapısına yazılmış elanda buna səbəb kimi təmir işlərinin getməsi göstərilib. Amma ətrafda nə tikinti materialı, nə də fəhlə-usta gözə dəyir. Qəsəbənin dini icmasının rəhbəri İsmayıl Süleymanov da deyir ki, məscidin bağlı olduğu 4 gün ərzində burada təmir işlərinə başlanmayıb. Sadəcə, oktyabrın 17-də qəsəbə icra nümayəndəsindən məscidin fəaliyyətinin dayandırılması barədə tapşırıq gəlib: «Məscid icra nümayəndəliyinin göstərişi əsasında bağlanıb. İcra nümayəndəliyindən bildiriblər ki, məsciddə təmir işləri aparacaqlar».

Məscidin görünüşündən isə bilmək olur ki, burada son təmir işlərindən bu yana o qədər də çox vaxt keçməyib. Elə qəsəbə sakinləri ilə söhbətdən də məlum oldu ki, ibadət evində ötən ildən başlayan təmir işləri təxminən 10 gün bundan əvvəl başa çatdırılıb, özü də ki qəsəbə sakinlərinin vəsaiti hesabına. Təmir işinə qayıdacayıq, amma əvvəlcə sakinlər barədə.

JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə

Yüklə

MEHDİABAD SAKİNLƏRİNİN «VƏHHABİ» XOFU

Məscidin qarşısında olduğum müddət ərzində məscid qapanmamışdan öncə orada ibadət edən bir neçə qəsəbə sakini ilə söhbət etdim. Onlardan hər biri ibadət evinin qapadılmasından şikayətçi idi, amma kameraya danışmaqdan, hətta özlərini təqdim etməkdən qəti şəkildə imtina etdilər. Sakinlərdən biri səbəb kimi onu da dedi ki, etiraz səslərini qaldırsalar «vəhhabi» damğası ilə həbs olunacaqlarından ehtiyatlanırlar. Adını çəkmək istəməyən başqa bir sakin isə məscidin qapadıldığı ilk gündə əsl səbəbin bura vəhhabilərin daha çox gəlməsi olduğuna dair qəsəbədə söz-söhbətin gəzdiyini də dedi. Amma hazırda isə qəsəbə sakinlərinin daha çox inandığı səbəb odur ki, yeganə məscidləri Türkiyə ilə Azərbaycan münasibətlərinin gərginləşməsinin qurbanı olub. Çünki bu məscidin Türkiyə Diyanet Vakfı tərəfindən inşa edilməsi üzərindəki lövhədə də yazılıb.

QAPISI AÇILDIĞINA GÖRƏ MƏSCİDƏ POLİSLƏR TÖKÜLÜB

Keçək təmir məsələsinə. Qəsəbə sakinlərinin dediyinə görə, ötən il bura ibadətə gələnlər və xeyriyyəçi insanların vəsaiti hesabına məsciddə təmir işlərinə başlayıblar. Son günlər isə təmiri yarımçıq qalmış minarələr üzərində tamamlanma işləri aparılıb, yenə də qəsəbə sakinlərinin vəsaiti hesabına. Sakinlər onu da deyirlər ki, təmir işləri gedən zaman da məscid fəaliyyətdə olub, sadəcə cümə günləri namaz vaxtı fəhlələr işlərinə bir neçə saatlıq fasilə veriblər. İndi isə bugünədək məscidə bir manat vəsait belə xərcləməyən icra nümayəndəliyinin təmir adı ilə sözügedən ibadət evini qapatması sakinlərə gülünc gəlir.

Amma qəsəbənin dini icmasının rəhbəri İsmayıl Süleymanov deyilənlərlə razılaşmır. Deyir ki, minarə təmir olunan zaman məscidin içərisində müəyyən yerlərdə boyalar tökülüb, icra nümayəndəliyi də həmin yerləri bərpa edəcək. «Həmin işi məscid fəaliyyətdə ola-ola etmək olmazdı?» sualına cavabda isə, İsmayıl Süleymanov bildirdi ki, təmir işləri üçün məscidə ölçüsü böyük olan dəzgahlar gətirilməlidir, belə olan halda isə burada eyni zamanda ibadət etmək mümkün deyil.

İsmayıl Süleymanov bu gün icra nümayəndəliyinin təmsilçiləri ilə görüşdüyünü və məscidin gələn həftə açılacağına dair vəd aldığını da dedi. Amma icra hakimiyyətində bu vədi bizə də verəcək bir adam tapılmadı. İş saatının olmasına baxmayaq dövlət qurumunun qapıları bağlı idi. Heç məscidin içərisinə daxil olub, təmirə ehtiyac olan yerləri kameraya çəkmək də nəsib olmadı. İsmayıl Süleymanov icra hakimiyyətinin icazəsi olmadan qapıları aça bilməyəcəyini dedi. Hətta onu da əlavə etdi ki, məscidin qapalı olduğu 4 gün ərzində bir dəfə qapını açıb 1-2 adamın orada namaz qılmasına icazə veriblər, dərhal da əraziyə polislər tökülüb.

«MƏSCİD FƏALİYYƏTİNİ DAVAM ETDİRİR»

Qəsəbə sakinlərinin, eləcə də dini icma rəhbərinin də dediyinə görə, qapadılmazdan öncə cümə günləri məscidə 400-500 nəfər ibadətə gəlirdi. Onların arasında qonşu kəndlərdən – Digah, Fatmayı, Goradil və Kürdəxanıdan gələnlər də olurdu. İndi isə qəsəbə sakinləri özləri namaz qılmaq üçün başqa kəndə - Fatmayıdakı məscidə getməli olurlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə yerli agentliklərə bildiriblər ki, Mehdiabad qəsəbəsindəki türk məscidinin bağlanması ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır, məscid fəaliyyətini davam etdirir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: kemaleddin Şəhər: zaqatala
23.10.2009 23:59
beli,söz çox xoşuma getdi:ECELİ GELEN İT MESCİD DİVARINA PİSLEYER

Kimdən: muhtar Şəhər: sumqayitdan
21.10.2009 19:24
salama aleykum.Azerbaycan indi ele bir veziyyetdedir ki,Turkiyeni cezalndirmaq niyetile onlarin bizim xalqimizin hidayeti ucun,hec bir qarsiliq istemeden tikdirdikleri mescidleri baglayirlar.amma bilmirler ki bununla bizlere yeni bu dovletin xalqina zerbe dirirler.hal hazirda xristian olkeleri xilasi muselmanliqda axtardiqlari bir zamanda goresen Azerbaycan neyin axtarisindadir?!!turkiye ne mutlu olkedirki onun basinda Gul kimi prezident Erdogan kimi bir bas bakan durur.

Kimdən: Ilqar Şəhər: Baki
21.10.2009 16:24
Makedon-a
Peygamber (SAS)-in sunnesi ile getmek ne vaxtandan muselmanlara leke oldu. Muselmanlara leke getiren ele senin kimi sunneye nifret gozu ile baxanlardi.

Kimdən: Abdulla Şəhər: Agsu
21.10.2009 15:58
Hele islam paytaxti elan edibler ozlerini. Burda islamdan eser elamet yoxdu!

Kimdən: Aslan Şəhər: Baki
21.10.2009 12:58
Ali-İmran (İmran ailəsi) surəsi ,186 :Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.


Kimdən: Makedon Şəhər: Baki
21.10.2009 12:54
Salam olsun salama layiq olanlar. Mescid Allahin evidir. Onun baglanmasi orada ibadet edandan asili olmayaraq cox pis haldir. Amma bir heqiqet de var ki, muselmanlarin adina leke getiren ela Vehabilerdir.

Kimdən: azer Şəhər: baki
21.10.2009 12:19
zohrab hanifi qardas hec olmasa indi de olsa bu parcalanmalari buraxmaq anlamaq lazimdirki teriqetlere,mezheblere bolunmek biz muselmanlari bugune goyub ve dusmenlerimiz bundan istifade edir.Rabbimiz,Quranimiz,Peygenberimiz a.s. bir deyilmi?eger edaletlisense de siyelerinde mescidine "vahabiler"gedirdi?azerbaycanda "vahabilik"adinda bohtanin yayilmasi turkiye ve iranin eli ile oldu ve olkemizde yeni bir texribat yarandi.bu acilari hamimiz dadacayiq amma novbe ile.Allah c.c.butun muselmanlara komek olsun

Kimdən: Ahmet Şəhər: Türkiye
21.10.2009 11:37
Ama müslümanlar narahat olmasın ki Allahın gücü, dinini korumaya çatar. Her ne kadar biz müslümanlar, pısırık, korkak, sözünü diyebilmeyenler olsak ta... Müslüman pis bir iş gördüğü vakit eliyle düzeltmelidir. Eğer buna gücü çatmırsa diliyle düzeltmelidir. Ona da gücü yoxsa kalbiyle buğz etmelidir.

Kimdən: Ahmet Şəhər: Türkiye
21.10.2009 11:33
Bir de bizde bir söz var ki bu mescid bağlayanların sonunu işaret ediyor: eceli gelmiş it mescid duvarına pisler.

Kimdən: Ahmet Şəhər: Türkiye
21.10.2009 11:32
Elbette minareyi oğurlayan kılıfını hazırlayacak. Mescidi bağlayan adam diyebilirmi ki ''ben müslümanlığa karşıyım, o yüzden mescidleri görmek istemiyorum'' O sebepten iftira atacak. yok vahhabiymiş, yok nurcuymuş.. Sanane kardeşim, kim nece inanmak isteyir inansın. En sehv yoldaki (bağlayanlara göre) inançlı bir insan bile ateistten daha iyidir.
    Növbəti 
Səhifə (2)