çərşənbə, Avqust 05, 2015 Bakı vaxtı 13:24

Verilişlər / AzadliqLive

Bəzi şirkətlərin mənzilləri 2 dəfədən də artıq enib

Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edirƏmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir
x
Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir
Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir

Multimedia

Səs
Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir. Mənzil alqı-satqısı ilə məşğul olan Azər Xəlilzadə deyir ki, vətəndaşların alıcılıq qabiliyyəti çox aşağı düşüb. Onun sözlərinə görə, mənzil alqı-satqısı ilə bağlı bir sıra reklamlar da real qiymətləri əks etdirmir:

- Bir də görürsən, yazılır ki, 42 min manata mikrorayonda ev var. Zəng edəndə deyirlər ki, həmin ev satılıb, başqası var. Məsələn, 1 otaq 50 minə. 8-9 ay əvvəl qiymətlər hansı həddə idisə, yenə də o həddə qalmaqdadır. Ancaq bəzən olur ki, kimsə mənzili kreditə götürür, müəyyən məbləği ödəyəndən sonra büdcəsi krediti davam etdirməyə imkan vermir. Bu zaman olur ki, kvadratmetri 500 manata alınan mənzili 280 manata belə satırlar. Ancaq ümumilikdə bazarda neçə aylardır ki, durğunluqdur.

«QİYMƏTLƏR 2 DƏFƏDƏN DƏ ARTIQ ENİB»

Bir aya yaxındır «Akkord» Şirkətlər Qrupu Bakıdakı mənzillərə endirimlə bağlı telereklamlar yayımlayır. Şirkətin mətbuat xidmətinin rəhbəri Afaq Quliyevanın sözlərinə görə, qiymətlər 2 dəfədən də artıq enib:

- Ötən il «Abşeron» Gənclər Şəhərciyində mənzillərin 1 kvadratmetri 650 manat idisə, indi 305 manata təklif olunur. Bakıxanov qəsəbəsindəki 1 kvadratmetri 800 manata satılan mənzillər indi 400 manatadır. Bakının mərkəzində isə qiymətlər yarıdan da aşağı düşüb. Nərimanov rayonundakı
Ramil Osmanlı
«Kosmos» yaşayış massivində mənzillər 1200 manata satışa çıxarılmışdı, indi onlar nağd ödəmədə 500 manata satılır.

«XIRDA ŞİRKƏTLƏR ARTIQ BAZARDAN ÇIXIB»


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Ramil Osmanlı yaranan durumu qlobal iqtisadi böhranla əlaqələndirir:

- Bazarda tələb və təklif arasındakı fərq həddən artıq böyükdür. İndi təklif tələbi azı 10-15 dəfə üstələyir. Yeni tikililərdə hazır mənzillərin çoxu satılmır. Tikinti şirkətləri nə qədər dayanıqlı olsa da, bazardakı durğunluq onlara mənfi təsir göstərir. Bir neçə iri şirkəti çıxmaq şərti ilə qalan xırda şirkətlər artıq bazardan çıxmağa məcbur olub. İri şirkətlər isə minimum həddə qədər alıcıya güzəştlər etməklə bazarda qalmağa çalışırlar.

Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda ən çox mənzil alan ailələr üzvlərindən biri xaricdə əmək miqrantı olanlar idi. Xüsusən Rusiyada, Türkiyədə işləyən şəxslərin yaxınları bir neçə ildə mənzil bazarında canlanma yaratmışdılar. Ancaq həmin ölkələrdə qlobal iqtisadi böhranla bağlı yaranan gərginlik əməkçi miqrantların maddi durumuna də mənfi təsir göstərib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Bakisiz Bakili Haradan: almaniya
24.09.2009 16:06
Inanin Almaniyadaki evlerin giymeti bizimkinnen birazda ucuzdur.Men gerb belgesinde yashayiram hazirda 3--otagli menzilde shayiram.Menzil 85 M2. 8- mertebeli binadir 4- mertebede men yashayiram.Bu evi 49000- almisham.Ev super temirlidir.

Kimdən: Kamran Haradan: Baku
24.09.2009 14:41
Bu ölkədə hər şey yalandır, hətta aldığımız hava da. İnsan kimi yaşamaq istəyənsə respublikanı tərk et.

Kimdən: Azəri-Türk
24.09.2009 13:02
bezib getmish sağ əlin bizim başımıza.artıq bizdə həqiqətən Allaha acıq getməsin belə haqsız-özbaşna ölkədə yaşamaqdan bezmişik.

Kimdən: Men
24.09.2009 10:13
Onsuz da azerbaycanda tikilen evler ne gorunushu, ne keyfiyyeti ne de semereliy baximdan hemin qiymetlere cavab vermir. Bakida alacagin evin qiymetine istenilen inkishaf etmish olkede ev ala bilersen.

Kimdən: sada Haradan: baki
24.09.2009 03:37
teklif ediram millete ki galin DUBAYDAN EVLER alin qiymetler cox ucuzlasib yani ki 50000 -60000 min DOLLARA eva alaq mumkundur.temirli,mebelli.

Kimdən: bezib getmish Haradan: Avropa
24.09.2009 02:10
Agilli adam Az&#228;rbaycanda ev alar? Az&#228;rbaycanda bu yaxin 20 yada 30-ild&#228; hec bir perespektiv yoxdu!!!!<br />Siz &#246;z&#252;n&#252;z d&#252;sh&#252;n&#252;n indi hal hazirda Neft&#228;n g&#228;l&#228;n milyardlar yagish kimi yagir Az&#228;rbaycana bu milyardlardan kims&#228; n&#228;s&#228; g&#246;r&#252;b? Bu pullar indiki harinlamish bir gurup klanin elindedir! Bir azdan neftin hasilatida azalacag.Demeli &#246;lk&#228;y&#228; g&#228;l&#228;n g&#228;lirl&#228;r bir azda azalacag!Eger indiki halda biz pis g&#252;nd&#228; yashayirigsa g&#246;r&#252;n yaxin 10-15-ild&#228; n&#228; v&#228;ziyy&#228;td&#228; olacagig.M&#228;n &#246;z&#252;m sh&#228;xs&#228;n ail&#228;mid&#228; g&#246;t&#252;r&#252;b d&#228;y&#228;r d&#228;ym&#228;zimid&#228; satib k&#246;cd&#252;m oradan 9-il bunnan gabag.Sh&#252;k&#252;r Allaha indi Avropada adam kimi yashayiram ushaglarimda avropada t&#228;hsil alirlar.Hec geri d&#246;nm&#228;yi bel&#228; fikirl&#228;shmirl&#228;r.Az&#228;rbaycanda bir ish&#228; ya biznes&#228; g&#246;r&#228; pul yatirtmag agilsizligdir o c&#252;ml&#228;d&#228;nd&#228; ev almag ! Bu m&#228;nim v&#228; m&#228;nim kimi d&#252;sh&#252;n&#228;n (avropada yashayan) bir cox soydahlarimizin fikridir.Kims&#228; razilashmirsa &#246;z&#252; bil&#228;r.

Kimdən: azəri-t&#252;rk
23.09.2009 22:51
mən belə deyərdim sonuncu şərhə.hal hazırda ev almaq isdəyən insanlar &#231;oxdu,lakin olkədə baş verən qarantsızlıq insanları uzaqlaşdırıb bu alqı satqıdan.biri mən &#246;z&#252;m fikirləşirdim k&#246;hnə binada olan evimi satım yeni tikilidən alım.g&#246;rd&#252;m ki,qaz verilmir d&#246;vlət təhvil almır,bu tərəfdəndə yeni tikilinin bir ne&#231;əsi s&#246;k&#252;l&#252;r ona g&#246;rə bu &#246;lkədə kirayə qalmaqdan başqa əlac yoxdu.

Kimdən: Ramil Haradan: Baki
23.09.2009 22:29
Bəs 600min iş yerində işləyən adamlar hanı? &#214;lkə niyə xaricdə &#231;alışan əmək&#231;i miqrantların puluna m&#246;htac qalıb?

Kimdən: alici Haradan: baki
23.09.2009 21:47
5 aya menzillerin qiymeti 2 defe dushecek. 1 ile 4 defe dushmelidir.

FORUMLAR

Sizcə, məmurlar İlham Əliyevin sözünü eşidirlər?

«O boyda Ukrayna Saakashvilini öz ölkəsinə çağırıb vəzifə verib, bunlar da bacarmırlar. Bacaran adam çağırsınlar ən azından»

40 şərh

xalq: Men biraz ferqli dusunurem, nazirlar ve memurlar kimdir? Her kes Azerbaycan vetendasidir hami ... davamı

Xədicə İsmayılova yüksək azadlıq mükafatı aldı- [video]

Beynəlxalq jurnalistikada böyük nüfuza malik ABŞ Milli Mətbuat Klubu tanınmış təhqiqat jurnalisti Xədicə İsmayılovanı özünün ən yüksək mətbuat azadlığı mükafatı ilə təltif edib.

23 şərh

Həsən Hüseynzadə: Akif, artiq 1 gun kecib uzerinnen ve senin eminliyin ozunu dogrultmadi.. Yeqin senin ... davamı

Azərbaycanda hara şikayət daha çox təsirli olur?

Online səsvermədə iştirak et, ya da foruma fikirlərini yaz, şikayətlər üçün daha təsirli ünvanın müəyyənləşməsində sən də iştirak et.

17 şərh

Anonim: Boş söhbətdi davamı

Adını sən qoy

Sən bu karikaturanı necə adlandırardın? Foruma yaz, ən yaxşı başlıq və müəllifinin adı ilə karikatura günün sonunda yenidən dərc olunsun.

16 şərh

Səbinə: Uşaq təfəkkürünün inkişafı şəxsiyyətə pərəstiş çərçivəsində. davamı

Məhkəməcik

Rəssamın karikaturayla çatdırdığı fikrə münasibətini «Şərhlər» bölümünə yaz!

13 şərh

Eldar: Efsane xanim siz haqilisiz,bunlar qanunsuzluqlara oyresibler davamı

Xədicənin məhkəməsi – cəsarət dərsidir

«Söhbət rejimi dəyişməkdən getmir. Azərbaycan hakimiyyətinə öhdəliklərini xatırlatmaq lazımdır. Özlərinin yaratdığı duruma görə dünyanı günahlandıra bilməzlər».

11 şərh

Mətin: Çox dəqiq hazırlanmış karikaturadır. Burada açıq aydın görünür ki, İlham Əliyev Xədicə İsmayılovanı ... davamı

Xədicə: "Özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm"

Araşdırmaçı jurnalist Xədicə İsmayıl iyulun 24-də keçirilən məhkəmə prosesində həbsxana nəzarətçilərinin ən çox onun yazı yazmasından narahat olduqlarını deyib.

10 şərh

demadim: Mirali san cox uzaqdan vicdanli adama oxsayirsan. San Israil muallimin sozuna inanib Xadicani ... davamı

Ən Çox...