Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:15

Multimedia / Simsiz Teleqraf

Döyülən sürücü

Şriftin ölçüsünü dəyiş - +
Bu videonu «Mobil reportyor»a videodakı «Kamaz» sürücüsünün hüquqlarını müdafiə edən şəxs təqdim edib. Videonu təsadüfən hadisə yerindən keçən adamlar çəkib.

Hadisə avqustun 4-də Dəvəçi yolunda baş verib. Bir neçə nəfərin döydüyü adam Xaçmaz rayon sakini Mehman Əmirquliyevdir. Onu döyənlər isə Nəqliyyat Nazirliyi «Yolların mühafizə xidməti» MMC-nin şimal bölməsinin əməkdaşlarıdır.

Sürücünün hüquqlarının müdafiəçisi - «Demokratiyanın İnkişafına Kömək» İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov deyir ki, müfəttişlər yaşadığı rayona mişar daşı aparan «Kamaz» sürücüsündən rüşvət tələb ediblər. O, isə bunu verməyəcəyini bildirib və yoluna davam edib.

Bundan sonra videodan göründüyü kimi, müfəttişlər onu təqib etməyə başlayıblar.

Hadisədən sonra sürücü ona edilən zorakılıq haqda Dəvəçi rayon Polis Şöbəsinə müraciət edib. Həmin müraciətdən sonra sürücünü döyən müfəttişlər yox, döyülmə nəticəsində ağır kəllə-beyin travması alan sürücü haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

V.İsgəndərov deyir ki, maşınları təqib etmək Nəqliyyat Nazirliyinin funksiyasına daxil olmayan bir məsələdir. Hansısa yük maşınını saxlamaq çox zəruridirsə, bu zaman Nəqliyyat Nazirliyinin müfəttişləri Yol Patrul Xidmətinə məlumat verməli idilər. Bu səbəbdən də V.İsgəndərov cinayət işini qanunsuz və əsasız sayır.

Yüklə
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: ilham Haradan: russya
30.09.2009 15:45
Adam bu cəkilişıə baxanda dəşətə gəlir helə bill afrikada caggalar oz gurbanina hucum edir .Bu hucum edən NN -nin işciləri cox tərbiyəsiz insanlardi,və butun gunax onlarin rəhbərindədir,belə harin kadir yetişdiriblər.Bu bizim cəmiyyətə cox təhlukədir .Hər birimiz o zavalli surucunun yerində ola bilərik......

Kimdən: Nəqliyyatçı
21.09.2009 20:21
1. Bu videodakı nəqliyyat müfəttişləri,yolları mühafizə xidmətinin işçiləri deyil.Geyim formalarından görünür ki,onlar Avtonəqliyyatservis departamentinin əməkdaşlarıdır.2.Bu əgər Quba yolu ərazisində baş veribsə, deməli istənilən halda sürücü günahkar olacaq.Çünkü xaçmaz rayonunda Nəqliyyat Nazirliyinin regionalının rəisi BƏRK GEDƏN adamdır və keçmiş Polis işçisidir.3.Bu işçilər yığdıqları rüşvətlə gündəlik plan verillər əgər planı yığabilməsələr işdən qovulacaqlar.

Kimdən: vatandash Haradan: vatan
20.09.2009 22:24
Chox tessuf doguran hadisedir.NN-nin hadiseye sharh vermesi gozel olardi.bir de surucunun neden qachdigini bilen varmi?

Kimdən: XAN Haradan: MARS
16.09.2009 16:49
Salamlar! Neqliyyat Nazirliyinin mufetishlerinin yol herekati qaydasi ve s meselelere gore neqliyyat vasitelerini saxlamaga, onlarin nomrelerini achmaqa ixtiyarlari yoxdur, bu polisin ishidir. Gorunur Ziya Memmedov ramil Usubovdan daha berk gedir. Allah ishlerini avand elemesin!

Kimdən: seyrci Haradan: surucu
12.09.2009 00:05
Sürüçünün döyülməsini və 2 ay həbsini ürək argisi ilə qarşilayiram.Görünür bəzi məmurlar Azərbayçanda sabitliyi bu çür başa düşürlər.Çinayəti gizlətməklə dövlətciliyə qarşi təxribat aparirlar.Bunun qarşisini yuxarilar almalidir.Artiq kicik məmurlar özlərini padşah saymaga başlayiblar,bunun cox pis açi neticesi ola bilər.

Kimdən: Yolchu Haradan: Bakı-Astara
11.09.2009 16:21
Hörmətli Men, elə bilirsiniz ki, Azərbaycanda yaşamaq hər oğulun işidir?!
Elə mən də fəxr edirəm ki, Siz Azərbaycanda yaşamırsınız!

Kimdən: Men Haradan: Hammamdan
11.09.2009 12:40
"men fexr edirem ki, men Azerbaycanda yashamiram"

Kimdən: Xayal Haradan: Baki
11.09.2009 10:44
Surucu cinayetkar da olsa,gacsa da polis onu yalniz saxlamali idi.Biz goruruk ki,surucu ancag gacir.Bele olan halda polis ona el galdirmamalidir.Surucunun cezasi ancag mekemenin gerarindan sonra verilmelidir.Bizim goduklerimiz ise ,vezife selahiyyeti normasini asmagdir. Bele olan tegdirde,eger surucu xesaret alibsa,polis mesuliyyete celb olunmalidir.Asayisimizin bu sekilde gorunmasi ancag ikrah hissi oyadir.

Kimdən: BAKILI Haradan: BAKIDAN
11.09.2009 09:44
Ozbashnaliq, ozbashnaliq, yene de ozbashnaliq....

Kimdən: Mesum Haradan: Bura Azerbaycandir
11.09.2009 03:19
Yolların mühafizə xidməti reketlik edir,pusquda durur masin qabagi kesir,sürücünü basib döyür.Yollara mühafize xidmeti neye gerekdir?Onu oraya qoyan bilmir ki bu cibgirler sürücüleri soyur?Vetendas niye güdülsün?Yol qaydalari var.O pusquda duranlar yoxlama zamani kamera ile gelib geden neqliyyat vasitelerini filme almali ve fakta esasen sehve yol veren Kamaz,ve ya avtomobil nömresine müvafiq qaydada ceza yazmalidir.Müfettis hec bir sürücünü özbasina saxlaya bilmez.Meyer biz ibtidai icma qurulusunda yasayiriq?
Səhifə (2)
    Növbəti