Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / İşdən sonra

«İnkişaf üçün rus dili çox əlverişlidir»

Etibar Əliyev

Etibar Əliyev

15.09.2009
«XXI Əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyev AzadlıqRadiosunun «İşdən sonra» verilişində Azərbaycanda son zamanlar rus dili ətrafında artan polemikalara münasibət bildirib. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- Etibar bəy, rus dili ətrafında Azərbaycanda son zamanlar polemikalar artıb. Sizcə, müstəqil Azərbaycanda rus dili məsələsi necə həll olunmalıdır?

- Diqqət etsək görərik ki, indiki alimlər, dünyasını dəyişmiş alimlərin əksəriyyəti elmi dərəcələrini alanda 80-90 faizi rus dilində olan ədəbiyyatlardan istifadə edib. Sovetlər dövründə bütün sahələri əhatə edən milyonlarla kitablar dərc olunub. İngilis yazıçısı Faulz deyir ki, universal təhsil üçün universal dil lazımdır. Şübhəsiz ki, bizim dil hələlik hərtərəfli bilik əldə etməyə imkan yaratmır. Rus, ingilis, ispan dillərində olan ədəbiyyatların tərcüməsi çox zəif aparılır. Tərcümə mərkəzləri, tərcüməçilər yoxdur. Elmi, bədii tərcümə də demək olar ki, yoxdur. Bizim intellektual inkişafımız üçün hələlik rus dilini 2-ci xarici dil səviyyəsinə salmaq doğru deyil. Rus dilində tükənməz sayda ədəbiyyatlar var. Onların Bakıya gətirilməsi çox da çətin deyil.

Mən hələ də əlində ingiliscə ədəbiyyat mütaliə edən şəxsə rast gəlməmişəm. Türk dili də çox ləng gedir. Daha çox dini kitablar Azərbaycana gəlir. Nəzərə alsaq ki, ingilis dilini əhalinin əsas hissəsi bilmir, inkişaf üçün rus dili çox əlverişlidir. Orta məktəblərdə bu dilin yükünü azaltmağı doğru hesab etmirəm.

- Bəs kompromis nədədir? Təəssürat yaranıb ki, oxuyan əhali əsasən rusdillidir. Azərbaycanca mütaliə edənlərin əksəriyyəti isə qəzet oxucusudur. Bununla inkişafa nail olmaq çətindir. Məsələni necə həll etmək olar?

- Tərcümə, yeni əsərlərin yazılması prosesi o dərəcədə sürətlə getməlidir, yazıçı ordusunun əsərləri o dərəcədə insana yaxınlaşmalıdır ki, əlimizdə olan rus dilindən tam imtina edək. Ancaq bu proses getmir. Dünya ədəbiyyatının əsərləri rus dilindən tərcümə olunur. Dahi Şekspiri Pasternakın rusca tərcüməsindən dilimizə çevirirlər. İtkilər baş verir. İndiki reallıqla barışmaq olmur. Türkiyə nümunəsi kimi kitabların bütün sahələr üzrə çevik tərcüməsinə, milyonlarla tirajına, eyni zamanda onların təbliğatına, oxunmasına, əhalinin maddi durumuna müvafiq olaraq kitab əldə edilməsinə nəzarət lazımdır.

Konkret olaraq, ailələrimizi götürsək, uşaqların rus bölməsində təhsil almasına mən pis baxmıram. Alternativ qoyulmalıdır. Rusiya və Azərbaycan dərsliklərindəki fərqlərə fikir verin. Tərtibatda, çalışmalarda, pedaqoji metodlarda. Əgər söhbət intellektin formalaşmasından və tənqidi təfəkkürün inkişafından gedirsə, dil fərqi yoxdur. Dilimizdə ədəbiyyat yoxdursa, xarici dil intellektual mühitin yaxşılaşmasına müsbət təsir göstərə bilər.

- İsveçrə təcrübəsi bir ölkədə üç böyük dilin birgə yaşayıb çiçəklənməsinə nümunədir. Avropada çoxdillilik qabarıq şəkildə görünür. Almaniya, Finlandiya və digər ölkələr bariz nümunədir. Nədən Azərbaycan belə təcrübədən yararlanmasın?

- Biz Sovetlər dövrünün yetirmələriyik. Hamı indi də çaşqınlıq içərisindədir. İnsanlar «40 yaşıma çatmışam, nə üçün ingilis dilini bilmirəm, 50 yaşıma çatmışam, rus dilini bilmirəm?» kimi sualı özlərinə verirlər. Bunu biz təhsil aldığımız dövrdə də görmüşük. Heç bir Sovet respublikasının müstəqil dil siyasəti yox idi. Ancaq digər millətlər, məsələn, Bakıda yaşayan ermənilər, yəhudilər başqa dilləri mənimsəyirdilər. İngiliscə də oxuyurdular, rusca mükəmməl bilirdilər. Sanki perspektivi bizdən qabaq düşünürdülər. Bax bu haqda düşünmək lazımdır ki, necə və niyə belə olurdu?
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Bahar Şəhər: Bakidan
20.09.2009 18:02
Almaniyadan Rezo qardasima,azerbaycanda yasayan hansisa bir hemvetenlinizden bir komeklik gozleyirsinizse lutfen yazin bahar_turkel@mail.ru belke size yardimci ola bilerem.

Kimdən: Rezo Şəhər: Almaniya
20.09.2009 01:48
Hormetli Bahar xanim, bela orasindadir ki, Azerbaycandan kenara cixarmaga elmi bir shey yoxdur. Burada gorduymuz ishler ise oldugumuz mekanin adi ile baglanir. Men burada etdiyim ixtiralarin ne azerbaycana, ne onun tehsilinin, elminin inkishafina zerrece deyeri yoxdur, elbette eger bunu men oraya ozum konullu transfer etmesem. Inkishaf orada, yeni Azerbaycanda bash vermelidir.Bunun ucun ise hem dilin, hem de peshekerlerin orada olmasi vacibdir. Dunyaya sepelenmish bir nece azerbaycanli ise Azerbaycanin berbad halda olan
reputasiyasini duzeltmek imkaninda deyiller. Hercend ki, onlar bu sahede gece-gunduz calishirlar.






Kimdən: Bahar Şəhər: Baki
20.09.2009 00:36
Almaniyadan Rezo (17.09.2009 22:27) qardasim,sizler ister siyasi problemlerimizi(tebii ki,ferdlerin shikayetini yox,umum milli derdimizi),isterse de elmi kesfleri lap alman,ingilis,rus,ispan ... kim hansi dili yaxsi bilir o dilde yazsin ve azerbaycani dunyaya tanitsin melumat almaq,oyrenmek isteyen hemvetenler bir yol tapib xeber tutacaq,oxuyacaq.yoxsa hami tek azerbaycan dilinden kenara cixmayib her sheyi oz aramizda danishsa Azerbaycani nece tanitmaq olar.ozumuz deyib ozumuz esitmekle uzaga getmek olmaz.nece ki,illerle ermenilerin basimiza acdiqlari oyunlari ozumuz deyib ozumuz esidirik.Azerbaycan dilini her bir azerbaycanlinin bilmesi ona gore vacibdir ki,en azindan kim oldugunu unutmasin.

Kimdən: Arzu
18.09.2009 03:58
Menje azerbayjan mekteblerinde rus, rus mekteblerinde de AZERBAIJAN dilinin kechilmesini mohkemlendirmek lazimdir. Hemishe rus mekteblerinde azerbaijan dilinin kechilmesine barmagarasi bahiblar, ikinji ya da daha degig desem ahirinji derejeli fenn kimi tedris olunub. Netijede de rusdilli mektebleri gurtaranlar azerbayjan dilini yahshi bilmirler. Ingilis dilinin kechilmesi de butun mekteblerde prioritet olmalidir. Eger inkishaf etmek isteyirikse, ingilis dilini rus dili geder yahshi bilmeliyik, yeri gelse ondan da yashi.

Kimdən: Rezo Şəhər: Almaniya
17.09.2009 22:27
Men bir nece ildir calisdigim sahede mutereggi elmin azerbaycana transferine calishiram. Onu da deyim ki, yuxaridaki cixishda deyilenlerin hamisi haglidir. Problemin helli yollarina catmaq ucun birinci dile mehebbet, ikincisi ise vetenperver olmag lazimdir. Hal-hazirda Almaniyada elmde calishan onlarca genc var. Amma teesuf olsun ki,onlarin Azerbaycan dilinde kitab yazmag, yaxud da neyise tercume etmeye ne hevesleri, ne de vaxtlari vardir. Bu arzu olmasa ana dilinde mecburi hec bir elmi edebiyyat yaran deyl. Yadaki, dovlet programi olmalidir. Bu da real deyil, cunki butun sahleri ehate etmek mumkun deyil.



Kimdən: Nic
16.09.2009 22:44
Rus dilini bilmeyimiz butun Azerbaycan uchun ustunlukdur.Mence bunu itirmeye deymez.

Kimdən: Bahar Şəhər: Baki
16.09.2009 18:17
Kecen yay Almaniyadan Onana adli 21 yasli bir qiz yaxin qohumunun musayeti ile Bakiya gelmisdi.meqsedleri Azerbaycanda yasayan almanlarla gorusmek,alman arxitekturasinda tikilen binalara,evlere aid melumat goturmek idi.Her ikisi ilk defe gelmelerine baxmayaraq azerbaycan dilinde danisirdilar.3 ay bizim qonsuluqda kiraye qaldilar.qiz arxitektor fakultesini bitirirdi,diplom isi yazirdi,qohumu ise fotoqraf idi her ikisi azerbaycan dilini oxuduqlari universtitetde xarici dil kimi oyrenmisdiler.onlarin azerbaycanca danismaqlari menim o qeder xosuma gelirdi ki,rehmetlik anamin alman-azerbaycan dillerine aid ne qeder lugetleri,indi satislarda olmayan ders kitablari var idi Onanaya bagisladim ki,azerbaycan dilini mukemmel oyrensinler.Dil oyrenmek tereqqidir,tenezzul deyil.hec kimin ana dilini elinden almirlar ki.gucunuz catan qeder oyrenin ve oyrenenlere komeklik edin.

Kimdən: namiq
16.09.2009 16:49
Etibar muellim , sizin melumatiniz yanlisdir.Turkiyede kitablar hec de milyonlarla tirajla cap olunmur.Turkiye kitab seviyyesine gore cox geridir. Isvecrede bir insan 1 ilde 10 kitab pxuyursa , Turkiye de 1 insan 6 ile bir kitab oxuyur.
O ki qaldi xarici dili bilmek ucun o dilde tehsil almaq hec de vacib deyildir. 10 min soz oyrenmekle istenilen kitabi 99% anlamaq olar.Bu 10 min sozu oyrenmek ucun de cemi 5-6 ay bes eder. esas problem ondadir ki, biizm olkemizde daxil olmaqla xarici dil tedrisi cox zeif aparilir.

Kimdən: Vətəndaş Şəhər: Bakı
16.09.2009 13:42
Bir çoxlarının dilimizə münasibəti buna bənzəyir - qonşunun anası gözəldir, mənim anamınsa bir gözü yoxdur (çünki həmən qonşu vurub töküb), ona görə də onu özümə ana seçirəm. Belə etmək olarmı? Bu dil bizim ANA DİLİMİZDİR. Yalnız müstəmləkə ölkələrində yad dildə təhsil var. İsveçrə nümunəsi isə tamamilə başqadır. Orada üç millət var, ona görə də üç dil var. Daha fransız alman dilində təhsil almır. Çünki bilirlər ki, dil milləti tanıdan əsas amildir. Biz nə vaxt "böyük qardaş" sindromundan qurtaracağıq? Düzdür, rus dilində ədəbiyyat dəfələrlə daha çoxdur, amma bu o demək deyil ki, övladlarımız rusca təhsil almalıdırlar. Oyan, ey millət, sən rus deyilsən.

Kimdən: mehman Şəhər: moskva
16.09.2009 13:02
Gelin umumiyyetle Azerbaycan dilinde tehsili legv edek.Rus sektoru ile beraber ingilis,fransiz,ispan sectorlari achaq.Olaq dunyada en "agilli"millet.Daha ozumuze eziyyet verib niye kitablari tercume edek ki?Azerbaycan dilinde de qoy daglarda bisavad chobanlar danishsin.Sonra da deyek ki,Azerbaycan dilinde onsuzda edebiyyat az idi.Ay barakallah bizde olan agıla.Bravo bele de davam edin
    Növbəti 
Səhifə (2)