Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Bloqqerlərin məhkəməsi təxirə salındı

13.10.2009
Adnan Hacızadə və Emin Milli Foto: IRFS

Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin oktyabrın 13-nə təyin olunmuş məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən «Lebanese» restoranının sahibəsi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi.

Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etmirdi.

Hakim isə bildirdi ki, Şahzeynəb Rüstəmova və zərərçəkənlərə bir daha rəsmi məlumat göndəriləcək ki, növbəti məhkəmə prosesinə gəlsinlər, çünki onların prosesdə iştirakı vacibdir.

VƏKİLLƏR ETİRAZLARINI BİLDİRDİLƏR

Bloqqerlərin vəkilləri prosesin uzanmasına etirazlarını bildirərək, hakimdən zərərçəkənlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarmasını istədilər. Hakim isə zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədovun nümayəndələrinin də məhkəmədə olmadığını əsas gətirərək dedi ki, əgər onlar növbəti prosesə də qatılmasalar, həmin iclasda məcburi gətirilmə məsələsinə baxılacaq.

Prosesdən sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüşməyə icazə veridi. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna dedilər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.

«YUXARIDA HANSISA SSENARiST OTURUB YAZIR»

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən və prosesin uzadılmasından narazıdırlar. Adnan Hacızadənin atası Hikmət Hacızadə:

- Bir balaca davaya görə iki aydır məhkəmə gedir. Nəyə görə məhkəmə iki həftə sonraya təxirə salındı? Bu iki həftəyə nə olacaq? Yuxarıda hansısa ssenarist oturub yazır, hansısa səhifə xoşuna gəlmir, cırır təzədən yazır.

Emin Millinin valideynləri isə hətta oktyabrın 14-ü oğullarının ad günündə belə onunla görüşə icazə verilməməsindən şikayətçidirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Prosesdə zərərçəkənlər kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov isə ifadələrində deyiblər ki, iyulun 8-də «Lebanese» restoranında Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyüblər. Onlar buna etiraz edəndə dava düşüb və həmin masada oturanlar Vüsal Məmmədovla Babək Hüseynova hücum ediblər.

Bloqqerlərin növbəti məhkəməsi oktyabrın 27-nə təyin olunub.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Teymur Zeynal Şəhər: Almanya
03.11.2009 13:50
Salam . Gardashlarim düz deyir bunlar yazilmish ssenaridir , amma rejisyorda ssenaristde cox seviyyesizdirler . Tamashani cox savadsiz qurublar , savadsiz olmaq olar amma bu qederde yoxda. Gunahsiz olduqlarini sübuta yetirmesine ehtiyac yoxdur egerde günahkardilarsa onlar artiq 4 aydi iceridediler öz günahlarini cekibler bir deki o mehkemede oturan rejissyor onlari niye barmaqliq arasinda qandalda saxlayir onlarki agir cinayetkar deyil ALLAH hamisini özlerine qarshi qaytaracaq INSHALLAH. Sebr elemek lazimdir . Qardashlarim bu biabir mehkemeler sizin bash ucaliqinizdi dözün sabah bu sizin adinizi daha da qaldiracaq.Rehmetlik Elcibeyinde bashina bele ishler cox gelib o zaman rejim bundanda sert idi birde indiki kimi agah olunmurdu millete ALLAH üstünüzde olsun ALLAH kömeyiniz olsun INSHALLAH her shey yaxshi olacaq!

Kimdən: ILHAM Şəhər: BAKI
14.10.2009 11:50
Bizim evin yaninda bir kafe var,her gun orda cavanlar dalashir,aqiz,burun gan olur,PPX-da her iki terefden pul alib buraxir,ya da hec vecine almir.Bele melum olur ki,o gencler "ESSEK "klipini cekmedikleri ucun tutulmurlar.Esas mesele essekdi,Hikmet beyin dediyi ssenarininin muellifi de belke "gehremanin"ozudu...?!

Kimdən: rashad Şəhər: usa
14.10.2009 02:57
bunnar vaxdi uzadirlar,aranin sakitlewmesini gozduyurler mence,sora da atacaqlar i4eri uwaqlari..

Kimdən: Fuad Şəhər: UAE
13.10.2009 18:48
heyf, show olmadi bugun:-((

Kimdən: Ulker Şəhər: Baki
13.10.2009 18:18
)))))))))) Tamaşa? Gorunur Ramiz Mehdiyev televizyalarin fealiyyetini pisleyerken sehnede mehz bele tamashalarin numayishinin terefderi oldugunu deyirmiş. Bunlarin ardinca bu gun tutulan 9 genc feallar da yeqin hemen mehkeme tamashalarinda rol alacaqlar. Ne deyim eger bele de olsa Azərbaycan medeniyyeti inkishaf edirse qoy olsun. Neynek... bu millet bir az da "Xuliqanlar" tamaşasina baxsin.

Kimdən: Natiq Şəhər: baki
13.10.2009 16:40
Maraqlidir , əgər gənclərin günahsiz olduğu sübuta yetirilərsə, onda gənclərin həbsdə olduğu hər günə görə dövlət onlara nə qədər təzminat(pul) ödəməlidir...qanuna əsasən 3 saatdan artiq saxlanilan vətəndaşa dovlət cərimə odəməlidir. bunu fərqinə nə dərəcədə varirlar,???

Kimdən: şiraslan
13.10.2009 15:35
usaglara garşi ele davranirlar ki, ele bilk veten xainidirler veteni satiblar.....ayibdir....
bununla onlari sindirmaga calişirsizda yanilirsiz......
hökumetlerin en böyük sehvi gencleri garşisina almasidir......
bir az edaletli olun ki, sabah sorguya çekende eldiklerinizin cavabini vere bilesiz!