Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:36

Cəmiyyət

Sürücünü döyən Nəqliyyat Nazirliyi əməkdaşlarına cinayət işi açıldı

M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov
x
M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov
Şriftin ölçüsünü dəyiş - +
«Dəvəçi rayonu ərazisində yük maşınının sürücüsünü döyən Nəqliyyat Nazirliyinin əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 309.2 – vəzifə səlahiyyətlərini aşma maddəsinin ağırlaşdırıcı bəndi ilə cinayət işi açılıb. Onların döydüyü sürücü Mehman Əmirquliyev haqqında isə Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə qaldırılan cinayət işi həmin maddənin yüngülləşdirici bəndinə dəyişdirilib».

Bu sözləri AzadlıqRadiosuna M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov deyib.

Vəkil bildirir ki, Nəqliyyat Nazirliyi işçilərinin əməli daha ağır maddə ilə qiymətləndirilməlidir:

«Bizim əlimizdə Nəqliyyat Nazirliyi əməkdaşlarının sürücünü döymələri, onun mobil telefonunu və 500 manat pulunu almaları ilə bağlı videolent var. Bu, təkzibedilməz sübut sayılır. Üstəlik, tibbi ekspertiza sürücünün bu döyülmə nəticəsində ağır kəllə-beyin travması aldığını təsdiq edib. Buna görə də biz nazirlik əməkdaşlarının daha ağır maddə ilə cəzalandırılmasını tələb edəcəyik».

Vəkil bildirir ki, sürücünün əməlində heç bir cinayət tərkibi olmadığı üçün onlar M.Əmirquliyevin dərhal azadlığa buraxılmasını tələb edirlər.

Hadisə bu il avqustun 4-də Dəvəçidə baş verib.

Yüklə
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Anar Haradan: Gence
09.10.2009 16:44
heqiqetne onlarla eyni milletden olduguma gore nifret edirem.Bu ne biryabirciliqdir.goresen hacansa bunlarin sonu catacaq?

Kimdən: Ilham Haradan: Baki
19.09.2009 08:54
Bedbaxt millet, amma bele bir deyim var, " kajdiy narod dostoyen togo korolya, kotoroqo imeet"

Kimdən: Murad Haradan: IŞDƏN
18.09.2009 09:49
SADƏCƏ ÖZ VƏZİFƏ BORCUNU BİLMƏYƏN EELƏ EDƏ BİLMİR.ONLAR NAZİRLİK İŞCİSİ OLDUQLARINI UNUDUBLAR.CÜNKİ OXUMADAN BİLMƏDƏN VƏZİFƏYƏ SAHİB OLUBLAR.HƏBSDƏ OXUYARLAR.

Kimdən: Azer Haradan: Baki
17.09.2009 19:59
utandiricidir goresen bunu xarici vetendas gorende ne fikirlesir? birdeki imkanim olsaydi o "qocular"-dan sorusardim muharibe baslasa ermeniyede ele tepik vurabilerler yoxsa yox.......

Kimdən: Lale Haradan: Baki
17.09.2009 01:31
Sadece, baliq BASHDAN iylener...

Kimdən: Baki Haradan: baki
15.09.2009 14:59
burda ne varki biz bele sheylere dozumluyuk. obirilerin yaninda bu etdikleri shukurludu.bize ele buda azdi qoy bundanda artiqin etsinler belke icimizde qeyret oyanar.

Kimdən: Bahar Haradan: Baki
15.09.2009 04:40
Vəhşiliyin sübutu!
bu videonu çeken insana Allah kömek olsun!

Kimdən: raqib
12.09.2009 10:47
bu videosujete baxandan sonra "arxadan vurulan zerbe" kinosundaki IMASH yadima dushdu.kim deyer, niye?!

Kimdən: Elvin bəy Haradan: Azərbaycan
12.09.2009 08:19
Özbaşınalığın son həddidir.Nazirliyin əməkdaşlarına da, onlara bu ixtiyarı verənlərə də ən ağır cəza verilməlidir.Belə hadisə ilk dəfə deyil ki olur.

Kimdən: Köniq Haradan: Lamäkan
12.09.2009 01:40
Bu cürlärin yeri sadäcä häbsxanadir. Amma onu da hakimiyyät onlara vermäz...
Səhifə (2)
    Növbəti