Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:55

İqtisadiyyat

Gələn ilin pulları necə bölüşdürüldü?

2010-cu ilin büdcə gəlirləri 10.015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18 faiz azdır
Şriftin ölçüsünü dəyiş - +
Bu il olduğu kimi, gələn il də Azərbaycanın dövlət büdcəsinin təqribən yarısı neft pulları hesabına formalaşacaq. 2010-cu il üçün büdcə layihəsində deyilir ki, Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirir ki, gələn il də büdcənin xərclər hissəsinin prioritetləri bu cür olacaq - investisiya, təhsil və müdafiə.

Şəffaflığı tez-tez sual altına alınan investisiya xərcləri gələn il azaldılacaq, 3.5 milyard manat olacaq. Bu il həmin rəqəm 4.7 milyard manat idi.

MÜDAFİƏ XƏRCLƏRİ ARTMAYIB

Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanması üçün nəzərdə tutulan vəsait bu illə müqayisədə 108 milyon manat artırılıb və 707 milyon manata çatdırılıb.

Təhsil və səhiyyə xərcləri isə qismən azalıb. 2010-cu ildə təhsil xərci 1 milyard 276 milyon  (2009-cu ildə 1 milyard 353 milyon manat idi), səhiyyə xərci isə 479 milyon manat (2009-cu ildə 508 milyon manat idi)  olacaq.

Gələn il müdafiə xərclərində ciddi artım olmayacaq, hökumət bu sahəyə 1 milyard 205 milyon manat ayırır.

GƏLƏN İL PENSİYA ARTIMI GÖZLƏNİLMİR

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu hesab edir ki, gələn il pensiyaların artımı gözlənilmir, çünki sosial müdafiə xərcləri artırılmayıb:

«Prezidentin Ehtiyat Fondu (2010-cu ildə 160 milyon manat) və büdcənin ehtiyat fondu (2010-cu ildə 100 milyon manat) azaldılıb və bu da yaxşı haldır».

BÜDCƏ KƏSİRİ TARİX YAZIB

«İqtisadi Forum» jurnalı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin ekspertlərinə istinadla yazır ki, 2010-cu ildə büdcə kəsiri də əvvəlki illə müqayisədə 7 dəfə artaraq tarixində ilk dəfə 1 milyard 249 milyon manata çatacaq. 2009-cu ildə büdcə kəsiri 178 milyon manat olub.

Büdcə xərcləri növbəti ildə 11 milyard 264 milyon manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə büdcə xərcləri 8.8 faiz və ya təqribən 1 milyard manat azalıb.

2010-cu ilin büdcə gəlirləri 10.015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18 faiz və ya 2.162 milyard manat azdır.

Gələn ilin dövlət büdcəsi müzakirə üçün parlamentə təqdim olunub.

Rəsmi dövlət qəzeti «Azərbaycan» oktyabrın 16-da 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini dərc edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Rashad Haradan: Moskva
21.10.2009 16:31
Hansi puldan gedir?sobet?Axi neft qaz uje bolunub onlarin pullari bezi adamlarin cibine gedir bizim uchunde gundegiymet qaldirirlar bunun axiri olacag vallah!

Kimdən: ilqar Haradan: bakı
19.10.2009 09:17
görəsən bizim də yaxşı bir dövlətimiz olacaq?

Kimdən: Tusdaqdan Haradan: Türmədən
18.10.2009 23:23
Büdcənin xərcləri bizi fikirləşməyə vadar edir ki proseslər dövlətin idarə edilməsi yox dərəcəsindədir. Büdcənin 40% təşkil edən investisiya xərclərinin təsnifatına baxmaq istərdim. Yəgin prezident üçün yeni iqamətgahlar və o iqamətgahlara çəkilən yollar. Olimpiya kompleksləri yeniləri tikilsin, tikili olanlar isə təmir olunsunlar. Dünyanın miyarderləri ilə bəns eliyirlər elə bil babaları Rotfellerdi, mayışa işləyən partakrattarın uşaqları və ya nomenklatura yazıçısının.... Allah bizə kömək olsun. Amin.

Kimdən: vedibura Haradan: Bakiburasi
18.10.2009 06:49
Azerbaycanda vergi sisteminde boshluq var,vergiye yalniz mueyyen insanlar celb olunur.Varli tebeqe vergiden yayinir .Vergi sisteminde
duzgun qanun olarsa,vergiden yayinanlari,vergi vermeyenleri buna celb etmek.Vergi sisteminde rushvetxorluqun tugyan etmesi bunu gösterirki,
vergiden gelen gelir dövlete mueyyen hissesi catir.Qara pullari evlerde saxlanmasi,banklara ehalinin inanmasi.Memurlar aldigi rushvetleri qiymetli zinyet eshyalari alib,evlerinde gizletmesi.Bublar hamisi dövletin ziyanina.

Kimdən: rabita Haradan: Baki
18.10.2009 04:02
Bu huquq muhafiza orqanlarin pulu neqeder cox artirirlar? Bes xalq?

Kimdən: kimse Haradan: Baki
18.10.2009 02:57
Huquq-muhafizə orqanlarının maaslarini artiracag ki ozunu yoxsul vezziyetle artan xalqdan gorusunlar. Daha sozum yoxdur sen xalqa dushman kimi baxirsan.

Kimdən: Natiq Haradan: Baki
17.10.2009 16:04
Bu avtoritar rejimlerde qanun şəklini almiş bir teoriyadir....POLİS VƏ mühafizə sisteminə güclü yardim və maaş verib...dövleti idarə etmək.....

Kimdən: Firudin Haradan: Keshlaburg
17.10.2009 14:16
"Təhsil və səhiyyə xərcləri isə qismən azalıb. 2010-cu ildə təhsil xərci 1 milyard 353 milyon (2009-da 1 milyard 276 milyon idi), səhiyyə xərci isə 508 milyon (2009-cu ildə 479 milyon manat idi)."
---
anlaşılmadı... artıb ya azalıb?

Kimdən: Rasim Haradan: ticarət mərkəzi az-n
17.10.2009 13:43
Pulu qazananlar yenə qaldı qıraqda, "ağıllılar" pulu böldülər! Sonrada Türkləri söyürük ki, bizi satdılar, bizi heç " ÖZ DÖVLƏTİMİZ" saya salmır!