Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:25

Siyasət

«Bu, Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır»

Şriftin ölçüsünü dəyiş - +
«Mən kiminsə öz fikirlərini, xüsusilə də insan azadlıqları və insan haqlarına hörmət olunması ilə bağlı mövqeyini açıq ifadə etməsinə görə təzyiqə məruz qalmasını absurd hesab edirəm».

Çexiyanın keçmiş prezidenti Vatslav Havel azərbaycanlı bloqçular Emin Milli və Adnan Hacızadə barədə belə deyib.

O bildirib ki, bu məlumatlar çox narahatedicidir: «Və Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır».

Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Bloqçular ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANin Quzeyi Bakı
15.10.2009 23:25
Böyuk Demokrat Vatslav Havel çox gözel ve insani sözler söyleyirsiz..Lütven Azerbaycan hökümetini imic yox,hakimiyet ve var-dövlet maraqlandırır.

Kimdən: İBRAHİM Haradan: Əslən Göyçədən
15.10.2009 10:58
Ay Vatslav kişi, bir o qonşunuz Macarıstana da üzünüzü tutub deyin ki, Ramil Səfərovova qarşı etdikləri haqsızlıqlar absurddur. Hörmətli siyasət xadimisiniz, bəlkə Sizi eşidərlər. Bilmirsinizsə, xatırladım: Ramil Səfərov Azərbaycan Bayrağının şərəfini qoruduğuna görə, ona Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilmişdir.

Kimdən: Abdulla Shaiq
14.10.2009 19:00
Hakimyytin Qarabgala imicinin sonunada az qalib ay VATSLAV mellim