Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

İranda yenidən ana dili tələbləri

30.09.2009
İran azərbaycanlılarının etiraz aksiyaları bir çox iri şəhərlərdə keçirilib
Sentyabrın 23-dən başlayaraq İranın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. İran azərbaycanlılarının paytaxtı Tehran da daxil olmaqla Təbriz, Urimiya, Zəncan, Xoy, Mərənd və bir sıra şəhərlərdə baş tutan aksiyalar ana dilində təhsil tələbi irəli sürülüb.

İrandakı qaynaqların verdiyi xəbərə görə, sentyabrın 23-də ölkədə tədris ili başlayıb. Dərs ilinin ilk günündən başlayaraq bir həftə boyunca İran azərbaycanlıları küçə və xiyabanlarda «Yaşasın Azərbaycan!», «Yaşasın ana dilim!» şüarları səsləndiriblər. Aksiyalar zamanı polislə vətəndaşlar arasında toqquşmalar olub.

İranda hər il yeni dərs ili başlayanda oxşar aksiyalar keçirilir. Bu ölkədə azərbaycanlılar ən böyük etnik qrup olmalarına baxmayaraq onlara ana dillərində təhsil almaq hüquqları verilmir. Baxmayaraq ki, İran konstitusiyası hər millətin öz dilində təhsil almaq hüququnu təsbit edir.

Beynəlxalq hüquq müdafiə təşkilatları İranın bu siyasətini pisləyir və ana dili tələbinə görə həbs edilən fəalları vicdan məhbusu sayır, rəsmi Tehranı onları azad etməyə çağırır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Azad Qurbanzade Şəhər: Baki
25.10.2009 23:47
Azerbaycan vahid mekandir---GANIMIZ CANIMIZ --birdir,Vaxt gelecek yerevan,derbend,borcalida olmaq shertile Vahid Azerbaycan berpa olacaq,Paytaxtida Tebriz-----ANA TEBRIZ-----EY AZERBAYCAN---BIL VE AGAH OL--SENIN UGRUNDA SHEHID OLMAQA HAZIRIQ

Kimdən: abbas
17.10.2009 22:42
şehriyarın şeherinden, size selam size selam getirmişem aybalalar.

Kimdən: safa Şəhər: istanbul
16.10.2009 21:40
güney azerbaycan er ya da geç özgürlüğüne kavuşacaktır. kardeş türkiyeden bütöv azerbaycana selam olsun

Kimdən: BozQurd Şəhər: Gəncə
15.10.2009 11:33
Təbriz bizin əbədi və əzəli torpağımızır.Ora türkün məskənidir.İlk dövlət qurumları da məhz orada qurulmuşdur.Mən bununla fəxr edirəm.İslam ümməti var,amma millətin başını bununla bişirə bilmir artıq farslar.ARTIQ gÜNEYLİLƏR SÖZÜN ƏSİL MƏNASINDA ÖZLƏRİNİ TAPIBLAR

Kimdən: Quzeyli Şəhər: Berde
06.10.2009 22:02
Bu yay Tebrize getmişdim, ne olsun orda farsın bayrağı dalğalanır amma men orda olduğum 2 günde Tebrizliler arasında farsca danışan görmedim. Birde dönüb şanlı üç rengli bayrağımız dalğalanan Bakıya geldiyimde görmemezliye geline bilmeycek qeder çox rusca danışan gördüm...
Ora tay da, bu tay da Azerbaycandı, Türkün yurdudu...
Amma Tebriz çox yaxında AZAD olacaq, çünki artıq Güney Azerbaycanlılar ümmet olmaqdan çıxıb millet olmağa üz tutublar!!!

Kimdən: barman Şəhər: iran - mugan- parsabad
02.10.2009 03:47
salam
sagulun amma bunnanda chokh sizdan guzleyrik guney azarbayjanan chakh sheylar yazin birda vafa guluzadeynan musahiba edin bu barada yani guney da olan harakata gura
sagulun barman

Kimdən: Naile Şəhər: Baki
01.10.2009 22:26
Tebrizde gordum ki, bizi serhedden cox fars elifbasi ve fars dili
bir -birimizden ayirir. Milletimizin faciesidir bu -dilimize gore hebslere dusmek.

Kimdən: mehdi Şəhər: urmu
30.09.2009 21:22
sag olun ki guney azerbaycanda geden xeberleri yansidmaqa chalishirsiz

Kimdən: ali Şəhər: Iranin Azerbaycan bolgesi zanjan
30.09.2009 21:20
sag olun

Kimdən: ELCI BEY-eskeri Şəhər: AZERBAYCANın Quzeyi Bakı
30.09.2009 19:37
İran adlanan ölkeni idare edenler,yüz mine yaxın olan ermeni milletinin uşaq baxçasından tutmuş unverisitete qeder tehsil ocaqları olan milletin,Dünyada sayı ÜÇ YÜZ milyona yaxın olan TÜRK milleti,OTUZ milyona yaxın İran adlanan ölkede yaşayan bir MİLLETin neden ANA dilinde tehsil almaq hqüqu olmasın?