Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 21:09

Siyasət

Avropa Şurası Bakını mer seçməyə çağırır

«Azərbaycan dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı müsbət nümunələri örnək götürməlidir»
Şriftin ölçüsünü dəyiş - +
«Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da öz paytaxtının merini seçmək vaxtıdır», belə bir bəyanatla Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef Bakıya səfəri ərəfəsində çıxış edib.

«Son illər ərzində Konqresin Azərbaycan hakimiyyətinə Bakı Meri vəzifəsinin təyinatla deyil seçki yolu ilə tutulması haqqındakı çağırışlarını yenidən təkrarlayıram. Bu, ölkədə yerli demokratiyanın güclənməsinə xidmət edəcəkdir. Bu ilin may ayında Ermənistanda ilk dəfə olaraq Yerevan şəhərinin Meri vəzifəsinə keçirilən seçkilər, Gürcüstan prezidentinin artıq səsvermə yolu ilə seçilən Tbilisinin Meri vəzifəsinə birbaşa seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü Cənubi Qafqazda demokratik impuls yaratmışdır. Azərbaycan da dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı bu müsbət nümunələri örnək götürməlidir», deyə o, qeyd edib.

«Bakı Merinin seçilməsi həmçinin 2002-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunan Avropa Yerli Özünüidarəetmə Xartiyasının ruhuna da uyğun olacaqdır», deyərək Mikallef fikrini tamamlayıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: anar Haradan: usa
05.10.2009 17:46
akar dogrudanda demokratik secki olsa bakida evlarin qiymati cox asaqi dusar cunki Hacibala kimi bela bir adami dovlat hec yera buraxmas. buna amin ola bilarsiz...

Kimdən: dream of future Haradan: baki
11.09.2009 14:33
normal weraitde prezidenti deputati elece de belediyye numayendelerinin biz secmirik MSK secir qoy bu vezifeni de onlar etsin

Kimdən: movlan Haradan: baki
10.09.2009 20:21
Men fikirlesiremki bu isde de ele bir irelleyis olmayacaq.Biz meger Belediyeni,Deputati,Prezidenti secki yolu ile secmirik ki,eger onlar qayda pozuntusuz olsa men bu ise iki elli razi olardim.

Kimdən: Ferid Haradan: baki
10.09.2009 20:04
dushunuremki bakidada mer seckileri kecirilse seher daha abad ve gozel olar.eyni zamanda sheher ehalisinin rahatligini temin etmek ucun calisarlar.elbette seckilerde sheffaf kcirilmelidi.cunki hegigeten bakida islahatlara ehtiyac var!