Cümə, Oktyabr 31, 2014 Bakı vaxtı 15:09

Xüsusi layihələr

«Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxırdı»

Ramiz FətəliyevRamiz Fətəliyev
x
Ramiz Fətəliyev
Ramiz Fətəliyev

Multimedia

Səs
AzadlıqRadiosunun «Tanınmışlar» verilişinin budəfəki kino-ssenarist və rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı Ramiz Fətəliyevdir.

- Sizin üçün həyat nə vaxtdan başladı? İlk təəssüratınız.

- Həyat haqda ilk təəssüratım, ilk xatirəm odur ki, uşaq vaxtı haradansa qayçını ələ keçirib eyvandan aşağı atmışdım. Bəlkə də kiminsə daha dəyərli xatirəsi var özü barədə, amma mənim xatirəm təəssüf ki, utancdan başqa heç bir hiss yaratmır. Çünki mənim eyvandan atdığım qayçı kiməsə dəyə bilərdi.

- Hər halda heç kimə dəymədi.

 
Ramiz Fətəliyev
  • 1946-cı ilin iyununda Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına rəhbərlik edib. Hazırda televiziyaların arxivlərindəki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi cinayətləri əks etdirən tarixi kadrlar onun və iş yoldaşlarının əməyinin nəticəsidir. Ssenari müəllifi yaxud rejissoru olduğu filmlərin ümumi sayı 50-yə yaxındır.
- Qayçı heç kimə dəymədi, ancaq valideynlərimin zərbələri mənə dəydi. O yadımdadır. Amma əgər zarafatı bir kənara qoysaq, mənim ilkin xatirələrim – uşaqlıqdan əlbəttə ki, özümü dərk edəndən kitabla bağlıdır. Məsələ mənim çoxlu kitab oxumağımda yox onları necə oxumağımdadır.

- Ramiz müəllim, sonra özünüz başladınız yazmağa…

- Mən əvvəl ədəbiyyatı sevmişəm, sonra özüm yazmağa başladım və çox işlədim. İfadəmə görə üzr istəyrəm, amma mən qələmi ona görə götürməmişdim ki, yazıçı olmaq üçün doğulmuşdum. Bu işin gedişində belə alındı. Düzdü mən istəyirdim, amma bu asan başa gəlmədi.

- 1946-cı ildən 2009-cu ilədək ən ağır illər hansılar olub sizin üçün?

- 1988-90-cı illər.

- Nə idi onların ağırlığı?

- Bu o vaxt idi ki, mən özümü bir vətəndaş hiss elədim. Yəni həmin o çeynənmiş söz ki var «əgər sən siyasətlə məşğul olmasan siyasət gec-tez səninlə məşğul olacaq». Bax həmin 1988-ci ildə – Topxana məsələsi ilə siyasət mənimlə məşğul oldu. Məhz həmin dövr mənim özümü tam Azərbaycanlı, öz imkanlarım daxilində ölkəmin vətənpərvər vətəndaşı hiss etməyimə zəmin yaratdı.

Hansısa anda, qoy hamı bilsin, mən bundan utanmıram, hansısa anda mən rus dilində Azərbaycan dilindən daha yaxşı danışdığıma görə utanırdım. Mən artıq yazıçı yaxud ssenarist olub-olmamağım barədə düşünmürdüm. Yox, bu elə bir vaxt idi ki, mənə belə gəlirdi ki, öz ölkəmə lazımam və ona xidmət etməliyəm.

Siz bilirsiniz ki, o vaxt nə baş veribsə hamısını biz çəkmişik. Hansı risklərə özümüzü məruz qoymuşuq. Mən «biz» deyəndə kinostudiyanın 40-50 nəfər kollektivini nəzərdə tuturam. O adamları ki, bu gün saxlanılmasına nail olduğumuz materialların tarixdə qalması üçün həmin 2-3 il ərzində faktiki olaraq öz sağlamlıqlarını, əsəblərini, bir çoxları isə həyatını qurban verdilər.

İndi hər dəfə «20 yanvar»da televiziyalar bizim kadrları göstərirlər və buna rəğmən də o vaxt orada olmayan hansısa tamamilə kənar adamlar çıxış edirlər. Halbuki, o adamların əksəriyyəti sadəcə orada yox idi. Mən demirəm onlar siçovul kimi harada gəldi gizlənmişdilər. Sadəcə deyirəm ki, onlar orada deyildilər. İndi onlar çıxış edir, özlərini qəhrəman kimi təqdim edirlər. Amma gerçək qəhrəmanlar kimlər idi, mən bilirəm.

- Ramiz müəllim, həmin kadrlar hamıya yaxşı tanışdır. O vaxt heç kim sizin və o çəkilişləri edən digərlərinin qəhrəmanlığını inkar edə bilməsə də, sonra Xocalı hadisələrini araşdıran komissiyanın sədri kimi haqqınızda müxtəlif fikirlər səsləndi. Yəni burada söhbət qəhrəmanlıqdan yox bir sıra hallarda xəyanətdən gedirdi.

- Bu hakimiyyət uğrunda mübarizənin getdiyi bir vaxt idi. Hamı da bilir kimlər arasında gedirdi bu mübarizə. Bir tərəf hakimiyyəti itirmək istəmirdi, digərləri də hakimiyyətə gəlmək istəyirdi.

İlqar Rəsul və Ramiz Fətəliyev
Bir tərəf istəyirdi ki, komissiya Xocalı kimi biabırçı və faciəvi nəticəyə gətirib çıxaranların üzərindən bu ləkəni tamamilə götürsün. Digərləri isə əksinə, istəyirdilər ki, mən və komissiya bütün bunlara səbəb olanları mümkün qədər çirkaba batıraq ki, onlar hakimiyyətə gəlsinlər.

Əgər xatırlayırsınızsa, 14 may 1992-ci ildə mən Milli Məclisin tribunasına qalxıb dedim ki, «bizim işimiz hələ yekunlaşmayıb. Buna görə də konkret heç nə deyə bilmərik. Amma artıq indidən demək olar ki, Xocalı hadisəsi laqeydlik, kadrların düzgün seçilməməsi və siyasi uzaqgörənliyin olmaması ucbatından baş verib. Ancaq xüsusi olaraq, hansısa siyasi məqsədlər naminə, məhz kresloda qalmaq üçün Xocalını verməyiblər». Hamı eşitdi ki, Mütəllibovun heç bir günahı yoxdur. Hamı belə eşitdi, ancaq belə deyildi.

Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də prezident, baş nazir, «KQB»nin sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurası adlanan qurumun iclası oldu. İndiyə qədər heç kim anlamayıb ki, Xocalı hadisəsinə səbəb olan əsas səhv harada buraxılıb. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq ordan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Bu siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinə gətirib çıxırdı ki, mənim də tribunadan dediyim bu idi. Stenoqrama var, yoxlamaq olar. Ancaq xalq istədiyini eşitdi. Xalq deyəndə mən Milli Məclisi nəzərdə tuturam. Çünki hamısı hazır idi. Bir tərəf bir şeyə hazırlaşmışdı, digərləri isə başqa şeyə. Mənin səsim sadəcə boğuldu onların içində. Ona görə də əgər hər şey bu gün təkrarlansaydı mən yenə də özümü o zamankı kimi aparardım. Sadəcə ola bilsin ki, bu gün məni kimsə daha yaxşı eşidərdi nəinki o vaxt.

- Hakimiyyət dəyişəndən sonra sizə problem yaratmadılar ki?

- Yox mənim heç bir problemim olmadı. Mənə indi də bir az təəccüblü gəlir ki, ondan sonra, məhz Xalq Cəbhəsi vaxtı məni Milli Məclisdə komissiya sədri qoymuşdular. Adamın Allahı var, heç nə olmadı. Orada da o situasiyanı başa düşənlər var idi.

- Ramiz müəllim, Azərbaycanda məhz sizə Tanrıdan nəsə istəmək imkanı yaransaydı, nə istəyərdiniz, nə deyərdiniz?

- Sizin indi verdiyiniz sual, çox böyük masştablı adamlara ünvanlanmalıdır. Bu sual rəhmətlik Azad Mirzəcanzadə, ola bilsin Müslim Maqomayev üçündür. Yəni bu sual masştablı Allah tərəfindən seçilmiş adamlar üçündür. Mənsə adi bir bəndəyəm.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: hassan Haradan: avropa
13.09.2009 21:07
Gerek xocalinin adin cekmeyerdi.Axi bu sozleri cox esitmisik.Yenilik lazimdir.Yenilik

Kimdən: Nijat
12.09.2009 14:42
Ayaz Salayevin filmine ozunden bashqa hech kim el vurmayib. Ramiz muellim de hemchin.

Kimdən: Firudin Haradan: Keshlaburg
11.09.2009 22:56
Qəribədir, c-b Fətəliyevdən Ayaz Salayevin filminin kəsilməsi barədə niyə soruşmamısınız? Mən eşitdiyimə görə əsas qayçı Ramiz müəllimin əlindədir. Görəsən doğrudurmu?

Kimdən: Bahar Haradan: Baki
10.09.2009 18:27
Beli,biz uzaq goren olsaydiq harada ilk munaqise baslamisdisa gerek bir milyon azerbaycanli o yere yurus edib yerindece ermenilerin ve dovleti idare edenlerin cavabini verib seslerini keseydik.Biz ne etdik can,can aglama deyib,onlar geldikce yer verib,bagrimiza basdiq.uzaqgoren olsaydiq bu gunku qacqinlar da,ozumuz de bu gunlere qalmazdiq.

Kimdən: kengerli Haradan: Azerbaycan
10.09.2009 15:35
Ramiz bey duz deyir biz uzaq goren olsaidik bilerik ki,bu hadise tarix boyu Xocalinin bashina ucuncu defedir ki getrilir

Kimdən: Seyyad Haradan: Baki
10.09.2009 14:58
Hormetli Ramiz muellim 90-ci illerin evvelinde oldugu kimi hadiseler baresunde yene de ikibashli danishir. Milletin faciesi ele bu deyilmi? Chox teessuf...

Kimdən: İBRAHİM Haradan: Əslən Göyçədən
10.09.2009 13:11
Ramiz kişi, özü demişkən, "masştab"ına görə müsahibə vermiyib, daha döğrusu fikir söyləmir: siyasi uzaqgörənliyin olmaması, vəzifə davası, kreslo, mənə heç nə eləmədilər və s. bu kimi az əhəmiyyətli şeylər... Tərəddüd etməyə nə ehtiyac var? MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ siaysi rəhbərliyi əlindəki real hakimiyyətdən istifadə etməklə ("KQB", "MVD" və digər güc strukturları hesabına) döyüşən ordunu yaradıb hayları ölkədən çıxarmaq əvəzinə, görünür başqa işlərlə məşğul olurmuş. Budur siyasi uzaqgörənlik. Onun başqa adı yoxdur. Sizin təklif etdiyiniz "siyasi uzaqgörənliyin" arxasında isə Xocalıda yaşayan əhalinin birtəhər, “az itki” verməklə oradan çıxarılması gizlənir. Elə haylar da bunu istəyirdi. İstəklərinin mahiyyəti, zatən, bu deyilmi? Xocalı şəhərinin inzibati rəhbərliyi bütün müsahibələrində bildirir ki, bütün ehtiyatlarımız tükənmişdi və hətta işğaldan xeyli əvvəl "pekarnı"dan axırıncı un torbalarını açıb camaata payladıq. Bu da deyir ki, mən belə dedim, “xalq” başqa cür eşitdi....

Kimdən: On doqquz Haradan: Bakı
10.09.2009 10:00
Ramiz bəyə görə siyasi uzaqgörənliyin olmamasıdır Xocalı faiəsinin səbəbi.Ermənilər də bunu deyir ki Xocalı faciəsinin səbəbi bizim özümüzdədir. Ziyalı deməli idi ki, Xocalı faciəsi vəhşiliyinin açıq təcahürüdür.

Kimdən: Bahar Haradan: Baki
10.09.2009 04:02
Azerbaycanin en agir gunlerinde en agir yuk jurnalistlerin,operatorlarin ve rejissorlarin ciyninde olub.onlarin yazdiqlari ve cekdikleri olmasaydi bu gun hansi delillerle Azerbaycanin basina gelen hadiseleri dunya ictimaiyyetine catdirmaq olardi? Hansi dunyada yasamasindan asili olmayaraq bu boyuk isde vetene xidmet edenlere Allahdan rehmet dileyirem.

Kimdən: ELCI BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
09.09.2009 19:28
Hörmetli Ramiz Feteliyev siz deyirsiz ki,88-90-cı illerde men özümü bir vetandaş hiss etdim.Cavablarınızdan görünür ki,siz vetandaş kimi özünüzü aparmısız.Bele olan halda XALQ CEBHESİ, xalqın cebhesi size neylemeliydi.

Oxuyan gərək...