Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:44

Xüsusi layihələr / Həmyerli

Fransız qızı aşıq mahnısı oxudu

"Qazax" qrupunun solistləri Meluka Obri və Frederik Qazaxbəyli
x
"Qazax" qrupunun solistləri Meluka Obri və Frederik Qazaxbəyli
Şriftin ölçüsünü dəyiş - +
Fransada fəaliyyət göstərən “Qazax” müsiqi qrupunun solistlərindən olan Meluka Obri aşıq mahnısı ifa edib (Mikayıl Azaflı, “Amandı”).



Bu mahnı qrupun artıq üzərində tamamlama işləri gedən “La fibre” adlı yeni albomunda yer alıb. “Foto” adlı ilk albomlarında olduğu kimi “Qazax” qrupu bu dəfə də Azərbaycan və fransız ritmlərini sintez etməyə çalışıb.

Fransanın Qrenobl şəhərində yaradılan qrupun gitaraçısı Filip Fonten AzadlıqRadiosuna deyib ki, onlar ilk dəfədir ki, aşıq musiqisinə müraciət edirlər, onlar “Amandı” mahnısına Nazpəri Dostəliyevanın albomunda qulaq asandan sonra belə qərara gəliblər.

Albom 13 mahnıdan ibarət olacaq və mahnıların bəziləri, o cümlədən “Amandı” və “Sən gəlməz oldun” azərbaycanlı sənətçilər Elşən və Malik Mansurov qardaşlarının müşayiəti ilə yazılıb.

“Qazax” qrupunu Frederik Qazaxbəyli yaradıb. Onun atası İlyas Qazaxbəyli 2-ci dünya müharibəsi zamanı almanlara əsir düşüb və müharibədən sonra Fransada yaşamağa qərar verib (Frederik Qazaxbəyli və onun qrupu haqda yazıya bu linki sıxmaqla keçə bilərsiz).
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Garabag Veterani Haradan: Naxcivan
12.11.2009 00:06
Tural Gardashim Xetrine Deymesin, Mence Birinci Nobede Biz Oz Kimliyimizi ve Kim Oldugumuzu Derk Etmeliyik. Men Sexsen Ozumu Hecbir Zaman Turk Olarak gormedim ve Gormekde istemirem. Turk turkun hecbirzaman Bayragini Zibil Yeshiyine Atmaz. Ama Atanlarda Unutmasin ki, Bizim Sherefli Bayragimizi, Sherefli Azxerbaycanlilar Herzaman GORUYACAXLAR. Taksto Eziz Hemvetenlerim Var Olsun AZERBAYCAN Gencliyi ki, Avropanin Merkezinde Yenede AZERBAYCANLI Olduklarini Unutmayiblar.

Kimdən: Zamiq Haradan: Praqa
07.11.2009 03:05
Düzdür, bilmek olmur ne oxuyur, bele da basha düshmek olmur sözleri, amma ki yaxshidi, musiqidü de, guya qulas asdigimiz bütün mahnilari basha düshürük ki?

Kimdən: emreli Haradan: Isvechre
05.11.2009 17:16
Buna sevinmek lazimdir. Eshq olsun ecazkar Azerbaycan musiqisine

Kimdən: Güntay Gəncalp Haradan: Finkandiya
05.11.2009 13:07
çooooooox gözəl. Keşkə bunun videosu da olsaydı. İçimi enerji ilə doldurdu. Başqa bir nəfəsin musiqiyə yüklənməsi çox gözəl bir yenilik oluşdurmuş.

Kimdən: Tural Haradan: Baki
03.11.2009 13:06
Təbi ki mən də bu hadisəni coö gozal qiymətləndirirəm,nəqdirə layiqdir.Bir Azərbaycan turkunun xarici olkədə Azərbaycanin sənətini yasatmasi,xarici vətəndaslara sevdiməsi sevindiricidir.Guman eliyirəm ki bu hər bir xaricdə yasayan azərbaycanliya numunə olmalidir.Harda yasamasindan asili olmayaraq Hər bir azərbaycanli harda yasamasindan asili olmayaraq hər yerdə Azərbaycanin adini uca tutmali,onun sənətini ,sənət incilərini tanitmali ,millətinin son 200 ildə basina galanlari. 450 min kv km əraziyə.50 miltona yaxin millətin necə 2 yerə Şimali-Cənubi Azərbaycana bölünərək ərazisinin 250 kv kmi İRANA (TƏBRİZ-*ƏRDƏBİL-XOY-ZƏNCAN-SULDUZ vəs.) Azarbaycanin torpaği hesabina ( İİRƏVAN, ZƏNGƏZUR-GÖYÇƏ-DƏRƏLƏYƏZ,-DƏRƏÇİÇƏK-ZƏNGİBASAR-VEDİBASAR MAHALLARİ ) "Ermənistan dğvlətini " qurulduqunu,27.4 min kv km sahəsi olan Qədim Azərbaycan-turk yurdu olan BORÇALİ vilayəninin,Gurcustana,dəmirqapi DƏRBƏNDİN Rusiyaya-Dağistana verildiyini bütün dünyaya çatdirmalidir.Bunlar BİZİM QAN YADDAŞİMİZDİR.Bunlari bilməyən özündən utanmalidir və bu ərazilər 100 ilə də olsa bir gün bizə qayitmalidir.

Kimdən: Abdulla Shaiq
20.10.2009 18:36
Halaldi mence buna IRELILEYIS demek duzgun olardi kas bele irelilyislerim cox ola

Kimdən: ehli Haradan: baki
20.10.2009 17:18
Eshg olsun Meleyke xanima
cox gözel oxudu, hiss olunurdu ki, ürekden gelir.
sözün düzü, gözlerim yashardi

Kimdən: Anar
20.10.2009 16:25
Cox gozel teqdire layiqdir. Men teklif eliyirem ki bundan sonra o fransiza Qarabag shikestesi ni de oyredin oxusun. Buna cox ehtiyacimiz var

Kimdən: Aftandil Haradan: Beylaqan
20.10.2009 11:15
Xosha gelen haldi. Men Frederik Qazaxbeyliye teshekkur edirem ki, musiqimizi Avropada teblig edir.

Kimdən: Sevda&Zeynal Haradan: Bakı
20.10.2009 00:40
Rövşən Qəmbərov, reportyor ayaqların ağrımasın. Həmişə üz güldürəsən, qulaq sevindirəsən. Həm Fransadan kövrək bir mesaj oldu, həm gözəl vokal dinlədik, həm də musiqimizin Vaqif İbrahimoğlu demiş, betonu dəlib-deşdiyinin şahidi olduq. Bir daha təşəkkürlər!
Səhifə (2)
    Növbəti